Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə148/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   144   145   146   147   148   149   150   151   ...   328
______________Milli Kitabxana_____________ 

 182


biri Assuriya ordusuna qarşı  təkbaşına mübarizə aparmalı olur, 

yaxud xərac göndərməklə Assuriya ilə müstəqil siyasi əlaqə 

yaradırdılar. 

Mannaya qarşı Assuriya və Urartunun hücumları ara 

vermirdi. Manna hökmdarları ölkəni vahid mərkəzdə birləşdirib, 

xarici hücumların qarşısını almağa çalışırdılar.  

E.ə. IX əsrin sonu-VIII əsrin  əvvəlində Manna güclü bir 

dövlətə çevrilmişdi. 

Mannanın  ərazisi  şimalda Araz çayına çatırdı, cənubda və 

cənub-şərqdə Kaspi ölkəsi, Parsua və Midiya ilə  həmsərhəd idi. 

İranzunun hakimiyyəti dövründə Manna qüdrətli dövlət olmuşdur. 

Bu dövrdə Mannanın xarici siyasətində iki meyl var idi. Bir 

qrup Assuriya ilə ittifaqa meyl göstərir, bununla da Manna 

torpaqlarının bütövlüyünü saxlamağa çalışırdı. İranzu Assuriyaya 

müttəfiq kimi baxır və onun siyasi üstünlüyünü tanıyırdı. 

Urartunun hücumlarına qarşı uzun müddət mübarizə aparan 

Mannaya  əmin-amanlıq lazım idi. Başqa bir qrup isə Urartu ilə 

ittifaq tərəfdarı idi. Onların siyasəti Manna vilayətlərinin mərkəzi 

dövlət ətrafında birləşməsinə mane olur, ölkənin parçalanmasına, 

torpaqlarının isə Urartu tərəfindən işğalına şərait yaradırdı. 

Mannada dövlətçilik ənənəsi qədim köklərə malik idi. Hələ 

e.ə. III minillikdə onun ərazisində dövlət qurumları meydana gəlir. 

Dövləti hökmdar idarə edirdi. Hökmdar mütləq hakimiyyətə 

malik idi. E.ə. VIII əsrin ikinci yarısında hakimiyyət irsi olaraq 

atadan oğula keçirdi. Dövlətə  qədim Azərbaycan türk sülaləsi 

başçılıq etmişdir. Manna mərkəzləşmiş dövlət idi. Ölkənin 

vilayətlərini canişinlər idarə edirdilər. Onlar mərkəzi hakimiyyətə 

tabe idilər. Dövlətin idarə işlərində müxtəlif əyanlar və məmurlar 

çalışırdılar. Məmurlar mixi qaynaqlarda əyan, ağsaqqal, 

məsləhətçi, başçı və canişin adlandırılmışlar. Dövlətin idarəsində 

hakim ailənin üzvləri də  iştirak edirdilər. Mannada ağsaqqallar 

şurası da fəaliyyət göstərirdi. Lakin bu şura hökmdardan asılı idi. 

Manna hökmdarları ölkəni yadelli basqınlardan qorumaq 

üçün qonşu Assuriyaya ilə diplomatik əlaqələr yaratmış  və 

ölkənin ərazi bütövlüyünü saxlamağa müvəffəq olmuşdular.  




Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin