______________Milli Kitabxana_____________
260
Qızıl bilərzik günəş təsviri altında üzbəüz yerləşmiş dörd şir
fiquru ilə bəzədilmişdir.
Bütün Ziviyə əsərlərində dövrün ideoloji xüsusiyyətləri,
günəş kultunun təbliği, onun atributları, Zərdüşt dinindən gələn
əfsanəvi varlıqlar və s. əks etdirilmişdir.
İran Azərbaycanında, Urmiya gölünün cənubunda yerləşən
Həsənli adlı qədim yaşayış məntəqəsindən tapılmış gümüş güldan
və qızıl cam da diqqətəlayiq görkəmli sənət əsərləridir. Onlar e. ə.
birinci minilliyin əvvəllərinə aid olub, döymə üsulu ilə
hazırlanmışdır.
Gümüş güldanın xarici səthini qızıla tutulmuş qabartma
təsvirlər bəzəyir. Təsvirlərdə piyada və süvarilərin döyüşü, at,
öküz və şirəoxşar heyvanları qovan insan surəti öz əksini
tapmışdır.
Qızıl camın qabartmaları isə iki cərgədə yerləşmişdir.
Yuxarı cərgədə (soldan) araba sürən ay, günəş və göy allahlarının
şərəfinə qurbanlıq qoyunların gətirilməsi göstərilir. Aşağı cərgədə
qoşa qoç üstündə çılpaq vəziyyətdə, yanlara açılmış əlləri ilə
örtüyünü tutmuş halda su, xeyir və bərəkət ilahəsi Anahid, yenicə
doğulmuş uşağın kahin tərəfindən dualanması, düşmən üzərində
qələbəni xəbər verən carçı və s. təsvir edilmişdir. Atəşpərəstlik
məbədinə məxsus olan bu camdan quraqlığa, sonsuzluğa və s.
məhrumiyyətlərə qarşı keçirilən dini-sehrkarlıq ayinlərində
istifadə edilərmiş.
Beləliklə, qədim Azərbaycanda bədii metal istehsalı ilk
növbədə cəmiyyətin ülvi məqsədlərinə, ideoloji tələblərinə, dini
təsəvvürlərinə xidmət etmişdir. Eyni zamanda, sənətkarlar təbliğ
etdikləri ideyalara uyğun bədii formalar tapmaqda böyük məharət
göstərdikləri üçün yaratdıqları əsərlərin qüvvətli estetik təsir
bağışlamasına da nail ola bilmişlər.
Alban dövrü incəsənəti. Alban dövrünün incəsənəti iki
inkişaf mərhələsi keçmişdir. Birinci mərhələ e. ə. IV-I əsrləri,
ikinci mərhələ I-VII əsrləri əhatə edir.
Birinci mərhələdə bədii keramika, zərgərlik və s. sənətlər
inkişaf tapmışdır. Bu dövrdə memarlıqda güman etmək olar ki,
yuxarıda haqqında danışdığımız meqalitik tikintilər, qazımalar,
|