______________Milli Kitabxana_____________
302
şəhərə çevrildi. Bəziləri dövlət tərəfindən inşa edilirdi. Antik
müəlliflər Hindistanda şəhərlərin çoxluğuna məəttəl qalırdılar.
Onların məlumatına əsaslanıb demək olar ki, Maqadhanın paytaxtı
Pataliputranın (indiki Patnaj) əhalisi bir milyona çatırdı. Şəhər
sahəsi 25-30 km
2
olan ərazidə yerləşirdi.
Təsərrüfatın müxtəlif sahələrində qul əməyindən istifadə
olunurdu. Qulu bildirən "Dasa" sözü məfhum kimi hələ də
işlədilirdi. Qul əməyi və onun bəhrəsi ağanın ixtiyarında idi. Ağa
istəsə qulu alar, satar, girov qoyar, hədiyyə verər, lap öldürə də
bilərdi. İqtisadi və sosial münasibətlər inkişaf etdikcə qulun da
vəziyyəti dəyişilirdi. Bəzən qul məhkəmədə şahid sifəti ilə çıxış
edirdi. O, özü üçün əmlak toplaya bilərdi. Bu dövrdə evdə anadan
olmuş qulların sayı artırdı. Əsirlərin kölə halına salınması və borc
köləliyi davam edirdi. Müflisləşmiş adamlar özlərini, yaxud
övladlarını köləliyə satırdılar. Azad adamları oğurlayıb qul
vəziyyətinə salma hallarına da rast gəlinirdi. Hər bir ailə
qurumunun bir neçə qulu ola bilərdi. Varlı ailələrdə onların sayı
daha çox idi. Dövlətin çöl təsərrüfat işlərində qul əməyindən geniş
istifadə olunurdu.
Müflisləşmiş təbəə iqtisadi müstəqilliyini və vətəndaşlıq
hüququnu itirdiyindən qullar sinfinə daha çox yaxın idi. Quldar
təsərrüfatına ucuz işçi qüvvəsi cəlb olunurdu. Onları karmakara
adlandırırdılar. Karmarkaralar qullar ilə yanaşı hökmdar və fərdi
təsərrüfatlarda işləyirdilər. Onlar əvvəlcədən qoyulmuş şərt
əsasında əmək haqqı alırdılar. Əslində karmarkaralar muzdlu
əmək ilə məşğul olurdular. Qədim Hindistanda azad icma
təbəqələrinin olması mövcud ictimai quruluşun xüsusiyyətlərindən
birini təşkil edirdi. Onlar istehsal vasitələrinə malik olmaqla
təsərrüfatla müstəqil məşğul olurdular. İcmalar dövlətin siyasi
həyatı ilə bağlı deyildilər. Mübahisəli məsələlərin əksəriyyəti
icma yığıncağında həll olunurdu. İcmaların varlığı xüsusi torpaq
mülkiyyətinin, ictimai və əmlak bərabərsizliyinin inkişafına
maneçilik törədirdi. Eyni zamanda varlı şudra təbəqələri
yaranmışdı. Onlar xidmətçi və qul saxlayırdılar. Hətta kşatri və
brahman silki nümayəndələri onların təsərrüfatına xidmətə daxil
olurdular. Şudralardan hökmdar sülalələri də meydana gəlmişdi.
|