Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə85/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   328
______________Milli Kitabxana_____________ 

 107


daşlar gətirilirdi.  

Kiş dövlətinin onuncu hökmdarı Aka ilə Uruk hökmdarı 

Gilqameş arasında hakimiyyət uğrunda  ədavət gedirdi. Bu 

mübarizə «Gilqameş  və Aka» poemasında geniş  əks olunur. O 

zaman Uruk şəhərinin ətrafına qala divarları çəkilmişdi. Məbəd və 

yaşayış evləri olan hissəni qoşa divar əhatə edirdi. 9.5 km uzanan 

divar, torpaq və bağ sahələrini də qalanın içərisinə almışdılar. 

Qalanın şimal və cənubunda 3.5 m enində darvazalar qoyulmuşdu. 

Qala divarlarının üzərində 800 yarımdairəvi müdafiə bürcü 

tikilmişdi. Qala divarının eni 5 metrə bərabər idi.  

Ur sülaləsi.  Şumerdə siyasi ağalıq (hegemonluq) uğrunda 

mübarizəyə I Ur sülaləsinin hökmdarları da qoşulmuşdular. Ur 

şəhərinin birinci hökmdarı Messanepada «Kiş şəhər-dövlətini zəbt 

edib Akanı taxtdan saldı. Bundan sonra Mesanepada «Kiş 

hökmdarı» rütbəsini qəbul etdi. Onun varisi dövründə Uruk 

hökmdarı  Şumerdə  ağalıq uğrunda mübarizəni gücləndirdi. Kiş 

yenə məğlub oldu, hegemonluq Gilqameşin əlinə keçdi. Gilqameş 

dövrünün görkəmli hökmdarlarından biri olmuşdur.  Şumerlər 

onun  şərəfinə dastan da yaratmışdılar. Bu əsər «Gilqameş 

haqqında dastan» adı ilə məlumdur. Burada Gilqameş yarı insan, 

yarı allah kimi təsvir edilmişdir. Dastanda Uruk şəhəri qala 

divarının Gilqameş tərəfindən çəkilməsi göstərilir. 

I Ur sülaləsi Şumer tarixində nisbətən uzun müddət qabaqcıl 

rol oynamışdır. E.ə. III minilliyin ortalarında Ur şəhəri zəngin 

ticarət və mədəniyyət mərkəzinə çevrilmişdi. Arxeoloji qazıntılar 

zamanı Urda qiymətli əşyalarla dolu «hökmdar sərdabələri» aşkar 

edilmişdir. 1800 qəbir içərisində Ur hökmdarı Meskalamduq və 

hökmdar arvadı  Şubadın (və  ya  Puabi)  sərdabələri tapılmışdı. 

«Hökmdar siyahısında» və başqa mənbələrdə bu hökmdarın adı 

çəkilmir, lakin dairəvi qızıl möhür üzərində «Meskalamduq, 

hökmdar» sözləri yazılmışdı. Sərdabə  əşyaları arasında qızıl 

dəbilqə, simli musiqi alətlərindən on birsimli arfa, lira, Şubadın 

qızıl tacşəkilli başlığı, qızıl və gümüş qədəh, kasa və başqa qablar, 

xəncər, nizə, qiymətli metal və daşlardan hazırlanmış heyvan 

fiqurları  və s. aşkar edilmişdi. Liranın yuxarı hissəsinə 

lacivərddən düzəldilmiş  qızıl öküz başı birləşdirilmişdi. Qızıl 





Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin