Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə87/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   328
______________Milli Kitabxana_____________ 

 109


vergi toplayanlardan təmizlədi.  Əvvəllər kahinlər dini 

mərasimlərin həyata keçirilməsi üçün əhalidən cürbəcür vergi 

toplayırdılar: mərhumu dəfn etmək üçün onun ailəsindən 7 bardaq 

pivə, 420 kökə, bir paltar, bir çəpiş  və s. vergi alırdılar. 

Uruinimgina dini mərasim vergisini qaydaya saldı  və verginin 

miqdarını xeyli azaltdı. O, məmurların, kahinlərin, varlıların 

əhaliyə və yoxsullara qarşı özbaşına hərəkətlərini məhdudlaşdırdı. 

Hökmdar «yoxsul ananın» bağına girib məhsulu vergi əvəzinə 

özbaşına götürməyi qadağan etdi. İslahatda yoxsul və kimsəsizləri 

müdafiə edən ifadə  işlədilmişdi: «Güclü, qul və yetimləri qoy 

incitməsin». Bu ifadə sonrakı qanun külliyyatlarında da təkrar 

olunurdu.  

Umma  şəhər-dövlətinin yüksəlişi. Tədricən Umma şəhər-

dövləti güclənirdi. Umma sərhəd torpaqları üstündə Laqaş ilə 

uzun müddət ədavət aparmışdı. Umma hökmdarı Luqalzaqqesinin 

hakimiyyəti illərində (25 il hakimiyyətdə olmuşdur) Şumeri siyasi 

cəhətdən birləşdirmək cəhdi göstərildi. Luqalzaqqesi ilk növbədə 

Uruk  şəhərini özünə tabe etdi. Bundan sonra o, Laqaşı tutdu və 

Uruinimginanı hakimiyyətdən saldı, məbədləri qarət etdi. 

Mənbələr məlumat verirlər ki, Laqaşın süqut etməsində 

«Hökmdar Uruinimginanın heç bir təqsiri yoxdur». Sənədi tərtib 

edən  şəxs bununla Uruinimginanın islahatlarına bəraət 

qazandırırdı. Laqaş dövlətinin məhv olması Luqaizaqqesinin 

günahı kimi qələmə verilirdi. Mənbə qeyd edirdi ki, ölkənin məhv 

olmasında «Luqalzaqqesi, Umma hökmdarı  təqsirkardır. Qoy 

onun himayədarı ilahə Nidaba onu öz günahını daşımağa düçar 

etsin». 

Luqalzaqqesi Uruk şəhərini paytaxta çevirdi. O öz 

hakimiyyətini digər  Şumer  şəhərlərinə yaydı. Ur, Larsa, Nippur, 

Kiş tutuldu. Artıq bütün Şumer Luqalzaqqesinin hakimiyyəti 

altına keçdi. Cənubda o, «Aşağı dənizə» (Fars körfəzi) kimi gəlib 

çatdı.  Şimalda «Gün çıxandan gün batana» qədər olan ərazini 

(yəqin ki, şimalda Zaqroş dağları zonasından Aralıq dənizinə kimi 

uzanan ərazi nəzərdə tutulur) zəbt etdi. Bununla da Dəclə və Fərat 

çayları vasitəsilə «Yuxarı dənizə» yol açıldı. 

Akkad dövləti 





Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin