Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə89/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   328
______________Milli Kitabxana_____________ 

 111


özünə tabe etdi... O, Subartunu və qərbdə «Sidr meşələrinə» qədər 

ərazini zəbt etdi və onlardan xərac aldı. Naram-Suen Dəclə 

çayının  şərqində yerləşən Arman vilayətini, Fərat çayının 

qərbindəki Ebla və Aman (şimali Suriya) ölkələrini Akkad siyasi 

təsir dairəsinə saldı. «Yuxarı  dənizə» (Urmiyyə gölü) kimi ərazi 

tutuldu. 

Qudeanın (e.ə. 2133-2117) canişinliyi dövründə Laqaş daha 

da inkişaf tapır və bütün Şumeri idarə edirdi. Qudea Ur-Babanın 

yeznəsi kimi hakimiyyətə sahib olmuşdu.  Şumer canişinləri Ur 

şəhərindən tutmuş Nippura qədər onun hakimiyyətinə tabe idi. 

Qudea öz növbəsində kutilərin canişini hesab edilirdi. Kutilərin 

canişini olmasına baxmayaraq Qudea müstəqil siyasət yürütmək 

səlahiyyətinə malik idi. Mənbələr Qudeanı «xeyirxah və  ədalətli 

çoban», yaxud ensi adlandırırdı. O, luqal rütbəsini işlətmirdi. 

Qudea işğalçılıq müharibələri aparmırdı, ölkənin daxilində əmin-

amanlığı  və dini həyatı  təmin etməyə çalışırdı. Mənbələrin 

məlumatına görə, Qudeanın sayəsində «həlləm-qəlləm danışan 

təhlükəli qadın cadugərləri  şəhərdən çıxarıldı, heç kəs qayışla 

döyülmürdü, heç kəsi qamçılamırdılar, ana öz oğlunu döymürdü... 

Laqaş daxilində mülki iddiası olan adam heç kəsi and içməyə 

gətirmirdi, sələmçi azad adamın evinə girmirdi... Yeddi gün 

(məbədin açılmasına həsr edilmiş günlər) arpa üyüdülmədi, kəniz 

xanımla bərabərləşirdi, qul ağası ilə yanaşı addımladı... O, 

məbəddən rəqabəti uzaqlaşdırdı... varlı yetimi incitmədi, güclü dul 

qadını incitmədi...», «ağa döyüləsi qulun başına qapaz vurmadı, 

xanım günah işlətmiş  kənizə sillə vurmadı...» Bu mətndə 

Qudeanın siyasi tədbirləri əks olunmamışdır. Belə mətnlər təbliğat 

naminə tərtib olunurdu. Ola bilsin ki, məbəd açılışı zamanı yeddi 

gün  ərzində müvafiq ayinə uyğun olaraq qul və  ağalar məbəddə 

sosial baxımdan «bərabərləşirdilər». Qədim sənədlər göstərir ki, 

qullar istismar olunurdular, ağaları ilə eyni hüquqa malik 

deyildilər. Digər tərəfdən, Qudeanın canişinliyi dövründə Laqaşda 

və ümumiyyətlə,  Şumerdə müəyyən  əmin-amanlıq yaradılmışdı. 

Bunu təkcə Qudeanın adı ilə bağlamaq düzgün deyildir. Yəqin ki, 

məhz kutilərin hakimiyyəti  Şumerdə  əmin-amanlıq və dinc 

yaşayış şəraitini təmin etmişdi. 





Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin