7.9. İnvestisiya fəaliyyətinin qeyi-kommersiya
risklərindən beynəlxalq hüquqi təminat mexanizmi
236. Xarici investisiyalar üçün əsas təhlükələrdən biridə qeyri-kommersiya riskləri ilə bağlıdır. Müvafiq risklərdən beynəlxalq hüquqi sığortanın təşkilatı mexanizminin yaradılmasına 1985-ci ildə İnvestisiya təminatları üzrə çoxtərəfli Agentliyin (Multilateral İnvestment Guarentee Agency-MİGA) təsis edilməsi ilə nail olunub.MIGA hüquqi status baxımından daimi fəaliyyət göstərən beynəlxalq hökumətlərarası təşkilatdır. MİGA beynəlxalq hüquq subyektliyinə malik olduğundan beynəlxalq müqavilələr bağlayır və fəaliyyət xüauaiyətlərindən asılı olaraq hüquqi şəxs kimi investisiya təminatları verir. Agentlik beynəlxalq müqavilələrlə yanaşı, eyni zamanda beynəlxalq kontraktlar bağlamaq, daşınmaz və daşınar əmlak əldə etmək, alqı-satqı münasibətlərinə daxil olamq, məhkəmə iddiası ilə çıxış etmək, sığorta və yenidən sığorta fəaliyyətini həyata keçirmək səlahiyyətinə keçirmək malikdir.
237. MIGA-nın sığorta mexanizminin əhəmiyyəti ondadır ki, xarici investorla qəbul edən dövlət arasında bağlanmış kontrakdan mübahisə yarandıqdan sonra və qəbul edən dövlət öhdəliyini lazimi qaydada yerinə yetirmədikdə investorun qəbul edən dövlətə qarşı tələb hüququ subroqasiya prinsipi əsasında öncədən investorla MIGA arasında bağlanmış sığorta kontraktına əsasən həmin Təşkilata keçid. Agentliyin verdiyi təminatın özünəməxsusluğu ondan ibarətdirki, investorun qəbul edən dövlətə qarşı tələb hüququ subroqasiya əsasında MIGA-ya keçid və pacta sunt servanda prinsipinə uyğun olaraq dövlətlə Təşkilat arasındakı üzvlük müqavilə öhdəlik dövlət üçün beynəlxalq hüquqi məhsuliyyət yaratmış olur. Belə bir hal isə investisiya maraqında olan qəbul edən dövlət üçün qeyri-məqbul vəziyyətin yaranmasına səbəb olduğundan dövlətlərin investor qarşısında öz öhdəliyini yerinə yetirməkdə maraqlı olur.
Qeyri-kommersiya risklərinin təminatlandıran digər beynəlxalq təşkilatlardan fərqli olaraq MIGA Dünya Bank qrupunda üzvlüyə malikdir. Məhz belə bir status ona “imtiyazlı kreditor statusu” ilə böyük üstünlük verir. “İmtiyazlı kreditor statusuna” görə dövlətlərin MIGA qarşısında öhdəliyi növbədənkənar təmin edilir.
238. MIGA tərəfindən təminatlandırılan investisiya anlayışı “birbaşa” investisiyaları əhatə etməlidir. Konvensiya bilavasitə səhmdar iştiraka (yəni, nizamnamə kapitalında paya sahib olmaqla), həmçinin səhmdarlar üzrə investisiyalara istinad edir. Birbaşa investisiyaların Konvensiyada sadalanmayan formaları Direktorlar Şurası tərəfindən müəyyən edilir və bu anlayışa investorun ölkəsində olmayan, digər ölkələrdə fəaliyyət göstərən müəssisələrdə uzunmüddətli hüquqları əldə etmək məqsədi ilə həyata keçirilən xarici investisiyalar da daxildir. Uzun müddətli maraqlar, hüquqlar dedikdə, investisiya alan müəssisənin idarəçiliyində uzunmüddətli təsirə malik real idarəçiliyin əldə edilməsi nəzərdə tutulur. Müvafiq olaraq bu halda xarici birbaşa investisiya anlayışı xidmət və idarəçilik müqavilələrini, lisenziya, hasilatın pay bölgüsü sazişlərini əhatə edir (201).
MIGA tərəfindən investora təminatın verilməsi üçün qəbul edən dövlətin investisiyaya razılıq verməsi məcburi tələblərdən biridir. Belə bir qayda MIGA ilə qəbul edən dövlət arasında anlaşma yaratmağa xidmət edir.
MIGA-nın təminatının subyekti aşağıdakılar ola bilər:
- bir neçə vətəndaşlığı olduğu halda qəbul edən dövlətin vətəndaşı olmayan dıgər üzv-dövlətlərin vətəndaşları;
hüquqi şəxs və ya onun əsas müəssisəsi üzv-dövlətin əraisində yerləşməli və ya
formalaşdırılmalı və yaxud da həmin hüquqi şəxsin kapitalının əsas hissəsi üzv-dövlətlə və ya onun vətəndaşlarına məxsus olmalıdır, bir şərtlə ki, həmin üzv-dövlət qəbul edən dövlət olmasın.
MIGA investisiya layihələrinin keyfiyyət xarakteristikasını, inkişaf üçün zərurətini yoxladıqdan sonra qəbul edən dövlətin razılığı olduğu halda onlara təminat verir. Yoxlama zamanı investisiya layihələri iqdisadi baxımdan əsaslandırılmalı və investisiyanı qəbul edən dövlətin bəyan etdiyi qaydalara, həmçinin qəbul edən dövlətin bəyan etdiyi inkişaf prioritetlərinə və məqsədlərinə uyğunluğu müəyyən edilməlidir.
İnvestisiya layihəsini qəbul edən dövlətin iqtisadi inkişafı aspektindən qiymətləndirilməsi zamanı qəbul edən dövlətə çatacaq vergi və yığımların miqdarı, ixrac gəlirlərinin həcmi, yeni iş yerlərin açılması, sosial mədəni proqramların mövcudluğu və s. nəzərə alınır.
239. Konvensiyada MIGA tərəfindən sığortalanan 4 növ qeyri-kommersiya riski qeyd olunur. Qeyri-kommersiya risklərinin növləri kimi
- ekspropriasiya və ya anoloji tədbirlərdən;
- hərbi və vətəndaş itaətsizliyindən;
- valyutanın xaricə köçürülməsinin qeyri-mümkünlüyündən;
- qəbul edən dövlətin özünün kontrakt öhdəliyini pozmasından təminat verilir.
Konvensiyada investorun mülkiyyətinin götürülməsi (milliləşdirilməsi), həm də onun kapital qoyluşundan əldə etdiyi gəlirlərdən məhrum edilməsi başa düşülür. Tədricən və yaxud da sürünən ekspropriasiya qismində verilmiş lisenziyanın müddətinin uzadılmasından imtina edilməsi, sərbəst idxal-ixrac əməliyyatlarının keçirilməsinin qarşısının müxtəlif vasitələrlə alınması, eyni zamanda dolayası ilə iqtisadi maneələrin yaradılması qəbul edilir.
MIGA-ya pozulmuş hüquqların ödənilməsi ilə bağlı müraciət etmək üçün iki şərtin olması vacibdir:
iddia üçün müəyyən vaxtın keçməsi;
investorla təminatçının (MIGA) arasında üçüncü şəxsin, investorun, kreditçinin
təminatçıya müraciəti vacibdir.
Kreditorun təminatçıya müraciəti sonuncunun dövlətə qarşı tələb hüququ ilə çıxış etməsinə zəmin verir.
İkinci kateqoriya risklərə siyasi məqsədə çatmaq üçün istənilən hərbi fəaliyyət (inqılablar, vətəndaş müharibəsi, dövlət çevrilişi və s. analoji tədbirlər) aid edilir. Bu hərəkətlər bilavasitə investora qarşı yönəlməlidir.
Növbəti kateqoriya risk əldə edilən gəlirin, valyutanın xaricə köçürülməsinin qeyri-mümkünlüyü ilə bağlıdır. Qeyri-mümkünlük bu halda qəbul edən dövlət tərəfindən valyutanın xaricə çıxarılmasının məhdudlaşdırılması və ya qarşısının alınması həmçinin valyutanın dəyişmə kursunun diskriminasiya qaydasında passiv həyata keçirilməsi başa düşülür.
Konvensiyada qeyri-kommersiya risklərinin dördüncü kateqoriyası dövlətin özünün müqavilə (kontrakt) öhdəliyini yerinə yetirməməsi ilə bağlıdır. Bu zaman investor məhkəmə və müvafiq arbitraj proseduruna müraciət etməli, müvafiq instansiyada sığorta müqaviləsindı nəzərdə tutulan müddətdə qərar qəbul edilmədiyi və nəhayət qəbul edilmiş qərarın təmin edilməsi mümkün olmadığı halda investor təminatçıya müraciət edir.
240. Sonuncu risk investora məhkəmə-arbitraj proseduruna çıxış hüququnun təmin edilməsi ilə bağlıdır. Digər risklərdən fərqli olaraq müqavilə öhdəliyinin yerinə yetirilməməsi üzrə tələb hüququndan istifadə etmək müəyyən çətinliklər yaradır. İlk öncə qəbul edən dövlətin investorla münasibətdə hansı funksiyada-de juri qestionis, yoxsa de juri imperii qismində çıxış etməsi müəyyən etdilməlidir. Birinci halda, siyasi risk problemi aradan qalxır və qəbul edən dövlət xarici investora qarşı onun qeyri-qanuni və ya müqaviləyə uyğun olmayan hərəkətinə qarşı cavab tədbiri kimi müqavilə öhdəliyini yerinə yetirməyə bilər. Məhz sığorta edən bu halı müəyyən edilməlidir. Məsələ ondadır ki, qeyd olunan halda tərəflərin, xüsusən də, investorun arbitraj baxışına müraciət hüququ istisna edilmədiyinnən problem qeyri-kommersiya, siyasi risk aspekti kəsb etmir. Əgər investorun arbitraja müraciət hüquq pozularsa, həmçinin bu hüquq təmin edilərsə, məhkəmə süründürməçiliyi baş verərsə, eləcə də sonuncu da təmin edilərsə lakin qəbul edilmiş qərar yerinə yetirilməssə bu halda siyasi risk yaranmış olacaq. Bu anda MIGA-nın sığorta-təminat sistemi ilə düşür. Ümumiyyətlə, qeyd etdiyimiz sistemin işə düşməsi üçün tərəflərin, qəbul edən dövlətlə xarici investorun qeyri-bərabər hüquqi vəziyyətdə olması zəruridir.
MIGA özünün öhdəliklərinin sığortalamaq praktikası ilə yanaşı, investora birgə və yenidən sığorta xidmətlərini də təklif etməklə bütünlükdə verdiyi təminatları istənilən fors-major halından qorunmaq siyasəti yürüdür.
Yenidən sığorta institutu bir tərəfdən, dəymiş zərərin ödənilməsinə xidmət edirsə digər tərəfdən isə, hər bir halda investoraların hərtərəfli təminatına yönəldiyindən, onların xarici kapital qoyuluşunda marağını artırır ki, bu da son nəticədə inkişafda olan ölkələrə investisiya axınını sürətləndirməyə kömək edir.
MIGA-nın sığortada iştirak etməsi xüsusi sığortaçıların həmin layihələrdə iştirakını genişləndirir.
Konvensiya MIGA-ya mübahisələrin həllində vasitəçilik etmək səlahiyyəti də verir. MIGA-nın vasitəçilik fəaliyyəti əsasən Təşkilat tərəfindən sığortalanmış investisiyalarla bağlı olur. Üzv-dövlətlərlə investorlar arasında bübahisələrin həllində MIGA xüsusi aftoritetə malikdir.
İnvestisiya mübahisələrinin həllində MIGA-nın vasitəçilik funksiyası mühüm əhəmiyyət kəsb edir. Agentlik fəaliyyət göstərdiyi dövrdə yalnız bir dəfə, 2002-ci ildə İndoneziyada investorun fəaliyyəti dayandırıldığı zaman konpensasiya ödəyib. Lakin indoneziya hökuməti sonradan MIGA-ya dəymiş zərəri ödəməli olmuşdur. Digər hallarda MIGA həmişə mübahisələrin konstruktiv həllinə nail olub ki, bu da ona yüksək aftoritet qazandırıb.
ƏDƏBİYYAT SİYAHISI
Богатырев А.Г. Инвестиционное право - М: Российское право, 1992. с.272.
Лабин Д.К. Некоторые проблемы международно-правового регулирования инвестиций // Государство и право, 1998, № 10. с. 94-101.
Фархутдинов И.З. Международное инвестиционное право: теория и практика применения. М. 2005. 432 с.
Brewer Т.L. Young S. Multilateral Agenda For Foreign Direct Investment/ World Competition Law and Economics Review. Vol. 18. # 4. 1995. P.37-77.
Broches A. The Convention on the Settlement of Investment Disputes: Some Observations on Jurisdiction // Columbia Journal of Transnational Law, 1982. N 5. P. 37-45.
Fatouros A.A. Possible Standards For Trade Related Investment Measures. UNCTAD / ITP. Vol. 23. P. 229-238.
Foreign Portfolio Investment and Foreign Direct Investment. Characteristics, similarities and differences, policy implications and development impact. TD/B/COM2/EM. 6/2 1999. 15 April. P. 47-59.
Kenneth V.J. Remarks to: Toward an Effective International Investment Regime//The American Society of International Law 91, Proc 145 (1997) -Washington, 1998 P. 341-347.
Khali1 M.L. Treatment of Foreign Investment Treaties. ICSID Review-Foreign Investment Law Journal - Vol. 7. 1992. P. 339-349.
Nwogugu E.I. The Legal Problems of Foreign Investments in Developing Countries - Manchester, 1965. P.450.
Ramaiah В.B. Towards a Multilateral Framework on Investment // Transnational Corporations, vol.6, # 1, April 1997. P. 23-27.
Sauve P.A. First look at Investment in the Final Act of the Uruguay Round /Journal of World Trade. Vol. 28, №5, 1994, P. 11-18.
Schwarzenberger G. Private International Investment - London, 1997, P. 270
14. Sornarajah M. The International Law on Foreign Investment. Z. Cambridge. 1994. P. 320
VIII FƏSİL. BEYNƏLXALQ MALİYYƏ HÜQUQU
8.1. Beynəlxalq maliyyə-valyuta münasibətlərinin bərqərar olması
8.2. Beynəlxalq maliyyə hüququnun anlayışı
8.3. Beynəlxalq maliyyə hüququnun prinsipləri
8.4. Tədiyyə balansının tarazlaşdırılmasının beynəlxal hüquqi tənzimlənməsi
8.5. Beynəlxalq borc hüququ
8.6. Beynəlxalq bank hüququ
8.7. Beynəlxalq valyuta hüququ
8.8. Beynəlxalq Valyuta Fondu
8.9. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
8.10. Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının strukturu
8.11. Beynəlxalq Valyuta Fondunun kredit mexanizmləri
8.12.Beynəlxalq Valyuta Fondunun nizamnamə kapitalında dövlətlərin payı və səsvermə mexanizmi
8.13. Beynəlxalq Valyuta Fondunun dövlətlərin valyuta siyasətinə nəzarəti
8.14. Azərbaycan Respublikasının beynəlxalq maliyyə və valyuta sisteminə inteqrasiyası
8.1. Beynəlxalq maliyyə valyuta münasibətlərinin
bərqərar olmas
241. Beynəlxalq valyuta münasibətləri dünya təsərrüfat münasibətlərində milli pul (maliyyə) vahidlərinin istifadəsindən, onların mübadiləsindən yaranan xüsusi növ beynəlxalq iqtisadi münasibətlərdir. Milli pul vahidləri beynəlxal təsərrüfat fəaliyyətinin nəticələrini qiymətləndirmək üçün xaricə çıxarkən digər milli pulun ekvivalenti kimi valyutaya çevrilir. Bu mənada valyuta qəbul edən dövlətin pul vahidi, xarici dövlətin pul vahidi və beynəlxalq hesablaşma vahidi fərqləndirilir.
Milli pul vahidlərinin bir-birinə bərabərləşdirilməsi bir qayda olaraq beynəlxalq valyuta bazarında tələb və təklifə uyğun olaraq valyuta kursu ilə müəyyən edilir. Valyuta kursuna bir sıra faktorlar təsir edir. Xüsusən də, dövlətin siyasi rejiminin stabilliyi, iqtisadi inkişaf, ödəmə balansının, inflyasiyanın səviyyəsi, eləcə də hüquq-qanunvericilik qaydası valyutanın alıcılıq kursuna əhəmiyyətli təsir faktorlardandır. Valyuta kursu özü də nominal və real kurslar kimi fərqləndirilir. Əgər nominal kurs xarici valyutanın alqı-satqısı üçün müyyən edilirsə, real valyuta kursu isə nominal kursun bu və ya digər iki dövlətdə qiymətlərin səviyyə nisbətinə vurulması ilə müəyyən edilir. Məhz real valyuta kursu dünya təsərrüfat münasibətlərində rəqabət qabiliyyətinin meyarı kimi çıxış e dir.
Beynəlxalq təsərrüfat münasibətlərinin ardınca valyutaların alqı-satqı üzrə davamlı münasibətlərin formalaşdırılması əsasında hüquq-qanunvericilik normalarının dayandığı valyuta sisteminin meydana gəlməsinə səbəb olmuşdur. Valyuta sistemi müəyyən bir valyuta kursunun rejimi, hüquq qaydası əsasında fəaliyyət göstərir.
İlk dünya valyuta sistemi 1867-ci ildətəsis edilən XX əsrin 20-ci illərinə kimi davam etmiş, əsasında sərbəst valyuta rejimi dayanan Paris valyuta sistemi olmuşdur. Paris valyuta sistemi dağıldıqdan sonra onu əvəzləyən Genuya valyuta sistemi (1922) də uzunömürlü olmur.
Valyuta sisteminin davamlıliğını təmin etmək məqsədilə II Dünya müharibəsinin sonunda kompleks təşkilati xarakterli məsələlərin həllinə başlanılır.
Müasir beynəlxalq valyuta sisteminin 1944-cü ildə Bretton-Vuds konfıransında əsas kimi beynəlxalq maliyyə birlikləri-Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı təsis edilir.
İstər universal, istərsə də regional səviyyədə fəaliyyət göstərən maliyyə qurumlarının fəaliyyətində ümumi məqsəd kimi iqdisadi inteqrasiyanı, beynəlxalq ticarətdə liberallaşmanı dəstəkləmək, dövlətlərin tədiyyə balansında yaranan problemlərin aradan qaldırılması üçün maliyyə böhranlarında dövlətlərə iqdisadi yardım etmək, beynəlxalq ticarətdə, investisiya qoyuluşunda hesablaşma və ödəmə ilə bağlı yaranan problemləri, mübahisələri
(435) aradan qaldırmaq və inkişafda olan ölkələrin iqdisadi inkişafını dəstəkləməyi qeyd etmək olar.
8.2. Beynəlxalq maliyyə hüququnun anlayışı
243. Beynəlxalq maliyyə münasibətləri beynəlxalq iqdisadi münasibətlərin ödəmə, hesablaşma və kredit sferasında xüsusi növ münasibətlərin sistemi kimi təzahür edir. Əmtəələrin və xidmətlərin ticarəti valyuta-maliyyə axınını meydana gətirir. Müvafiq valyuta-maliyyə isə ayrı-ayrı ölkələrin milli ödəmə balansında əks olunur. Beynəlxalq maliyyə münasibətləri müəyyən bir sistemdən, dövlətlərarası sistemdən ibarət olaraq fəaliyyət göstərir. Bu sistem özünəməxsus subyektiv və obyektiv tərkibli münasibətlərin məcmusu kimi çıxış edir. Müvafiq olaraq beynəlxalq hüququn publik şəxsləri arasında maliyyə resuslarının hərəkəti ilə bağlı yaranan münasibətlər xüsusi bir yarımsistem təşkil edir və bu sistem beynəlxalq maliyyə hüququ ilə tənzimlənir. Beynəlxalq maliyyə hüququ əsasən
- maliyyə resursları ilə bağlı dövlətlərarası münasibətləri;
- maliyyə resurslarının transsərhəd hərəkəti ilə bağlı yaranan münasibətlərdə beynəlxalq maliyyə sisteminin xüsusi subyeklərinə verilən dövlətdaxili hüquqi rejimlərin dövlətlərarası hüquqi tənzimlənməsini əhatə edir.
244. Beynəlxalq maliyyə hüququnun tənzim etdiyi münasibətlərin dairəsinə maliyyə sahəsində verilən milli hüquqi rejimlər, maliyyə hesablaşma - ödəniş formaları, dövlətlərin tədiyyə balansının vəziyyəti, beynəlxalq valyuta bazarlarının hüquqi statusu, valyutaların dönərliliyi, dövlətlərin borc öhdəlikləri, kreditlər, maliyyə yardımı ilə bağlı yaranan hüquq münasibətləri daxildir. Müasir dövrdə beynəlxalq maliyyə hüququnun əsas vəzifəsini beynəlxalq maliyyə sistemində beynəlxalq hüquq qaydasını təmin etmək təşkil edir. Müvafiq hüquq qaydası isə resusların beynəlxalq hərəkəti üçün universal beynəlxalq hüquqi rejimi yaratmaq, maliyyə resuslarının hərəkəti ilə bağlı dövlətdaxili hüquqi rejimlərin harmonizasiyası və unifikasiyasını təmin etmək, beynəlxalq maliyyə sisteminin effektivliyinin yüksəldilməsi üçün dövlətüstü maliyyə institutlarının formalaşdırılmasına istiqamətlənib.
Beynəlxalq maliyyə hüququ beynəlxalq iqdisadi hüququn digər sahələrində olduğu kimi publik münasibətləri nizamlamaqla yanaşı müəyyən hallarda xüsusi xarakterli maliyyə münasibətlərini də tənzimləyir. Publik səviyyədə olan hüquq münasibətləri bir çox hallarda xüsusi hüquqi münasibətlərlə realizə olunur. Və ya əksinə, xüsusi xarakterli maliyyə hüquq münasibətləri öz həcminə və xarakterinə görə publik səviyyəyə qədər yüksələ bilər. Beynəlxalq maliyyə münasibətlərinin kompleks xarakteri özünü beynəlxalq maliyyə hüququnun bütün institutlarında göstərir.
Beynəlxalq maliyyə hüququnun nizamladığı maliyyə münasibətlərini predmetinə görə bir neçə qrupa:
ödəmə - hesablaşma xarakterli maliyyə münasibətlərinə;
valyuta xarakterli maliyyə münasibətlərinə;
kredit xarakterli maliyyə münasibətlərinə ayirmaq olar.
Beynəlxalq maliyyə sistemi maliyyə münasibətlərinin çoxtərəfli qaydada beynəlxalq hüquqi tənzimlənməsinə üstünlük verir.Lakin müasir dövrdə beynəlxalq maliyyə sisteminin yüksək inkişafına baxmayaraq maliyyə münasibətlərinin universal beynəlxalq hüquqi tənzimlənməsi kifayət qədər inkişaf etməmişdir. Universal hüquqi tənzimetmə forması yalnız daha mühüm maliyyə və valyuta münasibətlərini (milli valyutaların dönərliliyi, valyuta məzənnəsi və s. ilə bağlı hüquq münasibətlərini) əhatə edir. Müvafiq olaraq bəzən beynəlxalq hüquşünaslar qeyd olunan hüquq sahəsini beynəlxalq valyuta hüququ da adlandırırlar. Qeyd edilən sferada tətbiq edilən iqtisadi mexanizmilər, həmçinin onların praktit realizə formaları (o cümlədən ödəmə, hesablaşma kreditvermə və s. sistemləri ) valyuta dəyəri ilə şərtləndirilir.
Beynəlxalq maliyyə hüququ da beynəlxalq ticarət və investisiya hüququnda olduğu kimi nizamlandığı sistemin daha da liberallaşdırılmasına yönəlib.
8.3. Beynəlxalq maliyyə hüququnun prinsipləri
245. Beynəlxalq maliyyə-valyuta sistemini formalaşdıran münasibətlərin tənzimlənməsi beynəlxalq maliyyə hüququnun prinsipləri əsasında həyata keçirilir. Beynəlxalq maliyyə-valyuta münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsinin prinsipləri kimi
- maliyyə sistemlərinə münasibətdə dövlət suverenliyi;
- dövlətlərin tədiyyə balansının bərabərliyi;
- xüsusi şəxslərin beynəlxalq valyuta bazarlarında azad iştirakı;
- Beynəlxalq Valyuta Fondunun nəzarəti altında seçmək azadlığı;
- ticarət bazarlarında rəqabət üsulu kimi devalvasiyadan istifadənin qadağan olunması;
- ikitərəfli ödəmə və hesablaşma sisteminin azad seçimi;
- dövlətlərin xarici borclarını qaytarmaq öhdəliyi;
- kreditlərin verilməsində ayrı-seçkiliyə yol verməmək;
- inkişafda olan ölkələrə güzəştli kreditlərin verilməsi;
- maliyyə böhranlarına yol verməmək üçün əməkdaşlıq;
- maliyyə böhranları zamanı iqtisadi yardım göstərilməsi;
- maliyyə risklərinin təminatı və s. prinsipləri qeyd edilə bilər.
Maliyyə sistemlərinə münasibətdə suverenlik prinsipi Dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartiyasının 1-ci maddəsində və beynəlxalq hüquqi adətlərdə öz əksini tapıb. Xartiyaya görə hər bir dövlət öz iqtisadi sisteminə münasibətdə suverendir və buna heç bir halda müdaxilə edilə bilməz. Lakin dövlətlər arasında iqtisadi inteqrasiya genişləndikcə, beynəlxalq maliyyə qurumlarının inkişafı, dövlətüstü hüquqi tənzimetmənin genişlənməsi bu prinsipdən istisnaları da müəyyən edir.
Beynəlxalq maliyyə sisteminin çoxtərəfli beynəlxalq hüquqi tənzimlənməsi kifayət qədər inkişaf etmədiyinə görə beynəlxalq maliyyə hüququnun prinsipləri də formalaşma mərhələsindədi. Qeyd edilən problem beynəlxalq maliyyə hüququnun mənbələrinə də əhəmiyyətli dərəcədə təsir etməkdədir.
246. Beynəlxalq maliyyə hüququnun mənbələrinin özünəməxsus xüsusiyyəti kimi
- beynəlxalq maliyyə hüququnun sistemində universal konvension tənzimetmənin olmadığına görə bu sahənin hüquqi tənzimlənməsində əsas mənbə kimi beynəlxalq hüquqi adətlərin mühüm rol oynaması;
- beynəlxalq maliyyə münasibətlərində xüsusi şəxslərin fəal iştirakı nəticəsində müvafiq hüquq sahəsinə transmilli hüququn əhəmiyyətli təsir göstərməsi və transmilli bank hüququnun yaranması;
- beynəlxalq maliyyə qurumlarının (xüsusilə də, Beynəlxalq Valyuta Fondunun) qəbul etdiyi “yumuşaq hüququ” normalarının universallaşması və tədricən dövlətüstü nəzarət mexanizminin formalaşmasını (Beynəlxalq Valyuta Fondunun “hüququnu”) qeyd etmək olar.
Beynəlxalq maliyyə hüququnun mənbələri kateqoriyasına beynəlxalq müqavilələr, beynəlxalq adətlər, beynəlxalq maliyyə institutlarının qətnamələri, beynəlxalq məhkəmə və arbitrajların qərarları, transmilli bank hüququ qeyd edilməlidir.
247. Beynəlxalq valyuta-maliyyə sistemində transmilli hüquq normalarının daha geniş sistemə malik olması bir sıra faktorlarla bağlıdır. Xüsusən də, maliyyə hüququnun sitemində bir sıra boşluqların mövcudluğu, beynəlxalq maliyyə münasibətlərinin tam mənada beynəlxalq hüquqi tənzimetməyə məruz qalmaması, çoxtərəfli beynəlxalq hüquqi tənzimetmə mexanizmilərinin zəif inkişaf etməsi transmilli hüququ qaydasının formalaşmasını şərtləndirmişdir. Digər tərəfdən, maliyyə vasitələrinin hərəkəti sahəsində yaranan ani dəyişikliklərin, sıçrayışların idarə olunmaması, dövlətlərin iqtisadi inkişaf fərqindən yaranan xarici borcalar probleminin tam tənzimlənməməsi, həmçinin dövlətlərin maliyyə-valyuta sistemlərinin onların suverenliyi ilə six bağlı olduğundan dövlətlərin bu sahədə milli publik qaydanın qorunmasında daha çox maraqlı olması və s. problemlər beynəlxalq maliyyə sisteminin beynəlxalq hüquqi tənzimlənməsinin genişlənməsinə maneələr yaradır ki, bu da müvafiq hüquq tənzimetmə sahəsində transmilli hüquq qaydasına bərqərar edir.
248. Universal konvension tənzimetmə mexanizmi zəif olsa da beynəlxalq müqavilələr beynəlxalq maliyyə hüququnun əsas mənbələrindən biri kimi çıxış etməkdədir. Beynəlxalq maliyyə hüququnun müqavilə mənbələrinə:
- beynəlxalq ticarət və iqtisadi əməkdaşlığa dair ümumi xarakterli sazişlər;
- ödəmələr sahəsində müqavilələr;
- kredit sazişləri və s. aiddir.
Beynəlxalq maliyyə münasibətləri sferasında beynəlxalq ödəmələr hə hesablaşmalarla bağlı müqavilələr, eləcə də beynəlxalq maliyyə qurumlarının təsis və fəaliyyətlərinin nizamlanması üzrə aktlar üstünlük təşkil edir. Buna misal olaraq Köçürülən sadə veksellər haqqında 1930-cu il Cenevrə Konvensiyası; Çeklər haqqında 1931-ci il Cenevrə Konvensiyası; Beynəlxalq Valyuta Fondu haqqında 1945-ci il Sazişi və s. qeyd edilə bilər. Regional səviyyədə də müqavilələr əsasən maliyyə qrumlarının təsis, onların fəaliyyətinin nizamlanması, ödəmə və hesablaşmaların maliyyə risklərinin qarşılanması sahəsində imzalanır.
249. Beynəlxalq iqtisadi hüququn digər sahələrindən beynəlxalq investisiya hüququnda olduğu kimi (205) beynəlxalq maliyyə hüququ sahəsində də ikitərəfli sazişlər üstünlük təşkil edir. İkitərəfli müqavilələr beynəlxalq maliyyə sisteminin iştirakçılarının kredit-borc, klirinq, maliyyə əməkdaşlığı, valyuta alqı-satqı, hesablaşma və ödəmə ilə bağlı münasibətlərini əhatə edir.
250. Beynəlxalq maliyyə münasibətlərinin tənzimlənməsində beynəlxalq adətlər xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq maliyyə hüququnun adət normaları beynəlxalq maliyyə sistemi iştirakçıları arasında yaranan maliyyə münasibətlərini tənzimləmək üçün uzun müddət təkrar olunan və məcburi xarakter daşıyan praktika kimi təzahür edir.
Beynəlxalq maliyyə hüququ sistemində beynəlxalq adətlərin formalaşması spesifikliyə malikdir. Beynəlxalq maliyyə hüququnda adət normaları üçün uzunmüddətlilik xüsusuiyyət mütləq xarakter kəsb etmir. Maliyyə münasibətləri sahəsində beynəlxalq hüquqi adətlərdən-valyuta tənzimlənməsində dövlətlərin inzibati metodların istifadəsindən çəkinmək prinsipi; beynəlxalq ticarətdə mənfəət qazanmaq üçün devalvasiyadan istifadənin yolverilməzliyi prinsipi və s. qeyd edilə bilər.
251. Beynəlxalq maliyyə hüququ sahəsində hüquqi adətlərin formalaşmasında xüsusi maliyyə qurumlarının – beynəlxalq birjaların, bankların, maliyyə sindikatların, transmilli korporasiyaların rolu çox yüksəkdir. Dövlətlərarası beynəlaxalq müqavilə qaydasında tənzimetmə uzun-uzadı imzalama, ratifikiasiya mərhələləri ilə müşayiət edildiyindən və müvafiq münasibətlərin çevik tənzimlənməsində problemlər yaratdığı üçün əksər hallarda beynəlxalq maliyyə hüquq normaları xüsusi şəxslərin fəaliyyəti əsasında formalaşır. Belə bir tendensiya xüsusi şəxslərin iştirak etdiyi maliyyə münasibətlərinin daha çevik xarakter daşıması ilə əlaqədardır.
252. Beynəlxalq maliyyə münasibətlərini tənzim edən norma yaradıcılığı prosesində beynəlxalq təşkilatlar əhəmiyyətli rol oynayır. Beynəlxalq hüquq institutları beynəlxalq maliyyə hüququnun adətlərinin sistemləşdirilməsi, məcəllələşdirilməsiüçün bir sıra aktlar qəbul etmişlər. Buna misal olaraq, Beynəlxalq Ticaret Palatasının Sənədli akreditivlər üçün unifikasiya edilmiş Qayda və Adətlər (1993); Əmtəə sənədlərinin inkassollaşdırılması üzrə unifikasiya olunmuş Qaydalar; Vasitələrin elektron köçürülməsi üzrə hüquqi prinsiplər və s. qeyd edilə bilər. Bu aktlar beynəlxalq hesablaşma və ödəmələrin istənilən növünə tətbiq edilir. Dünya banklarının əksəriyyəti apardıqları maliyyə əməliyyatlarında bu aktlara əsaslanırlar. Beynəlxalq maliyyə münasibətlərinin tənzimlənməsində beynəlxalq aktlardan beynəlxalq maliyyə təşkilatlarının qətnamələri, beynəlxalq bank praktikası əhəmiyyətli rol oynayır.
Dostları ilə paylaş: |