______________Milli Kitabxana_____________
303
Qədim Hindistanda mədəniyyətin müxtəlif sahələri inkişaf
tapmışdı. Ədəbiyyat, incəsənət, xüsusilə memarlıq, təbiət elmləri,
fəlsəfə sahəsində müəyyən nailiyyətlər əldə edilmişdi. Burada
müxtəlif dini ehkamlar və təsəvvürlər mövcud idi. Erkən dövrdə
dini əsatirlər meydana gəlmişdi.
Lap qədim dövrlərdə hind əhalisi arasında günəşə, aya,
çaylara, bitkilərə inam və sitayiş mövcud idi. Hələ hind-İran
birliyi dövründə hindlilərin iranlılar ilə oxşar dini anlayışı vardı.
Oda, suya, əcdadlara, eyni adlı ilahi qüvvələrə inam həm hind,
həm də irandilli etnik birləşmələr üçün səciyyəvi idi. Hindlilərin
erkən dini təsəvvürləri Riqvedada əks olunmuşdur. Riqvedaya
görə qədim hind panteonun başında İndra dururdu. O, baş allah
olmaqla ildırım saçan və fateh hesab edilirdi.
Əfsanəyə görə ilk əvvəldən yer üzündə asura adlanan
vücudlar, iblislər yaşayırmış. Hind əsatirlərində asura şər
qüvvələri təmsil edirdi. İrandilli ənənədə isə onun müqabili olan
ahura xeyirxah allahı təcəssüm edirdi. İran div ehkamının əksinə
olaraq hindlərdəki div xeyirxah əməllərin sahibi idi. Vritra adlı
iblis (asura) şər qüvvələrin başçısı kimi təsvir olunmuşdur. Aditi
xeyir və şər qüvvələri təmsil edirdi. Vritranın silahdaşları Danava
adlanırdı. Aditilər Danava ilə mübarizə aparırlarmış, lakin həmişə
məğlubiyyətə uğrayırmışlar. Belə halda Aditilər İndranı başçı
seçirlər. İndra göyün və yerin oğlu kimi qələmə verilmişdir. Guya
o, anasının böyründən "doğulmuşdu". Anadan olandan sonra İndra
bir müddət gizli yaşamış, sonra soma içkisini dadmış, nəticədə
bədheybət bir nəhəng görkəminə düşmüşdü. Bundan vahiməyə
gələn qoşa göy və yer əks tərəflərə ayrılmış, arada yaranmış fəza
İndranın məskəni olmuşdu. İndra allahların başçısı kimi Vritra ilə
döyüşə girir. İndra iblisi öldürür. Kosmik sular və ilahi analar
guya Vritranın qarnından azadlığa çıxırlar. Hamilə sular günəşi
dünyaya gətirilər. Sonra Sat, yəni varlıq aləmi yaradılır. Bura
allahların və insanların məskəninə çevrilir. Asat, yəni qeyri-varlıq
Satdan təcrid edilir. Asat yerin dərinliyini, o dünyanı təmsil edirdi.
Kosmik sular göydə yerləşdirilir ki, oradan yerə vaxtaşırı rütubət
göndərsinlər. Varuna qanunlara nəzarət edirdi. İndra dünyanı bu
cür yaratdıqdan sonra rəqsə başlayır. Eyni zamanda, erkən dini
|