______________Milli Kitabxana_____________
305
kimi təzahür etmişdi. Onun haqqında xeyli əfsanə yaradılmışdı.
Krişnanın uşaqlıq və gənclik illəri əfsanələrdə öz əksini tapmışdı.
Uşaq ikən o, meşəyə gedib çobanlıq edirmiş. Onun tütəyinin səsi
naxır otaran oğlan və qızları valeh edirmiş, hətta inəklər bundan
zövq alırmışlar. Bir gün Krişna çayda çimən naxırçı qızların pal-
paltarlarını oğurlayıb ağacın başında gizlənir. Qızlar ona çox
yalvarırlar. Krişna paltarı bir şərtlə qaytarır ki, qızlar onunla rəqs
etsinlər. Krişna qızlar ilə rəqs edir, sonra yoxa çıxır. Bir xeyli
keçmiş o, qayıdır, nigaran qalmış qızları sevindirir. Krişna öz
simasını, yaxud görkəmini çoxaldır. Qızların hər birinə elə gəlir
ki, Krişna onunla oynayır. Krişnanın hamıdan çox xoşuna Radha
gəlirdi. Guya Radha Vişnanın arvadı Lakşminin ifadəsi imiş.
Krişna isə ancaq Radha ilə öz görkəmində oynayırdı. Krişna ilə
Radhanın məhəbbətinə dair xeyli incəsənət əsəri yaradılmış, ona
mahnılar qoşulmuşdur. Krişna əfsanələrdə məhəbbət vurğunu və
özünə qarşı sevgi, məhəbbət yaradan allah təcəssümü kimi təsvir
edilmişdir. Krişnanın eyni zamanda, çoxlu düşməni varmış. O,
hamını valeh edən cazibədarlıq ilə yanaşı qeyri-təbii qüvvəyə
malik imiş.
Əfsanələrin birində deyilir ki, Uqarsen adlı hökmdarın
arvadını iblis yoldan çıxarıbmış. İblis Uqarsenin görkəminə
giribmiş və bunu da arvadı bilmirmiş. O, Kansanı doğmuş, Kansa
isə hakimiyyəti zəbt edibmiş. O, camaata böyük əzab-əziyyət
verirmiş, yer üzünü onun zülmü bürüyürmüş. Buna dözməyən Yer
kürəsi inək görkəmində kömək üçün İndraya müraciət edir. İndra
əlac tapmaq üçün allahların yanına gedir və nəhayət, Vişna
Krişnanın görkəminə düşür. Krişna Kansanı öldürməli idi. Lakin
Kansanın taleyini yozub deyirlər ki, onu ancaq bacısı oğlu öldürə
bilər. Belə halda Kansa göstəriş verir ki, bacısı Devakanı
öldürsünlər. Lakin bacısı əri Kansanı bu qərarından çəkindirir və
anadan olan körpələri ona verəcəyini vəd edir. Beləliklə, Kansa
altı körpəni öldürür, lakin yeddi və səkkizincidən xəbəri olmur.
Bunlardan biri Krişna, digəri onun qardaşı Balarama imiş.
Qardaşlar möcüzə ilə Devakanın bədəninə yeridilirlər və bununla
Kansanın caynağından xilas olurlar. Kansa Krişnanın üstünə
cürbəcür vücudlar göndərir. İblisə Puntana bədəninə zəhər sürtüb,
|