______________Milli Kitabxana_____________
253
Qablar germetik şəkildə bağlanmış kürələrdə 800-900
dərəcə istilikdə bişirilirdi. Onlar yaxşı bişəndən sonra kürənin
bacası açılaraq istilik 400 dərəcəyə endirilir, kürə yenidən
möhkəm bağlanır, ocağında yaş odun yandırmaqla onun qablar
bişən yuxarı mərtəbəsinə istilik deşikləri vasitəsi ilə his verilirdi.
Həmin his qabların daxili və xarici səthinə, gilə hopurdu.
Tüstülənmə prosesində istidən genişlənmiş gil qabların səthi
doyunca his qəbul edərək qara rəng alırdı. Bundan sonra kürənin
ocağı tamamilə söndürülür, istilik getdikcə azalırdı. İstilik
azaldıqca qablar soyuyur və xarici səthi yığılır, nəticədə, qara his
(duda) qabların divar-larında həmişəlik olaraq qalırdı. Qablar
soyuyandan sonra təmizlənir, üzəri mumla örtülərək yumşaq parça
ilə sürtülüb cilalanırdı. Bu prosesdən sonra qablar qara və parıltılı
olurdu. Kürədə 800-900 dərəcə istilik olanda ona tüstü verilmirdi.
Əks təqdirdə, duda yanar və qaralama prosesi baş tutmazdı.
Bu dövrdə İran Azərbaycanında da qara cilalı keramika
həmin üsulla hazırlanırdı.
Qaralama texnologiyasını biləndən sonra kürə şəkilli Xocalı
qabının mürəkkəb naxış kompozisiyasının necə hazırlanması
aydın olur. Burada qabın çiyinlərini bəzəyən günəş təsvirinin qara
sivri ucları qab bişməmişdən qabaq bərkidilib cilalanmış
olduğundan qabın ümumi boz rəngindən fərqlənir.
Gil məmulatları hisə verirkən müxtəlif səbəblər üzündən,
məsələn, kürədə (sobada) istiliyin azlığından qabların divarları
zəruri qədər genişlənmir, nəticədə kifayət qədər his qəbul
etmədiyindən qablar qara deyil, boz rəng alır. Gillərin tərkibində
olan dəmir duzlarının bu və ya digər dərəcədə olması ilə əlaqədar
olaraq qaralama prosesindən keçirilməmiş qablar bişəndən sonra
sarı, açıq-qırmızı, tünd-qırmızı, qırmızı-kərpici rəngi və s. rənglər
alır. Buna səbəb, qablar bişərkən həmin dəmir duzlarının dəmir
oksidinə çevrilməsidir. Dəmir oksidi isə qırmızı boyaq maddəsi
kimi məşhurdur.
Qara keramikanın bədii şəklə düşməsi üçün tunc dövrünün
dulusçuları başqa vasitələrdən də istifadə etmişlər. Onlar qabların
cızma təsvirlə bəzədilməsinə, cızma rəsm və naxışların ağ maddə
ilə inkrustasiya edilməsinə və nəhayət, fiqurlu keramikanın
|