______________Milli Kitabxana_____________
261
qaradamlar və konusvarı alaçıq formalı yaşayış evləri ənənəvi
olaraq davam etdirilmiş və bunlardan istifadə olunmuşdur.
Bir çox qədim şəhərlərimizin də bünövrəsi bu dövrdə
qoyulmuşdur.
Bədii keramika Qafqaz Albaniyası incəsənətinin birinci
dövründə (e. ə. IV-I əsrləri) layiqincə inkişaf tapmış yeganə sənət
növüdür. Bu dövrdə ənənəvi olaraq tunc dövründən gəlmiş bir çox
dulusçuluq növləri geniş miqyasda istehsal edilirdi. Bununla
bərabər dövrün iqtisadi-mədəni inkişafı ilə əlaqədar olaraq yeni
keramik formalar da ortaya çıxırdı. O zamanın dekorativ bəzək
üsulları həm ənənəvi, həm də yeni səciyyə daşıyırdı.
Daha qədimlərə aid dulusçuluq nümunələrinə misal olaraq,
fiqurlu və birləşmiş qabları, bir və üç ayağı olan vaza tipli
məmulatı göstərmək mümkündür. Belə dulusçuluq nümunələri
dini əqidələrlə əlaqədar olaraq yaradılırdı.
Fiqurlu keramikanın bu dövrdə çox yayılmış növü zoomorf
qablardır. Belə qabları zahiri formalarına görə beş qrupa bölmək
olar. Birinci qrupa maral, keçi, xoruz, tovuz və s. heyvan və quş
şəklində olan fiqurlu qablar daxildir. İkinci qrupda isə qabların
çiyni ilə boğazı qoyun və at fiqurları vasitəsilə birləşdirilir.
Bəzi qablar da var ki, onların gövdəsi üzərində maral,
qoyun, təkbuynuzlu heyvanların yarım fiquru və ya ancaq başı
düzəldilmişdir. Qorelyef formalı bəzəyi olan belə qablar üçüncü
qrupa aiddir. Dördüncü qrupa daxil olan qabların üzərində maral,
dovşan, qoyun kimi heyvanların qabartma formalı şəkilləri
verilirdi. Belə qabartmalar son dərəcə sxematik olurdu. Bu qrupda
fiqurlu keramikanın tənəzzülə uğradığını əyani şəkildə görürük.
Tənəzzül beşinci qrupun nümunələrində özünü daha qabarıq
şəkildə büruzə verir. Bu qrupun qablarında heyvanlar müxtəlif
əyri, qabarıq xətlər şəklində təsvir edilir. Artıq ornamental forma
almış bu təsvirlər qabların qulpunu, gövdəsini, lüləyini bəzəyir.
Bu nümunələr göstərir ki, dövrün sonunda fiqurlu keramika
tamamilə tənəzzülə uğramışdır. Bununla belə, ayrı-ayrı hallarda
bu tipli qablar ikinci dövrdə də (I-IV əsrlər) yaradılırdı.
Nəzərdən keçirdiyimiz fiqurlu keramika tunc dövründə
olduğu kimi bu dövrdə də su, şərab və sair mayelərin saxlanması
|