DƏrslik baki 2008 ŞƏRTİ İŞARƏLƏr afesd ­Ərəb iqtisadi və sosial inkişaf Fondu / Arab Fund for Economic



Yüklə 2,65 Mb.
səhifə16/32
tarix05.01.2020
ölçüsü2,65 Mb.
#30057
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   32
d book huquq 23504


7.4. Beynəlxalq investisiya hüququnun

prinsip və mənbələri
202. Xarici kapital qoyuluşunun genişlənməsi müxtəlif dövlətlərdə kapital qoyuluşu, investisiya münasibətlərinin hüquqi tənzimlənməsini meydana gətirmişdir. Xarici investisiya münasibətləri beyəlmləşdikcə hüquqi tənzimetmə də beynəlmiləşdirilmişdir. Beynəlxalq investisiya münasibətlərinin hüquqi tənzimlənməsi özündə dövlətdaxili hüquqi tənzimetmə mexanizmlərilə bərabər tədricən beynəlxalq hüquqi müdafiə, təhlekəsizlik sistemlərini təsis etmiş beynəlxalq investisiya hüququnu formalaşdırmışdır. Bu halda formalaşan hüquq qaydası investisiyalar üzrə, ilk növbədə dövlətlərarası iqtisadi münasibətləri tənzim edən normaların məcmuu kimi təzahür edir.

Beynəlxalq investisiya hüququ xarici kapital qoyuluşunun anlayışını, məqsədini (birbaşa, portfel, ssuda kapitalı və s.) formalarını, rejimini müəyyən edən prinsip və normalardan ibarət bir sistemi formalaşdırır. Xarici kapital qoyuluşu özünün mənbəyinə görə bir qayda olaraq, dövlət və xüsusi mənşəli kapital ola bilər. Dövlətlər xarici kapital qoyuluşunu əksər halda beynəlxalq təşkilatlar vasitəsilə (məsələn, Beynəlxalq valyuta Fondu, Dünya Bankı və s.) və ya bilavasitə hökumət vasitəsilə həyata keçirir. Həmin kapital qoyuluşu dövlət borcları, ssuda, təminat, kredit və s. formasında ola bilər.

Xüsusi kapital isə qeyri-dövlət mənbələrindən xaricdə yerləşdirilən fiziki və hüquqi şəxslərə mənsub investisiya formasıdır. Bu investisiyalar birbaşa dövlətə mənsub olmasa da, dövlət onların hərəkətinə nəzarət edir.

Xarici kapital qoyuluşunda sahibkarlıq və ssuda kapitalından daha geniş istifadə edilir. Birinci halda mənfəət kimi dividentlərin alınması üçün müxtəlif həcimli hüqulardan istifadə edilə bilər. Ssuda kapitalı isə faiz əldə etmək üçün verilir.

Müddətinə görə qısa, orta (bir ildən artıq) və uzunmüddətli kapital qoyuluşu fərqləndirilir. Beynəlxalq investisiya münasibətlərində uzunmüddətli kapital qoyuluşu daha çox əhəmiyyət kəsb edir. Əsasən xüsusi investorların birbaşa və portfel investisiyaları və ssuda kapitalı formasında dövlət kreditləri uzunmüddətli kapital qoyuluşuna aiddir.

Özünün məqsədinə görə kapital qoyuluşu birbaşa və portfel investisiyalara bölünür. Xüsusi kapital formasında mülkiyyət hüququ və ya müəssisənin idarəçiliyində iştirakla uzunmmüdətli maraqlara malik olmaq üçün həyata keçirilən kapital qoyuluşu birbaşa investisiyalara aiddir. Portfel investisiyalarında birbaşa içtirak və nəzarət hüququ nəzərdə tutulmasa da, uzunmüddətli mənfəət əsas məqsəd kimi diqqəti cəlb edir.

203. Xarici investisiya qouyluşunun təhlükəsizliyi, onların tənzimlənməsi beynəlxalq investisiya hüququnun prinsip və normaları ilə tənzimlənir. Beynəlxalq investisiya hüququnun prinsiplərini növbəti qaydada ifadə etmək olar:

- qəbul edən dövlət tərəfindən xarici investisiyaların tənzimlənməsi;

- qəbul edən dövlətin iqtisadiyyatına zərər vurmamaq;

- qəbul edən dövlətin daxili işlərinə qarışmamaq;

- müvafiq kompensasiya verilmədən xarici investisiyaların milliləşdirilməsinin yolverilməzliyi;

- investisiyalardan əldə edilən gəlirin sərbəst xaricə köçürülməsi;

- subroqasiya və s.

Bu prinsiplər beynəlxalq investisiya münasibətləri sferasında qəbul edilmiş ikitərəfli və çoxtərəfli beynəlxalq sazişlərin əsasında dayanır. Məsələn, qəbul edən dövlətin iqtisadiyyatına zərər vurmamaq prinsipinə uyğun olaraq Enerji Xartiyasına Müqavilədə belə bir müddə təsbit olunub ki, əgər Razılığa gələn Tərəflərin və yaxu da onların vətəndaşlarına mənsub olan hüquqi şəxslər qəbul edən dövlətin ərazisində əhəmiyyətli işgüzar fəaliyyətlə məşğul olmadıqda, verilmiş üstünlükləri pozduqda və ya üstələdikdə, müvafiq dövlətlər müqavilə ilə nəzərdə tutulmuş üstünlüklərdən imtina etmək hüququna malikdir (m.17 (II)).

İnvestisiyaların qarşılıqlı müdafiəsi və təşviqi haqqında müqavilələr əksər digər beynəlxalq iqtisadi xaraqterli müqavilələrdə olduğu kimi, beynəlxalq iqtisadi hüququn bir sıra prinsiplərinə (milli rejim, daha əlverişlilik, ayrı-seçkiliyə yol verməmək və s.) formada istinad edir.

AFR ilə AR-in 1995-ci il 22 dekabr tarixli eyni adlı müqavilənin 3.2 maddəsində qeyd edilir ki, hər bir razılığa gələn Tərəf digər razılığa gələn Tərəfin vətəndaşlarına və ya müəssisələrinə münasibətdə, onların kapital qoyuluşu fəaliyyətilə bağlı özünün və ya üçüncü dövlətin vətəndaş və ya müəssisələrinin istifadə etdiyi rejimdən az əlverişli olmayan rejim təqdim edir.

Qeyd olunan müqavilələrdə əks olunan prinsip və müddəalar beynəlxalq təcrübəyə müvafiq olmaqla bir-birinə oxşadırlar. Bir qayda olaraq həmin müqavilələrdə əsas öhdəlik kimi


  • qarşılıqlı olaraq razılığa gələn tərəflərin investisiyalarına əlverişli rejim yaratmaq;

  • xarici əmlakın müdafiəsini təmin etmək;

  • kapital qoyuluşundanəldə edilən gəlirləri maneəsiz xarici köçürmək imkanının

yaradılması, kapital qoyuluşu ilə bağlı məsələlər üzrə mübahisələrin beynəlxalq üçlər (münsiflər) məhkəməsində baxılması şərtlərini təmin etmək və s. qeyd olunur.

204. Beynəlxalq investisiya hüququnun mənbəyi kimi yalnız ikitərəfli və çoxtərəfli investisiaya sazişləri, investisiyaların təhlükəsizliyi üzrə beynəlxalq sazişlər deyil, həm də məskunlaşma haqqında sazişlər ticarət, maliyyə aspekti beynəlxalq müqavilələr və s. çıxış edir.

Beynəlxalq investisiya münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsində universal beynəlxalq sazişin hazırlanması tendensiyası ləng getsə də, TRIMS-in qəbulu ilə Uruqvay raundunda bu problem qismən də olsa həll olunmuşdur.

Məhz həmin sazişin beynəlxalq investisiya münasibətlərinin bütün aspektlərini əhatə etməsi beynəlxalq iqtisadi münasibətlərin digər sferalarından fərqli olaraq bu sahədə ikitərəfli sazişlərin və regional inteqrasiya sistemlərindəki mövcud tənzimetmə mexanizmlərinin rolu yüksək olaraq qalmaqdadır.



7.5. İkitərəfli investisiya müqavilələri
205. Xarici kapital qoyuluşu üç komponentdən: qəbul edən dövlətin siyasi rejimindən, iqtisadi inkişafın sabitliyindən və hüquqi təminatdan asılıdır. Hüquqi təminatın daha səmərəli forması isə beynəlxalq hüquqi tənzimetmə ilə həyata keçirilməkdədir. Xarici investisiyaların beynəlxalq hüquqi tənzimlənməsi isə özünün başlanğıcını ikitərəfli beynəlxalq investisiya müqavilələrindən götürür. İkitərəfli investisiya sazişlərində xarici sərmayənin müdafiə məsələləri ilə yanaşı, bir qayda olaraq, ümumi iqtisadi əməkdaşlığın və inkişafın genişləndirilməsi zərurəti ifadə edilir.

Azərbaycan Respublikasının AFR, Norveç, Pakistan, Türkiyə və digər dövlətlərlə bağladığı İnvestisiyaların qarşılıqlı müdafiəsi və təşviqi haqqında müqavilələri investisiya qoyuluşunun təşviqini nəzərdə tutur. Həmin müqavilələrdə qarşılıqlı olaraq tənzimetmə prinsipləri, təminat və təhlükəsizlik, mübahisələrin həlli , investorların milli mənsubiyyətinin müəyyən edilməsi meyarları və s. məsələlər öz əksini tapıb.

AR ilə Türkiyə Respublikası arasında İnvestisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında 1994-cü il 9 fevral tarixli Sazişin Preambulasında qeyd edilir ki, daha sıx əməkdaşlığı, xüsusi halda, bir tərəfin digər tərəfin ərazisinə qoyduğu sərmayəyə münasibətdə, onu artırmaq arzusu ilə, bu investisiyaların tənzimlənməsilə bağlı rejim haqqında razılaşmanın sərmayə və texnologiya axınına və tərəflərin iqtisadi inkişafına şərait yaradacağını qəbul edərək, investisiya qoyuluşuna əlverişli şərait yaradılmasına kömək etmək və səmərəli investisiya rejimi yaratmaq haqqında razılaşaraq müvafiq Sazişi bağlamaq qərarına gəlirlər.

AFR ilə bağlanmış Müqavilənin Preambulasında qeyd olunur ki, Müqaviləni imzalamaqla Tərəflər qarşılıqlı olaraq digər Tərəfin ərazisində vətəndaşlarının və müəssisələrin investisiya qoyuluşu üçün əlverişli şərait yaratmaq istiqamətində səy göstərirlər.

206. Xarici investisiyalara münsibətdə qəbul edən dövlət ilk növbədə investorun mənsub olduğu dövlətlə fəaliyyətinin şərtlərini müəyyən edərək milli qanunvericiliyinə deyil, beynəlxalq müqavilə formasında qarşılıqlı tənzimetmə formasına üstünlük verməkdədir. Həm ikitərəfli, həm də çoxtərəfli sazişlərdə investisiya fəaliyyətinin xüsusi rejimi ilə yanaşı, müqavilələrdə qarşılıqlı olaraq investorların hüquq subyekliyinin tanınması və dövlət (milli) mənsubiyyəti, qanunvericilik təminatları, bir sözlə beynəlxalq xüsusi hüquq münasibətləri sferasında meydana çıxan problemlərin ümumi hüquqi tənzimlənməsi əks olunur. Bir qayda olaraq beynəlxalq müqavilələrdə xarici investorlar üçün kapital qoyuluşu və onunla bağlı fəaliyyətə ədalətli, bərabərhüquqlu və əlverişli rejimin təmin olunması üzrə dövlətin öhdəliyi ifadə olunur.

Ümumi məsələlərlə yanaşı həmin müqavilələrdə investisiya prosesinin xüsusi məsələləri də təsbit edilir.

207. UNCTAD-ın hesabatlarına görə dünyada ən çox baölanan sazişlərin bir kateqoriyasını məhz ikitərəfli investisiya müqavilələri təşkil edir. İkitərəfli investisiya sazişlərinin qlobal xaraqter alması onunla əlaqədardır ki, istər inkişafda olan, istərsə də keçid iqtisadiyyatlı dövlətlər qeyri-bərabər beynəlxalq iqtisadi vəziyyətdə çoxtərəfli beynəlxalq investisiya sazişləri ilə inkişaf etmiş dövlətlər qarşısında öhdəlik daşımaq marağında deyillər. Buna görə də ikitərəfli sazişlər əsasən iqtisadi potensialı müxtəlif olan ölkələr arasında bağlanmış, daha sonra isə siyasi etimaddan asılı olaraq daha da genişlənərək ikitərəflilik çoxtərəfliyə transformasiya edilir. İkitərəfli investisiya müqavilələrinin Almaniya, ABŞ, Fransa, Yaponiya və s. modelləri fərqləndirməməkdir. Bu sahədə daha çox sazişlər II Dünya müharibəsindən sonra xarici investisiyalara xüsusi zərurət duymuş AFR-ə məxsusdur.

208. Xarici investisiyaların təhlükəsizliyinin təminat sferasında bir qayda olaraq AFR, Yaponiya, ABŞ modelləri diqqəti cəlb edir. Əgər ABŞ təminat, sığorta sistemi özünün “kvazıbeynəlxalq” xaraqteri ilə və ABŞ ilə ona mənsub şəxslərin xüsusi kapitalını qəbul edən dövlət arasında beynəlxalq investisiya sazişlərinin bağlanmasına əsaslanırsa, alman və yapon təminat sistemi isə beynəlxalq sazişin mövcudluğundan asılı olmayaraq dövlətdaxili təminatdan çıxış edir. Hər bir halda kapital ixrac edən dövlət qəbul edən dövlətdə siyasi risklə bağlı vəziyyət yarandıqdan sonra özünün investoruna dəymiş zərəri ödəyir və subroqasiya prinsipi əsasında qəbul edən dövlətə qarşı tələb hüququ həmin dövlətə keçir. Qeyd etmək lazımdır ki, alman və yapon təminat sistemi nəzəri-praktik baxımdan beynəlxalq müqavilə qaydasını istisna etməsə də, subroqasiya üçün əsas kimi dövlətdaxili qanunvericilik çıxış edir.

209. AFR-in bağladığı sazişlər ABŞ müqavilələrindən daha geniş məzmuna malik olduğundan, sonradan ABŞ və AFR modelinə üstünlük verməkdədir. Nəticə etibarilə alman modeli investisiyaların daha geniş və xüsusi ad altında beynəlxalq hüquqi təminat sistemlərinin (investisiya mübahisələrinin həlli ilə bağlı beynəlxalq mexanizmlərin, qeyri-kommersiya risklərinin, beynəlxalq sığorta sisteminin və s.) yaradılmasını da sürətləndirmiş oldu. Nisbətən zəif inkişaf etmiş ölkələr üçün Amerika modelinin təhlükəsi ondan ibarətdir ki, “investisiya anlayışı” özündə qanunauyğun verilimiş lisenziyaları, əmtəələrin istehsali və satışı, o cümlədən (faydalı qazıntıların hasilatı, kəşfiyyatı və s. ilə bağlı), qanunla və müqavilə ilə verilən hüquqları ifadə edir (200).

İnvestisiya anlayışının müvafiq ABŞ modeli xarici investisiyaların daxil olmasında icazəli sistemi təsis etmiş ölkələrin qanunvericiliyə uyğun olmadığından və bir çox sahələr xüsusi icazə tələb edən fəaliyyət kimi qiymətləndirildiyindən təşviq edilmir. ABŞ modelinə görə investisiya fəaliyyəti publik-hüquqi xaraqter kəsb etdiyindən qəbul edən dövlət tərəfindən onun geri çağrılması mümkün deyil və belə olduqda, müvafiq fəaliyyət beynəlxalq hüququn insan (əmlak) hüquqları ilə bağlı normalarla tənzimlənməlidir (195).

Problemin əhəmiyyətini nəzərə alaraq dövlətlər daha az tutumlu investisiya anlayışını əks etdirən sazişlərə üstünlük verir. Belə sazişlərin predmetini qarşılıqlı hüquqi təminatlar, təsərrüfat subyektlərinin tanınması və müdafiəsi, mübahisələrin həlli qaydaları və s. məsələlər təşkil edir.

İkitərəfli investisiya sazişləri müvafiq sahədə müəyyən davranış qaydalarının, beynəlxalq iqtisadi hüquq normalarının formalaşdırılmasında mühüm rol oynayır.

AR ilə də ikitərəfli investisiya sazişləri bağlamış AFR-ın beynəlxalq sazişlərində xarici kapitalın milliləşdirilməsi və ondan təminat, kapitalın köçürülməsi, milliləşdirmə zamanı verilən, kompensasiyanın, eləcə də digər gəlirlərin sərbəst xarici köçürülməsi, qeyri-kommersiya risklərindən təminatlar və s. məsələlər ətraflı tənzimlənir. Milliləşdirmə müstəsna hallarda və ancaq ictimai maraqlar naminə ekvivalent kompensasiya veriləcək məbləğdə istənilən digər dövlətə onun valyutasında və hər hansı bir xüsusi formal problemlər yaradılmadan köçürülmə imkanına malik olmalıdır. Ekspropriasiyaya görə kompensasiya, mənfəət və gəlirlər, bir sözlə investorun hüquqi ilə bağlı olan bütün ödəmələr Beynəlxalq Valyuta Fondu haqqında Sazişin müddəalarına uyğun olaraq valyuta paritetinin gözlənilməsilə həyata keçirilməlidir.

Müvafiq beynəlxalq müqavilələrdə hüquq tətbiqetmə prosesində anlaşılmazlıq yaranmasın deyə, beynəlxalq investisiya münasibətləri üçün əhəmiyyət kəsb edən (investisiya, kompaniya, investor, mənfəət gəlir və s.) anlayışların definisiyası verilir.

210. Beynəlxalq hüquqla xarici investisiyaların xüsusi halda milliləşdirilməsi yol verilir ki, bu da ikitərəfli investisiya sazişlərində də öz əksini tapıb. Burada ikitərəfli investisiya sazişləri yenilik təqdim etmir. Lakin bəzi ikitərəfli investisiya sazişləri, xüsusən də, ABŞ modeli ekspropriasiyaya və ya milliləşdirməyə bərabər istənilən tədbir və ya tədbirlər sistemi ilə bağlı müddəaları əks etdirir. İstər ekspropriasiya ilə bağlı tədbirlər sistemində, istərsə də ödəniləcək kompensasiya formulasının ifadə tərzində ilk tendensiya diqqəti cəlb edir. Belə ki, əsasən inkişaf etmiş dövlətlərin öz aralarında bağlanan sazişlərdə (məsələn, AFR ilə Hollandiya arasında bağlanan sazişdə “əsaslandırılmış kompensasiya” kimi) ümumi ifadə formulası təsbit edilirsə, iqtisadi inkişaf baxımından fərqli ölkələr arasında bağlanan sazişlər də isə (“çevik, adekvat, effektiv, ədalətli kompensasiyanın” verilməsi kimi) daha dəqiq formuladan istifadə olunur. Sonuncu variant AR ilə bağladığı beynəlxalq sazişlər üçün də xaraqterikdir. Ekspropriasiya edilmiş əmlakın ödənilməsi meyarı da xarici kapitalın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, bəzi beynəlxalq sazişlərdə (məsələn, İtaliya və Kakidoniya arasında bağlanan ikitərəfli investsiya sazişində) götürülən əmlakın bazar qiymətilə ödənilməsi formulasından istifadə edilirsə, digərlərində milliləşdirmə anında götürülmüş əmlakın real dəyəri ilə ödəmə nəzərdə tutulur.

İnvestisiya fəaliyyətində meydana çıxan xüsusi məsələlərdən biri də mübahisələrin həlli mexanizmilə bağlıdır. İnvestorlar bir qayda olaraqq mübahisələrin həlli vasitəsi kimi qəbul edən dövlətin məhkəmə-arbitraj orqanlarına deyil milli mənsubiyyəti olmayan beynəlxalq kommersiya arbitraj məhkəmələrinə müraciətə üstünlük verirlər (456-460).

Müxtəlif iqtisadi inkişaf səviyyələri qaldıqca və beynəlxalq hüquqda formal bərabərliyi faktiki iqtisadi bərabərliklə əvəz edən institut və normalar tam bərqərar olmadıqca, həmçinin xarici investisiyaların vahid beynəlxalq hüquqi rejimi müəyyən edilməyincə beynəlxalq investisiya münasibətlərinin tənzimlənməsində ikitərəfli investisiya sazişləri özünün əhəmiyyətini itirməyəcək.
7.6. Beynəlxalq investisiya münasibətlərinin regional

beynəlxalq hüquqi tənzimlənməsi
211. Beynəlxalq investisiya münasibətlərinin regional tənzimetmə mexanizmləri bir qayda olaraq maneə və məhdudiyyətlərin xaraqterindən, xarici investorların daxilolma və fəaliyyət rejimindən asılı olaraq fərqləndirilir. Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı (ASEAN), Şimali Amerika Azad Ticarət Zonası (NAFTA) istisna olmaqla əksər inteqrasiya qrumları xarici investisiyaların daxil olmasında liberallaşdırmanı nəzərdə tutmurlar. Regional inteqrasiya sazişləri üçün xaraqterik məsələlərdən biri də ondan ibarətdir ki, bəzən investisiya məsələləri təsis sazişinə daxil edilirsə, bəzən də sonradan əlavə saziş və protokol bağlamaqla investisiya məsələləri üzrə müstəqil tənzimetmə sistemi formalaşdırılır.

212. İnvestisiyaların tənzimlənməsinin daha təkmil regional sistemi Qərbi və tədricən Mərkəzi Avropa ölkələrinin iqtisadi və siyasi mərkəzi kimi çıxış edən Avropa İttifaqı və onunla sıx əməkdaşlıqda olan digər Avropa sturukturlarına məxsusdur. Azad ticarət zonasından ümumi bazara kimi inkişaf mərhələsi keçmiş Avropa İttifaqı iqtisadi siyasətin həyata keçirilməsində dövlətüstü mexanizmlər də təsis etməklə investisiya fəaliyyəti üçün də mühüm form kimi çıxış edir. Avropa İttifaqı ilə yanaşı Avropa Azad Ticarət Assosasiyası investisiya problemlərini də əks etdirən yeni konvensiya imzalayıb. Həmin konvensiyaya görə xarici investisiyaların daxilolma proseduruna münasibətdə milli rejim təqdim edilir. Eyni zamanda əqli mülkiyyət hüquqlarının müdafiəsi, maliyyə bazarının tənzimlənməsi qaydalarının unifikasiyası, Avropa Azad Ticarət Assosasiyası üzvü olan dövlətin müəssisəsinin digər üzvünün ərazisində sərbəst müəssisə yaratmaq hüququ və digər müəssisələrin beynəlxalq hüquqi tənzimlənməsi təmin edilib.

Avropada kapitalın liberal fəaliyyət rejiminin əsası hələ 1994-cü ildə Belçika, Lüksemburq və Hollandiya arasında bağlanan Gömrük İttifaqı haqqında Sazişə təsadüf edir. Müvafiq saziş 1957-ci il İqtisadi ittifaqın yaradılması haqqında müqavilə ilə daha sərbəst iqtisadi məkanın yaradılmasına zəmin hazırlamışdı. 1957-ci il Müqaviləsinin 4-cü maddəsində qeyd edilir ki, hər hansı bir məhdudiyyət olmadan müvafiq dövlətlər arasında kapitalın sərbəst hərəkəti təmin olunmalıdır. Fiziki şəxslərin hərəkət sərbəstliyi qəbul edən müvafiq dövlətin rezidentləri üçün nəzərdə tutulan rejimlə müəyyən edilir (m.2).

Qeyd etmək lazımdır ki, istər bu Müqavilə, istərsə də Avropa İttifaqı Birliyinin təsis olunması haqqında Roma müqaviləsi (m.67, 70) kapitalın sərbəst hərəkətini prinsip olaraq bəyan etsə də, tam sərbəstliyi realizə etməmişdir. Belə ki, hər iki sazişdə kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti iqtisadi birliyin mövcudluğu üçün zəruri olan səviyyə ilə müəyyən edilirdi. Məsələn Roma Müqaviləsinin 67.1 maddəsi kapitalın hərəkətini tənzim edərək “bütün maneələrin götürülməsini” tələb etsə də, yenədə həmin maddədə əlavə şərtlər nəzərdə tutulurdu və qeyd edilirdi ki, məh dudlaşdırmalar ümumi bazarın fəaliyyəti üçün zəruri olan həddə kimi götürülür.

213. 1992-ci il Avropa İttifaqı haqqında Maastrix Müqaviləsi kapitalın hərəkət rejiminin liberallaşdırılması haqqında yeni müddəaları təsbit edir. Müqavilədə qeyd edilir ki, üzv dövlətlər, həmçinin üzv dövlətlərlə üçüncü dövlətlər arasında kapitalın hərəkətinə olan bütün maneələr aradan götürülür (m.73(b)). Bu müqavilədə kapitalın sərbəst hərəkəti üçün geniş təminat sistemi yaradılsa da, müəyyən istisnalar da nəzərdə tutulur (m.73(f)).

Avropa İttifaqı çərçivəsində investisiyaların tənzimlənməsi:



  • qarşılıqlı kapital qoyuluşunun tam liberallaşdırılması;

  • iştirakçı ölkələrin müəssisələri üçün vahid qanunvericiliyin formalaşdırılması;

  • qarşılıqlı olaraq investisiyaların stimullaşdırılması üzrə tədbirlərin müəyyən

edilməsi;

- vahid hüquq qaydası çərçivəsində fəaliyyət göstərən müəssisələrin qovuşmasının dövlətüstü qaydalarının işlənib hazırlanması;

- üçüncü dövlətlərlə digər inteqrasiya qanunları arasında investisiya əməkdaşlığının ümumi qaydalarının hazırlanması üzrə istiqamətləri nəzərdə tutur (408).

Xarici investisiyaların tənzimlənməsi üzrə Avropa İttifaqının iştirakı ilə müasir dövrün ən aktual sazişlərindən biri hazırlanmışdır. Avropa Enerji Xartiyası və Enerji Xartiyasına Müqavilə enerji sektorunda investisiyaların təhlükəsizliyi və liberal rejimin yaradılması istiqamətində əhəmiyyətli rola malikdir (221).



214. Avropa İttifaqının digər əməkdaşlıq formu Afrika, Karib hövzəsi və Sakit okean ölkələri ilə Loma (Toqo) konvensiyaları əsasında yaradılıb. Həmin sazişdə Avropa İttifaqı bazarlarına inkişafda olan ölkələrin məhsullarının qarşılıqlıq olmadan preferensial çıxışı müvafiq ölkələr ixrac gəmilərini stabil saxlamaq üçün kənd təsərrüfatı məhsulları üçün STABEKS və xammal üçün SISMIN fondlarından subsidiya almaq, həmçinin müxtəlif humanitar, sosial yardım almaq hüququ təsbit edilib. Əgər I Loma Konvensiaysı (1975) investisiya əməkdaşlığının ümumi prinsiplərini müəyyən edirdisə, IV Konvensiya (1989) investisiya əməkdaşlığının daha yeni məsələlərini reqlamentləşdirir (m.259).

215. İnvestisiyaların sərbəst yerdəyişməsində xüsusi fəaliyyət mexanizmi əsasən inkişaf etmiş ölkələrin regionlararası klubu kimi çıxış edən OECD-yə məxsusdur. 1976-cı il Bəyannaməsinə əsasən transmilli korporasiyaların fəaliyyətini xarici investisiya fəaliyyəti ilə birlikdə tənzimləməklə xarici kapitallı müəssisələr üçün milli rejim, transmilli korporasiyaya rəhbərlik üçün tövsiyələr təsbit edilib. Bəyannamənin 1991-ci il redaksiyasında digər məsələlərlə yanaşı dövlətin iqtisadiyyata birbaşa müdaxiləsi zəiflədilib. Birtərəfli əsasda birbaşa xarici investisiyalara nəzarətin zəiflədilməsi də irəli sürülüb.

OECD üçün birbaşa xarici investisiyalar xüsusi əhəmiyyət kəsb etdiyindən bu problemə həmişə önəmli yer verilir. Belə ki, Kapitalın hərəkətinin liberallaşdırılması Məcəlləsi və Cari “görünməyən” əməliyyatların liberallaşdırılması Məcəlləsi qəbul edilmişdir. Birinci qeyd etdiyimiz Məcəllə (1961) sərhədlərin şəffaflığı prinsipinə əsaslanır. Məcəllədə müəssisələrin idarəçilik fəaliyyətində iştirakı nəzərdə tutulmayan investisiyalar birbaşa investisiyalara aid edilmir. Məcəllə məcburi hüquqi qüvvə kəsb etməklə


  • investisiyaların hərəkətində, yeni məhdudiyyətlər tətbiq etməməyə;

  • yalnız təhlükəsizliyin təmin edilməsi istiqamətində tətbiq ediləcək tədbirlərlə bağlı

öncədən xəbərdarlığın edilməsinə əsaslanır.

OECD çərçivəsində transmilli korporasiyanın fəaliyyəti ilə bağlı: beynəlxalq transmilli korporasiyalar üzrə Komitə və Gizli əməliyyatlar və kapitalın hərəkəti üzrə Komitə də təsis edilmişdir. Bu komitələrin tərkibinə OECD-nin üzv dövlətlərinin, o cümlədən Avropa İttifaqının siyasətçiləri daxildirlər. Komitələrin birgə iclaslarında üçüncü dövlətlərdən müşahidəçilər də iştirak edə bilərlər. Əgər birinci komitənin üzvləri üzv-dövlətlrin nümayəndələridirsə, ikinci komitədə OECD-nın Şurası tərəfindən təyin edilən müstəqil ekspertlər yığılır.



216. OECD xarici investisiya fəaliyyətinin tənzimlənməsində bir qayda olaraq özünün üzvlərinin yüksək iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq daha liberal tənzimetmə mexanizmindən, investisiyanın daha geniş anlayışından çıxış etməkdədir. Bu siyasətə əsaslanaraq 1995-ci ildə İnvestisiyalar üzrə çoxtərəfli Sazişin hazırlanmasına başlanmışdır. Sazişin hazırlanmasında qeyri-hökumət təşkilatları, transmilli korporasiyalar, ictimai xadimlər, hüquqşünaslar da fəal iştirak etmişlər.İctimaiyyətin atmaqda olan maraqını nəzərə alaraq müvafiq layihə 1997-ci ildə Dünya Ticarət Təşkilatına verilmişdir. Problemin Dünya Ticarət Təşkilatı çərçivəsində həlli isə mümkün olmamışdır.

217. İnvestisiyalar üzrə çox tərəfli saziş layihəsi üçün mütərəqqi məsələlərdən biri investisiya anlayışını geniş aspektdə müəyyən edilməsidir. İnvestisiya anlayışı özündə müəssisələrdə iştirakı daşınmaz əmlak, portfel investisiyaları, qeyri-maddi əmlak və digər maliyyə vəsaitlərini də birləşdirir. Qeyd olunur ki, Sazişin məqsədinə görə investisiya dedikdə, investorun mülkiyyətində və ya nəzarətində olan istənilən aktivlər, o cümlədən müəssisələr (hüquqi şəxs qismində qeydiyyata alınmış və ya digər qurumlar, fəaliyyətinin məqsədindən, mülkiyyət formasından asılı olmayaraq, Saziş iştirakçısı olan dövlətin hüquq normaları əsasında təsis edilən, fəaliyyət göstərən, həmçinni kommersiya və qeyri-kommersiya, dövlət və xüsusi, səhmdar cəmiyyəti, məhdud məsuliyətli cəmiyyət, ortaqlıq, birgə müəssisə, fərdi sahibkarlıq, filial və assosasiyalar, təşkilatlar); səhmlər, istənilən digər iştirak forması və onunla bağlı istənilən hüquqlar: öhdəlik üzrə sənədlər, borc öhdəlikləri və borcun digər kreditlənmə forması və onunla bağlı bütün hüquqlar, həmçinin obyektlərin tikintisi üzrə müqavilələr, idarəçilik və istehsal, hasilatın pay bölgüsü müqavilələri; istənilən pul tələbi və müqavilə öhdəliklərinin naturada icrası ilə bağlı tələblər; əqli mülkiyyət hüququ; qanundan və ya müqavilədən, eyni zamanda konsessiya, lisenziya və icazədən yaranan hüquqlar və bütün digər maddi və qeyri-maddi, daşınar və daşınmaz əmlak, eləcə də onunla əlaqəli əmlak hüquqları, icarə, ipoteka, girov və saxlamaq hüququ nəzərdə tutulur.

İnvestisiyalara üzrə çoxtərəfli Sazişin müddəaları hər hansı bir istisna olmadan bütün investorlara və investisiyalara eləcə də daimi nümayəndəliyin əməliyyat, idarəçilik fəaliyyətinə şamil edilir.



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin