Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)


 Azərbaycan mədəniyyətinin inkişaf problemləri



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə11/52
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#7965
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   52
1.17. Azərbaycan mədəniyyətinin inkişaf problemləri 
 
 
Müasir Azərbaycan mədəniyyətinin xüsusiyyətləri bir sıra cəhətləri ilə diqqəti cəlb etməkdədir. Əvvəla, 
xalqın həyatında baş verən milli, siyasi oyanışlar, tarixi dövrün səciyyəsi həmin xüsusiyyətlərin mahiyyətini 
kəsb edirdi. Bu mənada XX əsr milli təfəkkür tarixində mürəkkəb bir hadisə kimi diqqəti cəlb edir. Belə ki, milli 
təfəkkür təkcə Qərb yönümü ilə Şərq yönümünün münasibəti üzərində düşünməklə qalmırdı, onun öz daxilində 
mübarizə gedirdi: klassik təfəkkür (Şirvan mühiti) Şərq yönümü ilə ittifaqa girib vaxtilə intibah mədəniyyətini 
yaradan (və yeni zamanda intibahın məhsulu olan) folklor (xalq) təfəkkürünü sıxışdırmışdı. 
XX əsrin 20-ci illərindən başlayaraq şifahi xalq ədəbiyyatının toplanıb nəşr edilməsi, bolşevik inqilabının 
qələbəsilə  əlaqədar olaraq ümumi mədəniyyətin ictimailəşməsi (kütləviləşməsi) demokratik olanı 
normalaşdırır.( N.Jəfərov – «Ədəbiyyat və injəsənət» qəzeti, 1978, 11 mart.) 
Azərbaycan mədəniyyətinin məhz bu dövrünün daxili dinamikası bir daha sübut edir ki, bu tarixi 
mərhələdə ən müxtəlif, hətta bir-birini inkar edən bədii mövcudluqlar bəzən ardıcıllıqla, bəzən də paralel olaraq 
ortaya çıxmışlar. 
XX əsrin 60-cı illəri Azərbaycan mədəniyyətinin «sosialist, kommunist mədəniyyəti»nin formalaşmasının 
ən «məhsuldar» dövrü kimi qiymətləndirilirdi. Lakin bütün bunlarla yanaşı, həmin zaman kəsiyində  ədəbi-
estetik düşüncə daha çox mövcud ideologiyanın, «nəsihət» və «dərs»lərindən boyun qaçırırdı.  Əsrin ortaları 
Azərbaycan tarixinin elə  məqamı idi ki, ictimai-siyasi sıxıntılar mərhələsində  çırpınan həqiqət və azadlıq 

 
83
çarçıları onları sarımış yalan, hiylə, saxtakarlıq ilğımından sivrilib çıxmaq, ayıq danışmaq istəyirdilər. Artıq 
dövr özünün estetik, fəlsəfi, siyasi düşüncələrini doğurdu. Artıq bu gün, yəni müstəqillik qazanmış azad 
Azərbaycan Respublikasında mədəniyyətin inkişafı üçün hərtərəfli geniş imkanlar açılmışdır. Bu, hər  şeydən 
əvvəl, Azərbaycan mədəniyyətinin dünya sivilizasiyalarına inteqrasiyası, Avropa mədəniyyətləri ilə qarşılıqlı 
əlaqəsi üçün ən münbit zəmin formalaşdırır. 
90-cı illərdən müstəqilliyə qovuşmuş ölkədə mədəniyyətin inkişafı, tərəqqisi üçün atılan bir sıra addımlar 
bu sahədəki işlərin başlanğıcı kimi dəyərləndirilməlidir. Xüsusilə, mədəniyyətin statusunun 
müəyyənləşdirilməsində Azərbaycan dövlətinin hüquqi-normativ sənədlərində aparılan yenidənqurma buna 
əyani sübutdur. Azərbaycan Demokratik Respublikasının ali qanunu olan Konstitusiya (1995, 12 noyabr), 
Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu (1998), Tarix və  Mədəniyyət abidələrinin 
Qorunması haqqında Azərbaycan Respublikasının Qanunu (1998), Muzey işi haqqında Qanunu (1992), Təhsil 
Qanunu ölkədə mədəniyyətin yeni ideologiya, yeni humanist prinsiplər əsasında mədəniyyətin tərəqqisinə geniş 
yol açmış oldu. Bunlar isə milli müstəqil mədəni siyasətin formalaşması üçün ən zəruri və vacib amilidir. Dünya 
mədəniyyət təcrübəsi sübut edir ki, mədəni siyasətin başlıca mahiyyətini, cəmiyyətin daha möhkəm inkişafını 
təmin etmək, həyat şəraitinin keyfiyyət göstəricilərinin yüksəldilməsi təşkil edir. 
Xüsusilə, bədii mədəniyyət sahəsində azad düşüncə  tərzi, mövzu seçmə müstəqilliyi sənətin inkişafı, 
istedad və qabiliyətlərin üzə çıxarılması üçün əlverişli tarixi məqam oldu. Lakin bütün bunlarla yanaşı, müasir 
Azərbaycan mədəniyyətinin bu gün narahat, problem doğuran məqamları da mövcuddur. Xüsusilə, 
Azərbaycanda kütləvi mədəniyyətin dinamikasında bir sıra cəhətlər milli mentalitet üçün ciddi narahatçılıq 
doğurur. İncəsənətin müxtəlif janrlarında, daha çox musiqidə, teatrda bayağılıq, yüngül janrların üstünlük təşkil 
etməsi, bir tərəfdən, insanların zövqlərinin deformasiyasına, xüsusilə  də, gənclərin  əsil sənətin dərkindən, 
aşılanmasından uzaq düşməsinə, digər tərəfdən isə, çox dərin köklərə, zənginliklərə gedib çıxan klassik 
incəsənətimizin unudulmasını təmin etmiş olur. 
Azərbaycan mətbuatında yaranan qəzet-jurnal bolluğu, televiziya və radio kanallarının çoxluğu, bəzi 
hallarda özünün birbaşa vəzifəsinə deyil, əks istiqamətə yönəldilmiş olur. Bütün mədəniyytələr kimi, 
Azərbaycan mədəniyyəti, incəsənəti də öz hümanist prinsipləri ilə zaman-zaman tərbiyə funksiyasını yerinə 
yetirmişdir. Bu gün əsas məqsədlərdən biri, məhz mədəniyyət vasitəsilə tərbiyəni inkişaf etdirmək, humanizmi 
təbliğ etməkdir. 
Tarix sübut edir ki, cəmiyyətdəki transformasiya həmişə sosial-iqtisadi gərginliklərlə üzləşdiyi üçün o 
mütləq mədəniyyətin stabilliyi və ya inkişaf dinamikasına təsir edir. Bu, xüsusilə, son on il ərzində Azərbaycan 
Respublikasında öz təzahürünü aydın  şəkildə göstərməkdədir. Xüsusilə, insan təbəqələrinin sosial 
statuslarındakı  dəyişikliklər mənəvi mədəniyyətə dağıdıcı  zərbə vurur. Fikrimizi daha da aydınlaşdıran fakt 
respublikada son on il ərzində insanların kütləvi istirahəti üçün geniş imkanlara malik mədəniyyət 
müəssisələrinin – klub, mədəniyyət sarayları, evləri, kitabxanaların bağlanması  və ya digər məqsədlər üçün 
istifadəyə verilməsi hallarıdır. Düzdür, bu gün respublikada, xüsusilə, Bakı  şəhərində dünya standartlarına, 
müasir tələbatlara cavab verə bilən yaraşıqlı, hətta möhtəşəm mədəniyyət müəssisələrinin – istirahət və mədəni 
əyləncə obyektlərinin təşkilində irəliləyişlər  əldə edilmişdir. Lakin bunlar kimə xidmət edir? Kütləyə, yoxsa 
müəyyən təbəqəyə?! İkincisi daha doğrudur! Bazar iqtisadiyyatı qanunlarına tabe olan mədəniyyət obyektlərinin 
bu prinsip əsasında fəaliyyəti qanunauyğun haldır! Mədəniyyətin müvafiq sahəsində yaranan bu vəziyyət 
cəmiyyət daxilində müəyyən narazılıqla da qarşılanır ki, bu da Azərbaycan mədəniyyətinin bu günkü 
problemlərindəndir! 
Hazırda Azərbaycan Respublikasında gedən ciddi sosial-iqtisadi, mənəvi, mədəni dəyişikliklər 
mədəniyyətin mühüm sahələrindən biri olan təhsildə  də öz əks-sədasını göstərməkdədir. 1992-ci ildə  qəbul 
edilmiş  Təhsil Qanunu hazırda təkmilləşdirilərək təhsilin bütün sahələr və  səviyyələr üzrə yenidən qurulması 
məqsədilə islahatlarla müşahidə olunmaqdadır. Təhsil və elmdə gedən bu geniş miqyaslı islahatlar Azərbaycan 
mədəniyyətinin dünya sivilizasiyasına qədəm qoymasına, habelə qabaqcıl dünya ölkələrinə inteqrasiya etməsinə 
əhəmiyyətli təsir göstərir. 
Hazırda yeni mədəni siyasətin formalaşaraq təkmilləşdirilməsi Azərbaycan mədəniyyətindəki 
problemlərin aradan qaldırılmasına, o cümlədən inkişafına əlverişli şəraitin yaradılması deməkdir. 

 
84
1.18. Azərbayjanın mədəniyyət siyasəti  
 
XX əsrin 80-90-ji illərində, Azərbayjan sovetlər məkanının tərkibi hissəsi olduğu dövrdə, «yenidənqurma»nın 
kulminasiya nöqtəsi dövründə mədəniyyət siyasəti aparıjı mövzulardan birinə çevrilmişdir. Həmin mərhələdə Sovet 
İttifaqının Kommunist Partiyasının «yenidənqurma» rəhbərliyi, Avropadan nümunə götürərək, mədəniyyət siyasətinə 
maraq göstərirdi. Burada mədəniyyət siyasəti partiyanın mədəni konsepsiyalarının reallaşdırılması kimi dərk 
olunurdu. Kulturoloqların bir qismi bu zaman radikal təkliflərlə  çıxış edirdilər. Onlar göstərilən konsepsiyanın və 
ondan irəli gələn siyasətin «demokratik jəmiyyət»ə uyğun olmamadığını göstərdilər. Eyni zamanda da bildirirdilər ki, 
mədəniyyət olduqja azad və müstəqil bir hadisə olduğundan hər hansı bir siyasi təzyiqdən sərbəst formada inkişaf 
etməlidir. Eyni zaman da, bu qəbildən olan tədqiqatçılar mədəniyyətin jəmiyyətdən (və ya hakimiyyətdən) funda-
mental  şəkildə asılı olduğunu dərk edərək mədəniyyət siyasəti sahəsində  tədqiqatlarını davam etdirməyə  qərara 
gəlmişdirlər.  
  Mədəni-siyasi problemlər geniş diapozonda tədqiq edilirdi - mədəniyyət siyasətinin fundamental nəzəri 
problemlərdən tutmuş onun modellərinin işlənilməsinə  qədər. 1985-1991-ji ildə postsovet ölkələrində, o 
jümlədən də Azərbayjanda da baş verən dəyişikliklər mədəniyyət siyasətinin nəzəri əsaslarının yenidən işlənil-
məsini tələb edirdi. Çünki mədəniyyət siyasətinin yeni modeli mədəni dəyərlərin yaradılması, yayılması  və 
mənimsənilməsində avtoritar-partiya idarəetmə metodlarını deyil, məhz ijtimai tələbatı ehtiva edir.  
Göstərilən amillər 90-ji illərin ikinji yarısında mədəniyyət siyasətinin tədqiqində  və modelləşdirilməsi 
sahəsində  tədqiqatların aparılımasını  şərtləndirdi. 2001-ji ildə Azərbayjanın Avropa Şurasına daxil olması 
Azərbayjanda yeni mədəniyyət siyasətinin işlənilməsini sürətləndirdi. Lakin Azərbayjan milli mədəniyyət 
siyasəti barədə məruzəni hazırlanan zaman bunun üçün nəzəri və konseptual əsasların olmadığı özünü büruzə 
verdi. Misal üçün, həmin problemlə 1996-ji ildə qarşılaşan Rusiyanın milli məruzəsinin çatışmayan jəhətlərinə 
Avropa ekspertləri tərəfindən «keçid dövründə olan jəmiyyətdə mədəniyyət siyasətini müəyyən etmək olduqja 
çətindir» qeyd olunaraq bəraət qazandırılmışdır.  
2000-ji ilin sonunda Azərbayjan Respublikasının Mədəniyyət Nazirliyinin mədəniyyət siyasəti  şöbəsi 
«Avropada mədəniyyət siyasəti:  əsas faktların xülasəsi və tendensiyalar» adlı birgə layihəni başa çatdırdı. 
Həmin ilin sonunda sonunda Strastburqda Avropa Şurasının mədəniyyət üzrə komitəsinin xüsusi ijlasında üç 
jənubi Qafqaz Respublikasının mədəniyyət nazirliklərinin görüşündə bu ölkələrdə yeni mədəniyyət siyasətinə 
kömək və onu inkişaf etdirmək üçün STAGE (“Support for Transition in the Arts in Greater Europe”) regional 
proqramı təqdim olunmuşdur. Layihənin əsas məqsədi hər üç dövlətə yeni və dinamik mədəniyyət siyasətinin 
inkişaf etdirilməsi və mədəni mübadilənin gücləndirilməsində yardımın göstərilməsindən ibarət idi. Layihənin 
əsas prinsipləri aşağıdakılardır: mədəni özünəməxsusluğun, mədəni çeşidliyinin, yaradıcılığın, eləcə də ölkənin 
mədəni həyatında bütün təbəqələrin iştirakının dəstəklənməsi. 
 Bu proqramın ən mühüm məsələlərindən biri mədəniyyət siyasəti üzrə milli məruzənin yazılması idi ki, 
bununda  əsas ideyası müxtəlif mədəniyyət sahələrinin tam açılması, mədəniyyət siyasətinin  əsas 
tendensiyalarının aşkar olunması, onun nailiyyətlərinin və çatışmamazlıqlarının qiymətləndirilməsindən ibarət 
idi. Ümumiyyətlə, STAGE layihəsi 2000-2003-cü illəri  əhatə edən Birinci və 2003-2005-ci illəri  əhatə edən 
İkinci fazalardan ibarət idi. Lakin 2005-ci il sentyabrın 15-16-da Kiyevdə keçirilmiş STAGE layihəsinin 5-ci 
(geniələndirilmiə) Nazirlər kollokviumda layihənin gediəində əldə edilmiə uğurlu və səmərəli nəticələr nəzərə 
alınaraq, sözügedən layihənin bitməməsi və sadəcə başqa formatda davam etməsi qərarı  qəbul olunmuşdur. 
Məhz bu səbəbdən “Mədəni Əməkdaşlıq üzrə yeni regional və transversal layihə proqramı (Kiyev Təşəbbüsü)” 
elan edilmişdir. Sözügedən təşəbbüsə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir. 
Bununla da, 2006-cı il dekabrın 15-də Buxarestdə nazirlər səviyyəsində  “Kiyev Təşəbbüsü” regional 
proqramın açılış konfransı keçirilmiş və tədbirin nəticəsində “Kiyev Təşəbbüsü” Bəyanatı qəbul olunmuşdur. 
“Kiyev Təşəbbüsü” Regional Proqramı  mədəniyyət və  mədəni irsin rolunun davamlı inkişaf prosesləri  və 
regional əməkdaşlıqda təşviq edilməsi üçün yeni imkan və yanaəmanı təklif edən operativ çərçivədir.  
Bu məqsədlə, “STAGE” layihəsi çərçivəsində Avropa Şurasının ekspert qrupu 2001-ci ilin may ayında 
Azərbaycanda olmuədur. Bu səfər zamanı ekspertlər Avropa Şurasının dəstək verə biləcəyi sahələri qeyd 
etmişlər və  Mədəniyyət Nazirliyi ilə  vətəndaş  cəmiyyətinin nümayəndələri tərəfindən irəli sürülən təklifləri 
nəzərə almışlar. 2001-ci il iyunun 13-dən 17-dək bu layihə çərçivəsində Tbilisi şəhərində “Mədəniyyətin keçid 
dövründə maliyyələşdirilməsi” mövzusunda seminar keçirilmiədir. Seminarda Azərbaycan Respublikası 6 nəfər 
nümayəndə heyəti ilə təmsil olunmuşdur. Bundan sonrakı illər ərzində qeyd olunan layihə çərçivəsində keçirilən 
bütün tədbirlərə ölkəmizin müvafiq sahəsini təmsil edən mütəxəssislər də qatılmışlar. 
Azərbayjan Respublikası keçid dövrü adlanan tarixi mərhələdə hazırladığı Milli Məruzədə göstərilir ki, 
Mədəniyyət Nazirliyi mədəniyyət siyasətini son onilliklərdə  əksər Avropa ölkələrinin qabaqjıl təjrübəsinə 
əsaslanaraq, bu ölkələrdə rəhbər tutulan əsas prinsiplər nəzərə alınaraq, ölkəmizin milli maraqlarına uyğun olub-
olmamadığı müəyyən edərək hazırlayır. Milli Məruzədə Azərbayjanın mədəniyyət siyasətinin üç əsas prioritet 
istiqamətləri müəyyənləşdirilmişdir: 

 
85
 
Mədəni və tarixi irsin qorunması (burada mədəniyyət təsisatlarının bütün infrastrukturu özündə  əks 
etdirir); 
 
Yaradıjılığın himayə edilməsi; 
 
mədəniyyətin insan inkişafı amili kimi dərk edilməsi və qəbul olunmasının güjləndirilməsi. 
Milli Məruzədə Hökümətin və  Mədəniyyət Nazirliyinin göstərilən prioritetləri reallışdırmaq üçün 
yaradılan və bu işə jəlb olunan təsisatların məqsəd və fəaliyyət sahələri müəyyən olunur:  
 
Alternativ maliyyə mənbələrinin axtarışı; 
 
Mədəniyyət sahəsində inzibatçılığa dair treninqlər; 
 
Mədəni inkişaf strategiyalarının işlənib hazırlanması; 
 
Xeyriyyəçi mədəniyyət fondunun təsis edilməsi; 
 
Mədəniyyətin idarəolunmasında desentralizasiya və dekonsentralizasiyası; 
 
Qeyri-hökümət təşkilatları və digər vətənaş jəmiyyəti təşkilatları ilə partnyorluq əlaqələrinin qurulması; 
 
Gənjlər siyasətinin işlənilməsi. 
Qeyd edilməlidir ki, həmin dövrdə hazırlanan milli hesabatda qanunverijilik tədbirləri ilə yanaşı  mədəni 
islahatların həyata keçirilməsində, yüksək nailiyyətlərin  əldə edilməsində  və onların dəstəklənməsində böyük 
əhəmiyyət maliyyələşmə  məsələsinə verilir. Yuxarıda qeyd etdiyimiz kimi, keçid dövrünün böhranları 
Azərbayjanın milli məruzəsində də, xüsusilədə maliyyələşmə bölməsində öz əksini tapmışdır. Xüsusilə vurğulayaq 
ki, hesabatda maliyyələşmə məsələlərinə həsr olunmuş fəsildə 1997-ji ildən sonra əldə edilən məlumatlar əsasında 
hazırlanmışdır. Milli məruzəni hazırayan müəlliflər hesabatın özündə belə ölkəmizdə  mədəniyyət siyasətinin 
modernləşdirilməsi yolunda olan əngəlləri vurğulayaraq, bu maneələri tarixi şəraitlə izah etməyə çalışırdılar. Misal 
üçün, hesabatı hazırlayan ekspert komandası Milli Mədəniyyət Fondunun fəaliyyətini təhlil edən zaman, onun iş 
istiqamət və prinsiplərini, xüsusilə  bədii tədbirlər üçün təsadüfi və qeyri-sistematik maliyyə yardımının 
göstərdiyini müəyyən etsələr belə, bu fəaliyyətin mexanizmlərini aydanlışdırmağa müvəffəq olmamışlar. 
Keçid dövrünün mənzərəsini dolğun təsvir edən Milli Məruzədə, qeyd olunur ki, mədəniyyət sektorunda 
çalışan yaradıjı adamların əmək haqqları olduqja aşağı olduqlarına görə, mütəxəssislər bu sahəni atıb gedirdilər. 
Lakin mədəniyyət müəssisələrində  vəziyyəti yaxşılaşdırmaq məqsədilə atılan ilk addımlardan biri kimi, ölkə 
Prezidentinin «Azərbayjan Simfonik Orkestrinin fəaliyyətini yaxşılaşdırmaq haqqında», «Yaradıjı xadimlərin 
fərdi pensiyalarla təmin edilməsi haqqında», «Qırmızı kitaba daxil eilən gənj istedadların fərdi təqaüdlərlə təmin 
edilməsi haqqında», «Azərbayjan Akademik Opera və Balet Teatrının balet truppasının sosial təminatı 
haqqında», «Gənj yazıçılarının fərdi təqaüdlərlə təmin edilməsi haqqında» fərmanları imzalanmışdır. 
Milli məruzədə göstərilir ki, mədəniyyət sahəsində xariji investisiyalar, maliyyə  dəstəyi və birgə 
müəssisələr təşviq olunur. Kinematoqraflar İttifaqı ilə Britaniyanın özəl  İTİL  şirkətinin birgə  fəaliyyəti buna 
misal gətirilir. Keçid dövründə Azərbayjanda həyata keçirilən səmərəli mədəniyyət siyasətinin nümunəsi kimi 
Azərbayjan Opera və Balet Teatrını dəstəkləmək üçün xariji neft şirkətlərinin, bankların və digər təşkilatların 
kapital qoyuluşu əsasında Operanı Himayə Fondu yaradılmasını göstəmək olar. Hesabatda bu jür nümunələrin 
geniş işıqlandırılması və mədəniyyət sferasının digər müəssisələrinə də tətbiq edilməsi tövsiyyə olunmuşdur. 
Milli hesabatda göstərilir ki, həmin illərdə ölkəmizdə mədəniyyət siyasətinin formalaşmasına öz tövhəsini 
verən iki qeyri-hökümət təşkilatı  fəaliyyət göstərirdi: Soros Fondu və Avrasiya Fondu. Həmin təşkilatlar 
Mədəniyyət Nazirliyinin Bakıda sektorial strategiyasını, (məsələn, M.FAxundov adına Dövlət Kitabxanasının 
kompüter şəbəkəsi ilə təmin edilməsi), mədəniyyət sahəsində qeyri-hökümət təşkilatlarını, ayrı-ayrı injəsənət və 
mədəniyyət xadimlərin və  gənjlərin layihə  ərizələrini maliyyələşdirən  əsas təşkilatlardır. Soros Fondu 
Mədəniyyət Nazirliyi üçün jəmiyyətin mədəni həyatda iştirakına dair sosioloci araşdırmaları 
maliyyələşdirmişdir. Qeyd edək ki, Milli Məruzəni hazırlayan işçi qrup SİAR – Sosial və Marketinq 
Tədqiqatları Mərkəzi tərəfindən aparılan həmin araşdırmaların nətijələrindən bəhrələnmişdir.  
Azərbayjanın mədəniyyət siyasəti üzrə xülasə Bonn mədəniyyət siyasəti və müqayisəli tədqiqatlar 
institutunun saytında yerləşdirilmişdir. STAGE layihəsi çərçivəsində Azərbayjan Respublikasının mədəniyyət 
siyasəti üzrə hazırlanan Milli məruzəsinin ətraflı şərhi Mədəniyyət Nazirlyinin təşəbbüsü ilə 2003-jü ildə dərj 
olunmuş «Azərbayjan Respublikasının Mədəniyyət Siyasəti» kitabında ətraflı şərh olunur. 
Yuxarıda təsvir olunan dövrdə Azərbayjanda optimal mədəniyyət siyasətinin işlənilməsi məqsədilə 
mütərəqqi təjrübənin öyrənilməsi və istifadə edilməsinə, aparıjı ölkələrin mədəniyyət siyasətlərinin müqayisəli 
təhlilinə böyük ehtiyaj duyulurdu. Belə ki, Azərbayjanda yeni mədəniyyət siyasətinin işlənilməsi zamanı Sovet, 
Qərb və rus mədəniyyət məktəblərinin təjrübəsi, xüsusilə  də Rusiya Mədəniyyət  İnstitutunun konsepsiyaları, 
Norveç və Yaponiyanın sosial-mədəni inkişafına dair tarixi nailiyyətləri, BMT və UNESKO, Avropa Şurası və 
mədəniyyət siyasəti sahəsində beynəlxalq təşkilatların sənədləri və müasir fəaliyyət təjrübəsi öyrənilmiş  və 
tətbiq edilmişdir. Azərbayjanda «Yeni mədəniyyət siyasətinin formalaşmasına yardım» layihəsinin 
reallaşdırılmasında və 2001-ji ilin aprelindən onu həyata keçirmək məqsədilə  əməli addımlar atmış 
təşəbbüslərdən biri Açıq Jəmiyyət  İnstitutunun - Butapeşt Soros Fondu ilə «Simurq» Azərbayjan Mədəniyyət 
Assosiasiyası ilə birgə  həyata keçirilmişdir. Layihənin  əsas məqsədi Azərbayjanda vətəndaş  jəmiyyətinin və 
hüquqi dövlətin etik-normativ əsası kimi sovet tipli Azərbayjan mədəniyyətinin demokratik mədəniyyətə 

 
86
transformasiya etməsinə yardım idi. Ölkəmizdə  mədəniyyətin sosial bazasının öyrənilməsi, yeni mədəniyyət 
siyasətinin xarakterinin və vəzifələrinin müəyyənləşdirilməsi, mədəniyyətin düzgün başa düşülməsində müxtəlif 
strukturlara və sosial qruplara kömək göstərilməsi, onun insanın inkişafında, həyatın keyfiyyətinin və 
Azərbayjan jəmiyyətinin rifahının yüksəldilməsində funksiyasının və imkanlarının öyrənilməsi layihənin 
prioritetlərini təşkil edirdi. Layihə  çərçivəsində aparılan tədqiqatlar nəijəsində  əldə olunan qənaətə görə, tarix 
boyu dövlətlərin əsas məqsədi mədəniyyətin inkişafına qayğının göstərilməsilə yanaşı daim dünya mənzərəsinin 
yaradılması olmuşdur. Bu faktdan dayaq götürən tədqiqatçılar 2001-2005-ji illər  ərzində alimləri və 
mütəxəssislərin bir çox suallarına javab verən mədəniyyət siyasətinin hərtərəfli nəzəriyyəsinin yaradılmasına 
nail olmuşdular. Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə mədəniyyət siyasətinin nəzəriyyəsi Qərbi Avropada və 
Azərbayjanda dövlət və  mədəniyyətin qarşılıqlı  əlaqələrinin çoxillik tarixinin öyrənilməsi və müasir dövrdə 
münasibətlərinin modelləşdirilməsi nətijəsində meydana gəlmişdir.  
Beləliklə, 2001-ji ilin sonlarında Mədəniyyət Nazirliyi yaxın beş ili əhatə edən «Azərbayjan 
mədəniyyətinin dövlət inkişaf proqramı»nı  işləyib hazırlamışdır. Həmin proqramda Azərbayjanın dövlət 
mədəniyyət siyasətinin strateci məqsədləri və əsas prioritetləri müəyyənləşdirilmişdir: 

 
Mədəni və tarixi irsin mühafizəsi; 

 
Yaradıjılığın dəstəklənməsi; 

 
Sahənin hüquqi, elmi, informativ inkişafı; 

 
Kadr hazırlığı və gənj istedadların dəstəklənməsi; 

 
Milli kinematoqrafiyanın dirçəlişi və inkişafı; 

 
Mədəniyyət turizmi infrastrukturunun yaradılması və inkişafı; 

 
Kitab nəşrinin inkişafı; 

 
Kitabxana və muzey sistemlərinin köklü sürətdə modernləşdirilməsi. 
«Azərbayjan mədəniyyətinin dövlət inkişaf proqramı» mədəniyyətin idarəolunmasının yeni demokratik 
formalarının yaradılmasına, dövlətsizləşdirməyə və bəzi mədəniyyət obyeklərinin tədrijən özəlləşdirilməsinə xeyli 
yer ayrılır. Mədəniyyət müəssisələri və  təsisatları üçün güzəştli tariflər müəyyən etmək vasitəsi ilə  mədəniyyət 
sahəsinin inkişafını stimullaşdıran, habelə bu sektora kənardan əlavə vəsait ayrılmaları jəlb edən vergi siyasətinin 
işlənib hazırlanması da göstərilən proqramda xüsusi əhəmiyyət kəsb edir.  
Proqramın reallaşdırılmasında beynəlxalq  əməkdaşlığın dinamik inkişaf etdirilməsi, onun yeni forma və 
modellərinin axtarılması mühüm amil kimi müəyyən edilmişdir. Burada, həmin kontekstdə UNESKO və Avropa 
Şurası kimi beynəlxalq təşkilatlarla çoxjəhətli  əməkdaşlığa böyük önəm verir. Dünyada nüfuz qazanmış 
beynəlxalq təşkilatlar dünyadaki mədəni quru-juluq proseslərində ölkənin rolu və yeri haqqında təsəvvür 
yaratmağa imkan yaradır. Son illərdə Azərbayjan xariji mədəniyyət siyasətində  nəzərə çarpan əsas tendensiyanı 
beynəlxalq əlaqələrdən beynəlxalq əməkdaşlığa doğru hərəkət kimi müəyyən etmişdir. Avropa Şurasının Jənubi 
Qafqaz ölkələrində reallaşdırdığı regional STAGE layihəsi yeni mədəniyyət siyasətinin formalaşmasını 
dəstəkləməklə yanaşı beynəlxalq əməkdaşlığın təjəssümüdür.  
Bu gün Azərbayjan Respublikasında mədəniyyət siyasəti deyildikdə, müxtəlif sosial institutlar tərəfindən 
işlənilən tədbirlər kompleksi nəzərdə tutulur ki, yaradıjı fəaliyyət göstərən subyektin formalaşmasına, yaradıjılıq 
sahəsində  şərtlərin, sərhədlərin və prioritetlərin müəyyənləşdirilməsinə, yaradılan mədəni dəyərlərin seçim 
prosesinin və translyasiyasının təşkil olunmasını və onların jəmiyyətin ixtiyarına verilməsini şərtləndirir. 
Mədəniyyət siyasətinin subyektlərinə aid edilir: 
 
dövlət orqanları; 
 
işgüzar strukturlar;  
 
mədəniyyət xadimləri.  
Qeyd olunmalıdır ki, mədəniyyət xadimləri mədəni siyasətində ikili rol oynayırlar – eyni zamanda həm 
obyekt, həm də mədəniyyətin subyekti kimi çıxış edirlər. 
Mədəniyyət obyektlərinə isə aiddir: 
 
qeyd etdiyimiz kimi, mədəniyyət xadimləri; 
 
mədəniyyət sahəsi; 
 
mədəni dəyərlərin istehsalçısı və istehlakıçısı olan jəmiyyət. 
Azərbayjan Respublikasında tətbiq edilən mədəniyyət siyasəti Fransada və keçmiş Sovet İttifaqında yayılan, 
mədəniyyət siyasətinin «dördünjü» modeli adlandırılan strukturla eynilik təşkil edir. Mədəniyyət siyasətinin 
«dördünjü modeli» güjlü administrasiya, dövlət tərəfindən güjlü maliyyələşmə, mədəni həyat üzrə bütün 
tərəfdaşların, xüsusilə  də regional və yerli jəmiyyətlərin müxtəlif peşə  təşkilatlarının fəaliyyətinin 
stimullaşdırılması və əlaqələndirilməsini tələb edir.  
Azərbayjanda dövlətin mədəniyyət siyasətinin planlaşdırılması və reallaşdırılması məsələləri aşağıdakıları 
nəzərdə tutan çoxsəviyyəli sistem vasitəsilə həyata keçirilir: 

 
87
 
Milli Məjlisin - Azərbayjan Parlamentinin Mədəniyyət qanunveriji əsasını təşkil edən Mədəniyyət Məsələləri 
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin