______________Milli Kitabxana_____________
319
bu da “Birinci Sin imperatoru” deməkdir. Beləliklə, vahid və
mərkəzləşdirilmiş Çin dövləti yarandı. Sin-Şi-Xuandi hunların
hücumundan müdafiə olunmaq üçün ölkənin şimalında Böyük
Çin. səddi çəkdirməyə başladı. Səddin üstündə beş araba yanaşı
gedə bilərdi. Bu tikinti fasilələrlə min il davam etmişdi. Səddin
uzunluğu 5 min km-dən çox, hündürlüyü isə 6.6 m, bəzi yerlərdə
10 m idi.
Çindən qərbə gedən “Böyük ipək yolu” bütün Asiyanı yarıb
keçir, Aralıq dənizinə doğru uzanırdı. “Böyük ipək yolu” e.ə. II
əsrdə kəşf edilmişdir.
Çin yazısında heroqliflərdən istifadə olunurdu. On minlərlə
heroqlif var idi. Çinlilər yazı materialı kimi bambuk
lövhəciklərdən, ipək parçadan istifadə edirdilər. Eramızın
başlanğıcında çinlilər cındırdan, ağac qabığından, bambukdan
kağız düzəltdilər. Kağız ucuz başa dəlirdi. Çində biliklər yüksək
inkişaf etmişdi. Əkinçilərin səma cisimlərinin müşahidəsi
nəticəsində astronomiya elmi yaranmışdı. Çinlilər yeri nəhəng
yumurta şəklində təsəvvür edirdilər. Onlara görə yer yumurta
sarısı, göy isə qabığıdır, göy cisimləri ona bərkidilib. Onlarla
birlikdə göy Yer ətrafında fırlanır.
Kənd təsərrüfatına aid əsərlərdə torpağı becərmək və
suvarmaq, ipək qurdu bəsləmək, çay kollarını becərmək
qaydalarından bəhs olunurdu. Çay sözü Çin mənşəlidir. Əvvəllər
xəstənin qüvvəsini mühafizə edən dərman kimi işlənmiş, sonralar
isə içki kimi istifadə olunmuşdur. Dəniz səyyahlarının və karvan
başçılarının müşahidəsindən coğrafiya elmi yarandı. Uzaq
səyahətlərə çıxanlar kompas ixtira etmişlər. E.ə. II əsrdə və birinci
əsrin əvvəllərində yaşamış Çin tarixçisi Sıma Tsyan ən qədim
dövrdən ömrünün sonuna qədər olan dövrü əhatə edən “Tarixi
qeydlər” əsərini yazmışdır. O, hər bir hadisəni düzgün yazmağa
çalışmışdı. Elə buna görə də o, padşah tərəfindən
cəzalandırılmışdı.
Çin e.ə. VII əsrdə yaranmış Vyetnam dövləti ilə əlaqə
saxlayırdı. Çinlə qərb ölkələri arasında əlaqə zəif inkişaf etmişdi.
Çində kağızın istehsalı, çaydan istifadə, ipək istehsalı, kompasın
ixtirası yüz illərlə avropalılara məlum olmamışdır.
|