______________Milli Kitabxana_____________
304
təsəvvürlərdə od və ev himayədarı Aqni, günəş allahı Surya
müəyyən yer tuturdu. E.ə. I minilliyin sonunda Brahma, Vişna və
Şiva allahlarına ibadət genişləndi. Müxtəlif allahlar Vişnanın əksi
kimi qələmə verildi. Bunlar Krişna, Rama və hətta Budda hesab
olunurdu. Hindistanın bir çox allahlarının məbədləri Vişnanın
müxtəlif təcəssümü kimi qəbul edilir.
Avestada bu içki haoma adlanır və onun güclü təsiri qatlarda
pislənir, sonrakı hissələrdə isə təriflənirdi.
Rama bitki aləmi allahı kimi məlum idi. Onun arvadı Sita
(mənası "şum yeri") məhsuldar torpağı təmsil edirdi. Onların
haqqında müxtəlif məzmunlu əsatirlər yaradılmışdı. Rama və
Sitanın taleyinə iblis Ravana mənfi təsir göstərmişdi. Əsatirin
birində deyilir ki, Ravana Lankada (Seylon) hökmranlıq edirdi.
Brahman onu allah və iblislər tərəfdən məğlubedilməz etmişdi.
Ravana isə müqəddəs kahinlərin qurban ayinlərini yerinə
yetirmələrinə maneçilik törədirdi. Allahlar Brahmaya şikayət
edirlər. Brahma Ravananı məğlub etmək üçün çıxış yolu tapır. O,
Vişnaya məsləhət görür ki, o, Aydoxa hökmdarının oğlu Ramanın
cildinə girsin. Rama gənc ikən gözəl Sitaya evlənmişdi. Atası
Daşaratha onu özünə varis təyin etdi. Lakin hökmdar qadın
hakimiyyətə Brahatanı məsləhət bildi. Rama 14 il müddətinə
sürgünə göndərildi. Sürgündə o, koma tikib Sita ilə dolanırdı. Bir
gün Ravananın iblis bacısı Ramanı gördü və ona məhəbbətini
bildirdi. Rama onu rədd etdi. Bunu eşidən Ravana Ramaya qarşı
çoxlu iblis göndərdi, lakin onlar məğlub oldular. Ravana hiylə
işlədib Sitanı qaçırdı. Rama çox macəralardan sonra Lankaya
gəldi, Ravananı öldürdü və Sitanı azad etdi, lakin onu yaxına
buraxmadı. Sita pak olduğuna and içdi, Rama ona inanmadı.
Sitanın göstərişi ilə tonqal qaladılar. O, paklığını sübut etmək
üçün yanan tonqala girdi, lakin allah Brahma alovu Sitanadan
uzaqlaşdırdı. Sita tonqaldan salamat çıxdı. Od allahı Aqni onu
Ramaya qaytardı. Rama Sita ilə birlikdə Aydoxaya qayıdır,
atasının taxt-tacına sahib olur və on min il hökmranlıq edir.
Bundan sonra Rama Vişna görkəminə qayıdır. Hindistanda bir çox
məbədlər Ramaya həsr olunmuşdur.
Qədim hind allahı Krişna həmçinin Vişnanın təcəssümü
|