Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə188/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   184   185   186   187   188   189   190   191   ...   328
______________Milli Kitabxana_____________ 

 228


çox bənzəri olan məxluqların yaşadığını  aşkar etmişlər. 

Azərbaycan  ərazisində  şüurlu insan (homo sapiyens) otuz-qırx 

min il bundan qabaq təşəkkül tapmışdır. Bu dövrdə insanlar daha 

mükəmməl ov aləti - ox ilə yayı icad etmişdilər.  Şüurlu insanlar 

hələ on min il bundan əvvəldən başlayaraq Qobustan qaya 

rəsmlərini yaratmışlar. Qayaların üzərində yaradılmış müxtəlif 

rəsmlər - ov səhnəsi, yallı getmək və s. həmin dövrdə yaşayan 

insanların şüurunun yüksək səviyyədə olmasını göstərir. Qobustan 

uzun dövr ərzində yaşayış məskəni olaraq qalmışdır. Maldarlığın, 

əkinçiliyin meydana çıxdığı (VI minillikdən) və ondan sonrakı 

dövrdə bu insanların qayalar üzərində qoyub getdikləri misilsiz 

qiymətə malik dilsiz şahidləri onların dənizçiliklə  də  məşğul 

olduqlarını göstərir. Qayalar üzərindəki qayıq rəsmi, qayığın baş 

tərəfində günəş  təsviri bu torpağın aborigenlərinin dünyanın  ən 

qədim mədəni xalqlarından biri olan şumerlərlə bilavasitə əlaqədə 

olduqlarına dəlalət edir. Abşeronda, qədim Naxçıvanda, 

Gəmiqayada, Kəlbəcər ərazisində qaya rəsmləri kifayət qədərdir. 

Oddan istifadənin başlanması, ilk geyimlər, ilk yaşayış 

yerinin salınması, ilk nəqliyyat vasitələrindən istifadə olunması, 

müxtəlif  əmək alətlərinin hazırlanması, gil qablar, heyvanların 

əhliləşdirilməsi və s. sivilizasiyaya doğru böyük addımların 

atılması hesab olunmuşdur. 

Azərbaycan dünyanın ən qədim mədəniyyət mərkəzlərindən 

biridir. Qobustan qaya rəsmləri e.ə. XIII-X minilliyə aiddir. Onlar 

siluet  şəklində ön, arxa və yan tərəfdən təsvir edilmiş, 

kürəklərində kaman olan ovçuların sxematik təsvirlərindən 

ibarətdir. Son mezolit dövründə (e.ə. X-VIII minilliklər) 

yaradılmış  əzəmətli öküzlərin realistik qaya təsvirləri də 

diqqətəlayiqdir. Bu təsvirlər təxminən öküzlərin özü boyda 

cızılırdı. 

İbtidai insanların primitiv şəkildə silahlanması  və  vəhşi 

öküzlərin qüvvətli heyvan sayılması ovçuları  gələcək ovlara çox 

diqqətlə hazırlaşmağa və sonsuz məşqlər keçirməyə  məcbur 

edirdi. Bu məşqlər isə sonralar ayinlərə çevrilirdi. Dini görüşlər 

formalaşdıqdan sonra həmin ayinlər sehrbazlıq ayinlərinə 

çevrilirdi.  Əcdadlarımızın ibtidai qəbilə quruluşundakı totemistik 





Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin