______________Milli Kitabxana_____________
306
təmtəraqlı geyimdə körpə Krişna olan evə gəlir. O, südünü
körpəyə əmizdirir ki, uşaq zəhərlənib ölsün. Lakin körpə Krişna
iblisənin bütün həyatını əmir və o qədər böyüyür ki, ilanın qarnı
partlayır. Bir çox macəralardan sonra Krişna Kansaya qalib gəlir
və onu öldürür. Uqarsen yenidən öz taxt-tacına sahib olur.
Krişna obrazı Mahabharata dastanında da verilmişdi. Burada
o, cəsur döyüşçü kimi təsvir olunur. Döyüş zamanı o həm hiyləyə
əl atır, həm də hərbi bacarıq və qabiliyyət nümayiş etdirir. O,
Pandavlar tərəfindən Kaurav qardaşlarına qarşı çıxış edirdi.
Krişna deyirmiş ki, xeyir naminə ədalətli döyüşdə əl
titrəməməlidir. O, həyatın mənasını allahı dərk etməkdə görür və
özünü allah kimi qələmə verirdi. Allahı dərketmə üsullarından biri
ona sadiq məhəbbət bəsləməkdən ibarət imiş. İnsanın sevən ürəyi
olmalıdır.
O, öz ürəyi vasitəsilə biliyə sahib olmağa, çətinlikləri keçib
allahı dərk etməyə qabildir. Allaha məhəbbət göstərən və onu dərk
edənlərə həyatda xüsusi imtiyazlar bəxş edilir. Krişna deyirdi:
"Mən bütün canlılara eyni cür baxıram. Mənim üçün nə qərəzkar
var, nə də istəkli. Lakin kim ki, mənə sədaqət və məhəbbətlə
sitayiş edir, o mənim daxilimdədir, mən də onların".
Qədim hind əsatirlərində allah Şiva və onun arvadı Parvati
müəyyən yer tuturdu. Şiva Himalay dağlarında məskən salıbmış.
O, Brahma allahını cəzalandırıbmış, çünki o, qan-qarışıq nikahına
yol veribmiş. Şiva rəqs hökmdarı kimi də qələmə verilirdi. O rəqs
"edəndə dördəlli təsvir olunur. Onun rəqsi dünyanın
yaradılmasını, inkişafını və məhv olmasını əks edirmiş. Dünyanın
sonunda Şiva hər şeyi udan bədheybət Alov yaradıbmış. Alov
varlığı məhv etmiş və Şivanın iradəsi ilə dünyanı yenidən
yaradıbmış. Şivaya öküz Nanda xidmət edirmiş. Şiva və arvadı
Parvati köçəri həyat sürürmüşlər, bədbəxt adamlara və yoxsullara
köməyə gəlirmişlər. Şiva üçün çətənədən məstedici içki
hazırlayarmışlar. Bəlkə də bu "saoma" içkisi imiş. Şivanın arvadı
Parvati əfsanələrdə ilahə ana kimi təsvir edilmişdir. Böyük ilahə
ana qeyri-ari tayfalarına mənsub olmuş, sonralar hind dini
tərəfindən mənimsənilmişdi.
Qədim hind panteonunda yüzlərlə allah cəmləşdirilmişdi.
|