______________Milli Kitabxana_____________
262
üçün lazım olurdu. Qablara bədxah ruhların daxil olmamağı üçün
onlar totemlərin-himayəkar heyvanların müxtəlif şəkilli təsvirləri
ilə bəzədilirdi. Belə dini təsəvvür, dövrün inkişafı ilə əlaqədar
olaraq ortadan çıxdıqca totemlərin plastik təsviri də, beşinci
qrupda gördüyümüz kimi, təhrif edilərək, ornamental şəkil almış
və ikinci dövrdə itib getmişdir.
Fiqurlu qablar heyvanları təmsil etdiyinə görə onlara
zoomorf keramika, zoomorf qablar da deyilir. Mingəçevir, Xınıslı
və s. yerlərdən tapılmış qara və qırmızı rəngli fiqurlu keramika
təsvirlərin sxematikliyinə baxmayaraq, o dövrün plastika
sənətində özünəməxsus mühüm yer tutur.
Qafqaz Albaniyasında birləşmiş qablar istehsalı da ənənə
şəkli almışdı. Tunc dövründə belə qabların içərisində birləşdirici
yollar olurdusa, bu dövrdə artıq qablar süni şəkildə, zahiri forma
etibarı ilə birləşir. Belə dəyişiklik qədim ayinin bu dövrdə ortadan
çıxması ilə izah edilməlidir. Birləşmiş qablar deşmə nöqtələrlə
bəzənsə də, onların əsil gözəlliyi orijinal formalarında və plastik
cazibədarlığındadır. Qırmızı rəngli belə keramika nümunələri
Mingəçevirdə və Yaloylutəpədə tapılmışdır.
Vaza tipli qablar qara rəngli, bir və ya iki qulplu olub, bir və
ya üç ayaq üstə dayanır. Bu tipli qablar Mingəçevir, Yaloylutəpə,
Xanlar, Xocalı kimi qədim mədəniyyət yerlərindən tapılmışdır.
Onların özünəməxsus plastik gözəlliyi vardır. Lentvarı qulplar,
gövdəni bəzəyən şiş qabartmalar, qablara şaquli istiqamət verən
mütənasib dayaqlar və nəhayət, iki dairəvi lövhədən düzəldilmiş
gövdələr vaza tipli qabların bədii keyfiyyətini qüvvətləndirir.
Bu cür vaza tipli qablar e. d. IV-I əsrlərdə də yaradılmışdır.
Onlar əvvəlki mərhələlərdə olduğu kimi, bu dövrdə də dini
məqsədlərə xidmət etmişdir. Həmin qablarda qurban kəsilmiş
heyvanların qanı və müxtəlif nəzirlər saxlanılırdı. İkinci dövrdə bu
tip qablara rast gəlmirik.
Qafqaz Albaniyasında maldarlıq və əkinçiliyin inkişafı ilə
əlaqədar olan matraları (flyaqaları) və Yaloylutəpə tipli qabları
göstərə bilərik.
Mingəçevir, Xınıslı, Yaloylutəpə və s. yerlərdən tapılmış
matralar əkinçilərin, maldarların yanlarında gəzdirdikləri su
|