XIV
FƏSİL. MİLLİ SERTİFİKATLAŞDIRMA SİSTEMİ AZS
14.1.
Əsas müddəalar
Azərbaycan
Respublikasında
məhsulun
(proses
lərin,
xidmətlərin) məcburi və könüllü sertifikatlaşdırılmasının əsasları və
bu
sahədə dövlət idarəetmə orqanlarının, xüsusi səlahiyyət verilmiş
orqanların, müxtəlif mülkiyyət formalı müəssisələrin, sahibkarların
və sertifikatlaşdırma işləri üzrə digər iştirakçıların hüquq, vəzifə və
məsuliyyətləri RS 001-93 Rəhbəredici sənədində öz əksini tapmışdır.
Bu
sənəddə İSO/BEK 2 Rəhbərlik sənədinə və İSO 8402-86
beynəlxalq standartına uyğun olan aşağıdakı məfhumlar, terminlər və
onla
rın təriflərindən istifadə olunur:
uyğunluğun sertifikatlaşdırılması–lazımi tərzdə eyni-
ləşdirilmiş məhsulun, prosesin və xidmətin konkret standarta və ya
digər normativ sənədə uyğunluğun olmasında zəruri əminliyin təmin
olunmasını inamlı şəkildə sübut edən üçüncü tərəfin fəaliyyətidir;
məcburi sertifikatlaşdırma–xüsusi səlahiyyət verilmiş orqan
tərəfindən məhsulun (proseslərin, xidmətlərin) normativ sənədlərin
məcburi tələblərinə uyğunluğunun təsdiqidir;
könüllü
sertifikatlaşdırma–istehsalçının (icraçının, satıcının,
tədarükçünün),
məhsulun
istehsalçısının
(isteh
lakçılar
cəmiyyətlərinin və ittifaqlarının), həmçinin dövlət orqanlarının
(sonralar
sifarişçi adlanacaq) təşəbbüsü ilə könüllülük əsasında
keçirilən sertifikatlaşdırmadır;
normativ
sənəd–məhsula və xidmətə, həmçinin onların
keyfiyyətinin qiymətləndirməsi metodlarına aid tələbləri əks etdirən
standart, sanitar
normalarını və qaydalarını, yaxud başqa normaları
əks etdirən sənəddir;
beynəlxalq standart–standartlaşdırma üzrə beynəlxalq
təşkilatın qəbul etdiyi və geniş istehlakçı dairələri üçün istifadəsi açıq
olan
standartdır;
milli standart–
standartlaşdırma üzrə milli orqan tərəfindən
qəbul edilmiş və geniş istehlakçı dairələri üçün istifadəsi açıq olan
standartdır;
419
uyğunluq haqqında məlumat–tədarükçünün tam məsuliyyəti
ilə məhsulun, prosesin və ya xidmətin konkret standarta və yaxud
digər normativ sənədə uyğun olması haqqında verdiyi məlumatdır;
sertifikatlaşdırma sistemi–uyğunluq sertifikatlaşdırması
aparmaq üçün xüsusi üsullara
və idarəetmə qaydalarına malik olan
sistemdir;
oxşar məhsulun (proseslərin, xidmətlərin) sertifikatlaş-
dırma sistemi–eyni konkret standartlar, qaydalar və üsullar tətbiq
edilən
müəyyən
məhsulların,
proses
lərin,
xidmətlərin
sertifikatlaşdırma sistemidir;
sertifikatlaşdırma üzrə orqan-uyğunluq sertifikatlaşdırması
aparan
orqandır;
uyğunluq sertifikatı-lazımi tərzdə eyniləşdirilmiş məhsul,
proses
və ya xidmətin konkret standarta və ya digər normativ sənədə
uyğun olduğuna zəruri əminliyin təmin edildiyini göstərən və
sertifikatlaşdırma sistemi-nin qaydalarına müvafiq surətdə nəşr
edilən sənəddir;
uyğunluq nişanı-göstərilən məhsulun, prosesin yaxud
xidmətin konkret standarta və ya digər normativ sənədə uyğunluğuna
zəruri əminliyin təmin edilməsini göstərən sistemin qaydalarına
uyğun verilən və tətbiq edilən, müəyyən olunmuş qaydada müdafiə
olunan
nişandır;
sertifikatlaşdırma sisteminin üzvü-verilmiş sistemin
qaydalarına uyğun fəaliyyət göstərmək üçün səlahiyyətlərin rəsmən
tanınmasıdır;
keyfiyyət sistemi-keyfiyyətə ümumi rəhbərliyin həyata
keçirilməsini təmin edən təşkilati strukturun, məsuliyyətin,
prosedurların, proseslərin və ehtiyatların məcmusudur;
akkreditasiya
olunmuş laboratoriyalar-konkret məhsul
nö
vlərinin (proseslərin, xidmətlərin) sınağının və ya konkret sınaq
nö
vlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə tanınmış
sınaq laboratoriyalarıdır;
xüsusi
səlahiyyət verilmiş orqan–konkret bir obyektin
sertifikatlaşdırma sisteminə rəhbərlik edən və akkreditasiya
nəticəsində konkret obyektin sertifikatlaşdırılmasının keçirilməsinə
dair
səlahiyyət almış sertifikatlaşdırma üzrə orqan, akkreditasiya
420
edilmiş sınaq laboratoriyaları və digər müəssisə, təşkilat və idarələr
(
onların struktur bölmələri və birlikləri), eləcə də dövlət idarə etmə
orqanlarıdır;
təhlükəsizlik-ziyan vura biləcək yolverilməz riskin
olmamasıdır;
Ətraf mühitin mühafizəsi-məhsulun, proseslərin, xidmətlərin
mənfi təsirindən ətraf mühitin qorunmasıdır;
istehsalat
attestasiyası-sertifikatlaşdırma üzrə, yaxud xüsusi
səlahiyyət verilmiş digər orqan tərəfindən göstərilən məhsulun
istehsalı (xidmətlərin icrası) üçün normativ sənədlərdə verilmiş və
sertifikatlaşdırma zamanı yoxlanılan tələblərin stabilliyini təmin edən
zəruri şərtlərin mövcudluğunun rəsmi təsdiq edilməsidir;
inspeksiya
nəzarəti-sertifikatlaşdırma üzrə akkreditasiya
edilmiş orqanların, sınaq laboratoriyalarının fəaliyyətindən, həmçinin
sertifikatlaşdırılmış məhsula və onun istehsal vəziyyətinə nəzarətdir;
sifarişçi-konkret tipli (markalı) məhsulun sertifikatlaşdırılması
haqqında sertifikatlaşdırma orqanına sifariş ilə müraciət etmiş
müəssisələr, təşkilatlar və vətəndaşlar daxildir.
ekspert-auditor-
sertifikatlaşdırma sahəsində bir və yaxud bir
neçə növ iş aparmaq üçün attestasiyadan keçmiş və hüquq almış
şəxsdir;
sertifikatlaşdırma sxemi-uyğunluq sertifikatlaşdırması keçiri-
lən zaman üçüncü tərəfin fəaliyyətinin tərkibi və ardıcıllığıdır.
14.2.
Sertifikatlaşdırmanın məqsədləri
Sertifikatlaşdırma fəaliyyətinin məqsədi əhalinin həyatı,
sağlamlığı, əmək və ətraf mühit üçün təhlükəli olan məhsulun
(
proseslərin, xidmətlərin) buraxılmasının və satışının qarşısının
alınmasıdır.
Digər mühim cəhətlərdən biri də istehlakçılara məhsulun
(
proseslərin, xidmətlərin) səriştəli seçilməsinə köməkliyin
gö
stərilməsi ilə yanaşı, respublikada müəssisələrin və sahibkarların
beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq
ticarətdə iştirak etmələri üçün şəraitin yaradılmasıdır.
421
Müəssisələrin və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki
əməkdaşlığı və beynəlxalq ticarətdə iştirakı beynəlxalq müqavilələr
əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının iştirak etdiyi Beynəlxalq
müqavilələrdə nəzərdə tutulan qaydalar Milli sertifikatlaşdırma
sistemində nəzərdə tutulan qaydalardan fərqli olduğu halda üstünlük
beynəlxalq müqavilədəki qaydalara verilir.
14.3.
Sertifikatlaşdırma üzrə fəaliyyətə
ümumi
tələblər
Sertifikatlaşdırma üzrə işlər sertifikatlaşdırma sistemləri
yaratmaq yolu
ilə təşkil olunur. Bu sistemlərdə həmcins məhsulun
(prosesin,
xidmətin) istehsal xüsusiyyətlərini, tədarükünü, beynəlxalq
sistemlərin və sazişlərin tələblərini nəzərə almaqla sertifikatlaşdırma
qay
daları müəyyənləşdirilir.
Hüquqi
və fiziki şəxslər özlərinə məxsus sertifikatlaşdırma
sistemlərini yaratmaq və ya fəaliyyətdə olan sistemlərə qoşulmaq
hüququna
malikdirlər.
Sertifikatlaşdırma sistemi yaradılarkən sertifikatlaşdırma
obyektləri,
həmçinin
yaradılmış
sistemdə
uy
ğunluğuna
sertifikatlaşdırma aparılacaq normativ sənədlərin kateqoriya və
nö
vləri müəyyən edilir. Bundan başqa, bu sistemdə
sertifikatlaşdırmanın aparılmasının qaydaları və üsulları da müəyyən
edilməlidir.
Verilmiş sertifikatların və uyğunluq nişanlarının xaricdə
tanınmasını təmin etmək üçün Milli sertifikatlaşdırma sistemi
beynəlxalq norma və qaydalara uyğun olaraq qurulur və fəaliyyət
gö
stərir, həmçinin regional və digər ölkələrin milli sertifikatlaşdırma
sistemi
ilə qarşılıqlı əlaqədə işləyir.
Milli
sertifikatlaşdırma sistemi sertifikatlaşdırma üzrə
funksiyalar
həfalə olunmuş dövlət orqanlarının, sınaq
laboratoriyalarının və digər dövlət təşkilatları və müəssisələrinin
iştirakı üçün açıqdır.
Milli
sertifikatlaşdırma sistemi hər hansı bir sertifikatlaşdırma
sistemi kimi,
istehsalçıların, ictimai təşkilatların, sertifikatlaşdırma
422
üzrə orqanların, sınaq laboratoriyasının, həmçinin bütün digər marağı
olan
müəssisə və təşkilatların, ayrı-ayrı şəxslərin sistemin fəaliyyəti,
o
cümlədən onun qaydaları, sistemin iştirakçıları, akkreditasiya və
sertifikatlaşdırmanın nəticələri haqqında məlumatlardan sərbəst
istifadə etməsini nəzərdə tutur. Bu halda kommersiya sirri olan infor-
masi
yanı, məxfiliyi təmin olunur.
Milli
sertifikatlaşdırma sisteminin rəsmi dili-Azərbaycan dilidir.
Sistem
çərçivəsində istifadə olunan, qeydiyyatdan keçirilən və verilən
sənədlər (sifarişlər, protokollar, aktlar, attestatlar, sertifikatlar və s.)
azərbaycan dilində tərtib olunur. Sifarişçinin arzusu ilə xüsusi ödənişlə
sənədlərin nüsxələri istənilən dildə verilə bilər.
Sertifikatlaşdırılmaya məhsulla (proseslərlə, xidmətlərlə)
yanaşı proqramlar və digər elmi-texniki məhsullar, həmçinin
təşkilati-texniki və informasiya sistemləri də təqdim oluna bilər.
14.4. Milli
sertifikatlaşdırma sisteminin strukturu
Milli
sertifikatlaşdırma sisteminin təşkilati strukturunu
aşağıdakılar təşkil edir:
•
sertifikatlaşdırma üzrə Milli orqan;
•
həmcins məhsulun sertifikatlaşdırılması üzrə akkreditasiya
olunmuş orqanlar;
• akkreditasiya
olunmuş sınaq laboratoriyaları (mərkəzlər);
•
keyfiyyət sistemlərinin sertifikatlaşdırılması və is-
tehsalatların akkreditasiya üzrə akkreditasiya olunmuş orqanlar;
•
məhsulun istehsalçıları və tədarükçüləri.
Sertifikatlaşdırma üzrə Milli orqanın vəzifələri aşağıdakılardır:
• müvafiq qanunverici v
ə icraedici dövlət orqanları ilə qarşılıqlı
əlaqə əsasında respublikada sertifikatlaşdırmanın istifadə olunması,
inkişafı və təkmilləşdirilməsi üzrə ümumi siyasətin işlənib hazırlanma-
sı;
• respublikada
sertifikatlaşdırmanı təmin edən işlərin təşkili
v
ə koordinasiyası;
•
sertifikatlaşdırma məsələləri üzrə başqa ölkələrin,
beyn
əlxalq təşkilatların səlahiyyətli orqanları ilə müəyyən olunmuş
423
qaydada
qarşılıqlı fəaliyyəti, lazımi hallarda bu təşkilatların işində
respublika
nın təmsil olunması.
Sistemə daxil olan orqanların tərkibi, sertifikatlaşdırma
iştirakçılarının vəzifə və məsuliyyətləri, həmçinin konkret sistemdə
sertifikatlaşdırma üzrə işlərin xərcinin ödənilməsinin formaları və
miqdarı, ona başçılıq edən orqan tərəfindən, Azərbaycan
Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsinin təsdiq etdiyi tariflərlə müəyyən edilir.
Sertifikatlaşdırma üzrə Milli orqan sistemlərinin qurulmasının
və fəaliyyətinin ümumi prinsiplərini, AZS Milli sertifikatlaşdırma
sisteminin strukturunu, sertifika
tını, formasını, uyğunluq nişanını və
onların tətbiq qaydalarını müəyyən etməklə, bütün sertifikatlaşdırma
sis
temlərinin qarşılıqlı fəaliyyətini koordinasiya edir. Milli orqan
bütün
əlaqədar tərəflərin nümayəndələrindən ibarət komissiyalarla
sertifikatlaş-dırma üzrə orqanların və sınaq laboratoriyalarının
(
mərkəzlə-rinin) akkreditasiyasını, həmçinin ekspert-auditorların at-
testasiya
sını və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Bundan
başqa Milli orqan AZS Milli sertifikatlaşdırma sisteminin
Reyestrinin
aparılması, akkreditasiya, attestasiya və sertifikatlaş-
dırma üzrə qiymət və tariflərin müəyyən edilməsi, sertifikatlaş-dırma
və akkreditasiyanın nəticələri üzrə apelyasiyalara baxıl-ması,
verilmiş konkret məhsul (proseslər və xidmətlər) növü üçün sertifi-
kat
laşdırma orqanı olmadıqda, həmin orqanın funksiyanın həyata
keçirilməsi, bütün əlaqədar tərəflər üçün sertifikatlaşdırma üzrə
informasiy
anın açıqlığının təmin edilməsi, sistemin qaydalarına
riayət olunmasına nəzarətin həyata keçirilməsini təmin edir.
Bu
tədbirlərin həyata keçirilməsində sertifikatlaşdırma üzrə
Milli orqan öz
funksiyasını xüsusi səlahiyyət verilmiş orqanlara
həvalə etmək hüququna malikdir.
424
XV F
ƏSİL. HƏMCİNS MƏHSULUN
SERT
İFİKATLAŞDIRMA SİSTEMİ
Həmcins məhsulların sertifikatlaşdırma sisteminin (HMS)
yaradılması və onun fəaliyyət göstərməsində əsas məqsəd insanların
həyatının, sağlamlığının və ətraf mühitin təhlükəsizliyi baxımından,
respublikada istehsal olunan
və xaricdən idxal edilən məhsulların
(proses
lərin, xidmətlərin) məcburi sertifikatlaşdırılması, hər hansı bir
yerli
və xarici sifarişçinin arzusu ilə istənilən tələblərə könüllü
sertifikatlaşdırmanın aparılmasının təmin olunmasıdır.
HMS sisteminin
məqsədi sistem çərçivəsində aparılmış
sertifikatlaşdırmanın nəticələrinin xaricdə tanınmasına şəraitin
yaradılmasıdır.
HMS
sistemlərinə ümumi rəhbərlik Milli sertifikatlaşdırma
orqanı tərəfindən həyata keçirilir. Həmcins məhsulun
sertifikatlaşdırılması üzrə orqan sistemin yaradılmasına hazırlığı və
özünün akkreditasiya
sını həyata keçirməklə həm də konkret məhsul
növ
lərinin sertifikatlaşdırılmasının praktik üsullarının həyata keçi-
rilmə funksiyasını da yerinə yetirir.
Məhsulun sertifikatlaşdırılması üzrə işlərin xərcini sifarişçi
ö
dəyir. Xərclərin məbləği «Sertifikatlaşdırma sahəsində işlərin
ö
dəniş qaydaları» Rəhbəredici sənədə uyğun olaraq lisenziya sazişi
üzrə təyin edilir.
Tədarükçü öz məhsulunun sertifikatlaşdırılmasının nə-
ticələrindən əldə olunmuş informasiyadan reklam məqsədi ilə istifadə
edə bilər.
15.1. H
əmcins məhsulların sertifikatlaşdırma
sistemin
ə tələblər
Həmcins məhsulun sertifikatlaşdırma sistemi aşağıdakıları
təyin etməlidir:
•
sertifikatlaşdırması aparılacaq məhsula müvafiq normativ
sənədləri;
•
sertifikatlaşdırma sxemini və qaydalarını;
425
•
təşkilati strukturu mövcud sertifikatlaşdırma sisteminin
fəaliyyəti üçün texniki-iqtisadi, hüquqi şərtlərin və yerinə yetirilmə
ardıcıllığını nəzərdə tutmaqla, bütün üsulların yerinə yetirilməsinin
təmin olunmasını;
•
sertifikatlaşdırma sınaqları aparan akkreditasiya olunmuş
sınaq laboratoriyalarını (mərkəzlərini);
•
fəaliyyət müddətinin uzadılması inspeksiya nəzarətinin nə-
ticələrindən asılıdır. İnspeksiya nəzarətinin nəticələrinə görə
akkreditasiya
aparılması və ya akkreditasiya;
•
keyfiyyət sistemlərinin sertifikatlaşdırılması və istehsalat-
ların attestasiyası üzrə akkreditasiya olunmuş orqanları;
• orqanlar
və məhsulun sertifikatlaşdırılmış xarakteris-
tikalarının stabilliyinə nəzarət qaydalarını;
•
sistemdə qüvvədə olan sənədlərin tərkibini və onlara olan
tələbləri;
Həmcins məhsulun sertifikatlaşdırma (HMS) sisteminin
təşkilati sənədləri məhsulun istehsalının xüsusiyyətlərini nəzərə
almaqla
sertifikatlaşdırmanın keçirilməsinin vahid qaydalarını
müəyyənləşdirməlidir.
Akkreditasiya
olunmuş laboratoriyalar (mərkəzlər), keyfiyyət
sistemlərinin sertifikatlaşdırılması və istehsalatların attestasiyası üzrə
orqanlar,
həmin məhsulun sertifikatlaşdırılması üzrə orqanın
tərkibində ola bilər, yaxud onunla müqavilələr əsasında qarşılıqlı
əlaqədə işləyə bilər.
Sistemin
sənədlərində bu qarşılıqlı əlaqənin qaydaları, üsulları,
şərtləri (texniki-iqtisadi, hüquqi) müəyyən edilir.
15.2. H
əmcins məhsulun sertifikatlaşdırma
sisteminin t
əşkilati strukturu
HMS
sisteminin
təşkilati strukturu verilmiş konkret
sertifikatlaşdırma sistemi üçün müəyyən olunmuş sertifikatlaşdırma
üsullarının və onun bütün idarəetmə funksiyalarının yerinə
yetirilməsini təmin etməlidir.
HMS sisteminin
təşkilati strukturunu ümumi halda aşağıdakılar
təşkil edir:
426
•
həmcins məhsulun sertifikatlaşdırılması üzrə akkreditasiya
olunmuş orqan;
• akkreditasiya
olunmuş sınaq laboratoriyaları (mərkəzləri);
•
keyfiyyət sistemlərinin sertifikatlaşdırılması və istehsalatın
attestasiyası üzrə akkreditasiya olunmuş orqan;
•
məhsulun istehsalçıları, tədarükçüləri və istehlakçıları.
Həmcins məhsulun sertifikatlaşdırılmasının aparılması
sxemindən asılı olaraq, HMS sisteminin müxtəlif təşkilati strukturları
ola
bilər.
Bəzi məhsul növləri üçün sertifikatlaşdırma üzrə bir neçə orqan
akkreditasiya oluna
bilər. Lakin buna baxmayaraq, məcburi
sertifikatlaşdırma zamanı onlar vahid qayda üzrə işləməlidirlər.
HMS
üzrə akkreditasiya olunmuş orqan verilmiş məhsulun
sertifikatlaşdırma sisteminə rəhbərliyi və onun fəaliyyətinin təmin
olunmasını həyata keçirir.
HMS
üzrə akkreditasiya olunmuş orqanın əsas funksiyaları
“AZS” Milli
sertifikatlaşdırma sistemi, “Sertifikatlaşdırma üzrə
orqana
tələblər və onun akkreditasiya qaydaları” Rəhbəredici
sənədlərdə müəyyən edilmişdir.
HMS
sistemində iştirak edən sınaq laboratoriyaları (mər-
kəzləri) Milli sertifikatlaşdırma orqanı tərəfindən akkreditasiya
olunur. HMS
sistemində iştirak edən keyfiyyət sistemlərinin
sertifikatlaşdırılması və istehsalatların attestasiyası üzrə orqanlar
Milli sertifikat
laşdırma orqanı tərəfindən akkreditasiya olunur. Bütün
bu qurumlara qoyul
muş tələblər Rəhbəredici sənədlərdə müəyyən
olun
muşdur.
Həmcins məhsulun və keyfiyyət sistemlərinin sertifikat-
laşdırılması, həmçinin istehsalatların attestasiyası üzrə orqanlar
olmadıqda, onların əsas funksiyalarını Milli sertifikatlaşdırma orqanı
yerinə yetirir.
Məhsulun istehsalçıları, tədarükçüləri və istehlakçıları HMS
üzrə orqanla və yaxud Milli sertifikatlaşdırma orqanı ilə müqavilə
(
saziş, lisenziya və s.) əsasında qarşılıqlı fəaliyyət göstərirlər.
Məcburi sertifikatlaşdırma üzrə ödəmə, sifarişçi tərəfindən
Milli
sertifikatlaşdırma orqanının müəyyən etdiyi sərbəst tariflər və
qaydalar
üzrə aparılır.
427
15.3. HMS sisteminin
təşkilati sənədlərinə
tələblər
HMS sisteminin
təşkilati sənədləri bu məhsulun istehsal və
tədarük xüsusiyyətləri, onun sertifikatlaşdırılması üzrə beynəlxalq
sistemin
və sazişlərin olması nəzərə alınmaqla tərtib olunur.
HMS sisteminin
təşkilati sənədlərinin tərkibində onun
strukturu,
qaydaları, fəaliyyəti, həmçinin Milli sertifikatlaşdırma
orqanı ilə qarşılıqlı əlaqəni təyin edən aşağıdakı sənədlərin olması
vacibdir:
•
məhsulun sertifikatlaşdırılması haqqında Əsasnamə;
•
məhsulun sertifikatlaşdırılması üzrə orqan haqqında
Əsasnamə və onun fəaliyyətini təmin edən digər sənədlər;
•
sistemdə işlərin aparılmasının Keyfiyyət üzrə Rəhbərlik;
• milli
sertifikatlaşdırma orqanı ilə verilmiş məhsulun
sertifikatlaşdırılması üzrə orqan arasında lisenziya sazişi;
•
sertifikatlaşdırma üzrə orqanın icraçı xidmət bölmələrinin
heyətini və funksiyalarını təyin edən sənəd.
Məhsulun sertifikatlaşdırılması haqqında Əsasnamədə verilmiş
sistem
çərçivəsində sertifikatlaşdırılmış həmcins məhsulun
nomenklaturası, məhsulun uyğunluq sertifikatlaşdırılmasının
aparılmasını və sertifikatlaşdırma zamanı təsdiq olunan göstəriciləri
(xarakteris
tikaları) nizama salan, həmçinin bu göstəricilərin təyin
edilmə (sınaq) metodları üçün normativ sənədlərin siyahısı,
məhsulun sertifikatlaşdırma sxemi və keçirilmə qaydaları, HMS
sisteminin
təşkilati strukturu və fəaliyyət qaydaları öz əksini tapmalı-
dır.
Qalan
sənədlərin tərkibi və onların məzmunu HMS sxemi ilə
təyin edilir.
Sistemdə olması vacib hesab edilən sənədlərdən başqa müxtəlif
işlərin yerinə yetirilməsini müəyyənləşdirən aşağıda göstərilən
sənədlərdən də istifadə etmək tövsiyə olunur:
•
sınaq mərkəzlərinin akkreditasiyası haqqında Əsasnamə;
•
sınaqların keyfiyyəti üzrə Rəhbərlik;
•
sınaqların proqram və metodikaları;
428
•
keyfiyyət sistemlərinin sertifikatlaşdırılması və istehsa-
latların attestasiyası üzrə orqan haqqında Əsasnamə;
•
keyfiyyətin yoxlanması üzrə Rəhbərlik;
• yoxlama
metodikaları;
• sistemin informasiya
təminatı barədə sənədlər;
•
kadrların hazırlanması proqramları və digər sənədlər.
HMS
beynəlxalq sistemlər və sazişlər çərçivəsində aparıldıqda
sənədlərin məzmunu həmin sistem və sazişlərin qaydaları ilə
müəyyən olunur.
HMS sisteminin
təşkilati sənədlərini sertifikatlaşdırma üzrə
orqan
tərtib edir.
Vacib
sənədlər Milli sertifikatlaşdırma orqanı tərəfindən təsdiq
edilir.
Müxtəlif iş növlərinin aparılma qaydalarını müəyyən edən HMS
sisteminin
təşkilati sənədlərini konkret məhsulun sertifikatlaşdırılması
üzrə orqan təsdiq edir.
Dostları ilə paylaş: |