Dərslik kimi təsdiq edilmişdir. Baki 2012 2 uot 006


    Standartların işlənməsinin elmi tədqiqat prinsipi



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə29/45
tarix05.05.2020
ölçüsü6,92 Mb.
#31078
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   45
Azf-295386


6.   

Standartların işlənməsinin elmi tədqiqat prinsipi. Stan-

dartların işlənməsi və onların tətbiqi üçün nəinki praktiki təcrübənin 

geniş ümumiləşdirilməsi, eyni zamanda xüsusi nəzəri, eksperimental 

və  təcrübi-konstruktor  işlərin  aparılması  lazımdır.  Bu  prinsip  stan-

dartla

rın bütün növlərinə aiddir. 



7.   Üstün tutma prinsipi.  

Adətən detalların tip ölçülərini və 

tip  birləşmələrini,  müsaidələr  və  oturtmaların  sıralarını  və  digər 

parametrləri  sənayenin  bütün  sahələri  üçün  eyni vaxtda 

standartlaşdırırlar.  Qarşılıqlı  əvəzolunmanın  səviyyəsini  yüksəltmək 

məmulların  və  pəstahların,  kəsici  alətlərin,  tərtibatların,  kalibirlərin 

və s. say müxtəlifliyini azaltmaq üçün üstün tutma prinsipindən isti-

fa

də  edirlər.  Bu  prinsipə  görə  standartlaşdırılmış  parametrlərin  bir 



neçə  sırasını  müəyyənləşdirirlər.  Burada  standartlaşdırılmış 

parametrlər  seçilərkən  birinci  sıranı  ikinci  siraya,  ikinci  sıranı 

üçüncüyə  və  s.  üstün  tuturlar.  Bu  prinsipə  görə  metrik  yivlərin 

diametrləri  və  addımları,  normal  bucaqların  sırası,  hamar  silindrik 

səthlər üçün müsaidələr və oturtmalar təyin edilmişdir. 

8.   Dinamiklik prinsipi. 

İstehsalın effektivliyini artırmaq üçün 

mütəmadi  olaraq  standartlaşdırma  obyektlərinə  verilən  tələblərə 

yenidən  baxılır.  Burada    məqsəd  obyektləri  texniki  tərəqqinin 

tələblərinə uyğunlaşdırmaqdır. 

9.   

Materialların  xüsusi  məsrəflərinin  azaldılması  prinsipi. 

Bu  prinsipin  məqsədi  az  material  məsrəflər  ilə  çoxlu  sayda  yüksək 

keyfiyyətli məhsul istehsal etməkdir. 

 

10. 9





Kompleks standartlaşdırma 

 

Ko



mpleks standartlaşdırma, konkret problemin optimal həllini 

təmin etmək məqsədi ilə kompleks standartlaşdırma obyektinə, onun 

əsas  elementlərinə,  obyektə  təsir  edən  maddi  və  qeyri  maddi 

faktorlara  qarşılıqlı  əlaqəli  tələblər  sisteminin  təyin  və  tətbiq  edil-

məsinin məqsədyönlü və planlı şəkildə həyata keçirilməsinə deyilir. 


329 

 

Ümumiyyətlə,  kompleks  standartlaşdırma,    məhsulun  keyfiyyətinin 



tələb  edilən  vaxt  müddətində,  iqtisadi  cəhətdən  optimal  səviyyədə 

təmin  edən  qarşılıqlı  təsirə  malik  faktorların  sistemləşdirilməsi, 

optimallaşdırılması və əlaqələndirilməsidir. 

Maşınların  və  digər  məmulların  keyfiyyətini,  onların  istehsa-

lının  və  istismarının  effektivliyini  təyin  edən  əsas  faktorlara  aşağı-

dakılar  aiddir:  konstruksiyaların,  layihələndirmənin  metodlarının  və 

maşınların  möhkəmliyə,  etibarlılığa  və  dəqiqliyə  hesablanmasının 

təkmilləşdirilməsi;  tətbiq  edilən  xammalın,  materialın,  yarımfab-

rikatların,  alınmış  məhsulların  keyfiyyəti;  vahidləşdirmə,  aqreqat-

laşdırma,  standartlaşdırma  dərəcəsi;  texnologiyanın  və  istehsal  va-

sitələrinin, nəzarətin və sınağın səviyyəsi; qarşılıqlı əvəzolunmanın, 

istehsalın  təşkilinin  və  maşınların  istismarının  səviyyəsi;  fəhlələrin 

hazırlığı  və  onların  gördüyü  işin  keyfiyyəti.  Maşınların  yüksək 

keyfiyyətini  təmin  etmək  üçün  göstərilən  faktorların  optimallaş-

d

ırılmasına  layihələndirmədə,  istehsalda  və  istismar  zamanı  keyfiy-



yətə qoyulan tələblərin qarşılıqlı  uyğunlaşmalarına ciddi şəkildə fi-

kir  verilməlidir.  Kompleks  standartlaşdırma  qarşılıqlı  əlaqəli  stan-

dart

lar kompleksinin işlədilməsinə imkan verir. 



 

10.10.  

Qabaqlayıcı standartlaşdırma 

 

Qabaqlayıcı  standartlaşdırma,  proqnozlara  görə  gələcək  plan-

laşdırma  dövründə  optimal  olan,  standartlaşdırma  obyektinə  təc-

rübədə mövcud olan normalardan artıq tələblər təyin edən standart-

laşdırmaya  deyilir.  Qabaqlama  məmula, onun vacib parametrlərinə 

və  keyfiyyət  göstəricilərinə,  istehsalın  metodları  və  vasitələrinə, 

sınağa  nəzarətə  və  s.  aid  ola  bilər.  Qabaqlayıcı  standartlaşdırmanın 

obyekti  məmulların  mühüm  növləri  və  proseslər  (normalar,  xü-

susiyyətlər,tələblər) ola bilər. Artırılmış keyfiyyət göstəricilərinə ma-

lik  məmullara  standartın  vaxtında  işlənməsi  göstərici  kimi  adətən 

qabaqlama dövrü  T

q

-ni gö


türürlər.  Standartın  təsdiq  etmə  momenti  

t

təs

 

və  istehsalın  başlanma  dövrünə  t



u.b

-

yə  görə  T



ni  təyin  etmək 



olar: 

 

              



 

T

q

=t

u.b

-t

təs 

.                                   (10.1) 

330 

 

 



Qabaqlama dövrü  T

nin artırılması yeni standartın tələblərini 



tam nəzərə almağa imkan verir. 

Qabaqlayıcı standartlaşdırma elm və texnikanın ən yeni nailiy-

yətlərinə 

əsaslanır, 

mütərəqqi 

tələblərdən, 

normalardan, 

konstruksiyalardan və s. istifadə edir. 

 

 


331 

 

XI FƏSİL. DÖVLƏT, SAHƏ, MÜƏSSİSƏ 



STANDARTLARININ VƏ TEXNİKİ ŞƏRTLƏRİN 

İŞLƏNMƏSİ 

 

 

11.1. Dö

vlət standartlarının işlənməsi 

 

Azərbaycan  Respublikasının  dövlət  standartları  Azərbaycan 

Respublikasının  standartlaşdırma  təşkilatlarının  plan  tapşırıqları, 

texniki  komitələrin  proqramları  (planları)  və  standartların  işlənib 

hazırlanması müqavilələrinə uyğun olaraq həyata keçirir. 

Standartların  işlənməsində  Azərbaycan  Respublikasının  qüv-

vədə  olan  qanunları,  Azərbaycan  Respublikasının  dövlət  standar-

tlaşdırma  sisteminin  standartları  və  standartlaşdırma  üzrə  normativ 

sənədlər,  həmçinin  standartlaşdırma  üzrə  beynəlxalq  və  regional 

təşkilatların sənədləri və AZS 1.0  nəzərə alınmalıdır. 

Standartlar  işlənərkən  müəssisələrin  apardığı  elmi-tədqiqat, 

təcrübi-  konstruktor,  təcrübi-texnoloji,  layihə  işlərinin,  patent  tətqi-

qat

larının  nəticələrindən, həmçinin elm və texnika sahəsində xarici 



öl

kələrin məlumatlarından istifadə olunur. 

Standart adətən aşağıdakı mərhələlərlə işlənib hazırlanır:  

1-

ci mərhələ - standartın işlənməsinin təşkili; 



2-

ci mərhələ-standart layihəsinin (ilk redaksiya) işlənməsi; 

3-cü 

mərhələ-standart layihəsinin (son redaksiya) işlənməsi və 



təsdiq üçün təqdimi

4-

cü mərhələ-standartın təsdiqi və dövlət qeydiyyat; 



5-

ci mərhələ-standartın nəşri. 

Standartların  tərtibi,  şərhi,  rəsmiləşdirilməsi,  məzmunu  və 

işarələnməsi AZS 1.5 üzrə aparılır. 

Standartların  işlənməsindən  qabaq,  adətən,  layihəçiyə  (TK  və 

ya 


müəssisəyə), ona təhkim edilmiş standartlaşdırma obyektləri üzrə 

standartların işlənməsi üçün sifariş hazırlanır və təqdim edilir. 

Sifarişləri  TK-yə  müəssisə,  şəxsi  əmək  fəaliyyəti  ilə  məşğul 

olan vətəndaşlar, Azərbaycan Respublikasındakı idarəetmə orqanları 

təqdim edə bilərlər. 

Sifarişin 

hazırlanması 

və 


baxılması, 

Azərbaycan 

Respublikasının  dövlət  standartlarının  illik  planının  formalaşması, 


332 

 

standartların  işlənməsi  üçün  müqavilə  bağlanması  ARMSPDK 



tərəfindən qoyulmuş qaydalarla həyata keçirilir. 

La

yihəçi  standartın  layihısinin  işlənməsini  təşkil  edir  və 



müqaviləyə əsasən verilmiş müddət ərzində standartın mərhələlərinin 

yerinə yetirilməsi vaxtını müəyyənləşdirir. 

TK-

nın  (müəssisə)  işçi  qrupu  standartın  layihəsini  və  ona 



izahe

dici qeydi hazırlayır. 

Standart layihəsi üçün izahedici qeyddə aşağıdakılar göstərilir: 

müvafiq sənəd təqdim etməklə standartın işlənməsi üçün əsas



standartlaşdırma obyektinin qısa xarakteristikası; 

standart  layihəsinin  beynəlxalq  (regional)  standartlara  və 



başqa ölkələrin milli standartlarına uyğunluğu haqqında məlumat; 

standart layihəsinin patent təmizliyi haqqında məlumat; 



standart  layihəsinin  standartlaşdırma  üzrə  başqa  normativ 

sənədlərlə  qarşılıqlı  əlaqəsi  və  onların  yenidən  baxılması, 

dəyişdirilməsi və ya ləğvi barədə təkliflər; 

standart layihəsinin rəy üçün göndərilməsi haqqında məlumat, 



həmçinin  ən  mühüm  nöqsanların  və  təşkilatların  (son  redaksiya 

üçün) ümumləşdirilmiş qısa xarakteristikası; 

əgər razılaşdırma aparılıbsa, o barədə məlumat; 



- informasiya 

mənbələri. 

Layihəçi,  işlənmiş  standartın  layihəsini,  müqavilənin 

şərtlərinin, Azərbaycan Respublikası dövlət standartlaşdırma sistemi 

standartlarının  və  qanunvericiliyinin  tələblərinə  uyğunluğunu 

stərən  izahedici  qeydlə  birlikdə  elmi-texniki  şuraya  (ETŞ)  və  ya 



TK üzvlərinə göndərir. 

ETŞ və yaTK üzvləri standartın layihəsinə baxır (iclasda, mək-

tublaşma, danışıq yolu ilə) və bu bərədə öz təkliflərini hazırlayır. 

Layihəçi (TK) təklifləri nəzərə almaqla standart layihəsinin ilk 

redaksiyasını hazırlayır. 

La

yihəçi  (TK)  rəy  almaq  üçün  standart  layihəsini  (ilk  redak-



siya) izahedici qeydlə birlikdə aşağıdakı müəssisələrə göndərir: 

sifarişçi təşkilata; 



- dö

vlət təftiş orqanlarına, əgər onlar TK üzvləri deyillərsə; 

standartın tədbiqini təşkill edən təşkilatlara; 



TK üzvlərinə. 



333 

 

Marağı  olan  müəssisələr  və  mütəxəssislər  standart  layihəsini 



aldıqdan  sonra,  iki  ay  müddətindən  gec  olmamaq  şərtilə  ona  iki 

nüsxədə rəy hazırlayıb layihəçiyə (TK) göndərirlər. 

Standartın  layihəsi  üzrə  nöqsan  və  təkliflər  aşağıdakı 

ardıcıllıqla yerinə yetirilir: 

- bütö

vlükdə layihə üzrə; 



FƏSİLlər,  yarımFƏSİLlər,  bəndlər,  yarımbəndlər  və  əlavələr    

üz

rə. 


Standart layihəsində nəzərdə tutulan tələblərə  yenisinin əlavə 

edilməsi,  çıxarılması  və  ya  dəyişdirilməsi  təklifləri  əsaslandırıl-

malıdır. 

Layihəçi (TK) verilən rəyləri nəzərə alaraq standart layihəsinin 

son  redaksiyasını  hazırlayır.  Layihəçi  (TK)  standart  layihəsini  (son 

redaksiya) razılaşdırmaq üçün izahedici qeydlə birlikdə aşağıdakılara 

ndərir: 


sifarişçiyə (TK üzvlərinə); 

- dö

vlət nəzarət orqanlarına. 



vlət nəzarət orqanları standart layihəsini aldığı gündən  bir 

ay  müddətədək razılaşdırır və ya öz səlahiyyətləri daxilində standart 

layihəsinin tələbləri üzrə əsaslandırılmış təkliflərlə  rəy  verirlər. 

Layihəçi  (TK)  yeni  təklifləri  nəzərə  alaraq  standart  layihəsini 

tamamlayır. 

Layihəçinin (TK)  ETŞ iclasında standart layihəsinə    baxılır. 

Səsvermə keçirilir və iclasın qərarı protokollaşdırılır. 

Layihəçi  (TK)  standart  layihəsini  təsdiq  üçün  ARSMPDK-nə 

ndərmək haqqında qərar qəbul edir. 



Layihəçi (TK) standart layihəsini aşağıdakı sənədlərlə birlikdə 

təsdiq üçün göndərməlidir: 

idarə rəhbərliyinin (TK sədrinin) imzası ilə məktub; 



standartın layihəsi (son redaksiya), üç nüsxədə (bunlardan biri 

sənədin əsli olmalıdır); 

standart layihəsi üçün izahedici qeyd, 1 nüsxədə 



ETŞ  (TK)  iclasında  standart  layihəsinin  son  redaksiyasına 

baxılması haqqında protokol, 1 nüsxədə; 

standart  layihəsinin  son  redaksiyasının      razılaşdırılma-sını 



təsdiq edən sənədin əsli (əgər o aparılıbsa), 1 nüsxədə; 

334 

 



çap redaksiyasından keçmiş standart layihəsi, 1 nüsxədə; 

standart layihəsi haqqında yekunlaşdırılmış rəy, 1 nüsxədə. 



Eyni  zamanda  standart  layihəsi  (son  redaksiyası)  izahedici 

qeydlər və ETŞ-in (TK) iclasının protokolu ilə standart sifarişçisinə 

ndərilir. 



ARMSPDK  standartı  nəzərdən  keçirir  və  onun  təsdiqi  üçün 

qərar qəbul edir. 

Standart  layihəsinin  təsdiqindən  qabaq  ARSMPDK,  onun  qa-

nunvericiliyə  və  Azərbaycan  Respublikasının  qüvvədə  olan  dövlət 

standartlarının  normalarına,  standartların  quruluş        qaydalarına  və 

ifadəsinə uyğunluğunu yoxlayır. 

Standartı  təsdiq  edərkən  onun  həyata  keçirilməsi  üçün  lazım 

olan tədbirləri nəzərə almaqla, tətbiq edilmə (qüvvəyə minmə) tarixi 

müəyyən  edilir.  Adətən  standartın  qüvvədə  olma  müddəti  göstə-

rilmir. 


Standartın  dövlət  qeydiyyatı  ARSMPDK  tərəfindən  müəyyən 

edilmiş qaydada həyata keçirilir. 

Standartın  yeniləşdirilməsi,  onun  əhalinin  tələbatına,  respub-

likanın iqtisadiyyatı və müdafiə qabliyyətinə uyğun saxlanması üçün 

həyata keçirilir. 

Layihıçi  (TK),  standartın  yeniləşməsi  üzrə  müəssisələrdən  və 

mütəxəssislərdən,  həmçinin  dövlət  nəzarət  orqanlarından  alınan 

təklifləri ümumiləşdirir. 

Müəssisə  və  mütəxəssislər  yenidən  baxılmış  və  ya  dəyişiklik 

edilmiş  standartın  layihəsini təklif kimi təqdim edə bilərlər. 

Verilən  təklifləri  nəzərə  alaraq  layihəçi  (TK)  standartda  edi-

ləcək dəyişikliklər layihəsini (standarta yenidən baxılma təkliflərini) 

və ya standartın ləğv edilməsi təklifini işləyib hazırlayır və göndərir. 

ARSMPDK isə lazımi qərar qəbul edir. 

Məhsul buraxılışı (xidmət göstərilməsi, proseslərin aparılması) 

dayandırıldıqda, standartı əvəz edəcək digər normativ sənəd işlənib 

hazırlandıqda  və  başqa  xüsusi  hallarda  APSMPDK  aidiyyatı 

standartın ləğvini həyata keçirir. 

Standartda dəyişiklik, standartın ayrı-ayrı tələbləri əvəz və ya ləğv 

olunduqda, yaxud standarta yeni tələblər əlavə olunduqda edilir. 



335 

 

Məhsul standartında dəyişiklik, ona yeni məhsul  ilə     qarşılıq-



lı  əvəzolunmasını  və  uyğunlaşmasını  pozmayan  yeni,  qabaqcıl  tə-

ləblər əlavə edildikdə aparılır. 

Standarta  redaksiya  və  ya  istinad  xarakterli  dəyişikliklər  üçün 

müstəqil  sənəd  işlənilmir.  Standartlara  belə  dəyişikliklər,  məhsulun 

(xid

mətin) keyfiyyəti ilə əlaqədar tələblərin əvəz edilməsi (əlavə edil-



məsi,  ləğv  olunması),  beynəlxalq,  regional  və  başqa  ölkələrin  milli 

stan


dartlarının istifadə edilməsi ilə əlaqədar daxil edilir. 

Standarta edilmiş hər bir dəyişikliyə ARSMPDK sıra nömrəsi 

verir və bu  dəyişikliyin  qüvvəyə minmə tarixini adətən dəyişikliyin 

təsdiqindən 6 aydan gec olmayaraq müəyyənləşdi-rirlər. 

Standarta  yenidən  baxılanda  qüvvədə  olan  standartın  əvəzinə 

yeni  standart  işlənib  hazırlanır.  Bu  halda  onun  hansı  standartı  əvəz 

etdiyi gö

stərilir.  Yeni  standarta  köhnə  standartın  işarəsi  verilir  və 

təsdiq  olunma  ilini  göstərən  iki  axırıncı  rəqəm  dəyişdirilir.  Yeni 

qabaqcıl  tələblər,  qüvvədə  olan  standart  üzrə  hazırlanan  məhsula 

nəzərən yeni məhsulun qarşılıqlı əvəzolunma qabiliyyətini və (və ya) 

əsas  göstəricilərini  dəyişdirirsə,  məhsulun  standartına  yenidən 

baxılır. 

Konkret məhsulun standartına yenidən baxıldıqda, əgər əvvəl-

lər  buraxılmış,  istismarda  olan  məhsullar  üçün  ehtiyat  hissələri 

hazırlanırsa  və  təmir  işləri  aparılırsa,  qüvvədə  olan  standart  ləğv 

edilmir. Bu halda  layihəçi qüvvədə olan standarta dəyişiklik layihəsi 

hazırlayır və onun tətbiq sahəsini müəyyənləşdirir. 

Bu standart ancaq istismarda olan məmulatın təmiri və ehtiyat 

hissələrinin hazırlanması üçün tətbiq edilməlidir. 

Bu  halda  belə  dəyişiklik  edilən  standartın  qeydiyyat  nömrəsi 

saxlanılır. 

Standarta  yenidən  baxıldığı  zaman  qarşılıqlı  əlaqəli  normativ 

sənədlərin də ləğvi və ya yeniləşməsi üçün təkliflər hazırlanır. 

Layihəçi  (TK)  standartın  ləğv  edilmə  təklifi  ilə  razılaşdıqda, 

müəssisə  rəhbərliyinin  və  ya  TK  sədrinin  imzası  ilə  1  nüsxədə 

aşağıdakı sənədləri məktubla birlikdə ARSMPDK göndərir: 

standartın  ləğv  edilməsi  haqqında  ETŞ  (TK)  iclasının 



protokolu,  həmçinin  onun  əvəzinə  hansı  sənədin  işlədilməsi  və  ya 

əvəzolunmadan ləğvi haqqında məlumat; 



336 

 



əvvəlcədən  standartın  razılaşdırıldığı  və  TK-nin üzvü 

olmayan dö

vlət nəzarət orqanlarının standartın ləğvinin mümkünlüyü 

ilə razılığını təsdiq edən sənədlərin əsli. 

ARSMPDK, standartın ləğvi haqqında sənədi qeydiyata alır və 

bu  məlumatı  “Azərbaycan  Respublikasının  dövlət  standartı” 

haqqında məlumat kitabçasında, adətən standartın ləğvi tarixindən 3 

aydan gec olmayaraq nəşr etdirir. 



 

11.2. Sahə standartlarının işlənməsi 

 

Sahə  standartları,  sahənin  dövlət  idarəetmə  orqanlarının 

(sahəyə  aid  standartlaşdırma  planı  üzrə)  tapşırıqlarına  əsasən, 

standartlaşdırma baza təşkilatları, təsərrüfat subyektlərinin bölmələri 

(xidmətləri)  tərəfindən  hazırlanır.  Sahə  standartları  müqavilə  əsa-

sında  standartlaşdırma  üzrə  texniki  komitələr  tərəfindən  də  işlənib 

hazırlana bilər. 

Sahə  standartları,  sahənin  məhsullarına,  işlərinə  və  xidmətlə-

rinə  tətbiq  etmək  üçün  hazırlanır.  Zəruriyyət  olduqda  təşkilati-me-

todiki və ümumitexniki sahə standartları da hazırlanır. 

Hər hansı bir obyekt üçün beynəlğalq, dövlətlərarası və Azər-

baycan Respublikasının standartları mövcud olarsa, sahə standartları 

məhsullara,  işlərə,  xidmətlərə  yüksək  tələblər  müəyyən  edə  bilər. 

Həmçinin sahənin xüsusiyyətlərinə uyğun istifadə olunan normaları 

və tələbləri məhdudlaşdıra bilər. 

Sahə  standartlarının  tələblərinin  Azərbaycan Respublikasının 

müvafiq standartlarının və (və ya) dövlətlərarası standartların tələb-

lərinə uyğun olmasına, onları təsdiq edən dövlət idarəetmə orqanları 

məsuliyyət daşıyır. 

Azərbaycan Respublikasının ərazisində sahə standartları, onları 

təsdiq  edən  dövlət  idarəetmə  orqanlarının  tabeçiliyində  olan 

müəssisələr tərəfindən tətbiq edilir. Digər təsərrüfat subyektləri sahə 

standartlarını könüllü əsaslarla tətbiq edirlər. 

Sahə  standartlarının  məhsullara,  işlərə  və  xidmətlərə  olan 

tələbləri standartın əhatə sahəsinə uyğun olaraq təsərrüfat subyektləri 

tərəfindən mütləq yerinə yetirilməlidir. Sahə standartlarının tələbləri, 

vaxtlı-vaxtında  elmi,  texniki,  texnoloji  nailiyyətlərin,  həmçinin 


337 

 

Azərbaycan  Respublikasının  və  (və  ya)  beynəlxalq  (regional) 



s

tandartların tələblərinə uyğunlaşdırılma-lıdır. 

Müəyyən hallarda xarici ölkələrin beynəlxalq, regional və milli 

standartları sahə  standartları kimi tətbiq oluna bilər. 

Təşkilati-metodiki  vahidliyə  nail  olmaq  və  işlərin  yerinə 

yetirilməsinə  nəzarət  etmək  məqsədilə  sahə  standartlarının  işlənib 

hazırlanmasında beş mərhələ müəyyən edilir: 

1-

ci  mərhələ-sahə  standartlarının  işlənib  hazırlanmasının 



təşkili; 

2-

ci mərhələ-standartın layihəsinin işlənib hazirlanması (birinci 



redaksiya); 

3-

cü  mərhələ-sahə  standartı  layihəsinin  son  redaksiyasının 



işlənib  hazırlanması,  razılaşdırılması  və  onun  təsdiq  olunmağa 

təqdim edilməsi; 

4-

cü mərhələ-sahə standartının təsdiq edilməsi və qeydiyyatdan 



keçirilməsi; 

5-

ci mərhələ-standartın nəşri. 



Qeyd: sahə standartlarının işlənib hazırlanması mərhələlərinin 

birləşdirilməsinə  yol  verilir,  bu  da  standartın  işlənib  hazırlanması 

müqaviləsində öz əksini tapmalıdır. 

Sahə  standartlarının  tərtibi,  ifadəsi,  rəsmiləşdirilməsi  və 

məzmunu AZS 1.5-ə müvafiq olmalıdır. 

Sahə standartının işlənib hazırlanması zəruriyyəti əsaslandırıl-

malıdır. 

Sifarişlərin  hazırlanması,  müzakirə  edilməsi,  sahə  standartlaş-

dırılmasının  illik  planının  tərtib  edilməsi  və  sahə  standartlarının  iş-

lənib hazırlanmasına dair müqavilənin bağlanması, dövlət idarəetmə 

orqanlarının  müəyyən  etdiyi  müvafiq  qaydalara  əsasən  həyata 

keçrilir. 

         

Zərurət olduqda müqaviləyə əlavə kimi aşağıdakıları müəyyən-

ləşdirən texniki tapşırıq işlənib hazırlanır: 

standartlaşdırma obyekti və  tətbiq sahəsi



standartın  bölmələri  və  standartın  müəyyən  etdiyi  əsas  tə-

ləblər nomenklaturası; 

standartın işlənib hazırlanma mərhələləri; 



standartla birlikdə təqdim olunan sənadlərin siyahısı; 



338 

 



standart lahiyəsini razılaşdırmalı olan idarəetmə orqanları və 

(və ya) müəssisələrinin siyahısı; 

sifarişçinin digər tələbləri. 



Sahə  standartı  lahiyəsinin  birinci  redaksiyası  hazırlanır, 

izahedici məktub və zərurət olduqda təşkilati texniki tədbirlər planı 

əlavə edilir. Sahə standartlarının layihələrinə əlavə olunan izahedici 

məktubun quruluşu, ifadəsi, tərtibi və məzmunu AZS 1.2- yə müva-

fiq olmalıdır. Sahə standartının layihəsi (birinci redaksiya), izahedici 

məktub  və  əsas  tədbirlər  planının  layihəsi,  bu  sənədləri  işləyib 

hazırlayan  təşkilat  tərəfindən  çoxaldılaraq  rəy  üçün  marağı  olan 

təşkilatlara göndərilir. Sahə standartı layihəsinin alındığı gündən 15 

gün  müddətindən  gec  olmayaraq  təşkilatlar  standartı  işləyib 

hazırlayanlara  öz  rəylərini  göndərirlər.  Sahə  standartının  layihəsinə 

verilən rəyin quruluşu, ifadəsi, tərtibatı AZS 1.2- də müəyyən edilən 

qaydada  olmalıdır.  Alınmış  rəylər  əsasında  məlumat  vərəqəsi  tərtib 

edilir. Daxil olunmuş iradlar və təkliflər nəzərə alınmaqla AZS 1.2- 

yə uyğun olaraq sahə standartının son redaksiyasının layihəsi işlənib 

hazırlanır.  Sahə  standartının  layihəsinin  son  redaksiyasının 

razılaşdırılması AZS 1.2- nin müəyyən etdiyi qayda əsasında aparılır. 

Sahə  standartı  layihəsinin  son  redaksiyası  təsdiq  edilmək  üçün 

müvafiq dö

vlət  idarəetmə  orqanına  göndərilir.  Sahə  standartları 

layihələrinin  təsdiq  etmək  üçün  göndərilməsi  qaydası  müvafiq 

idarəetmə orqanı tərafindən müəyyən edilir. 

vlət sahə idarəetmə orqanı sahə standartını nəzərdən keçirir 



və onun təsdiq edilməsi haqqında qərar qəbul edir, yaxud bu orqan 

tərəfindən  müəyyən  edilmiş  qaydaya  müvafiq  onu  yenidən  işləmək 

üçün geri qaytarır. 

Sahə standartını təsdiq etməzdən əvvəl təsdiq edən orqan, onun 

Azərbaycan  Respublikası  qanunvericiliyinə,  Azərbaycan  Respub-

likası standartlarının, beynəlxalq və dövlətlərarası standartların tələb-

lərinə,  metroloji  norma  və  qaydalara,  terminologiya  tələblərinə, 

quruluş, ifadə, tərtib qaydalarına uyğunluğunun ekspertizasını təmin 

edir. 

Sahə standartını təsdiq etdikdə, onun tətbiq edilməyə hazırlan-



ma

sı ilə əlaqədar olan tədbirlərin həyata keçirilmə müddətləri nəzərə 

alınmaqla  standartın  tətbiq  edilmə  tarixi  müəyyən  olunur.  Sahə 


339 

 

standartının  təsir  müddəti,  onu  təsdiq  edən  orqan  ilə  sifarişçinin 



razılaşmasından sonra müəyyən edilir. Sahə standartları, ARSMPDK 

tərəfindən, onun müəyyən etdiyi qaydaya uyğun olaraq qeydiyyatdan 

keçirilir. 

Sahə  standartının  işarə  edilməsi  SS  AZ  indeksindən,sahə 

idarəetmə  orqanlarının  rəqəmli  şərti  işarəsindən  ARSMPDK  ilə 

razılaşdırılmış qeydiyyat nömrəsi və tire ilə ayrılan axırıncı iki rəqəm 

təsdiq edildiyi ildən ibarətdir. 

Sahə standartlarının nəşri, yenidən nəşri, fondunun yaradılması 

və  aparılması  standartı  təsdiq  edən  dövlət  idarəetmə  orqanları  tərə-

findən təmin edilir. 

Bu orqanlar, istifadə edənləri, sahə standartları haqqında infor-

ma

siya  və  standartların  özləri  ilə,  onların  müəyyən  etdiyi  qayda 



əsasında təmin edirlər. 

Qüvvədə olan sahə standartının  yenidən baxılması, dəyişdiril-

məsi  və  ləğv  edilməsi,  onları  təsdiq  edən  orqanlar  tərəfindən  AZS 

1.2- 


yə uyğun həyata keçirilir. 

Sahə  standartında  dəyişikliklər  əsas  standart  üçün  müəyyən 

edil

miş  razılaşdırılma,  təsdiq  edilmə  və  qeydiyyat  qaydasında 



aparılmalıdır. 

Qəbul  edilmiş,  dəyişdirilmiş  və  ləğv  edilmiş  sahə  standartları 

barədə  informasiya,  ARSMPDK,  onun  müəyyən  etdiyi  qaydada 

təqdim edilir. 

                  


Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin