Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə82/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   328
______________Milli Kitabxana_____________ 

 104


başlarında tac, qiymətli paltarlarda ilahilik əlaməti olaraq baş 

geyimlərində iki, yaxud üç öküz buynuzu sancılmış halda təsvir 

olunurdular. Allahlar əllərində öz hakimiyyətinin simvolunu 

tuturdular. Marduk - üzük əsa, Eya - su allahı kimi su doldurulmuş 

qab tuturdu. Quldarlıq cəmiyyətinin ideologiyasında qədim 

xalqların mifoloji təfəkkür tərzini müəyyən edən dini təsəvvürlər 

böyük rol oynamışdır. Din həmin dünyanın ümumi nəzəriyyəsi, 

məntiqi olmuşdur. Qədim Mesopotamiya dininin əsasında ilkin 

əkinçilik icmalarının qədim ilahəsinin kultları dururdu. Həmin 

dövr üçün totemizm, təbiətin yaradıcı qüvvələrinin 

ilahiləşdirilməsi səciyyəvi olmuşdur. 

Qədim Şərq və ayrıca götürülmüş Mesopotamiya dini üçün 

səciyyəvi olan cəhət politeizm - çoxallahlılıq olmuşdur.  Şumer 

dinində bu özünü daha aydın  şəkildə göstərir.  Şumer miflərinə 

görə, bütün allahlar ilkin okean ilahəsi Namuddan yaranmışdır. 

Bütün yerdə qalan allahlar Anu və Kinin nikahından meydana 

gəlmişdir. Sonrakı Semit dilli xalqlar - Akkadlar, Amoreylər, 

Xaldeylər və başqaları  Şumer dinlərindən çox şey götürmüşlər. 

Mesopotamiya xalqlarının mifləri, xüsusilə dünya daşqını, cənnət 

həyatı, axirət dünyası, ölüm və dirilmə haqqında olan miflər kiçik 

Asiya xalqlarının dini görüşlərinə  və Bibliya mifoloji 

ədəbiyyatının formalaşmasına  əhəmiyyətli dərəcədə  təsir 

göstərmişdir. 

Qədim dünyanın adamlarında allahlara müxtəlif baxışlar 

hökm sürürdü. Bəzi hökmdarlar qələbə çaldıqları ölkələrin 

allahlarının heykəllərini də özləri ilə aparırdılar ki, onlar qalibləri 

himayə etsinlər. Bəzən qalib xalq məğlub xalqın heykəl və 

bütlərini uçururdu ki, onlar allahlardan kömək almasınlar. Bəzən 

allah heykəllərini kömək üçün digər ölkələrə  də göndərirdilər. 

Məsələn, Mittaniya padşahı Nineviyadan Misirə  xəstələnmiş 

firona  İştarın heykəlini göndərmişdi ki, hökmdarı müalicə etsin. 

Allahları insan simasında təsəvvürünə  gətirən qədim insanlar 

onlara insani keyfiyyətləri də aid edirdilər. Allahlar ölməz olsalar 

da, hər halda onlar ölürdülər və onları  həyat suyu vasitəsilə 

diriltmək lazım gəlirdi. Bütün canlılar kimi onların da yeməyə, 

paltara ehtiyacı olduğunu göstərirdilər. Utnapişti və onun 





Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin