Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə250/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   246   247   248   249   250   251   252   253   ...   328
______________Milli Kitabxana_____________ 

 302


şəhərə çevrildi. Bəziləri dövlət tərəfindən inşa edilirdi. Antik 

müəlliflər Hindistanda şəhərlərin çoxluğuna məəttəl qalırdılar. 

Onların məlumatına əsaslanıb demək olar ki, Maqadhanın paytaxtı 

Pataliputranın (indiki Patnaj) əhalisi bir milyona çatırdı.  Şəhər 

sahəsi 25-30 km

2

 olan ərazidə yerləşirdi.  



Təsərrüfatın müxtəlif sahələrində qul əməyindən istifadə 

olunurdu. Qulu bildirən "Dasa" sözü məfhum kimi hələ  də 

işlədilirdi. Qul əməyi və onun bəhrəsi ağanın ixtiyarında idi. Ağa 

istəsə qulu alar, satar, girov qoyar, hədiyyə verər, lap öldürə  də 

bilərdi.  İqtisadi və sosial münasibətlər inkişaf etdikcə qulun da 

vəziyyəti dəyişilirdi. Bəzən qul məhkəmədə  şahid sifəti ilə  çıxış 

edirdi. O, özü üçün əmlak toplaya bilərdi. Bu dövrdə evdə anadan 

olmuş qulların sayı artırdı. Əsirlərin kölə halına salınması və borc 

köləliyi davam edirdi. Müflisləşmiş adamlar özlərini, yaxud 

övladlarını köləliyə satırdılar. Azad adamları  oğurlayıb qul 

vəziyyətinə salma hallarına da rast gəlinirdi. Hər bir ailə 

qurumunun bir neçə qulu ola bilərdi. Varlı ailələrdə onların sayı 

daha çox idi. Dövlətin çöl təsərrüfat işlərində qul əməyindən geniş 

istifadə olunurdu. 

Müflisləşmiş  təbəə iqtisadi müstəqilliyini və  vətəndaşlıq 

hüququnu itirdiyindən qullar sinfinə daha çox yaxın idi. Quldar 

təsərrüfatına ucuz işçi qüvvəsi cəlb olunurdu. Onları karmakara 

adlandırırdılar. Karmarkaralar qullar ilə yanaşı hökmdar və  fərdi 

təsərrüfatlarda işləyirdilər. Onlar əvvəlcədən qoyulmuş  şərt 

əsasında  əmək haqqı alırdılar.  Əslində karmarkaralar muzdlu 

əmək ilə  məşğul olurdular. Qədim Hindistanda azad icma 

təbəqələrinin olması mövcud ictimai quruluşun xüsusiyyətlərindən 

birini təşkil edirdi. Onlar istehsal vasitələrinə malik olmaqla 

təsərrüfatla müstəqil məşğul olurdular. İcmalar dövlətin siyasi 

həyatı ilə bağlı deyildilər. Mübahisəli məsələlərin  əksəriyyəti 

icma yığıncağında həll olunurdu. İcmaların varlığı xüsusi torpaq 

mülkiyyətinin, ictimai və  əmlak bərabərsizliyinin inkişafına 

maneçilik törədirdi. Eyni zamanda varlı  şudra təbəqələri 

yaranmışdı. Onlar xidmətçi və qul saxlayırdılar. Hətta kşatri və 

brahman silki nümayəndələri onların təsərrüfatına xidmətə daxil 

olurdular. Şudralardan hökmdar sülalələri də meydana gəlmişdi. 




Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin