6.2. Metrologiyanın normativ - hüquqi əsasları
Ö
lçmənin və ölçmə məlumatlarının vacibliyi və əhəmiyyəti qa-
nunvericilik
qaydasında bir sıra kopleks hüquqi-normativ aktların və
müddəaların müəyyənləşdirilməsini tələb edir (şəkil 6.2.).
240
Şəkil 6.1. Metroloji təminatın əsasları
241
Metrologiya məsələləri üzrə
Konstitusiyada nəzərdə tutulmuş
normalar
“Ö
lçmələrin vahidliyinin təmin edilməsi” və Texniki
N
izamlanması haqqında qanunlar
Metrologiya sahəsində müxtəlif məsələlər üzrə Azərbaycan
Respublikasının qərarları
Azərbaycan Respublikasının “Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi”nin normativ texniki sənədləri
Azərbaycan Respublikasının müxtəlif elmi-texniki mərkəzlərinin
metrologiya sahəsində məsləhətləri
Şəkil 6.2. Ölçmənin vahidliyinin təmin edilməsinin
normativ bazası
Metrologiya sahəsində fəaliyyət Azərbaycan Respublikasının
qanunları əsasında həyata keçirilir.
“Ö
lçmənin vahidliyinin təmin edilməsi” haqqında qanunun
əsas məqsədləri aşağıdakılardır:
ö
lçmənin vahidliyinin təmin edilməsinin hüquqi əsaslarını
mü
əyyənləşdirmək;
ö
lçmə vasitələrinin hazırlanması, satılması, xaricə çıxarılma-
sı, istehsalı, istismarı və təmiri məsələlərində dövlət orqanları ilə hü-
quqi və fiziki şəxslər arasındakı münasibətləri nizamlamaq;
vətəndaşların hüquqlarını və qanuni maraqlarını, təyin edil-
miş qaydaları və ölkənin iqtisadiyyatını qeyri dəqiq ölçmələrin mənfi
nəticələrindən qorumaq;
fiziki kəmiyyətlərin dövlət etalonlarını yaratmaq, ölkənin in-
kişafına kömək etmək;
ö
lkənin ölçmə sistemini dünya təcrübəsi ilə hormonikləşdir-
mək.
Qanun metrologiyanın bir sıra əsas anlayışlarını möhkəmlən-
dirir. Ən əsas anlayışlardan biri ölçmənin vahidliyidir.
Ölç
mənin vahidliyi kimi, ölçmənin nəticələrinin kəmiyyətlərin
qanun
laşdırılmış vahidlərdə ifadə edilməsi və ölçmənin xətasının ve-
rilmiş ehtimalla təyin edilmiş sənədlərdən kənara çıxmaması başa
242
düşülür. Bundan başqa qanunda ölçmə vasitələri, kəmiyyət vahidinin
etalonu, metroloji xidmət, metroloji nəzarət, ölçmə vasitələrinin
yoxlanması və kalibrlənməsi, ölçmə vasitəsinin tipinin təsdiq edilməsi
sertifikatı, ölçmə vasitəsinin yoxlanmasına hüquq vermə
akkreditasiyası, ölçmə vasitəsinin hazırlanmasına (təmirinə, satışına,
kirayəyə verilməsinə) lisenzi-ya verilməsi, kalibirləmə üçün sertifikat
anlayışlarının tərifləri verilmişdir. Göstərilən təriflər Beynəlxalq
Qanunverici M
etrologiya təşkilatının rəsmi terminlərinə uyğundur.
Azərbaycan Respublikasında Beynəlxalq vahidlər sisteminin
fiziki kəmiyyətlərinin vahidlərinin tətbiq edilməsinə icazə verilir. Bu
fiziki kəmiyyət vahidləri Beynəlxalq Qanunverici Metrologiya
T
əşkilatının məsləhəti ilə ölçü və çəki üzrə Baş Konfrans tərəfindən
qəbul edilmişdir.
Ö
lçmələrin vahidliyinin təmin edilməsinin Dövlət sistemi
özün
də bir sıra normativ sənədləri cəmləyir.
Ö
lçmələrin vahidliyinin təmin edilməsi sisteminin əsas obyekt-
ləri aşağıdakılardır:
fiziki kəmiyyət vahidləri;
dö
vlət etalonları və yoxlama sxemləri;
ö
lçmə vasitələrinin nomenklaturası və metroloji xarakteristi-
kalarının normalaşdırılması üsulları;
ö
lçmənin dəqiqliyinin normaları;
ö
lçmənin dəqiqliyinin göstəricilərinin və nəticələrin təqdim
edilməsinin formalarının ifadə edilməsi üsulları;
ö
lçmələrin yerinə yetirilməsi metodikaları;
maddələrin və materialların xassələri haqqında məlumatların
doğruluğunun qiymətləndirilməsi və təqdim edilməsi metodikaları;
maddələrin və materialların xassələrinin standart nümunələ-
rinə təlabatlar;
metrologiya sahəsində terminlər və anlayışlar;
ö
lçmə vasitələrinin dövlət sınağının təşkili və keçirilməsi
qay
daları, ölçmə vasitələrinin və sınaq avadanlıqlarının yoxlanması
və metroloji attestasiya, ölçmə vasitələrinin kalibirlənməsi, normativ-
texniki, layihə, konstruktor və texnoloji sənədlərin metroloji eks-
pertizası, materialların və maddələrin xassələri haqqında məlumat-
ların ekspertizası.
243
Cari metroloji fəaliyyət Azərbaycan Respulikasının hökuməti
tərəfindən reqlamentləşdirilir.
Azərbaycan Respublikasının ərazisində və ondan kənarda
is
tifadə edilən standartların bir-birinə uyğunlaşdırılması, yəni
hormonikləşdirilməsi tələb edilir. Standartların hormonikləşdirilməsi
kimi, onların məzmununun digər standartlara uyğunlaşdırılması
(birinci nö
vbədə beynəlxalq standartlarla), standartlarda verilmiş
sınaqların nəticələrinin və məlumatların qarşılıqlı başa düşülməsi,
standarta gö
rə buraxılan məhsulun (xidmətin) qarşılıqlı əvəzolunması
başa düşülür.
Standartlaşdırma, metrologiya, sertifikasiya, akkreditasiya
qaydaları normativ sənəd olub, təşkilati-texniki, yaxud ümumi
texniki müddəaların, qaydaların, işlərin yerinə yetirilməsi metod-
larının yuxarıda göstərilən sahələrdə mütləq şəkildə həyata
keçirilməsini müəyyənləşdirir.
Standartlaşdırma, metrologiya,
sertifikatlaşdırma,
akkre
ditasiya üzrə məsləhətlər, o cümlədən dövlətlərarası
məsləhətlər normativ sənəd olub, təşkilati-texniki yaxud ümumi-
texniki müddəaların, qaydaların, işlərin yerinə yetirilməsi
metodlarının və qaydalarının könüllü yerinə yetirilməsini xarakterizə
edir.
Metodiki təlimatlar və rəhbər sənədlər normativ-metodiki
məzmunlu sənədlər olub, Azərbaycan Respublikası Metrologiya,
Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinin tabeçiliyində
olan təşkilatlar tərəfindən işlənir.
6.3. Metroloji xidmətlər və təşkilatlar
6.3.1. Azərbaycan Respublikası Standartlaşdırma,
Metrologiy
a və Patent üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikasında ölçmələrin vahidliyinin təmin
edil
məsi ilə əlaqədar bütün məsələlər Azərbaycan Respublikası Met-
rologiya, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi tərəfindən
həyata keçirilir “Azərbaycan Respublikası Standartlaşdırma, Metro-
logiya və Patent üzrə Dövlət Komitəsinin metrologiya sahəsində əsas
məsələləri aşağıdakılardır:
244
metrologiya sahəsində dövlət siyasətini həyata keçirmək,
standart
ların, etalonların və fiziki kəmiyyətlərin müəyyənləşdirilməsi
və istifadə edilməsi;
istehlakçıların və dövlətin maraqlarını, məhsullara (işlərə,
xidmətlərə) verilən təhlükəsizlik tələblərini gözləməklə təmin edil-
məsi;
standartlaşdırma sisteminin fəaliyyətinin və inkişafının tə-
m
in edilməsi, ölçmənin vahidliyinin, sertifikatlaşdırmanın, akkredi-
tasiyanın və bu sahədə elmi texniki məlumatın təmin edilməsi, onları
beynəlxalq və xarici ölkə sistemləri ilə harmonikləşdirilməsi;
dö
vlət standartlarının tələblərini, sertifikatlaşdırılan məhsul
üçün sertifikatlaşdırma qaydalarını, həmçinin dövlət metroloji nəza-
rətin gözlənilməsi ilə bağlı dövlət nəzarətinin təşkili və həyata
keçirilməsi;
metroloji sistemin məlumat resurslarının və infrasturuk-
turunun akkreditasiya
sının, texniki-iqtisadi məlumatların keyfiyyəti-
nin və təsnifatının formalaşdırılması.
Yuxarıda göstərilən məsələləri həyata keçirmək üçün
Azərbaycan Resbublikasınin Metrologiya, Standartlaşdırma və Patent
üzrə Dövlət Komitəsi bir sira elmi, huquqi, texniki-təşkilati, metodiki,
maliyyə və məlumatlandirma işlərini yerinə yetirir.
6.3.2. Beynəlxalq metrologiya təşkilatları
1875-
ci ildə on yeddi dövlət Metrik konvensiyanı imzaladılar.
Hal-haz
ırda bu konvensiyaya əlliyə yaxin dövlət qoşulmuşdur. Bu
konvensiy
a, onu imzalamış dövlətlərin beynəlxalq əlaqələrini
müəyyənləşdirir. Bu məqsəd üçün Ölçülərin və Çəkilərin Beynəlxalq
Bü
rosu (Bureau İnternational des Poids et Mesures) yaradıldı. Büro
Paris yaxınlığındakı Sevr şəhərində yerləşmişdir. Büronun məqsədi
ö
lçmələrin beynəlxalq eynicinsliyini və onların Beynəlxalq
Simmetriya sisteminə uyğunluğunu təmin etməkdir. Bu məqsədlə
bütün ö
lkələr üçün Simmetriya sisteminin fiziki kəmiyyətlərinin
vahidlərinin ölçülərinin ötürülməsi sistemi yaradılmışdır. Bu məsələ-
lər çox şaxəlidir. Onların həllini etalonların birbaşa yayılması (məsə-
lən: kütlə üçün), yaxud milli etalonların beynalxalq muqayisəsinin
245
koordinasiya edilməsi (məsələn: uzunluq, elektirik, radiyometriya)
yolu ilə həyata keçirirlər.
Büro ö
lçmə ilə əlaqəli tədqiqatları yerinə yetirir, milli
etalonların beynalxalq müqayisəsini təşkil edir, üzv ölkələr üçün
kalibrləməni yerinə yetirir. Ölçülərin və Çəkilərin Beynəlxalq
bürosunda (Ö
ÇBB) bir sıra ölçülərin prototipləri, fiziki kəmiyyətlərin
v
ahidlərinin etalonları saxlanılır. ÖÇBB-nin fəaliyyəti metrik
konvensiyanın üzvü olan ölkələr tərəfindən maliyyələşdirilir.
Konvensiyaya uyğun olaraq ÖÇBB-nin fəaliyyətinə rəhbərlik
etmək üçün Ölçü və Çəkilərin Beynəlxalq Komitəsi (ÖÇBK)
(Comitee İnternational des Poids et Mesures) yaradılmışdır. Bu
komitə Ölçü və Çəkilərin Baş Konfransı (Conference Generate des
poids et Mesures) qarşısında hesabat verir. Baş Konfrans hər dörd
ildən bir, üzv dövlətlərin hökümətlərinin nümayəndələrinin iştiraki
ilə, ÖÇBK-nın üzvlərini seçir. Hal hazırda ÖÇBK-nın nəzdində
yeddi məsləhət komitəsi fəaliyyət göstərir. Bunlar uzunluq, kütlə,
vaxt, elekt
rik kəmiyyətləri vahidlərini, fotometriya və radiometriya
vahidlərini, şualanma ionlaşdırılması vahidlərini və kimyəvi kəmiy-
yətlərin ölçülməsi üçün vahidləri müəyyənləşdirən komitələrdir.
Qeyd etmək lazimdır ki, ÖÇBB və ÖÇBK beynəlxalq
metrologiya təşkilatları ilə sıx əməkdaşlıq şəraitində işləyirlər.
Xüsusilə yaxın əlaqələr Qanunverici Metrologiyanın Beynəlxalq
T
əşkilatı ilə (QMBT) və standartlaşdırma sahəsində beynəlxalq
təşkilatlarladır (İSO). İSO-nun texniki komitəsi İSO/TS12
“Kəmiyyətlər, vahidlər, işarələr və koçürmə vuruqlar” texniki komi-
təsinin bu məsələlərdə xususi rolu vardir. Bundan başqa Beynəlxalq
Elektrotexnika Komiss
iyasi (BEK) və bir sira digər beynəlxalq
təşkilatlarlarla qarşılıqlı əlaqələr həyata keçirilir. ÖÇBB üzvləri,
müxtəlif komitələrin üzvləri vasitəsi ilə beynəlxalq təşkilatların
işində iştirak edirlər. OÇBB üzvləri çoxlu sayda beynəlxalq
gö
rüşlərdə və konfranslarda iştirak etməklə, beynəlxalq ölçmələrin
koordinasiyasında mühüm rol oynayırlar.
OÇBB, beynəlxalq təşkilatlarla birlikdə “Ölçmələrin qeyri
müəyyənliyini ifadə etmək üçün rəhbər sənəd, əsas və ümumi metro-
loji terminlərin beynəlxalq lüğəti”ni işləmiş və çap etmişlər.
246
Beynəlxalq Qanunverici Metrologiya təşkilatı (BQMT)
(İnternational Orqanization of Leqal Metrology) 1955-ci ildə
yarad
ılmışdır. Bu təşkilatın məqsədi metralogiyanın qanunvericilik
qaydalarının ümumi harmonikliyini təmin etmək və metrik
konvensiya üzvi olan dö
vlətlərdə yerinə yetirilən ölçülərin
dəqiqliyinə qarşılıqlı inamın müəyyən edilməsidir. Bu dövlətlərarası
təşkilatdır. Bu təşkilata onun işində aktiv iştirak edən üzv dövlətlər
və muşahidəçi kimi iştirak edən müxbir üzv dövlətlər daxildirlər.
Hal-hazirda BQMT 80 dö
vləti birləşdirir. BQMT-nin ali orqanı
Qanunverici Metrologiyan
ın Beynəlxalq Konfransıdır. Bu konfrans 4
ildən bir çağrılır. BQMT-nin qərarları məsləhət xarakteri daşıyır və
onların yerinə yetirilməsi konkret dövlətin istəyindən asılıdır. Bu
təşkilat özünün işçi orqanları üçün beynəlxalq sənədlər və üzv
ö
lkələrə ünvanlanmış məsləhətlər nəşr edir. Beynəlxalq
standartlaşdırma təşkilatı (İSO) (İnternational Organizavion for
Standardization) 1946-
cı ildə, 25 milli standartlaşdırma təşkilati
tərəfindən yaradılmışdır. İSO-nun üzvləri dünya ölkələrinin milli
standarlaşdırma təşkilatlarıdır. 2000-ci ildə 135 dövlət İSO-nun üzvü
idi.
İSO-nun fəaliyyəti elektrotexnika və elektronikadan başqa
bütün sahələri əhatə edir. Elektrotexnika və elektronika sahəsində
s
tandartlaşdirma məsələləri ilə Beynəlxalq Elektrotexnika Komissi-
yasi (BEK) məşğul olur. Bəzi sahələrdə bu iki təşkilat birlikdə
fəaliyyət göstərir.
İSO-nun əsas məqsədi aşağıda göstərilən məsələləri həll
etməkdir:
malların və xidmətlərin beynəlxalq mübadiləsini təmin et-
mək məqsədi ilə standarlaşdırmanın, metrologiyanın və sertifikatlaş-
dırmanın inkişafına kömək etmək;
intellektual, elimi-
texniki və iqtisadi sahələrdə əməkdaşlığı
mö
hkəmləndirmək.
İSO stantartlarından dünyada geniş isdifadə edilir. Onların sayı
hal-
hazırda 12 mini keçir. Bundan başqa hər il minə qədər yeni
standartlar qəbul edilir və yaxud onlara baxılır. Onlardan İSO-nun
üzvləri olan ölkələrin istifadə etməsi məcburi deyil. Bununla bərabər
247
İSO standartlarının Azərbaycan Resbublikasında tədbiq edilməsi ilə
bağlı məqsədyönlü işlər görülür.
Beynəlxalq Elektrotexnika Komissiyasi (BEK) (İnternational
Elektrotechnikal Commission) 1906-
cı ildə yaradılmışdir. İkinci
Dünya müharibəsindən sonra BEK İSO nun tərkibində muxtariyyatı
olan bir təşkilat kimi fəaliyyət göstərir. BEK-in yaradılmasının əsas
m
əqsədi İSO-nun yaradılması ilə eynidir - elektrotexnika və radio-
tex
nika sahəsində beynəlxalq standartların işlənməsi yolu ilə standat-
laşdırma, metrologiya və sertifikatlaşdırma üzrə beynəlxalq əmək-
daşlığı inkişaf etdirməyə kömək etmək.
BEK-
in üzvlərinin əksəriyyəti, burada özlərinin milli
standatlaşdırma təşkilatları ilə təmsil olunurlar. İSO ilə BEK arasında
sınaq laboratoriyalarının standartlaşdırılması, sertifikatlaşdırılması və
akkreditasiyası ilə bağlı aktual məsələlər həll olunur, İSO/BEK
gö
stərişləri və direktivləri nəşr olunur. BEK tərəfindən 2 mindən
artıq beynəlxalq standartlar qəbul edilmişdir.
Metrologiyanın ayrı-ayrı məsələləri ilə ölçmə texnikası və
cihazqayırma üzrə Beynəlxalq konferensiya (İMEKO), Radiorabitə
üzrə Beynəlxalq Məsləhətləşmə Komissiyası (RRBMK), Beynəlxalq
mülki aviasi
ya təşkilat (BMAT), Beynəlxalq Telekomunikasiya
İttifaqı (BTİ), Beynəlxalq Astronomiya İttifaqı (BAİ), Coğrafiya və
Geodeziya üzrə Beynəlxalq İttifaq (CGBİ) və s. məşğul olur.
MDB çərçivəsində standartlaşdırma, sertifikatlaşdırma və
metrologiya məsələləri dövlətlərarası Razılaşma sənədi əsasında
həyata keçirilir (1992). Onun əsasında MDB-nin standartlaşdırma,
Metrologiya və Standartlaşdırma üzrə Dövlətlərarası İttifaqı
yaradılmışdır. Burada bu ölkələrin standartlaşdırma, metrologiya və
sertifikatlaşdırma üzrə milli təşkilatları təmsil olunmuşlar. Bu
təşkilatlar İSO tərəfindən regional təşkilat kimi tanınmışdır. İtiffaq
standartlaşdırma və sertifikatlaşdırma sahəsində böyük iş görür.
Onlar tərəfindən işlənmiş standartlar və normativ sənədlər MDB
ö
lkələrində yayılır. Bu proses PMQ-04-94 və PMQ-05-94
qaydalarına uyğun həyata keçirilir.
248
6.4. Dö
vlət metroloji nəzarəti və yoxlaması
6.4.1. Nəzarət və yoxlama haqqında anlayışlar
Metroloji nəzarət və yoxlama təyin edilmiş metroloji qayda-
ların və normaların gözlənilməsinin hüquqi şəxs, yaxud dövlət or-
qanları tərəfindən yoxlanmasının həyata keçirilməsidir.
Metroloji nəzarət və yoxlama aşağıdakı yollarla həyata
keçirilir:
ö
lçmə vasitələrinin kalibirlənməsi ilə;
attestasiyadan keçmi
ş ölçmə vasitələrinin vəziyyətinə, ölçmə
vahidlərinin kalibrlənməsi üçün istifadə edilən fiziki kəmiyyət
vahidləri etalonlarına, metroloji qaydaların və normaların gözlə-
nilməsinə, ölçmənin vahidliyini təmin edən normativ sənədlərə
nəzarət etməklə;
metroloji qayda və normaların pozulmasının qarşısını alma-
ğa, yaxud aradan qaldırmağa istiqamətlənmiş məcburi göstərişlərin
verilməsi.
• Ö
lçmə vasitəsinin vaxtında tipinin təsdiq edilməsi məqsədi ilə
sınağa, yoxlamaya və kalibrləməyə təqdim edilməsinin yoxlanılması.
Dö
vlət metroloji xidməti aşağıdakıları özündə cəmləyir:
ö
lçmə vasitələrinin tipinin təyin edilməsi;
ö
lçmə vasitələrinin, o cümlədən etalonların yoxlanılması;
ö
lçmə vasitələrinin hazırlanması, təmiri, satılması və
kirayəyə verilməsi üçün hüquqi və fiziki şəxslərin fəaliyyətinin li-
senziya
laşdırılması.
Dö
vlət metroloji nəzarəti aşağıdakı fəaliyyəti həyata keçirir:
attestasiyadan keçmiş ölçmə vasitələrinin buraxılışı
vəziyyətinə və tətbiqinə, kəmiyyətlərin vahidləri etalonlarına,
müəssisələrdə metroloji qaydaların və normaların gözlənilməsinə
nəzarəti;
ticarət əməliyyatlarını apararkən özgələşdirilmiş malların
sayına nəzarəti;
Bu nö
v nəzarət malların sayını xarakterizə edən kütlə, həcm,
sərfiyyat və digər kəmiyyətləri təyin etmək üçün keçirilir.
qablaşdırılmış malların müxtəlif növlərinin boşaldılması və
satışı zamanı onların sayına nəzarəti; Bu nəzarət o zaman həyata
249
keçirilir ki, qabların içərisindəki malları qablar açılmadan və ya de-
for
masiya olunmadan dəyişmək mümkün olmasın. Bu halda qablarda
yerləşdirilmiş malların sayını göstərən kütlə, həcm, uzunluq sahə və
digər kəmiyyətlər, qabların üzərində göstərilməlidir.
Nəzarətin əsas vəzifələri buraxılan ölçmə vasitələrinin təsdiq
edilmiş tipə uyğun olmasını, ölçmə vasitələrinin vəziyyəti və onun
düzgün tətbiq edilməsini, metroloji kəmiyyətlərin doğruluğunu,
həmçinin metroloji qaydaların və normaların normativ sənədlərə
uyğun olmasını müəyyənləşdirməkdir.
Hər bir yoxlamanın nəticəsi uyğun aktla sənədləşdirilir. Yox-
lama aktı müəssisənin rəhbərliyinə, surəti isə Dövlət metroloji xid-
mətinə təqdim edilir. Yoxlanılan müəssisənin rəhbəri aşkar edilmiş
nö
qsanları aradan qaldırmaq üçün təşkilati-texniki tədbirlərin planını
təsdiq edir.
Yoxlamaları Azərbaycan Respublikasının Metrologiya, Stan-
dartlaşdırma və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları həyata
keçirir. Azərbaycan Respublikasının Metrologiya Standatrlaşdırma
və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları təyin edilmiş
qaydalar əsasında maneəsiz olaraq aşağıdakıları həyata keçirmək
səlahiyyətinə malikdirlər:
tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq ölç-
mə vasitəsinin istismarı, istehsalı, təmiri, satışı, saxlanması və qo-
r
unması ilə məşğul olan obyektlərə daxil olmaq;
tətbiqinə icazə verilən kəmiyyət vahidlərinin uyğunluğunu
yoxlamaq;
ö
lçmə vasitələrinin vəziyyətini, tətbiq şəraitini və təsdiq
edilmiş tipə uyğunluğunu yoxlamaq;
attestasiyadan keçmiş ölçmənin aparılması metodikasını
(ÖAM), ö
lçmə vasitələrinin yoxlanması üçün istifadə edilən eta-
lonların vəziyyətini yoxlamaq;
ticarət əməliyyatlarını apararkən özgələşdirilmiş malların
sayını yoxlamaq;
nəzarəti həyata keçirmək üçün malların və məhsulların
nümunələrini, həmçinin istənilən növ qablaşdırılmış malları götür-
mək;
250
dö
vlət metroloji nəzarətinə və yoxlanmasına uğradılan
obyektin texniki vasitələrindən istifadə etmək və obyektin işlərini
yoxlamağa cəlb etmək.
Metroloji qaydaların və normaların gözlənilməsində nöqsanlar
olduqda Azərbaycan Respublikası Metrologiya, Standartlaşdırma və
Patent üzrə Dövlət Komitəsinin əməkdaşlarının aşağıdakı hüquqları
vardır:
təsdiq edilmiş, yaxud təsdiq edilməmiş tiplərə uyğun olma-
yan, həmçinin yoxlanılmamış ölçmə vasitələrinin tətbiq edilməsini
və istehsalını qadağan etmək;
əgər ölçmə vasitəsi düzgün olmayan göstəricilər verərsə,
yaxud nö
vbəti yoxlamanın vaxtı gecikibsə, yoxlama damğalarını və
yoxlama haqqında şəhadətnaməni ləğv etmək;
vacib olduqda ö
lçmə vasitələrini istismardan çıxartmaq;
əgər ölçmə vasitələrinin hazırlanmasında, təmirində, satışında
və kirayəyə verilməsində nöqsanlar aşkar olunubsa, göstərilən
fəaliyyətlərə lisenziyanın ləğv olunması üçün təklif vermək;
məcburedici göstərişlər vermək, metrologiya qaydalarının və
normalarının pozulmasının aradan qaldırılması üçün vaxt təyin
etmək;
metroloji qaydaların və normaların pozulması haqqında akt
tərtib etmək.
Azərbaycan Respublikasının Metrologiya, Standartlaşdırma və
Patent üzrə Dövlət Komitəsinin səlahiyyətli əməkdaşı Azərbaycan
Respublikasının qanunlarını və dövlət ölçmə sisteminin normalarını
gö
zləməlidir.
Dostları ilə paylaş: |