______________Milli Kitabxana_____________
227
hər bir türk qəbiləsinin tədricən özünəməxsus mədəniyyəti,
iqtisadiyyatı və siyasi dünyagörüşü formalaşmağa başlamışdır.
Nəticədə qədim türk xalqları həm əsarətə aldıqları, həm də
əsarətinə düşdükləri xalqların dinləri, adət-ənənələri və s. ilə tanış
olmuş, onların mühüm mədəni ünsürlərini mənimsədikləri kimi,
özlərinin də mədəniyyətini onlara mənimsətmişlər. Qonşu
xalqlarla qarışmaq nəticəsində onların bütün mədəni-mənəvi
sahələrində olduğu kimi, hətta antropoloji quruluşlarında belə
ciddi dəyişikliklər baş vermişdir. Bütün bunlara baxmayaraq, bir
ana kökdən ayrılan həmin qohum türk qəbilə və xalqlarını
birləşdirə biləcək ən qədim xüsusiyyətlər məhz onların dilində,
folklorunda və mifologiyasında qorunub saxlanmışdır.
Azərbaycan mədəniyyəti dörd inkişaf mərhələsi keçmişdir.
Birinci mərhələ ümumtürk, ümumbəşəri, arxaik-totemistik inkişaf
mərhələsidir. Burada mifologiyada bir sıra heyvanlar, xüsusilə
öküz mifi başlıca yer tutur. İkinci mərhələ qurd görüşünün öküz
mifizmi ilə çarpazlaşması
mərhələsi adlandırmaq
məqsədəuyğundur. Mədəniyyətin həmin inkişaf mərhələsi
həqiqətlərlə yarımhəqiqətlər şəklində bizə gəlib çatan erkən
xaqanlıq-anaxaqanlıq və ataxaqanlıq, eləcə də daş kitablar və
abidələrdə tarixi iz qoymuş xaqanlıq əxlaqi-fəlsəfi dünyagörüşü
ilə bağlıdır. Mədəniyyətin üçüncü inkişaf mərhələsi zərdüştlük -
maqların dini təlimi - xeyir və şərin əbədi mübarizəsi dövrü ilə
əlaqələndirilməlidir.
Dördüncü inkişaf mərhələsi islamın Azərbaycanda
yayılmasından başlanır. Həmin dövrləri bir neçə mərhələyə də
bölmək mümkündür.
Azərbaycan ərazisində Manna, Midiya, Atropatena və
Albaniya dövlətləri fəaliyyət göstərmişdir. Lakin hələ dövlət
meydana gələnə qədər Azərbaycanın ilk sivilizasiya mərkəzi
olması arxeoloji qazıntılar sayəsində sübut edilmişdir. Quru-çay
və Azıx mağarası sakinlərinin hazırladıqları ilk əşyalar kobud
çapacaqlar, müxtəlif qəlpələrdən düzəldilmiş qazıyıcı və deşici
alətlər olmuşlar. Onların bir çoxunun ağırlığı 4-5 kq-dır.
Arxeoloqlar Qazax rayonunda Damcılı, Daşsalahlı, Tağlar
mağaralarında yüz səksən-iki yüz min il bundan öncə, insana daha
|