______________Milli Kitabxana_____________
257
insanlara ziyan verən çox qüvvətli və əzəmətli qulyabanını almaq
və tabelikdə saxlamaq üçün onun tüklü dərisinə metal (sancaq)
sancmaq lazımdır. Bu sancaq onun bədənində olduğu müddətdə
qulyabanı insanların hər cür əmrlərini yerinə yetirir və çox müti
olur. Sancağı çıxaran kimi isə böyük ziyanlar verərək qaçır. Bu
əfsanədə metalın qüdrəti, onun qoruyucu xüsusiyyəti təbliğ
olunur.
Tunc dövründə təsərrüfat və hərbi əhəmiyyəti olan çoxlu
tunc məmulatı istehsal edilmişdi. Bədii keyfiyyətli nümunələr isə
əksər hallarda dini səciyyə daşıyırdı. Onlardan biri Xanlar
rayonunda tapılmış tunc məmulatdır. Onun yarıdan iki hissəyə
bölünmüş bərabərtərəfli üçbucaq forması və aşağı üfqi haşiyəsi
qoşa spirallarla, döymə üsulu ilə bəzədilmişdir. Bu ornamentlər ay
allahı ilə əlaqələndirilərək kişi cinsinin qüdrətini təmsil etməklə,
guya bəd nəzərdən də mühafizə edirmiş. Üçbucaq hissə aşağı
haşiyə ilə 6 simmetrik saya qollarla birləşir. Aşağı haşiyənin
zəncirlərindən içi boş və şəbəkəli gövdəsi olan, tökmə üsulu ilə
hazırlanmış dörd quş fiquru asılmışdır. Çovdar qəbirlərindən də
belə quşlar tapılmışdır.
Bir neçə ölünün dəfn edildiyi ümumi qəbirdən tapılmış
(Xanlar rayonu) tunc məmulat bədxah ruhlara qarşı animistik və
magik səciyyə daşıyır. Həmin quşların içi boş bədənlərində
ölülərin ruhu guya əbədi «rahatlıq tapacaqmış». Tunc fiqurun
solundan və sağından isə bədxah ruhları qovmaq üçün iki zınqırov
asılmışdır.
Eramızdan əvvəl birinci minilliyin əvvəlində, yəni dəmir
dövrünün başlanğıcında da tunc dövrü ənənələri özünü
göstərməkdə idi. Buna misal olaraq Qarabağın Dolanlar
kəndindən tapılmış ikibaşlı maral fiqurunu nəzərdən keçirək. Bu
nadir metal fiqur tökmə üsulu ilə hazırlanmışdı. Maral bu dövrdə
qədim azərbaycanlıların pərəstiş etdikləri totem-himayəkar allah
idi. Tunc maral fiquru həmin totemə həsr edilmişdir. Bu dövrə aid
İranda və Gürcüstanda tapılmış ikibaşlı at və sair heyvan fiqurları
da xeyir və bərəkət kultuna həsr edilmişdir.
Sxematik şəkildə tunc təbəqədən hazırlanmış fiqurdan
onşəbəkəli zınqırov, onların ortasında isə birşəbəkəli qoza
|