______________Milli Kitabxana_____________
254
yaradılmasına da əhəmiyyət vermişlər.
Ağzı gen olan qabların üzərində heyvan, insan və ov
səhnələrinin rəsmləri cızma üsulu ilə çəkilmişdir. Bu tip keramika
Xanlar rayonu üçün səciyyəvidir. Belə qabların üzərindəki
təsvirlər bir qayda olaraq ağ maddə ilə doldurulur. Rəsmlərin
çəkilməsi və onların inkrustasiya edilməsi prosesi, adətən, qara
rəngli qablar bişəndən sonra yerinə yetirilirdi, əks təqdirdə, ağ
maddə kürədə yanıb külə dönərdi. Belə qablara misal olaraq
Xanlar rayonundan tapılmış bir nümunəni göstərmək olar. Burada
ritmik olaraq yerləşdirilmiş iki ovçu və iki keçi təsviri ağ maddə
ilə doldurulmuşdur. Ağ rəngli rəsmlər qara cilalı qabın üstündə
daha yaxşı görünür. Keçi rəsmləri Qobustan petroqliflərini
xatırladır. İnsan surəti sxematik şəkildə olub, iki üçbucağın
birləşməsindən düzəldilmişdir. Fiqur qarşı tərəfdən göstərilir.
İnsanın sağ əlinin üstündə başı-aşağı üçbucaq formasında olan on
bir nöqtə onun qələbələrinin sayını göstərir. Bu, ya düşmən qəbilə,
yaxud da heyvanlar üzərində qazanılan qələbədir. Həmin nöqtələr
onun neçə övlad arzu etdiyini də göstərə bilər. İnsan və heyvan
fiqurları çoxlu nöqtələrlə doldurulmuşdur. Bu onların sayca
çoxalmasını, artmasını, günəş allahından təmənna etməsini
göstərir. Fiqurlar yuxarıda, qoşa əyri xətlər arasında verilmiş,
günəş təsviri altında yerləşdirilmişdir. Heyvan və insan təsvirləri
ilə günəş şəkli nöqtələrlə əlaqələndirilmişdir. Burada ovçu da,
keçi də günəş allahının himayəsində verilmişdir.
Biz bu nümunədə xronika səciyyəli piktoqramla rastlaşırıq.
O, ya ovçunun qələbəsi, ya ölümü, ya da məhsuldarlıq, artım,
çoxalma bayramı və ayini münasibəti ilə konkret bir şəxsə həsr
edilərək yazılmışdır. Həmin şəxs öləndə piktoqram da onu qəbirdə
müşayiət etmişdir.
Piktoqram özünün bütün təsvir vasitələri ilə artma, çoxalma
ideyasına həsr edildiyini göstərir və konkret bir ovçunun
nailiyyətlərindən danışır.
Piktoqramın hər tərəfdən oxunması üçün qabın xarici
səthində insan və keçi fiquru iki dəfə təkrar edilmişdir. Bu prinsipi
alban dövrünün keramik piktoqramlarında da görürük.
Qeyd etmək lazımdır ki, qara cilalı keramikanın ağ maddə
|