Standart -
standartlaşdırılan obyektə kompleks normalar,
qayda
lar müəyyən edən və səlahiyyətli orqanlar tərəfindən təsdiq
edilən, standartlaşdırmanın normativ texniki sənədidir.
307
Standartlaşdırma üzrə normativ sənəd -müəyyən növ fəa-
liyyətin, yaxud onun nəticələrinin ümumi olan icra və istifadə norma,
qayda və xarakteristikalarını əks etdirən normativ hüquqi aktdır.
Standartlaşdırma obyekti-standartlaşdırılacaq və ya standart-
laşmaya məruz qalmış məhsul, iş və xidmətdir.
Azərbaycan Respublikasının dövlət standartı - Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dö
vlət Komitəsi tərəfindən təsdiq edilmiş milli standartdır.
Sahə standartı-Azərbaycan Respublikasının nazirliyi (idarəsi)
tərəfindən təsdiq olunmuş standartdır.
Müəssisə standartı-müəssisə tərəfindən təsdiq olunmuş və
ancaq həmin müəssisədə tətbiq olunan standartdır.
Texniki şərtlər-sifarişçi müəssisə (istehlakçı) ilə razılaşdırıl-
mış və istehsalçı müəssisə tərəfindən təsdiq edilmiş konkret məhsula
(xidmətə) aid olan normativ sənədlərdir.
Dö
vlətlərarası standart (ГОСТ)-standartlaşdırma, metrologi-
ya və sertifikatlaşdırma üzrə birgə siyasət aparma haqqında müqavilə
bağlayan dövlətlər tərəfindən bilavasitə qəbul və tətbiq edilən
standartdır.
Milli standart-
hər hansı bir ölkənin standartlaşdırma üzrə milli
orqanı tərəfindən qəbul edilmiş standartdır.
Standartlar toplusu-
qarşılıqlı əlaqəli standartlaşdırma
obyektləri üçün uyğun tələblər irəli sürən və ümumi məqsədə
yö
nəlmiş qarşılıqlı əlaqəli standartlar yığımına deyilir.
Beynəlxalq standartlaşdırma-bütün ölkələrin uyğun
orqa
nlarının iştirakı üçün açıq standartlaşdırmadır.
Regional
standartlaşdırma-dünyanın müəyyən bir coğrafi və
ya iqtisadi reqionunda yerləşən ölkələrin uyğun orqanlarının iştirakı
üçün açıq olan standartlaşdırmadır.
Milli standartlaşdırma-konkret bir ölkə səviyyəsində həyata
keçirilən standartlaşdırmaya deyilir.
Təhlükəsizlik-ziyan ehtimallı yolverilməz riskin olmamasına
deyilir.
İnsanların sağlamlığının qorunması-insanların sağlamlığının
məhsulların, proseslərin, xidmətlərin və ətraf mühitin ziyanlı
təsirindən mühafizəsinə deyilir.
308
Ətraf mühitin qorunması-ətraf mühitin, məhsulların,
proseslərin və xidmətlərin ziyanlı təsirindən mühafizəsinə deyilir.
Uyğunluq-məhsulların, proseslərin və xidmətlərin xoşagəlməz
qarşılıqlı təsir yaratmadan, verilmiş şəraitdə qəbul olunan tələbləri
ö
dəməklə birgə istifadələrinə yararlılığa deyilir.
Standartların (texniki şərtlərin) tətbiqi-standartlardan,
(texniki şərtlərdən) tətbiq və təsir sahəsinə uyğun olaraq
standartlarda (texniki şərtlərdə) müəyyən edilmiş tələblərə əməl
etməklə istifadəyə, eləcə də standartlardan (texniki şərtlərdən) sorğu
-
məlumat məqsədilə istifadə etməyə deyilir.
Beynəlxalq, regional və ya başqa ölkənin milli standartının
tətbiqi - beynəlxalq, regional və ya başqa ölkənin milli standartının
mətninin tamamilə və ya bir hissəsinin standartlaşdırma üzrə milli
normativ sənədlərə daxil edilməklə istifadəsinə deyilir.
Standartın (texniki şərtlərin) tətbiq edilmə tarixi-
standartın (texniki şərtlərin) hüquqi qüvvə alma tarixinə deyilir.
Standartın (texniki şərtlərin) istifadəçisi-standartdan (texniki
şərtlərdən) istehsalat, elmi-tədqiqat, təcrübi-konstruktor, texnoloji,
tədris-pedaqoji və başqa növ əmək fəaliyyətində istifadə edən hüquqi
və ya fiziki şəxsə deyilir.
Vahidləşdirmə
(adi
unifikasiya-lat.unio-vahid
və
facere-
etmək sözlərindən alınmışdır)-eyni funksional təyinatlı
obyektlərin müəyyən edilmiş oxşar əlamətlərinə görə vahid şəklə
gətirilməsinə və onların səmərəli tətbiqinə əsaslanaraq, saylarının
məqsədə uyğun şəkildə azaldılmasına deyilir. Vahidləşdirmə, yüksək
keyfiyyət göstəricilərinə malik, tam qarşılıqlı əvəzolunma təmin edən
detalların, yığım vahidlərinin və məmulların tiplərinə, növlərinə və
tip ö
lçülərinə görə minimum, lakin kifayət edəcək qədər saylarını
müəyyən edir. Vahidləşdirmə standartlaşdırmanın geniş yayılmış ən
effektli formasıdır. Əgər vahidləşdirmənin nəticələri standart kimi
sənədləşdirilməyibsə, onu standartlaşdırmaya qədər tətbiq etmək
olar. Məmulların, onların tərkib hissələrinin və detallarının
standartlaşdırılması, onların vahidləşdirilməsini tələb edir.
Materialların markaları, tərkibi və ölçüləri, proseslər, alətlər,
texnoloji quruluşlar, sınaq metodları, sənədlər, terminlər, şərti
309
işarələr və s. vahidləşdirilməlidir. Vahidləşdirimənin əsası sistemləş-
dirmə və sinifləşdirmədir.
Sistemləşdirmə - əşyaların, hadisələrin yaxud anlayışların,
işlətmək üçün rahat olan, dəqiq sistem şəklində, müəyyən sayda və
ardıcıllıqla düzülməsinə deyilir. Sistemləşdirmədə obyektlərin
qarşılıqlı əlaqəsini nəzərə almaq lazımdır. Sistemləşdirmənin ən sadə
forması obyektlərin əlifba sırası və yaxud rəqəm ardıcıllığı ilə
düzülməsidir. Belə sistemləri sorğu məlumatı materriallarının ardıcıl
düzülməsində, biblioqrafiyada, standartların qeydiyyatında və s.
istifadə edirlər. Maşınların, onların tərkib hissələrinin, detallarının
ö
lçülərini və parametrlərini sistemləşdirmək üçün üstün tutulan
ədədlər sırasından istifadə edilir.
Sinifləşdirmə (təsnifat)-sistemləşdirmənin xüsusi növü olub
müxtəlif sahələrdə geniş tətbiq tapmışdır. Onun məqsədi əşyaları,
hadisələri, anlayışları ümumi əlamətlərinə görə siniflərə,
yarımsiniflərə, dərəcələrə görə düzməkdir. Sinifləşdirmə əsasında
universal onluq təsnifatı (UOT) yaradılmışdır (rus dilində УДК,
универсалъная десятичная классификация ).
Universal onluq təsnifatı (UOT)-texniki və humanitar
ədəbiyyatların indekslə FƏSİLlərə bölünməsinin beynəlxalq sistemi
kimi qəbul edilmişdir. Məsələn: UDK 62- texnikanı; UDK621-
ümumi maşınqayırma və elektronikanı, UDK621.3- elektronikanı və
s. xarakterizə edir.
Simplifikasiya
(müvəqqəti vahidləşdirmə) - standartlaşdırma-
nın müəyyən forması olub, məmulların tiplərinin və başqa növ müx-
təlifliklərinin sayının, verilmiş vaxt müddətində, lazım olan tələ-
batları ödəməklə azaldılmasına deyilir.
Qarşılıqlı əvəzolunma-məmulatların (maşın, mexanizm, cihaz
və s.) və yaxud başqa növ məhsulların (xammal, material və s.) çoxlu
sayda nüsxələrinin hər birinin digəri ilə bərabər səviyyədə əvəz oluna
bilməsi xassəsinə deyilir.
Məmulun konstruksiyasının tipləşdirilməsi-məmullar, yığım
vahidləri və detallar üçün ümumi konstruktiv parametrləri olan tip
konstruksiyalarının işlənməsinə və müəyyənləşdirilməsinə deyilir.
Tipləşdirmədə, nəinki məmulların, onların tərkib hissələrinin
detallarının tipləri və tip ölçüləri analiz edilir, eyni zamanda elm,
310
texnika və istehsalatın inkişafı nəzərə alınır, yeni perspektivli kons-
truksiyalar işlənir.
Texnoloji proseslərin tipləşdirilməsi-müxtəlif təsnifat qrup-
larına daxil olan eyni tipli detalların hazırlanması, eyni tipli tərkib
hissələrin və məmulatların yığılması üçün texnoloji proseslərin
işlənməsi və təyin edilməsinə deyilir. Texnoloji proseslərin tipləş-
dirilməsindən əvvəl detallar, yığım vahidləri və məmullar sinifləş-
dirilməli, onların tipik nümunələri və ümumi əlamətlərinin sayı
müəyyən edilməlidir.
Aqreqatlaşdırma-maşınların, avadanlıqların, cihazların və
digər məmulatların vahidləşdirilmiş standart aqreqatların müxtəlif
sayından və tərtibindən yaradılması prinsipinə deyilir. Bu aqreqatlar
istismar gö
stəricilərinə və birləşən səthlərinə görə tam qarşılıqlı
əvəzolunan olmalıdırlar. Aqreqatlaşdırmada əsas prinsip minimum
sayda aqreqatlardan, maksimum sayda müxtəlif tərtibli avadanlıqlar
yaratmaqdır. Aqreqatlaşdırmanın geniş yayılmış sahələrindən biri
metalkəsən dəzgahların müxtəlif aqreqatlardan yığılmasıdır.
Aqreqatlaşdırmanın prinsiplərindən sənayenin müxtəlif sahələrində
geniş istifadə edilməsi, avadanlıqların yeni növlərinin yaradılması və
onların modifi-kasiyası zamanı layihə-konstruktor işlərinin azalma-
sına, istehsalın hazırlanması və istifadəyə verilməsinə, məmulların
hazırlanma xərclərinin azalmasına imkan verir. Maşınların kons-
truksiya
larının aqreqatlaşdırılmasının gələcək inkişafı aqreqatlaşdır-
manın nəzəri əsaslarının yaradılmasını tələb edir.
Üstün tutulan ədədlər sırası. Texnikada üstün tutulan ədədlər
sırası geniş tətbiq edilir. Bu ədədlərin əsasında üstün tutulan ölçülər
təyin edilir. İSO-nun tövsiyələrinə görə üstün tutulan ədədlər sırası
normalaşdırılmışdır. Üstün tutulan ədədlər sırası aşağıdakılardır:
)
00
,
4
;
50
,
2
;
60
,
1
;
00
,
1
(
5
;
6
,
1
10
5
R
≈
=
ϕ
sırası üçün;
)
00
,
2
;
60
,
1
;
25
,
1
;
00
,
1
(
10
;
25
,
1
10
10
R
≈
=
ϕ
sırası üçün;
)
40
,
1
;
25
,
1
;
12
,
1
;
00
,
1
(
20
;
12
,
1
10
20
R
≈
=
ϕ
sırası üçün;
)
18
,
1
;
12
,
1
;
06
,
1
;
00
,
1
(
40
;
06
,
1
10
40
R
≈
=
ϕ
sırası üçün.
Sıranın hər bir rəqəmi əvvəlki rəqəmlə
ϕ
ədədinin hasilinə bə-
ra
bərdir. Ölçülərin seçilməsi üçün üstün tutulan ədədlər sırası əsa-
311
sında nominal ölçülər standartı (ГОСТ 6636-69) işlənmişdir. Bu
standart 0,001mm-
dən 20000mm-ə qədər xətti ölçülərin əsas sıraları-
nı müəyyənləşdirir.
Məhsulun standartlaşdırma və vahidləşdirmə səviyyəsi
gös
təricisi - Məmulların standartlaşdırma və vahidləşdirmə səviyyə-
si kimi, o
nların stanlaşdırılmış və vahidləşdirilmiş tərkib hissələri ilə
təchiz edilməsi başa düşülür. Standartlaşdırma və vahidləşdirmə
səviyyəsi aşağıdakı ilə təyin edilir: tətbiq etmə əmsalı
100
.
⋅
−
=
n
n
n
K
o
e
T
. (9.1)
Bunda n -
məmulda olan detalların tip ölçülərinin ümumi sayı;
o
n
-
bu məmul üçün ilk dəfə tətbiq edilmiş orjinal detalların sayıdır.
Bundan başqa əmək tutumu, kütlə, qiymət və detalların sayına
gö
rə təyin edilən əmsallardan da istifadə edilir. Layihələrarası
vahidləşdirmə əmsalı aşağıdakı ifadə ilə təyin edilir:
K
e.a
100
1
max
1
⋅
−
−
=
∑
∑
=
=
n
i
i
n
i
i
n
n
Q
n
.
(9.2)
Burada n
-
baxılan məmulların (layihələrin) sayı;
n
i
-i
məmuldakı tərkib hissələrinin tip ölçülərinin sayıdır,
∑
=
=
m
j
j
q
Q
1
.
Q - n
məmulun tərkib hissələrinin tip ölçülərinin sayı; q
j
-j
tərkib hissəsində olan eyni tip ölçülərin növ müxtəlifliklərinin sayı;
312
m
-
buraxılan məmullardakı tərkib hissələrin adlarının ümumi sayı;
n
max
-
məmuldakı tərkib hissələrin tip ölçülərinin sayıdır. Göstərilən
əmsalları hesablayarkən bərkidici detallar, işgillər, aralıqlar, alətlər
və buna oxşar digər detallar nəzərə alınmır və onlar ayrıca qeyd
edilir.
313
X
FƏSİL. STANDARTLAŞDIRMANIN
ÜMUMİ MÜDDƏALARI
Standartlaşdırma üzrə məsələlərin həlli, onlar haqqında
müddəalara uyğun olaraq, normativ sənədlərlə müəyyən edilir.
Standasrtlaşdırmanın əsas vəzifəsi təssərrüfatın müxtəlif sahələrinin,
əhalinin, ölkənin müdafiəsinin ehtiyacları üçün lazım olan və xarici
ö
lkələrlə mübadilə və satış üçün hazırlanan məhsullara mütərəqqi
tələblər müəyyən edən normativ texniki sənədlər sistemini yaratmaq
və həmin sənədlərdən düzgün istifadə edilməsinə nəzarət etməkdir.
10.1.
Standartlaşdırmanın məqsəd və vəzifələri
Standartlaşdırmanın məqsədləri aşağıdakılardır:
-
məhsulların keyfiyyət və nomenklaturasının, xidmət və
proseslərin insanların həyatı və sağlamlığı üçün təhlükəsizliyin təmin
olunması, ətraf mühitin mühafizəsi məsələlərində dövlət və
istehlakçıların mənafeyinin müdafiəsi;
-
xalq təsərrüfatı və əhalinin tələbatına, elm və texnikanın
inkişafina müvafiq olaraq məhsulun keyfiyyətinin yüksəldilməsi;
-
məhsulun uyğunluğunun və qarşılıqlı surətdə əvəzolunmasının
təmini;
-
insan və material ehtiyatlarına qənaət edilməsinə köməklik
gö
stərilməsi, istehsalın iqtisadi göstəricilərinin yaxşılaşdırılması;
-
istehsalda və ticarətdə texniki maneələri aradan qaldırmaqla
məhsulların dünya bazarında rəqabətliyinin və dövlətin beynəlxalq və
dö
vlətlərarası əmək bölgüsündə səmərəli iştirakının təmin edilməsi;
-
təbii və texnogen qəzaların və digər fövqəladə vəziyyətlərin
yaranması təhlükəsi nəzərə alınmaqla xalq təsərrüfatı obyektlərinin
təhlükəsizliyinin qorunması;
-
səfərbərliyə hazırlığa və müdafiə qabiliyyətinin yüksəldilmə-
sinə köməklik göstərilməsi.
Standartla
şdırmanın əsas vəzifələri aşağıdakılardır:
-
layihəçi, istehsalçı, satıcı və istehlakçılar arasında qarşılıqlı
anlaşmanın təmin edilməsi;
314
-
istehlakçı və dövlətin mənafeyi naminə məhsulun no-
menklatura və keyfiyyətinə, o cümlədən insanların həyatı, sağlamlığı
və əmlakının təhlükəsizliyini, ətraf mühitin mühafizə-sinin
qorunmasını təmin edəcək optimal tələblərin müəyyən-ləşdirilməsi;
-
məhsulun uyğunluğuna (konstruktiv, elektrik, elektromaq-nit,
məlumat, proqram və s.), eləcə də qarşılıqlı əvəzolunmasına tələblərin
təyin edilməsi;
-
məhsulun göstərici xarakteristikalarının, elementlərinin,
dəstləşdirici
məmulatlarının,
xammal
və
materiallarının
uyğunlaşdırılması və əlaqələndirilməsi;
-
metroloji normaların, qaydaların, nizamnamə və tələblərin
təyin edilməsi;
-
nəzarətin (sınaq, analiz, ölçü), sertifikatlaşdırılma və məhsulun
keyfiyyətinin qiymətləndirilməsinin normativ texniki təminatı;
-
texnoloji proseslər, həmçinin material və əmək sərfinin, enerji
tutumunun azaldılması, az tullantılı texnologiyanın tətbiqi-nin təmin
edilməsi üçün tələblərin təyin edilməsi;
-
texniki iqtisadi məlumatın təsnifləşdirilmə və kodlaşdırıl-ma
sisteminin yaradılması və aparılması;
- dö
vlətlərarası və dövlət, sosial-iqtisadi və elmi-texniki
proqramların (layihələrin), infrastruktur komplekslərin (nəqliyyat,
rabitə, müdafiə, ətraf mühitin mühafizəsi, yaşayış mühitinə nəzarət,
əhalinin təhlükəsizliyi və s.) normativ təminatı;
-
istehlakçıları məhsulun nomenklaturası və əsas göstərici-ləri
haqqında məlumatla təmin etmək üçün kataloqlaşdırma sisteminin
yaradılması;
-
Azərbaycan Respublikası qanunvericiliyinin yerinə yetirilmə-
sində standartlaşdırma metod və vasitələri ilə köməklik.
10.2.
Standartlaşdırmanın əsas prinsipləri
Standartlaşdırma üzrə normativ sənədlərin işlənməsi bütün marağı
olan tərəflərin, məhsulun layihəçilərinin, istehsalçılarının, məhsulun
çoxçeşidliliyinin, keyfiyyətinin, səmərəliliyinin tətbiqinin uyğunluğu və
qarşılıqlı əvəzolunmasının, insanların həyatı, sağlamlığı və əmlakı üçün
təhlükəsizliyinin, ətraf mühitin qorunmasının və başqa qarşılıqlı maraq
315
doğuran məsələlərin idarə edilməsində tərəflərin hər birinin rəyi nəzərə
alınmaqla onların qarşılıqlı istəyinə əsaslanmalıdır.
Beynəlxalq standartlaşdırmada konsensus termini işlənir. Bu ad
altında marağı olan tərəflərin çoxunun məsələnin məğzinə etiraz
etməməsi, bütün tərəflərin rəyini nəzərə almaq və üst-üstə düşməyən
nöqteyi-
nəzərləri yaxınlaşdırmaq istəyinin olması nəzərdə tutulur.
Standartın yaradılmasının məqsədəuyğunluğu, onun sosial,
texn
iki və iqtisadi labüdlüyü və tətbiqinin qənaətbəxşliyi ilə qiymət-
ləndirilir.
İnsanların həyatı, sağlamlığı və əmlakının təhlükəsizliyini,
mühitin qorunmasını, məhsulun uyğunluğu və qarşılıqlı əvəzolunma
qabiliyyətinin təmin edilməsi üzrə standartların yaradılmasına
üstünlük verilir.
Standartları elə işləmək lazımdır ki, onlar beynəlxalq ticarətə
maneə törətməsinlər.
Standart və texniki şərtlər yaradıldıqda layihələrə diqqət yetiril-
məli və qəbul edilmiş beynəlxalq və regional standartları, BMT, EİK
və başqa beynəlxalq təşkilatların qaydaları,eləcə də lazım gəldikdə
başqa ölkələrin milli standartları nəzərə alınmalıdır.
Standartlar hazırlanarkən aşağıdakılar təmin edilməlidir:
- st
andartların tələbləri qanunvericilik normalarına, eləcə də
dö
vlət nəzarəti funksiyasını yerinə yetirən orqanların norma və
qaydalarına uyğun olmalıdır;
-
metroloji təminat da daxil olmaqla qarşılıqlı əlaqəli obyektlərin
standartları, həmin obyektlərə verilən tələblərin razılaşdırılması və
standartlaşdırma üzrə normativ sənədlərin qüvvəyə minmə
müddətlərinin əlaqələndirilməsi yolu ilə kompleks halda olmalıdır;
-
standarta daxil edilən tələblər optimal olmalıdır.
Elm və texnikanın müasir naliyyətlərinə ölkələrin və xaricin
qabaqcıl təcrübəsinə uyğunluğunu təmin etmək üçün standartların
kö
hnəlmiş tələbləri vaxtında dəyişdirilməli və standart vaxtaşırı olaraq
yeniləşdirilməlidir.
Standartlar standartlaşdırılacaq obyektin əsas xassələrinə,
insanların həyatı, sağlamlığı və əmlakının təhlükəsizliyini, ətraf
mühitin qorunmasını, uyğunluq və qarşılıqlı əvəzolunma qabiliyyətlə-
rini, eləcə də nişanlama qaydaları və nəzarət üsullarını təmin edən
316
tələblər daxil edilməklə elə tələblər müəyyən etməlidirlər ki, onlar
obyektiv yoxlana bilinsin.
Məhsul və xidmət standartları sertifikatlaşdırma məqsədləri
üçün yararlı olmalıdır.
Standartların tələblərinin birmənalı başa düşülməsi üçün, o dəqiq
və aydın şərh olunmalıdır.
Eyni standartlaşdırma obyektlərinin standartlarının müxtəlif idarə
səviyyələrində təkrar işlənib hazırlanmasına yol verilməməlidir.
10.3. Standartlaşdırma üzrə işlərin təşkili
Azərbaycan Respublikasında standartlaşdırma üzrə Dövlət ida-
rəetmə fəaliyyətini Azərbaycan Respublikası Metrologiya, Standart-
laşdırma və Patentləşdirmə üzrə Dövlət Komitəsi həyata keçirir.
Digər Dövlət idarəetmə orqanları standartlaşdırma üzrə fəaliy-
yəti öz səlahiyyətləri çərçivəsində həyata keçirirlər.
Xalq təsərrüfatı sahələrində və digər fəaliyyət dairələrində
standartla
şdırma üzrə işləri təşkil etmək və istiqamətləndirmək üçün
Azərbaycan Respublikasının nazirliklərində (idarələrində), lazım
gəldikdə standartlaşdırma bölmələri və ya standartlaşdırma üzrə baş
təşkilat yaradılır.
Azərbaycan Respublikası Dövlət standartlarının, standartlaşdır-
ma üzrə başqa normativ sənədlərin təşkili və işlənməsi, baxılması, ra-
zılaşdırılması və təsdiq etmək üçün hazırlanması, eləcə də beynəlxalq
(regional)
standartlaşdırma üzrə işlərin aparılması üçün standartlaşdır-
ma üzrə texnik komitələr (TK) yaradılır.
TK -
lərin işinə könüllülük əsasında marağı olan müəssisə və
təşkilatların, sifarişçilərin, məhsul istehsalçılarının, standartlaş-dırma,
metrologiya və sertifikatlaşdırma üzrə orqan və təşkilatların,
istehlakçıların, ictimai təşkilatların, elmi tədqiqat və mühəndis
cəmiyyətlərinin səlahiyyətli nümayəndələri cəlb edilir.
TK -
lərin işinə alimlər və aparıcı mütəxəssislər cəlb
edilməlidir.
TK -
lər müəyyən məhsul, texnologiya, yaxud fəaliyyət növləri
üzrə ixtisaslaşan və həmin sahələrdə kifayət dərəcədə yüksək elmi-
texniki potensiala malik olan müəssisələrin (təşkilatların), o cümlədən
317
Azərbaycan Respublikası Metrologiya Standartlaşdırma və Patent üzrə
Dö
vlət Komitəsinin (ARSMPDK) bazasında yaradılır.
Standartlaşdırma üzrə TK-lər marağı olan müəssisə və idarə
orqanlarının təklifləri əsasında ARSMPDK-nin qərarları ilə təşkil
edilir və qeydə alınır.
TK ö
z fəaliyyətini “Standartlaşdırma üzrə texniki komitə
haqqında nümunəvi qaydalar” əsasında işlənmiş TK haqqında
qaydalara müvafiq o
laraq yerinə yetirir.
Müəssisələrdə
yaradılan
standartlaşdırma
bölmələri
(konstruktor-texnoloji, elmi-
tətqiqat şöbələri, laboratoriya, büro)
standartlaşdırma üzrə elmi-tədqiqat, təcrübi-konstruktor və başqa işləri
yerinə yetirir, müəssisənin başqa bölmələrinin standartlaşdırma üzrə
gö
rdüyü işlərdə iştirak edir, eləcə də müəssisənin standartlaşdırma
üzrə işlərinə təşkilati - metodiki və elmi-texniki rəhbərlik edir.
Standartlaşdırma bölmələri öz işini standartlaşdırma bölmələri
haqqında tövsiyələrə müvafiq olaraq yerinə yetirir.
Standartlaşdırma üzrə işlər görülərkən istehlakçıların mara-
ğının mümkün qədər tam nəzərə alınması üçün TK (standartı hazırla-
yarkən) istehlakçıların ictimai təşkilatları ilə əlbir işləyir.
Bu əlbirlik istehsalçıları aşağıdakı məsələlərin həllinə cəlb
etməklə əldə edilir:
-
məhsulun nomenklaturası və keyfiyyətinə olan tələblərin eləcə
də keyfiyyətin qiymətləndirilməsi üsullarının təyin edilməsində;
-
standartların işlənməsi və yeniləşdirilməsi üzrə təkliflərin ha-
zırlanmasında;
-
standart layihələrinin işlənməsində bilavasitə iştirak etmək-
lə.
Sosial iqtisadi, elmi-
texniki proqram və layihələr işləyib həyata
keçirən müəssisələr lazımi standartların işlənməsini nəzərdə tutmalı və
təmin etməlidirlər.
Əsasverici tələblər (təşkilati-metodiki və ümumi texniki) insan
həyatı, sağlamlığı və əmlakının təhlükəsizliyini, ətraf mühitin qo-
runmasını, uyğunluğu və qarşılıqlı əvəzolunmanı təmin edən məhsulun
keyfiyyətinə məcburi tələbləri müəyyən edən Azərbaycan Respublikası
Dö
vlət standartlarının işlənməsinin, eləcə də beynəlxalq (regional) və
318
başqa ölkələrin milli standartlarının Azərbaycan Dövlət standartları kimi
işlənib istifadə edilməsinin sifarişçisi ARSMPDK-dır.
Nazirliklər (idarələr), müəssisələr və müəssisələr birliyi, eləcə
də istehlakçıların ictimai təşkilatları, elmi-texniki və mühəndis cəmiy-
yətləri də Azərbaycan Dövlət standatrlarının sifarişçisi ola bilərlər.
Azərbaycan Respublikasında Dövlət standartlaşdırılması üzrə
işlər TK-lərin, müəssisələrin və müəssisə birliklərinin, nazirliklərin
(idarələrin) perspektiv proqpamları (planları) əsasında tərtib edilmiş
illik planlar üzrə yerinə yetirilir.
Dö
vlət standartlaşdırılması planına birinci növbədə res-
publika standatrlarının, beynəlxalq (regional) və başqa ölkələrin milli
standartlarının tələbləri ilə harmonikliyini, məhsulun, proseslərin,
xidmətlərin, insanların sağlamlığı və mənafelərinin qorunması, dövlət
sosial-
iqtisadi və elmi-texniki proqram və layihələrinin həyata
keçirilməsini təmin edəcək işlər daxil edilir.
Dö
vlət standartlaşdırılması plan tapşırıqlarının yerinə
yetirilməsi, dövlət büdcəsi vəsaitlərinin sərf edilməsinin uçotu, nəzarət
altında saxlanması və bu işlərin nizamlanması ARSMPDK tərəfindən
yerinə yetirilir.
Dostları ilə paylaş: |