______________Milli Kitabxana_____________
251
O vaxt ox istehsal aləti kimi fetişləşmiş-ilahiləşdirilmişdi.
Piktoqramda ox rəsminin ovçunu bildirdiyini qəbul etsək,
onda məzmun anlaşılar: bu təsvirli yazıda bir ovçu iki keçi
öldürmüşdür. Belə bir məzmun bizə qəribə gəlsə də, mis-daş
dövrünün adamları üçün bu fövqəladə bir hadisənin xəbər
verilməsi kimi zəruri və lazım idi. Piktoqramın yazılmasından
məqsəd ovçunun igidliyini qəbilə üzvlərinə bildirmək idi.
Babadərvişdən tapılmış ikinci piktoqram nümunəsi «M»
şəklində və onun üstündə üçbucaq formasında olan iki təsvir
elementindən ibarətdir. Üçbucağın yuxarı uzadılmış yan xəttinə
əlavə üç üfqi xətt uzadılmışdır. Belə əlavə xətlər rəsmin yanlarına
da çəkilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki,
piktoqramın bu iki rəsmi də mücərrəd təfəkkürün, konkret
varlıqların rəsmlərinin mücərrədləşdirilməsi
əsasında
yaradılmışdır. Aşağıdakı rəsm quşu, yuxarıdakı isə keçini təmsil
edir. Sağ tərəfdəki dairəvi girinti günəşin simvoludur. Buradan
anlaşılır ki, piktoqrafik yazı kosmoqonik (səma cisimlərinə
əsaslanan) təsəvvürün təsiri altında cızılmışdır. Nəzərə almaq
lazımdır ki, qədim rəssamlar, səma cisimlərini simvolik mənalı
rəsmlərlə göstərirdilər. Buna əsasən deyə bilərik ki, piktoqramdakı
quş təsviri göyü, keçi rəsmi isə yeri, torpağı təmsil edir. Bizə elə
gəlir ki, bu yazıda təbiətin iki hissəsi, iki qüvvəsi (yer və göy)
qarşılaşdırılmış, onların bir-birindən asılılığı əyani surətdə
göstərilmişdir. Burada qədim «rəssam» torpağın göyə qarşı olan
sitayişindən, yağışa olan təmənnasından danışır, sehrkarlıq işinə
xidmət edir.
Sonrakı tunc və alban dövrlərində yazılmış Qobustan və
dulusçuluq piktoqramları isə konkret təfəkkürə əsaslandığından
insan və heyvanların real təsvirlərindən yaradılmışdır.
Tunc dövründə İran Azərbaycanında olduğu kimi, Şimali
Azərbaycanda da, xüsusilə Qafqaz Albaniyası ərazisində qara
keramika mədəniyyətinin inkişafı yüksək səviyyəyə çatır.
Cilalı qara keramika Azərbaycanın Xocalı, Mingəçevir,
Çovdar, Xanlar kimi yerlərində yayılmış qədim məişətlə və dəfn
ayinləri ilə əlaqədar inkişaf etmişdir. Belə məmulatın
yaradılmasında əksər hallarda dulusçuluq dəzgahından istifadə
|