Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə80/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   328
______________Milli Kitabxana_____________ 

 102


mifologiyasında  İştar çox ehtiyatla İnanna ilə eyniləşdirilə bilər. 

O, gənc qəhrəman Tammuzun (Dumuzun) sevgili arvadı kimi 

təsvir olunurdu. Lakin gec-tez sevgilisinə  xəyanət edərək onu 

yeraltı dünyaya göndərmişdir.  İlahəyə Mesopotamiyanın, demək 

olar ki, bütün şəhərlərində xüsusi məbədlər yaradılmışdı. Onun 

baş məbədi ən qədim zamanlardan Urukda olmuşdur. Babilistanda 

İştar ilahəsinin böyük məbədi mövcud olmuşdur. 

Allah Adad tufanı, yağışı, fırtınanı, ildırımı idarə edirdi. O, 

təbiət hadisələri allahı olub, xüsusilə digər dağıdıcı qüvvələrin 

allahı kimi də  məşhur olmuşdur.  Şumer dövründə o qədər də 

parlamayan Adadın fəaliyyəti Babil dövründə daha geniş vüsət 

tapmışdır. Adadın əhəmiyyəti Mesopotamiyaya Semit tayfalarının 

axını ilə daha güclənmişdir. Həmin tayfalar Adadı «Bəndin səma 

idarəedicisi» adlandırırdılar. Onun təsvirlərində allahı bir əlində 

ildırım parçası, digər  əlində isə balta tutmuş halda görmək olar. 

Yeraltı dünyanın hamisi İştarın bacısı ilahə Ereşkiqal idi. Bir dəfə 

bacısının paxıllığını  çəkən Ereşkiqal yeraltı dünyaya baş  çəkən 

İştarla çox pis rəftar etmişdi. İştar çox çətinliklə geri qayıtmışdı. 

Yeraltı dünyaya təşrif buyurmuş allah Nerqal Ereşkiqala qalib 

gəlmiş, onu özünə arvad etmişdi. Yeraltı dünyanın hakiminə 

çevrilən Nerqal yerlə əlaqəsini üzməmişdi. O, təbiətin bir sıra şər 

qüvvələrini ifadə edirdi. Yandırıcı günəş istisi, qızdırma və 

müxtəlif keçici xəstəliklər onun tabeliyində idi. Tədqiqatçıların 

fikrincə, Kutu şəhəri axirət dünyası  və  vəba allahı Nerqalın 

şərəfinə tikilmişdir. 

Allahların rolu şəhər və dövlətlərin tarixi rolu ilə bağlı idi. 

Şumer dövründə ikinci dərəcəli rol oynayan Marduk Babil 

dövründə baş allaha çevrildi. Hammurapi zamanında o, Anu və 

Enlili öz mövqelərindən sıxışdırdı. «Enuma eliş» (Yuxarıya 

yüksələn zaman) adlı didaktik poemada Marduka yaradıcı allah 

funksiyası verilir. Yeni Babilistan dövründə, xüsusilə 

Navuxodonossorun padşahlığı illərindən başlayaraq Marduk 

allahların  əksəriyyətinin funksiyalarını  əlinə keçirdi. Mardukun 

arvadı ilahə Tsarpanit idi. Onun köməkçi və müdafiəçi rolunda 

xüsusi işçiləri, «nazirləri» və s. qulluqçuları var idi. Bunu 

Tsarpanit haqqında da demək olar. Mardukun oğlu Nabu idi. 





Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin