______________Milli Kitabxana_____________
250
sənətinin yaranması üçün maddi və mənəvi əsas olmuşdur.
Qədim Azərbaycanın ikinci növ keramikası - cilalanmış
qara rəngli keramika, əsasən, eneolit dövründən yaranmağa
başlamış, tunc dövründə isə inkişaf zirvəsinə çatmışdır.
İlk qara rəngli gil qablar eneolit dövründə hazırlanmışdır.
Lakin dulusçular bu dövrdə kürələrdə yüksək istilik əldə edə
bilmədiklərindən və qara keramikanın texnologiyası hələ
lazımınca məlum olmadığından ilk nümunələr olduqca nöqsanlı
idi. Onların plastik forması yöndəmsiz, qara rəngləri ala-tala,
dekorativ motivləri isə son dərəcə ibtidai şəkildə alınırdı. Bununla
belə eneolit dövrünə aid qablarda qabarıq şəkildə olan qəribə
naxışlar diqqəti daha çox cəlb edir. Belə naxışlı qablardan Qazax
rayonunun Babadərviş adlı qədim yaşayış məskənində də
tapılmışdır. E. ə. IV minilliyin eneolit qabları üzərindəki qabarıq
işarələr həm bəzək məqsədi ilə vurulan naxış, həm də təsvirli
yazılar-piktoqramlar olduğu haqda fərziyyələr mövcuddur.
Piktoqrafiya eneolit dövrünü əhatə edən Kür-Araz mədəniyyətinin
mühüm əlamətlərindəndir. Bu dövrə aid piktoqrafik dulusçuluq
nümunələri Naxçıvan ətrafında və Gürcüstanda da tapılmışdır.
Piktoqrafiya - təsvirli yazı başqa xalqlarda olduğu kimi,
Azərbaycanda da yazı mədəniyyətinin ilk mərhələsini təşkil edir.
İki Babadərviş piktoqramını nə-zərdən keçirək. Birinci
nümunədə iki qabarıq rəsm verilmişdir. Soldakı təsvir iki heyvan
buynuzunun düz xətlərdə birləşməsindən əmələ gəlmişdir.
Alban dövrünün fiqurlu keramikasında da belə rəsmlərə rast
gəlirik. Onlar tam plastik heyvan fiqurlarının tənəzzülə uğraması,
konkret mahiyyət-dən uzaqlaşması nəticəsində ortaya çıxmışdır.
Biz bu nəticəyə əsaslanaraq piktoqramda təhrif edilmiş iki
buynuzlu heyvan surəti görürük. Əkər dövr nəzərə alınarsa,
güman etmək olar ki, piktoqramda iki keçi təsvir edilmişdir. Lakin
sağ tərəfdəki rəsmin sağ qurtaracağında ucu iti, yuxarısı isə əyri
şəkildə olan əlavə bir rəsm də diqqəti cəlb edir. Bu, oxu,
yuxarıdakı əyri xətt isə kamanı ifadə edir. Ox şəkli, ox sözü qədim
zamanlarda ovçunu, döyüşçünü təmsil edər, onun şərti rəmzi kimi
işlənərdi. Təsadüfi deyil ki, qədim türklərdə bir çox qəbilələrin
adları ox ilə əlaqədar olaraq «Üç ox», «On ox» və s. qoyulmuşdu.
|