Dərslik kimi təsdiq edilmişdir. Baki 2012 2 uot 006


nəticələrin müqayisəsinin mümkünlüyünü təmin etməkdir



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə36/45
tarix05.05.2020
ölçüsü6,92 Mb.
#31078
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   45
Azf-295386


nəticələrin müqayisəsinin mümkünlüyünü təmin etməkdir. 

Yoxlamaların  aparılması  proqramı  üç  prinsipial  variantlar 

üzərində bazalaşa bilər: 


406 

 

1. İstifadə olunan məmulat (material) bir laboratoriyadan 



dig

ərinə verilir; 

2. O

xşar nümunələr eyni vaxtda laboratoriyalara daxil olurlar; 



3.  Nümun

ələr  uyğun  sayda  hissələrə  bölünür  və  laborato-

riyalara verilir. 

Bu  variantlardan 

hər biri fərdi xüsusiyyətlərə malikdir və ona 

rə də seçim əsaslandırılmalıdır. 



Laboratoriyalararası  müqayisəli  sınaqların  məsuliyyətli 

m

ərhələsi  nəticələrin  tutuşdurulmasıdır.  Bunun  üçün  bu  sahədə 



böyük  t

əcrübəyə  malik  olan  yüksək  ixtisaslı  mütəxəssislər  cəlb 

olunur  v

ə  uyğun  statistik  müqayisə  metodikaları  işlənilir. 

Tutuşdurulmada aşağıdakılar nəzərə alınır:  

müqayisəli  sınaqlarda  iştirak  edən  laboratoriyaların 

anonimliyinin gö

zlənilməsi; 

tutuşdurulmanın  bütün  məqamları  üzrə  ətraflı  təlimatların 

vcudluğu; 



sınaqdan  keçiriləcək  nümunələrin  vəziyyəti  və  ət-raf  mühitin, 

saxlanmanın, daşınmanın və s. onlara mümkün təsiri. 

 

13.3. 

Uyğunluq haqqında məlumatlandırılma üsulları 

 

İxtiyari  sertifikatlaşdırma  sistemi  sınaqlar  zamanı  tələblərinə 



uyğunluğu  yoxlanılan  standartlardan  (beynəlxalq,  regional,  milli) 

istifadə edir. Standartlara uyğunluq haqqında informasiya alıcıya, son 

istifadə edənə, təftiş və nəzarət orqanlarına, sığorta kompaniyalarına, 

döv


lət  orqanlarına  lazımdır.  Üçüncü  tərəfin  apardığı  serti-

fikatlaşdırma sistemində standartlara uyğunluğu göstərən iki üsuldan 

istifadə edilir:  

uyğunluq sertifikatı; 

uyğunluq nişanı. 

Hər iki üsul, sertifikatlaşdırılmış məhsul haqqında bütün maraqlı 

tərəflərin məlumatlandırılması üsullarıdır. 

Uyğunluq sertifikatı–sertifikatlaşdırma sisteminin qaydalarına 

rə  nəşr  olunmuş,  lazımi  qaydada  eyniləşdirilmiş  məhsulun 



(prosesin, 

xidmətin) konkret standarta, yaxud digər normativ sənədə 

uyğunluğunun təmin olunduğunu lazımi əminliklə göstərən sənəddir. 


407 

 

Sertifikat 



standartın  bütün  tələblərinə,  onun  ayrı-ayrı  bölmələrinə, 

yaxud 


məhsulun konkret xarakteristikalarına aid ola bilər. Sertifikat-

da 


verilmiş  məlumat,  onun  sınaqların  nəticələri  ilə  müqayisə 

edilməsinin mümkünlüyünü təmin etməlidir. 



Uyğunluq  nişanı–müəyyən  olunmuş  qaydada  qorunan, 

sertifikatlaşdırma  sisteminin  qaydalarına  görə  tətbiq  olunan  (yaxud 

sertifikatlaşdırma  orqanı  tərəfindən  verilən),  məhsulun  (prosesin, 

xidmətin)  konkret  standarta,  yaxud  digər  normativ  sənədə 

uyğunluğunun təmin olunduğunu lazımi əminliklə göstərən nişandır. 

Uy

ğunluq nişanı müəyyən sertifikatlaşdırma sistemi ilə məhdudlaşır. 



Bu  da  sistem 

tərəfindən (sertifikatlaşdırma üzrə orqanın timsalında) 

bu 

nişanla markalanmış məhsulun standarta uyğunluğu təmin etməyə 



borclu ol

duğunu göstərir. Məhsul standartın bütün tələblərinə uyğun 

olduğu halda da uyğunluq nişanı ilə markalanır (şək.13.1.). 

Ümumiyyətlə, sertifikatlaşdırma sistemində uyğunluq nişanının 

tətbiq  edilməsi  üçün  qaydalar  və  uyğunluq  nişanının  dövlət 

standartına  tətbiq  edilməsini  reqlamentləşdirən  milli  standartlar 

mövcuddur. 

Uyğunluq  nişanından  istifadə  edilməsinə  icazə  (lisen-

ziya) 

sertifikatlaşdırma orqanı tərəfindən verilir. 



Sertifikatlaşdırma məqsədləri üçün istifadə olunan standartlara 

qarşı müəyyən tələblər irəli sürülür. Bu tələbləri standartlaşdırma ilə 

məşğul olan təşkilatların texniki komitələri nəzərə alır. Əgər işlənən 

standart,  sertifikat

laşdırmada  istifadə  edilmək  üçün  nəzərdə 

tutulmuşdursa, texniki komitələrin tərkibinə, bütün maraqlı tərəflərin 

nüma

yəndələri ilə yanaşı, sertifikatlaşdırma sahəsində iş təcrübəsinə 



malik 

mütəxəssislər də daxil edilməlidir. 

Standartın “Tətbiq sahəsi” bölməsində onun sertifikatlaşdırma 

məqsədləri  üçün  istifadə  ediləcəyi  barədə  göstəriş  olmalıdır. 

Standarta  ancaq  obyektiv  yox

lanıla bilən xarakteristikalar daxil edi-

lir. 

Əgər üçüncü tərəfin sertifikatlaşdırma fəaliyyətində istehsal pro-



seslərinə nəzarət metodlarını müəyyən etmək lazım gələrsə, belə tə-

ləblər  standarta  əsaslanmış  xüsusi  qaydalar  və  sertifikatlaşdırma 

proqramları şəklində daxil edilir. 

Sınaqların aparılma ardıcıllığı onların nəticələrinə təsir göstərirsə, 

standart bu 

ardıcıllığı müəyyən etməlidir. 

Əgər sertifikatlaşdırma, məhsulun təhlükəsizliyini sübut etmək 

məqsədi ilə aparılırsa (sertifikatlaşdırmanın əsas aspekti), onda  



408 

 

     



          

 

 



  

a) 


Azərbaycan 

 

                            



 

     b) Rusiya 

 

 

               c)Böyük Britaniya  



   

                      

 

 

     



ç) Cənubi Koreya                   

             d) Almaniya 

                                 

 

         e) Fransa 



 

                           

ə) Yaponiya 

 

Şəkil 13.1. Standartlara uyğunluq nişanları: 



a) Azərbaycan; b) Rusiya; c) Böyük Britaniya;  

ç) Cənubi Koreya; d) Almaniya; e) Fransa; ə)Yaponiya. 

 

 

 



409 

 

təhlükəsizlik  xarakteristikalarının  və  normalarının  reqlament-



ləşdirildiyi  standartlar  tətbiq  edilir.  Bunlar  göstərilən  məqsəd  üçün 

xüsusi  olaraq 

işlənmiş  normativ  sənədlər  də  ola  bilər.  Məsələn: 

elektron  texni

kasının,  məişət  elektrotexnika  məhsullarının  təhlü-

kəsizliyə  sertifikatlaşdırılması  zamanı  BEK-in  təhlükəsizlik  üzrə 

Beynəlxalq  standartlarından  istifadə  edilir.  Əgər  məmulat 

təhlükəsizliyə  sertifikatlaşdırılıbsa,  o,  xüsusi  uyğunluq  nişanı  ilə 

markalana 

bilər.  Bu  nişanlar  ya  konkret  növ  məhsullara,  məsələn: 

elektrotexniki 

məişət  cihazlarına  aid  olunur  (şək. 13.2.a–ç),  ya  da 

ümumi  xarakterli  olmaqla, 

istehlakçını  məhsulun  təhlükəsizliyi 

haqqında məlumatlandırır (Şəkil 13.2.d).  

Uyğunluq  haqqında  məlumatlandırma  üsullarından  biri  də 

istehsalçının deklarasiyasıdır. 

     


 

      


 

         a) Fransa                                    b) Avstriya 

             

            

 

 

    c) Almaniya 



            ç) Böyük Britaniya 

 

 



 

               d) 

Təhlükəsizlik yoxlanmışdır 

(Almaniya) 

Şəkil 13.2. Məişət elektrik cihazlarının təhlükəsizlik 

tələblərinə uyğunluq nişanları 



410 

 

13.4. M



əcburi və könüllü sertifikatlaşdırmanın 

mahiyy

əti 

 

Sertifikatlaşdırma məcburi və könüllü xarakterli ola bilər.  



Məcburi  sertifikatlaşdırma  qanunlar  və  qanunverici  aktlar 

əsasında  yerinə  yetirilir  və  məhsulun  (prosesin,  xidmətin)  texniki 

reqlamentlərinin  tələblərinin,  standartların  məcburi  tələblərinin  uy-

ğunluğunu təmin edir. Bu normativ sənədlərin məcburi tələbləri təhlü-

kəsizliyə,  insanların  sağlamlıqlarının,  əmlaklarının  və  ətraf  mühitin  

qorunmasına    aid    olduğundan,    məcburi  sertifikatlaşdırmanın  əsas 

aspekti 

təhlükəsizlik və ekolojilikdir. Xarici ölkələrdə məmulatların 

təhlükəsizliyini təmin edən qanunlar fəaliyyət göstərir (məsələn: AB-

nın  Direktivləri).  Ona  görə  də  məcburi  sertifikatlaşdırma 

standartlarda  gö

stərilmiş  tələblərə  uyğunluğu  müəyyən  etmək  üçün 

aparılır. 

 

Respublikamızda  məcburi  sertifikatlaşdırma  “İstehlakçıların 



hüquqlarının  müdafiəsi”  Qanununa  görə  həyata  keçirilir.  Məcburi 

sertifikatlaşdırmanı yerinə yetirmək üçün məcburi sertifikatlaş-dırma 



sistemi  yara

dılır.  Bu  sistemin  məqsədi  məcburi  sertifikatlaş-dırılmalı 

məhsulun,  qanunvericilik  qaydasında  yerinə  yetirilməsi  vacib  olan, 

texniki 


reqlamentlərin,  standartların  tələblərinə,  yaxud  standartların 

məcburi tələblərinə uyğunluğunu sübut etməkdir. Məcburi sertifikatlaş-

dırılmalı məhsulların nomenklaturası dövlət səviyyəsində həll edilir. 

M

əcburi  sertifikatlaşdırılmalı  məhsulların  və  xidmətlərin 



nomenklaturası  “Istehlakçıların  hüquqlarının  müdafiəsi  haqqında” 

Qanununa 

uyğun olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə 

Dövl


ət Komitəsi tərəfindən təyin edilir. 

M

əcburi  sertifikatlaşdırmanın  yayılma  sahəsi  sxematik 



olaraq 

şəkil 13.3.-də verilmişdir.  



Könüllü 

sertifikatlaşdırma  hüquqi  və  fiziki  şəxslərin 

təşəbbüsü  ilə  sifarişçi  ilə  sertifikatlaşdırma  orqanı  arasında, 



könüllü 

sertifikatlaşdırma  səviyyəsində,  müqavilələr  əsasında 

aparılır.  Könüllü  sertifikatlaşdırmanın,  məcburi  sertifikatlaşdırma 

orqanları tərəfindən məcburi sertifikatlaşdırma sistemlərində apa-

rılmasına icazə verilir. Kö-nüllü sertifikatlaşdırmada uyğunluq sı-

naqlar

ının  aparıldığı  sənəd  bir  qayda  olaraq  sifarişçi  tərəfindən 



411 

 

seçilir. 



Təchizatçı, satıcı, məhsulun istehlakçısı sifarişçi ola bilər. 

Könüllü sertifikat

laşdırma sistemi ən çox məhsulu hazırlayanlarla 

isteh


lakçıları  birləşdirir.  Çünki  onlar  uzun  müddətli  partnyor 

münasi


bətləri  əsasında  ticarətin  inkişaf  etdirilməsində  maraq-

lıdırlar.  Obyektlərin  uyğunluğunun  təsdiqi  qanunvericiliklə  bağlı 

olan 

məcburi  sertifikatlaşdırmadan  fərqli  olaraq,  könüllü 



sertifikat

laşdırma  məcburi  nomenklaturaya  daxil  edilməmiş  və 

sifarişçi  tərəfindən  təyin  edilən  (yaxud  müqavilələr  əsasında)  

məhsul (proseslər, xidmətlər) növlərinə aiddir. Könüllü sertifikat-

laşdırma  sisteminin  qaydaları  və  prosedurları  könüllü 

sertifikatlaşdırma  sistemi  tərəfindən  təyin  edilir.  Lakin  məcburi 

sertifikat

laşdırma  sistemlərində  olduğu  kimi,  onlar  bu  sahədə  bey-

nəlxalq  və  regional  təşkilatların  məsləhətlərinə  əsaslanır.  Könüllü 

sertifikat

laşdırma  haqqında  qərar,  bir  qayda  olaraq  məhsulun 

rəqabətə davamlılıq, bazara gediş (xüsusilə xarici), alıcıların seçimdə 

getdikcə  daha  çox  sertifikatlaşdırılmış  məhsullara  üstünlük  verməsi 

problem


ləri ilə bağlıdır. Bir qayda olaraq, könüllü sertifikatlaşdırma-

nın inkişafı dövlət tərəfindən müdafiə olunur. 

Könüllü 

sertifikatlaşdırmaya  təhlükəsizlik  üzrə  məcburi  yerinə 

yetirilm

əli tələbləri olmayan məhsullar uğradılır. Digər tərəfdən könüllü 

sertifikatlaşdırmanın aparılması, etibarlılıq, estetiklik, səmərəlilik və  s. 

kimi  göst

əricilərin  yoxlanılması  hesabına,  keyfiyyətsiz  məmulatların 

bazara  daxil 

olmasının  qarşısını  alır.  Bu  zaman  könüllü  sertifikat-

laşdırma  məcburi  sertifikatlaşdırmanı  əvəz  etmir  və  onun  nəticələri 

m

əhsulun  (təchizatın)  qadağan  edilməsi  üçün  əsas  deyildir.  Könüllü 



sertifi

katlaşdırma ilk növbədə müştəri uğrunda mübarizəyə yönəlmişdir. 

Bu eynil

ə xidmətlərin könüllü sertifikatlaşdırılmasına da aiddir. 

Son vaxtlar mü

əssisələrin keyfiyyət sistemlərinin  İSO  9000 

seriyalı  beynəlxalq  standartların  tələblərinə  uyğun  könüllü 

sertifikatlaşdırılması böyük vüsət almışdır. 

Məhsullardan, xidmətlərdən və keyfiyyət sistemlərindən başqa 

şəxsi  heyət  də  könüllü  sertifikatlaşdırıla  bilər.  Heyətin  könüllü 

sertifikatlaşdırılması  mütəxəssislərin  bu  və  ya  digər  fəaliyyət 

sahəsində, onların işinə qoyulan tələblərə uyğunluğu müəyyən etmək 

üçün  lazımdır.  Sertifikatlaşdırma  baza  təhsilini  əvəz  etmir  və  onu 

şübhə altına almır. 



412 

 

M



ƏCBURİ SERTİFİKATLAŞDIRMA OBYEKTLƏRİ 

 

Xidmətlər   



 

Məhsullar 

Məişət  

Sərnişin nəqliyyatı 

 

Rabitə 


Turizm 

və ekskursiya 

Maşınqayırma kompleksinin məhsulları 

Elektrotexnika,elektron 

və cihazqayırma 

sənayesinin məhsulları 

Tibbi texnika 

Kənd təsərrüfatı istehsalı və yeyinti 

məhsulları 

Yüngül 


sənaye məhsulları  

Xammal 


sahələri və ağac emalı məhsulları 

Nəfəs yollarının fərdi mühafizə vasitələri. 

Qablar 

Pirotexniki 



məmulatlar 

Baytarlıq bioloji preparatlar 

Məişət 

Sərnişin nəqliyyatı 



Rabitə 

Turizm 


və ekskursiya 

Ticarət 


İctimai peşə 

 

Digərləri 



 

Şəkil 13.3. Məcburi sertifikatlaşdırılmalı məhsulların və xidmətilərin 

növl

əri 


 

Könüllü 


sertifikatlaşdırma  obyektlərinin  qruplar  üzrə  bölgüsü 

şəkil 13.4.-də verilmişdir. 

 

 Könüllü 



sertifikatlaşdırma obyektləri 

Xidmətlər  

Məhsullar 

stehsalat-texniki 

istiqamətli, sosial-məişət 

istiqamətli müəssisələrin keyfiyyət 

sistemləri, lahiyələndirməyə işləmədə, 

istehsalatda, qu

raşdırmada və xidmətdə, 

Material  

Qeyri-material  

Şəkil 13.4. Könüllü sertifikatlaşdırma obyektləri 



413 

 

S



ənayenin  və  xidmətlərin  intensiv  inkişafı,  mütəxəssislərin 

texniki  bilikl

ərinin  səviyyəsinə,  proqramla  təmin  edilmələrinə, 

normativ s

ənədlərə hər il yeni tələblər qoyur. 

Bel


əliklə,  heyətin  bu  gün  üçün  qəbul  olunmuş  kriteriyalara 

uyğunluğuna  vaxtaşırı  attestasiya  olunması  vacibdir.  Obyektiv  və 

asılı  olmayan  (müstəqil)  qiymətləndirməni  sertifikatlaşdırma  təmin 

edir.  Müt

əxəssislərə  tələbləri  və  uyğunluğun  qiymətləndi-rilməsi 

qayda


sını  yalnız  dövlət  deyil,  bütün  maraqlı  tərəflər  müəyyən  edir. 

Bel


ə ki, Almaniyada avtonəqliyyatın qiymətləndiricilərinin sertifikat-

laşdırılması  təşəbbüsünü  sığorta  şirkətləri,  banklar  və  qiy-

m

ətləndiricilər cəmiyyəti qaldırmışdır. 



Ümumiyy

ətlə,  istehlakçıların  hüquqlarının  qorunmasında, 

m

əhsullar  haqqında  informasiyanın  standartlaşdırılması  və 



kodlaşdırılması mühüm əhəmiyyət kəsb edir. 

 

13.5. 



Məhsul haqqında informasiyanın 

standartlaşdırılması və kodlaşdırılması 

 

İnformasiyanın standartlaşdırılması və kodlaşdırılması üçün ştrixli 

kodlaşdırmadan istifadə edilir. 

Ştrixli  kodlaşdırma  fikri  keçən  əsrin  30-cu  illərində  ABŞ-ın  Harvard 

biznes m

əktəbində yaranmışdır. Belə kodun ilk istifadə praktikası XX əsrin 60-

cı illərinə təsadüf edir. Ştrix-kodun köməyi ilə ABŞ dəmiryolçuları dəmiryol 

vaqonlarının  identifikasiyasını  aparırdı.  Ştrixli  kodlaşdırmanın  geniş  tətbiqi 

keç

ən  əsrin  70-ci  illərində  mikroprosessor  texnikasının  inkişafı  ilə  əlaqədar 



mümkün ol

muşdur. 


1973-cü  ild

ə ABŞ-da universal məhsul kodu  (IPC) qəbul edilmişdir. 

1977-ci  ild

ə  isə  Avropa  kodlaşdırma  sistemi  EAM  (European  Artiole 

Numbering) yaran

mışdır ki, bundan da hal-hazırda Avropanın hüdudlarından 

k

ənarda da istifadə edilir. 



Ştrixli kod təkrarlanan müxtəlif enlərdə olan tünd (ştrixlər) və açıq 

(

aralıqlardan) 



zolaqlardan 

ibar


ətdir. 

Zolaqla


rın 

ölçül


əri 

standartlaşdırılmışdır. Ştrixli kodlar xüsusi optik quruluşlarla–skanerlərlə 

oxunmaq  üçün  n

əzərdə tutulmuşdur. Skanerlər ştrixləri mikroprosessor-

dan keçir

ərək, kodlaşdırır və məhsul haqqında informasiyanı kompüterə 

daxil edir. 


414 

 

Xarici  ö



lkələrdə qablaşdırılmış məhsulda ştrixli kodun olması 

məcburi  tələbdir.  Bu  tələb  yerinə  yetirilmədikdə  ticarət  təşkilatları 

məhsuldan imtina edə bilər. 

Bu qayda beyn

əlxalq ticarətə də aiddir. Məsələ heç də onda deyildir 

ki, 


informasiyanın  bu  cür  sistemi,  məhsulların  ən  azı  85%-nin 

kodlaşdırıldığı halda, informasiyanın bu cür sistemi iqtisadi cəhətdən sə-

m

ərəlidir. Bu həm də kodlaşdırmanın sifarişlərin yığılmasına və forma-



laşmasına, daxil olmuş məhsulların uçotunun, yola salmaların, sənədlərin 

t

ərtib edilməsinin və mühasibat uçotunun, məhsulların anbara yığılması-



nın  və  satılmasının  qaydaya  salınmasına  və  sürətləndirilməsinə  birbaşa 

t

əsir göstərməsidir. 



EAN  ikinin  kodundan  daha 

geniş  istifadə  olunur:  Bunlar  13–

dərəcəli və 8–dərəcəli rəqəmli kodlardır. Bu kodlar müxtəlif enlərdə 

ştrixlərin və aralıqların birləşməsindən ibarətdir. Ən ensiz ştrix vahid 

qəbul  edilmişdir.  Hər  bir  rəqəm  (yaxud  dərəcə)  iki  ştrixdən  və  iki 

aralıqdan alınır (şəkil 13.5., şəkil 13.6.)  

13–

dərəcəli  kod  ölkənin  kodundan  (“ölkənin  bayrağı”), 



istehsalçı  müəssisənin  (firmanın)  kodundan,  məhsulun  özünün 

kodundan 

və  nəzarət  ədədindən  ibarətdir.  EAN  assosiasiyası 

ö

lkələrin  kodlarını  işləmiş  və  kodlardan  istifadə  etmək  üçün 



mərkəzləşdirilmiş qaydada lisenziyalar təqdim edir. Məsələn: Fransa 

30-37 diapozonunu, Italiya 80-87 diapozonunu 

almışdır. Bəzi ölkələr 

üçün  kodlar  üç 

işarəlidir: 476-Azərbaycan, 520-Yunanıstan, 789-

Braziliya, Rusiya-460, Estoniya-474, Maca

rıstan-599 (cədvəl 13.1). 

İstehsalçı  müəssisənin  kodu  hər  bir  ölkədə  uyğun  milli  orqan 

t

ərəfindən tərtib olunur və beş rəqəmdən ibarət olur. Müəssisənin kodu 



ölk

ənin  kodundan  sonra  gəlir.  Kodun  açılışı  standart  deyildir.  O, 

m

əhsulun  özünün  müəyyən  xarakteristikalarını  (nişanələrini),  ya  da 



m

əhsulun, ancaq müəssisəyə məlum olan qeyd olunma nömrəsini əks 

etdir

ə  bilər. Nəzarət  ədədi  EAN  alqoritmi  üzrə  skanerlə  kodu  düzgün 



oxumaq üçün n

əzərdə tutulmuşdur. 

EAN-8  kodundan  çox  da  böyük  olmayan  m

əhsulla-rın 

kodlaşdırılmasında  istifadə  olunur,  çünki  kiçik  ölçülü  məhsulları 

daha  uzun  kodla 

kodlaşdırmaq  olmur.  EAN-8  ölkənin  kodundan, 

istehsalçının  kodundan  və  nəzarət  ədədindən  ibarətdir.  Bəzən 

istehsalçının kodu əvəzinə məhsulun qeyd olunma nömrəsi göstərilir. 


415 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

Şəkil 13. 5. 13 dərəcəli 



                

Şəkil 13.6. 8 dərəcəli 

EAN kodu.   

         EAN kodu. 

 

Kodun 


rəqəmli  sırası  skanerin  oxuması  üçün  yox,  alıcı  üçün 

nəzərdə  tutulmuşdur.  Son  istehlakçı  üçün  informasiya  ölkəni 

stərməklə  məhdudlaşdırılır.  Çünki  ölkələrin  kodları  müxtəlif 



xüsusiləşdirilmiş  və  sorğu  materiallarında,  yaxud  verilənlər 

banklarında  saxlanılır.  Tam  ştrixli  kod  alıcıları  daxili,  yaxud  xarici 

ticarət  təşkilatlarına  məhsulun  mənşəyi  haqqında  dəqiq  rekvizitlərə 

nail olmaqla 

və kontrakta uyğun olmayan keyfiyyət, təhlükəsizlik və 

digər  parametrlər  üzrə  ünvanlı  tələbləri  (iddiaları)  təqdim  etməyə 

imkan 

yaradır.  



Azərbaycan dövləti tərəfindən ticarətdə, material-texniki təchizatda, 

bank  işində,  nəqliyyatda,  səhiyyədə,  kənd  təsərrüfatında  və  digər 

sahələrdə  ştrixli  kodlaşdırma  sisteminin  tətbiqi  üçün  dövlət  proqramı 

qəbul  olunmuşdur.  Proqram  Azərbaycanda  ştrixli  kodları  vurmaq  və 

oxumaq  üçün  texniki  vasitələrin  işlənməsi  və  istehsalını  nəzərdə  tutur. 

Beynəlxalq 

normativ 

sənədlərə 

əsasən 

kodlaşdırmanın 



standartlaşdırılması mühüm əhəmiyyət kəsb edir. 

M

əhsulun məcburi  ştrixli  kodlaşdırılması  “İstehlakçıların 



hüquqlarının  müdafiəsi” Qanununun müddəalarından  birinin  alınan 

m

əhsul haqqında lazımi və həqiqi informasiyanın əldə edilməsi  



 

 


416 

 

M



əhsulları ştrixli kodlaşdırmaq üçün 

ö

lkələrin bəzi EAN kodları 

Cədvəl 13.1. 

Ö

lkənin 



kodu 

Ö

lkə 



Ö

lkə-


nin 

kodu 


Ö

lkə 


Ö

lkəni


n kodu 

Ö

lkə 



93 

Avstraliya 

539 

İrlandiya 



888 

Sinqapur 

90–91 

Avstriya 



569 

İslandiya 

383 

Sloveniya 



476 

Azərbaycan 

84 

İspaniya 



00–09 

ABŞ və 


Kanada 

779 


Argentina 

80–87 


İtaliya 

869 


  

Türkiyə 


54 

Belçika 


və 

Lüksenburq 

529 

Kipr 


64 

  Finlandiya 

380 

Bolqarıstan 



690 

Çin 


30-37 

Fransa 


789 

Braziliya 

850 

Kuba 


859 

Çexiya 


50 

Böyük 


Britaniya 

750 


Meksika 

780 


Çili 

599 


Macarıstan 

87 


Niderland 

73 


İsveç 

759 


Venesuela 

94 


Yeni 

Zelandiya 

76 

İsveçrə 


400-440 

Almaniya 

70 

Norveç 


860 

Yuqoslaviya 

489 

Honkonq 


590 

Polşa 


880 

Cənubi 


Koreya 

520 


Yunanıstan 

560 


Portuqaliya 

45-49 


Yaponiya 

57 


Danimarka 

729 


İsrail 

460-


469 

Rusiya 


 

hüququnun realiza

siyası  üçün  şərait  yaradır.  İstehsalat müəssisələri 

üçün 


ştrixli kodlaşdırma aşağıdakılara imkan verir: 

avtomatlaşdırılmış  idarəetmə  sistemlərinin  mənimsənilməsini 

asanlaşdırmağa; 

istehsalat, qablaşdırma və satış sferalarında uçot  

əməliyyatlarının effektivliyini yüksəltməyə; 

istifadə olunan resursların analizini aparmağa; 



417 

 

məhsulun  hərəkəti  və  realizasiyası  haqqında  həqiqi 



informasiyanın sistematik yığımının təşkil edilməsinə; 

informasiyanın  idarəetmə  və  nəzarət  orqanlarına  operativ 

təqdim edilməsinə.  

Topdansatış  müəssisələrinin  ştrix  kodla  təchiz  olunmadıq-ları 

halda, 

məhsulu pərakəndə satış şəbəkəsinə buraxmağa, yaxud realizə 



etməyə ixtiyarları yoxdur. 

 

Pərakəndə  satış  müəssisələrinin  ştrixli  kodu  olmayan  məhsulları 



realizasiya  üçün 

qəbul  etməyə  ixtiyarları  yoxdur.  Bu  müəssisələrdə 

ştrixli kodları oxumaq üçün kassa aparatları olmalıdır. 

Lakin 


istehlakçı  təkcə  məhsulu  hazırlayan  ölkə  haqqında  yox, 

həm  də  alınan  məhsul  haqqında  daha  dolğun  informasiya  almaq 

istəyir.  Bu  problemi  də  standartlaşdırmanın  köməyi  ilə  həll  etmək 

mümkündür.  Lakin  bunun  üçün 

standartların  sertifikat-laşdırma  yolu 

ilə təsdiq olunan məcburi tələblərinin siyahısını genişləndirmək lazım-

dır.  Hal-hazırda  məcburi  sertifikatlaşdırma-nın  yeganə  aspekti  məh-

sulun 


təhlükəsizliyidir. Istehlakçı alınan məhsulun, onun təyinatı üzrə 

istifadəsinə yararlığa təminat, etibarlılıq və istifadə etmək üçün digər 

mühüm  xarakteristikalar 

haqqında  məlumat  almaq  imkanına  malik 

deyildir. 

Konkret  qrup,  yaxud 

ayrı-ayrı  növ  məhsullar  üçün  məcburi 

sertifikatlaşdırmanın qanun və qaydalarını işləyərkən, istehlakçı üçün 

məhsul  haqqında  məlumatı  genişləndirmək  olar.  Məsələn:  uşaq 

qidalarının 

sertifi

katlaşdırılması 



zamanı 

məhsulun 

təkcə 

təhlükəsizliyi deyil, həm də onun qidalılığı qiymətləndirilir. 



 

 

 



 

 

 



 

 

 



 

 


418 

 


Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin