______________Milli Kitabxana_____________
258
asılmışdır.
Bu dövrün çox yayılmış maraqlı məmulatının bir tipini də
tunc kəmərlər təşkil edir.
Üzərində cızma üsulu ilə heyvan, quş, insan, naxış və s.
rəsmlər çəkilmiş bu kəmərlər qədim Azərbaycan incəsənətinin
səciyyəvi nümunələrindəndir. Bu kəmərlərin üzərində
kosmoqonik ideyalar, kainatın od, torpaq, hava, su kimi dörd əsas
amildən ibarət olduğunu göstərən təsəvvürlər simvolik təsvir
motivləri vasitəsilə verilmişdir.
Tunc kəmərlərin bir qrupunu da üzərində piktoqrafik
təsvirlər cızılmış əsərlər təşkil edir. Onların ən tipik nümunəsi
kimi Gədəbəydən tapılmış tunc kəmərin piktoqramına nəzər salaq.
Burada bir-birini izləyən beş heyvan rəsmi verilmişdir. Sol
tərəfdən birinci, üçüncü və beşinci yerdə üstündə günəşin svastika
şəklində simvolik təsviri verilmiş şir fiqurları cızılmışdır. Heç bir
işarə olmadan məlumdur ki, şir rəsmi bu dövrdə günəş və od
rəmzi kimi işlənirdi. İkinci və dördüncü yerdə isə tək buynuzlu
fantastik heyvan rəsm edilmişdir. Bu heyvanı hər yerdə ilan rəsmi
müşayiət edir. İlan rəsmi özlüyündə axirət dünyasının simvolu
olduğu üçün bu heyvan da yeraltı ölülər dünyasının simvolu kimi
qəbul edilir. Beləliklə, yazı iki heyvanın: günəşi, işığı təmsil edən
şirlə, qaranlıq dünyanın rəmzi olan tək buynuzlu heyvanın
mübarizəsi nəql edir. Piktoqramda işıqla qaranlığın, həyatla
ölümün mübarizəsi təsvir edilmiş və odun, işığın, həyatın qalib
gələcəyi göstərilmişdir. Qədim rəssam bu fikri qəbilə üzvlərinə
çatdırmaq üçün yazını günəş işarəli şirin təsviri ilə başlayıb, onun
mübarizədə qalib gəlmiş əzəmətli şəkli ilə qurtarmışdır. Sol
tərəfdə, birinci şirin arxasında dirilik ağacı təsvir edilmişdir. O,
günəşin himayəsində olan həyatı təmsil edir. Bu piktoqramda şir
xeyir allahı Hörmüzdü, tək buynuzlu heyvan isə şər allahı
Əhriməni təmsil edir.
Kəmərin sol və sağ uclarında suyun, bolluğun qoşa
spiraldan ibarət rəmzi işarələrini də görürük. Həmin işarələr
məhsuldarlığı, xoşbəxt həyatı təmsil edir, kəməri isə bəd
nəzərlərdən hifz edirmiş. Bu işarələr ikiqat şəkildə kəməri
haşiyələyir.
|