Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə189/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   185   186   187   188   189   190   191   192   ...   328
______________Milli Kitabxana_____________ 

 229


təsəvvürləri, ayrı-ayrı heyvan və bitkilərin ilahi qüvvəsinə insanlıq 

əqidəsi, eneolit dövründən, mis-daş dövründən başlayaraq 

yayılmışdır. Totemizm ibtidai insanları canlı obyektiv real varlıq 

ilə, heyvanlar aləmi ilə möhkəm surətdə bağladı. Ruhlar kimi 

totemlər də toxunulmaz idi. Totemizm ideyaları  qədim 

əcdadlarımızın yaradıcılıq təfəkkürünə 

təsir göstərmiş, 

heykəltəraşlıq və folklor sahəsində, bir sıra maraqlı  sənət 

əsərlərinin yaranmasına səbəb olmuşdur. Qədim türk qəbilələrində 

hər totemin plastik obrazı yaradılırdı. Həmin fiqur çadırın yuxarı 

başında asılırdı. Bu ilahi fiqurlarda bəzən zoomorf və 

antropomorfik ünsürlərin birləşdiyi özünü göstərir, yəni fiqurlarda 

həm heyvani, həm də insani xüsusiyyətlər vardır. Belə totem 

fiqurlarında insan şəklinin görünməsi göstərir ki, onlar xalis 

heyvan fiqurlarına nisbətən daha sonralar, eramızın ilk əsrlərində 

yaradılmışdır. 

Totemizm qədim xalq teatrı tamaşasına böyük təsir 

göstərmişdir. Bunlardan biri kəndirbaz oyunu idi. Adətən 

oyunçular heyvan dərisi geyərdilər. Novruz-Bahar bayramlarında 

geniş yayılmış kos-kosa oyununu götürək. Kos-kosa tamaşasının 

mənşəyi b.e. birinci əsrlərinə aparıb çıxarır. O vaxtlar belə 

tamaşalar qəbilə miqyasında daha əzəmətli dini ayin 

mərasimlərində keçirilərək məhsuldarlıq, bolluq, artım və su 

təsərrüfatı ilahəsi olan Anahitə həsr edilirdi. Kos-kosa oyunu bizə 

gəlib çatmış  həmin ayin mərasiminin bir hissəsini təşkil edir. 

Qədim Azərbaycanda müxtəlif totemlərin heykəlləri, o cümlədən 

bolluq ilahəsinə həsr olunmuş heykəllər də yapılırdı. 

Qədim Azərbaycanda animizm də xeyli yayılmışdı. 

Mürəkkəb xarakterli dini əqidə hesab edilən animizm totemizm 

dini mərhələsindən sonra yetişmiş, mücərrəd təfəkkürün 

məhsuludur. Animistik təsəvvürlər ruhun varlığını, ruhun 

daimliyini və onun hərəkətdə olduğunu əsas tutur. Əslində ruhlara 

inanmaq kimi sadəlövh, ibtidai fikirlər çox sonralar yaranmış 

mürəkkəb xarakterli dinlərin (atəşpərəstlik, islam və s.) ideyaları 

üçün başlanğıc və möhkəm bünövrə olmuşdur. 

Magiyalar – sehrbaz təlimləri daima iki istiqamətdə inkişaf 

etmişdir: ağ sehrkarlıq, yəni xeyir qüvvələrə xidmət edən 




Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin