XIX
FƏSİL. EKOLOJİ SERTİFİKATLAŞDIRMA
Ekoloji
sertifikatlaşdırmanın məqsədi istehsalatçıları elə
texnoloji
proeseslərin tətbiq edilməsinə və elə məhsulların
işlənməsinə stimullaşdırmaqdır ki, onlar təbiəti minimum
çirkləndirsin, istehlakçıya onun həyatı, sağlamlığı, əmlakı və
yaşadığı mühit üçün məhsulun təhlükəsiz olduğuna təminat versin.
Bir çox növ
məhsullar üçün ekoloji sertifikat, yaxud nişan
onların rəqabətə davamlılığı üçün təyinedici faktordur.
MDB ö
lkələrində ekoloji sertifikatlaşdırma, bu sahədə xeyli iş
gö
rüldüyünə baxmayaraq, lazımi səviyyədə inkişaf etməmişdir.
Hələlik bu sahəyə aid obyektlər müəyyən edilmişdir. Onlar üç qrupa
bölünür
lər:
1. Dö
vlət standartlarının ekoloji tələblər qoyduğu məhsullar,
proseslər, işlər və xidmətlər, yəni onlar mövcud qanunvericiliyə
uyğun olaraq məcburi sertifikatlaşdırılmalıdır;
2. Ekoloji
xüsusiyyətlərinə görə mövcud Sistemlərin qay-
dalarına uyğun sertifikatlaşdırılması mümkün olmayan obyektlər;
3.
Mahiyyətcə bütün təşkiledicilərlə birgə ətraf mühitə
normativ
tələblər və sertifikatlaşdırma prosedurları işlənməmişdir.
Üçüncü
qrupun
obyektlərinin vəziyyətinin qiymətlən-
dirilməsində aydınlıq olmadığından, digər iki qrup obyektlərin
sertifikatlaşdırılmasının inkişafı ləngiyir. Ətraf mühitin keyfiyyətinin
qiymətləndirilməsini, birbaşa xüsusiləşdirilmiş təbiəti mühafizə
orqanlarını, nəzarət orqanlarını, yerli özünüidarə orqanlarını,
təbiətdən istifadə edənləri və Elmlər Akademiyasının bəzi şöbələrini
təmsil edən müxtəlif sahə təşkilatları aparır. Müxtəlif tərəflərin
təqdim etdikləri qiymətləndirmə üçün verilənləri, bir qayda olaraq
müqayisə etmək mümkün deyildir. Səhvin qiyməti o qədər böyük
ola
bilər ki, bu da uyğunluğun qiymətləndirilməsinin obyektiv və
müstəqil üsulu kimi, sertifikatlaşdırmanın əhəmiyyətini göstərir. Bu-
nun üçün ekoloji
sertifikatlaşdırma obyektlərinin daha dəqiq
sinifləşdirilməsi aparılmalıdır (şəkil 19.1.).
Sxemdən göründüyü kimi, obyektlər dörd növə ayrılırlar: ətraf
mühitin
obyektləri, ətraf mühiti çirkləndirən mənbələr, təbiəti mühafizə
təyinatlı məhsullar, ekoloji informasiyalı resurslar, məhsullar və
493
texnologiyalar.
Ekoloji
sertifikatlaşdırmanın digər mühüm məsələsi işti-
rakçıların tərkibidir. Onların rolu birinci, ikinci və üçüncü tərəf kimi
təyin edilir. “Məhsulların və xidmətlərin sertifikatlaşdırılması
haqqında” qanun bir sıra məhsullara aid obyektlərə tətbiq oluna bilər.
Digər obyektlər üçün isə ekoloji sertifikatlaşdırma haqqında qanun
lazımdır. Bu da hal-hazırda, MDB ölkələrində yoxdur.
Sertifikatlaşdırma xidmətlərinin kim tərəfindən maliyyələşdiriləcəyi də
həll olunmamışdır. Çox güman ki, əsas ağırlıq təbiətdən istifadə
edənlərin üzərinə düşəcəkdir.
Ekoloji
sertifikatlaşdırmanın aktual sferası tullantılardır. Bu
sahədə sertifikatlaşdırma, tullantıların yaşayış mühitinə təhlükəli
təsirinin aradan götürülməsinə və onlardan ikinci xammal kimi
maksimum istifa
də olunmasına yönəlmişdir.
Içməli suyun sertifikatlaşdırılması probleminin həllində xeyli
irəliləyişlər vardır ki, bu da sertifikatlaşdırma obyektinə texniki
tələblərin normalaşdırılması ilə bağlıdır. 1995-ci ildə Rusiyada
“Suyun
keyfiyyəti. İçməli su. Keyfiyyətə nəzarət” dövlət standartı
qəbul olunmuşdur. Təsərrüfat-içməli su təchizatında istifadə olunan
içməli suyun, materialların, texnoloji proseslərin və avadanlıqların
sertifikat
laşdırılması sistemi yaradılmışdır. Müxtəlif qablara
doldurulmuş
içməli
suyun
sertifikat
laşdırılması
aparılır,
mərkəzləşdirilmiş su təchizatı sistemlərindən daxil olan içməli suyun
sertifikat
laşdırılması problemi həll edilir.
Yeni növ
məhsulların və proseslərin ekolojiliyinin qiy-
mətləndirilməsinə böyük diqqət yetirilir. Məsələn: yeni
konstruksiyalara
və texnologiyalara ekoloji tələblərin stan-
dartlaşdırılması üzrə işlərə başlanmışdır.
Qərbi Avropa ölkələrində ekoloji sertifikatlaşdırma kifayət
qədər geniş inkişaf etmişdir. Ekoloji sertifikatlaşdırma adi
sertifikatlaşdırmanı tamamlayır və demək olar ki, həmişə məcburi
xarakter
daşıyır.
Fransada
kənd təsərrüfatı məhsullarının ekosertifikat-
laşdırılması 1960-cı ildə qanunvericilik qaydasında təsis olunmuşdur.
Onun
əsasında məhsulların növləri üzrə ekonişanlar tətbiq edilmişdir.
Bu
nişanlar “qırmızı nişan” adı almışdır. Bütün ekonişanları milli
494
uyğunluq nişanı NF tamamlayır.
Şəkil 19.1. Ekoloji sertifikatlaşdırma
obyektlərinin sinifləşdirilməsi
Ekosertifikatlaşdırmanın prinsipləri istehlakçılar və ətraf mühit
üçün
məhsulun təhlükəsizliyinin, Avropa ekosertifikatlaşdırmasına
uyğunluğunun təmin edilməsindən və bazarlarda ekoloji vəziyyətin
nəzərə alınmasından ibarətdir. Fransada ekosertifikatlaşdırmanın əsas
qay
daları istehlakçılar tərəfindən (imkan daxilində) ekoloji təmiz
məhsulların nəzarətinin aparılmasını, istehlakçıların və ətraf mühitin
qorunması üzrə ictimai təşkilatların nümayəndələrinin ekosertifikat
verən orqanın tərkibinə məcburi daxil olmasını, sertifikatlaşdırılan
məhsulun bütün həyat tsiklinin ekosertifikat-laşdırma ilə əhatə
edilməsini və istehsalçıda ekosertifikat almağa iqtisadi maraq
495
oyatmasını nəzərdə tutur.
Şəkil 19.2.
Ekonişan
“Mavi Mələk”
Şəkil 19.3.
“Grüne Punkt”-
“Yaşıl nöqtə” nişanı
Qazanılmış təcrübə vahid milli ekosertifikatlaşdırma sistemini
tətbiq etməyə imkan vermişdir. Sistemin şüarı belədir: istehlakçılar
məhsulun ziyanı haqqında hər şeyi bilməməlidir və onlar arxayın
olmalıdırlar ki, NF nişanlı məhsul hər cəhətcə ən təhlükəsiz
məhsuldur.
Almaniyada
ekosertifikatlaşdırma işlərinə 1974-cü ildən
başlanmışdır. Bir neçə ildən sonra ekonişan -“Mavi mələk” təsdiq
olunmuşdur (şəkil 19.2.). Bu nişan ölkədən xaricdə də tanınır.
“Mavi
mələk” nişanının verilməsi ilə ekosertifikatlaşdırmanın in-
ki
şafı BMT-nin ətraf mühitin qorunması proqramı ilə bağlıdır. Bu
nişanla markalanmış məhsul, onun ekoloji təhlükəsizliyinə təminat
verən, müəyyən olunmuş qrup kriteriyalara uyğun olur. Məsələn: av-
tomobilin ekoni
şanlı olması, onun işlənmiş qazları təmizləyən etibarlı
sis
temlə təchiz olunduğunu göstərir.
Almaniyanın ekosertifikatlaşdırma proseduru diqqətə layiqdir.
Ilk
mərhələdə ekonişana namizəd məhsul açıq təqdim olunur. Ətraf
mühit
üzrə Federal büro səlahiyyətli komissiya yaradılır. Komissiya
rəyləri analiz edir, keyfiyyətə və sertifikatlaşdırmaya təminat üzrə
Almaniya institutuna ekoserti
fikatlaşdırmaya sifarişin baxılmasına
tapşırıq verir. Sertifikatlaşdırmanın texniki şərtlərini, Sistemin mər-
kəzi orqanı kimi, ətraf mühit üzrə Federal büro işləyir. Sifarişin ba-
496
xılmasında keyfiyyətə və sertifikatlaşdırmaya təminat üzrə Almaniya
institutu,
ətraf mühitin qorunması üzrə Federal büro, Alman sənaye
Konfransı, istehlakçılar Assosiasiyası, Ticarət Assosiasiyası,
ekspertlər iştirak edirlər. Sifarişə baxıldıqdan sonra nəticələrə görə
jüri üçün
məsləhətlər işlənir. Jüri bütün mərhələlərin nəticələrini,
istehsal
çının uyğunluğa sübutlarını, prosedurda iştirak üçün təyin
olunmuş təşkilatların rəylərini nəzərə alır.
Əvvəllər ancaq Almaniyada istifadə olunan “Mavi mələk” və
“
Yaşıl nöqtə” ekonişanlarından indi bütün Avropada istifadə olunur.
Geniş yayılmış ekonişan “Yaşıl nöqtə” (şəkil 19.3.) tul-
lantılardan ətraf mühitin çirklənməsinin qarşısını almaq üzrə tədbirlər
sistemində tətbiq olunur.
Qabın üzərində bu nişanın olması onun yenidən emalının müm-
künlüyünü gö
stərir. Odur ki, sivil ölkələrdə istehlakçılar “Yaşıl nöq-
tə” ilə markalanmış qabları xüsusi konteynerlərə tullayırlar.
Digər ekonişanlar (təkcə Almaniyanın yox) istehlakçıları sa-
tılan məhsulun müxtəlif ekoloji xarakteristikaları haqqında məlumat-
landırırlar ki, bu da onların çoxlu sayda analoqların arasından
seçilməsində əsas meyar rolunu oynayır (şəkil 19.4-19.9).
Sertifikatı və ekonişandan istifadə etməyə icazəni alaraq
istehsalçı müəssisə özünü reklam etmək üçün, keyfiyyətin təminatı
üzrə Almaniya institutu ilə müqavilə bağlaya bilər.
“Mavi
mələk” nişanı yalnız kənd təsərrüfatını, əczaçılığı,
məişət təyinatlı məhsulları əhatə etmir. Ona görə də
ekosertifikatlaşdırmanın gələcəkdə inkişaf etdirilməsi və
təkmilləşdirilməsi istisna olunmur.
Danimarka
ətraf mühitin mühafizəsi məsələlərində Avropada
xüsusi mövqe tutur. Bunu izah
edən faktorlardan biri odur ki, o,
təbiətin “əsas çirkləndiriciləri” olan Şərqi Avropa, Böyük Britaniya
və İsveçrə ilə həmsərhəddir. Ölkədə kimyəvi məhsul-ların və onların
komponentlərinin istehsalını və istifadəsini nizamlayan qanun
fəaliyyət göstərir. Bu qanunda ekosertifikatlaşdırmanın prinsipləri də
öz
əksini tapmışdır. Danimarkanın parlamenti, digər ölkələrdən fərqli
olaraq, ekologiya
sahəsində AB-nin bütün fəaliyyətini nəzərə alır.
Məsələn: Almaniyada ictimaiyyət ekosertifikatlaşdırmanı hər bir
ö
lkənin son dərəcə milli işi sayır. Danimarka hökuməti ekonişanların
497
tətbiqinə kömək edir, lakin hesab edir ki, bu könüllü xarakter
daşımalıdır, bununla bərabər nişanlar qanunla qorunur.
Danimarkanın istehlakçıları mal alarkən ekonişanın olmasını
mühüm arqument
sayır. Lakin ekonişanların tətbiqi məcburi xarakter
daşımadığından, çox halda istehlakçılar, ticarət ittifaqları və bəzən də
ayrı-ayrı supermarketlər öz ekonişanlarından istifadə edirlər. Bu da
İsveçrə bazarında ekonişanların rəqabətinə səbəb olur. Bu,
Danimarka
tərəfindən AB çərçivəsində ekosertifikatlaşdırmanın
müdafiə edilməsini və vahid ekonişanın tətbiqini stimullaşdırır.
Eyni zamanda Danimarka
standartlaşdırma, sertifikatlaşdırma
və akkreditasiya üzrə regional təşkilatların-SPT (INSTA), Ser
PT(NORDEST)
və APT (NORDA) tələblərini ödəyir. Bu təşkilatlar
daha çox
inkişaf etmiş ölkələrin ekoloji meyarlar bazasına əsaslanan
və məhsulun həyat tsiklinin bütün mərhələlərini əhatə edən regional
ekosertifi
katlaşdırma sistemini işləmişlər.
AB-
də ekosertifikatlaşdırmanın prinsipləri qoruyucu təd-birlərə
əsaslanır. Ətraf mühit üçün ziyanın qabağı, ilk növbədə, çirk-ləndirici
mənbələrin ləğv edilməsi yolu ilə alınmalıdır. Ekoloji taraz-lığın
pozulmasına səbəb olan şəxslərin maliyyə cavabdehliyi ikinci növbəli
faktordur.
Sertifikatlaşdırmanın effektivliyi ətraf mühit üçün məhsulların,
xidmətlərin, proseslərin, yaxud digər ekosertifikatlaş-dırma obyektlərinin
zərərsizlik meyarından birbaşa asılıdır.
Şəkil 19.4. “Mal-yeyinti
məhsulları üçün yararlılığa
tədqiq edilmişdir” ekonişanı
Şəkil 19.5. İstehsalçının yerin
ozon qatının saxlanılması üzrə
tələbləri yerinə yetirdiyini
göstərən nişan
498
Şəkil 19.6.“Resayklinq”
nişanı
Şəkil 19.7. Təkrar xammaldan
alınmış kağıza vurulmuş
ekonişan (ABŞ)
Öz
mahiyyətinə görə (hər tərəfliliyinə, əhatə etməsinə görə)
ekosertifikatlaşdırma meyarları standartlarda verilmiş ekolojilik parametr-
lərdən üstün olmalıdır. Belə meyarları geniş marketinq tədqiqatları
əsasında təyin etmək mümkündür.
AB Avropa
ekosertifikatlaşdırmasının könüllülüyünü və onun
bütün ö
lkələr üçün açıq xarakterli olmasını qeyd edir. Bu, milli
ekosertifikatlaşdırmanın inkişafını inkar etmir. Bununla belə, 1993-cü ildə
vahid bazara
satış üçün buraxılan ekosertifikatlaşdırılmış məhsulun
üstünlüyünü
təyin edən AB Direktivi qəbul olunmuşdur. Belə məhsulun
qiyməti təqribən iki dəfə artır.
Şəkil 19.8. Məhsulun ətraf
mühit
üçün təhlükəlilik
nişanı
Şəkil 19.9. Ətraf mühitin qorunması
üzrə Yaponiyanın ekonişanı
499
AB
Komissiyasının rəsmi bülleteni sertifikatlaşdırma obyektinin
layihələndirmədən başlamış tullantıların utilizasiyasına kimi bütün həyat
tsikli üçün ekoloji
meyarları dövri olaraq nəşr edir. Meyarlar haqqında
məlumat, məhsulun yararlılıq və meyarların tətbiq olunma müddətləri
haqqında verilənlərlə müşayiət olunur.
AB-da
ekosertifikatlaşdırma sisteminin işlənməsi Almaniyanın
“Mavi
mələk” nişanına sertifikatlaşdırma sisteminə əsaslanır. Beləliklə,
yuxarıda qeyd edildiyi kimi, ekosertifikatlaşdırma qaydaları bütün növ
məhsullara aid deyildir.
Ekosertifikatlaşdırılmalı və AB ekonişanı ilə markalanmalı
məhsulların növləri və onların qiymətləndirilməsi meyarlarının müəyyən
edilməsi, AB-nin üzv ölkələrinin səlahiyyətli dövlət orqanlarına həvalə
olun
muşdur. Prosesdə həmçinin sənayenin, istehlakçı cəmiyyətlərin,
müstəqil alimlərin, ekoloji təşkilatların nümayəndələri də iştirak edirlər.
Bu
nümayəndələr regional səviyyədə xüsusi məsləhətçi forumlarda birlə-
şirlər. Avropa ekoloji nişanının verilməsi üzrə praktiki işlər milli
səviyyədə aparılır. Burada təsdiq olunmuş meyarlara uyğunluğa ekoloji
sınaqlar aparılır və ekonişanın verilməsi haqqında qərar çıxarılır.
AB-
də xüsusi nişanla (şəkil 19.10.) ekomarkalamaq qəbul
olunmuşdur.
Şəkil 19.10. AB-nin
ekomarkalanma nişanı.
500
Nişanın tətbiqindən məqsəd istehlakçıları alınan məhsulun ekolo-
jiliyi
haqqında düzgün məlumatlandırmaq və istehsalçıları ətraf mühitin
mühafi
zəsi üzrə normaların və tələblərin gözlənilməsinə stimullaşdırmaq-
dır.
Ekonişan yeyinti məhsullarına, içkilərə və dərman preparatlarına
aid deyildir. Ekoni
şanla elə məhsullar markalanırlar ki, onların tərkibində
qorxulu, lakin
buraxıla bilən hədlər daxilində olan maddələr və
preparatlar olsun.
İşarənin rəngi ağ fonda yaşıl, mavi və qara (və əksinə)
ola
bilər. Ekonişandan istifadə etmək hüququnu almaq üçün istehsalçı
məhsulu, onun ekoloju qiymətləndirilməsi üçün təqdim etməlidir. Bu işlə,
bir qayda olaraq, sertifikat
laşdırma orqanları məşğul olur. Bunun üçün
hər bir məhsul növü üzrə ayrıca müqavilə bağlanmalıdır. Ekonişandan
reklamda ge
niş istifadə olunur. O, məhsulun bazara daxil olmasına
kö
mək edir və satıcının (istehsalçının) rəqabət mövqelərinə müsbət təsir
gös
tərir.
Məhsullara ekoloji tələblər çox aktual olduğundan, ekonişan isə
satış səviyyəsinə birbaşa təsir etdiyindən, müasir bazarlarda ekonişanların
qeyri-düzgün
rəqabəti baş verir. Bu da istehsalçı tərəfindən ekomarka-
lamadan qeyri-qanuni
istifadə edilməsinə, yaxud alıcılara tanış olmayan
yeni ni
şanların təqdim edilməsinə səbəb olur. Bu həm alıcılara, həm də
ekosertifikat
laşdırma ideyasının özünə ziyan vurur.
Beləliklə, ekonişanları şərti olaraq iki qrupa bölmək olar:
•
insanın sağlamlığı və ətraf mühit üçün məhsulun təhlükəsizliyi
haqqında məlumat verən ekonişan, “Mavi mələk” və digər nişanları bura
aid et
mək olar;
•
tullantıların yenidən emalının mümkünlüyü haqqında
informasiya
verən nişanlar və yazılar. Beləliklə, tullantılar təkrar xammal
kimi utilizasiya olunur
və təbiət qorunur. Bəzən bu qrupun nişanları
məmulatın təkrar xammaldan alındığı haqqında məlumat verir (məsələn:
plastmas
əşyalar). Bu cür ekonişanlara “Yaşıl nöqtə” (Almaniya), “Re-
saykling” (
ABŞ-da, Böyük Britaniyada, Şimali Avropa ölkələrində
istifadə olunur) aiddir. Bu nişanlar məhsulun yerləşdirildiyi qabları
sonrakı emal üçün qəbul məntəqələrinə təhvil verməyə çağırır.
Ekoloji markalama
və etiketləşdirmə məsələləri ilə standart-
laşdırma üzrə Beynəlxalq təşkilat (komitəaltı PKZ JSO/TK 207 “Ətraf
mühit
sahəsində etiketləşdirmə”) məşğul olur.
501
Ətraf mühitin idarə olunması və ekoloji audit üzrə rəhbərliyi əks
etdirən 1400 seriyalı İSO beynəlxalq standartlarının qəbul edilməsi
ekosertifikatlaşdırmanın təşkili və aparılması üçün əsas yaratmışdır.
1998-ci
ildə 55 ölkədə 5147 kompaniya, onların yaratdığı ətraf
mühitin
idarə olunması sistemlərinin İSO 14001 standartının tələblərinə
uyğunluğuna sertifikatlaşdırılmışdır.
1999-cu
ildə on Avropa ölkəsinin
1
akkreditasiya
üzrə milli
orqanları ətraf mühitin mühafizəsinin idarə olunması sahəsində
sertifikatlaşdırma üzrə orqanların akkreditasiyasının qarşılıqlı tanınması
haqqında Müqavilə imzalanmışlar. Müqavilə sertifikatlaşdırma orqanları-
nın akkreditasiyası üzrə Avropa assosiasiyasının (EAS) və laborator-
iyaların akkreditasiya üzrə Avropa assosiasiyasının (EAL) birləşməsi nə-
ti
cəsində 1998-ci ildə yaradılmış, akkreditasiya üzrə Avropa
assosiasiyasında (EA) əməkdaşlıq çərçivəsində imzalanmışdır.
EA
digər ölkələrin akkreditasiya sistemləri ilə ikitərəfli əlaqələrə
malikdir.
Müqaviləni imzalamış hər bir tərəf aşağıda göstərilən
istiqamətlərdən birinin, yaxud bir neçəsinin işində iştirak edəcəyi barədə
ö
hdəçilik götürür:
• yoxlama
laboratoriyaları;
•
sınaq laboratoriyaları;
•
məhsulun sertifikatlaşdırılması üzrə orqanlar;
•
keyfiyyət sisteminin sertifikatlaşdırılması üzrə orqanlar;
•
heyətin sertifikatlaşdırılması üzrə orqanlar;
•
ətraf mühitin idarə olunması sistemlərinin sertifikat-
laşdırılması üzrə orqanlar;
•
müfəttiş orqanları.
Akkreditasiya
üzrə orqanlar arasında yaradılmış qarşılıqlı
tanınma formasının mühüm əhəmiyyəti ondan ibarətdir ki, o, ixtiyari
qanunvericiliklə nizamlanan sahələrdə dövlətlərarası müqavilələrin
bağlanması üçün əsas rolunu oynayır.
1
Мцгавиляни имзалайыблар: Данимарка, Финландийа, Франса, Алманийа,
Ирландийа, Италийа, Норвеч, Испанийа, Исвеч, Бöйцк Британийа.
502
XX
FƏSİL. XİDMƏTLƏRİN
SERT
İFİKATLAŞDIRILMASI
Ümumdünya
ticarət təşkilatına daxil olma prosesində
danışıqların ən mürəkkəb hissəsi xidmətlər sferasıdır. Xidmətlərlə
ticarət üzrə baş müqaviləyə (XTBM–QATS) qoşulma nəinki texniki
maneə məsələlərinə, həmçinin fiziki şəxslərin, investisiyaların yerdə-
yişməsinə və bu sahədə digər daxili nizamlama problemlərinə
toxunur.
Baş müqavilə bank və sığorta xidmətlərini, qiymətli
kağızlarla
əməliyyatları,
müxtəlif
nəqliyyat
nö
vlərini,
telekommunikasiyaları, tikintini, turizmi, təhsili, asudə vaxtı, tibbi
xidmətləri və i.a. əhatə edir. QATS-a qoşulma hər bir ölkəyə hüquqi
bərabərliyini pozmadan üzv ölkələrin xidmət bazarına yol açır.
Həyat, sağlamlıq və əmlak üçün potensial qorxulu xidmətlərin
məcburi sertifikatlaşdırılması aşağıdakı qanunlar əsasında həyata
keçirilir:
•
məhsulların və xidmətlərin sertifikatlaşdırılması haqqında;
• yol
hərəkətinin təhlükəsizliyi haqqında;
• turizm
fəaliyyətinin əsasları haqqında;
•
istehlakçıların hüquqlarının müdafiəsi haqqında.
Xidmətlər sferasında aşağdakılar sertifikatlaşdırmanın obyektləri
ola
bilər: xidmət, xidməti təqdim edən təşkilat, xidməti yerinə yetirən
heyət, istehsalat prosesi, xidməti təqdim edən təşkilatda keyfiyyətin
idarə olunması sistemi.
Xidmətlərin sertifikatlaşdırılması sisteminin formalaşdırılması və
onun
iştirakçılarının seçilməsi “Sertifikatlaşdırmanın aparılması
qaydalarına” uyğun aparılır. Bu sənədə əsasən xidmətlərin sertifikat-
laşdırılması sisteminin iştirakçılarının tərkibinə aşağıdakılar daxil ola
bilər:
•
rəhbəredici orqan, ARSMPDA;
•
mərkəzi orqanlar;
• elmi-metodik
mərkəz;
• metodik
mərkəzlər (sahə ETI);
•
sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar və
sınaq laboratoriyaları;
•
keyfiyyətin idarə olunması sistemlərinin sertifikatlaş-
503
dırılması üzrə akkreditasiya olunmuş orqanlar.
Rusiya
Federasiyasında sertifikatlaşdırma sxemlərinə baxaq.
Rusiya
qaydalarına görə sertifikatlaşdırma sxemləri həm xidmətlərə,
həm də işlərə aiddir. Onlara aşağıdakılar daxildirlər: işin yerinə
yetirilməsinin, yaxud xidmətlərin göstərilməsinin qiymətləndirilməsi;
aparılmış işlərin, yaxud göstərilmiş xidmətlərin nəticələrinin yoxla-
nılması; sertifikatlaşdırılmış işlərə və xidmətlərə müfəttiş nəzarəti.
Sxemin
bu
üç
təşkiledicisi
çərçivəsində
uyğun
sertifikatlaşdırma üzrə orqanın ekspertlərinin yerinə yetirdiyi işlər
cədvəl 20.1.-də verilmişdir.
Material
növlü
xidmətlərin sertifikatlaşdırılması üçün
aşağıdakılar sxemə daxil edilir: xidmətin icraçısının professional
ustalığının attestasiyası və inspeksion nəzarət (iş adamları və kiçik
müəssisələr üçün); xidmətin təqdim olunması prosesinin attestasiyası
və dövri olaraq inspeksion nəzarət aparılmaqla xidmətin nəticələrinin
seçmə yolu ilə yoxlanılması; təqdim olunma prosesinin attestasiyası
və inspeksion nəzarət; xidmət etmənin keyfiyyət sisteminin
sertifikatlaşdırılması və inspeksion nəzarət.
Qeyri-material
xidmətlərin sertifikatlaşdırılması üçün, bir
qayda olaraq,
aşağıdakı sxemlərdən istifadə olunur: müəssisələrin
sertifikatlaşdırılması və sonrakı inspeksion nəzarət; xidmət etmənin
keyfiyyətinin təmin edilməsi sisteminin sertifikatlaşdırılması və onun
işinə sonrakı inspeksion nəzarəti.
Sertifikatlaşdırma sxeminin seçilməsi və həmçinin metodiki
tədbirlər ГОСТ R sertifikatlaşdırma Sistemi haqqında əsasnamələr və
RF-
də işlərin və xidmətlərin sertifikatlaşdırılması qaydalarına uyğun
olaraq
yerinə yetirilir.
Xidmətlərin sertifikatlaşdırılmasının təşkilinə təsir göstərən və onlara
xas olan
bəzi xüsusiyyətlərini qeyd edək:
•
xidmət obyekti insanın özü ola bilər, onun əmlak hüququ isə
sınaqların aparılmasının qeyri-mümkünlüyü ilə təyin edilir. Məsələn:
təmir olunmuş avtomobilin sahibi çox güman ki, onun avtomobilinin
yol
şəraitində, prosedurun bütün sərt qaydalarını gözləməklə,
sınaqlardan keçirilməsinə razı olmaz;
• ic
raçı ilə xidmətlərdən istifadə edənin birbaşa əlaqəsi, icraçının
ustalığının qiymətləndirilməsini tələb edir. Qeyd etmək lazımdır ki, bu
504
sosioloji
qiymətləndirmə metodlarının tətbiqini tələb edir;
•
xidmətin qiymətləndirilməsi üzrə ekspert bir sıra hallarda
xidmətin göstərilməsində iştirak etməlidir, çünki xidmətin təqdim
edilməsi və ondan istifadə qiymətləndirilməlidir;
•
xidmətin qiymətləndirilməsi üzrə ekspert bir sıra hallarda
xidmətin göstərilməsində iştirak etməlidir, çünki xidmətin təqdim
edilməsi və ondan istifadə etmə eyni vaxtda baş verə bilər (məsələn:
dəllək, yaxud kosmetika kabinetlərinin xidmətləri). Xaricdə belə
hallarda ekspert
tərəfindən istifadə edənin rolunun yerinə
yetirilməsinə yol verilir;
•
xidmətlərin bəzi xarakteristikaları, onu təklif edən regionun
xüsusiyyətlərindən birbaşa asılıdır.
Rusiyanın qanunvericiliyinə görə xidmətlərin məcburi
sertifikatlaşdırılması ilə yanaşı könüllü sertifikatlaşdırmaya da icazə
verilir.
Məcburi sertifikatlaşdırılmalı xidmətlərə misal olaraq,
aşağıdakı xidmət qruplarını göstərmək olar (cəd. 20.2).
ГОСТ R sistemində 200-dən artıq xidmətlərin sertifikat-
laşdırılması üzrə orqanlar akkreditasiya olunmuşdur. Mərkəzi
orqanların səlahiyyətləri aşağıdakılara verilmişdir:
• RF-in
nəqliyyat nazirliyinə-avtomobil daşımalarının və
avtoservis
xidmətlərinin sertifikatlaşdırılması sistemlərində;
•
Bədən tərbiyəsi və turizm üzrə Rusiya agentliyinə-turizm
xidmətlərinin sertifikatlaşdırılması sistemlərində;
• Ti
carət nazirliyinə-ictimai peşə sferasında xidmətlərin
sertifikatlaşdırılması üzrə;
• RF-in Dö
vlət standartına-məişət elektrotexniki cihazların
təmiri üzrə xidmətlərin sertifikatlaşdırılmasında;
• Rusiya
məişət ittifaqına-kimyəvi təmizləmə xidmətlərinin
sertifikatlaşdırılması sistemlərində.
Xidmətlərin sertifikatlaşdırılmasında normativ baza kimi
beynəlxalq, regional və milli standartlardan, fəaliyyətdə olan
sanitar-gigiyenik normalardan
və qaydalardan və həmçinin konkret
növ
xidmətlər üçün dövlət orqanları tərəfindən təsdiq olunan
normativ
sənədlərdən istifadə olunur.
Onlarda
aşağdakılar göstərilməlidir: istifadə edənlərin həyatı,
sağlamlığı və onların əmlakı üçün təhlükəsizlik normaları; ekoloji
505
parametrlər; xidmətlərin, texnoloji prosesin, icraçının ustalığının və
keyfiyyətin təmin olunması sisteminin yoxlanılması metodlarına
tələblər. Könüllü sertifikatlaşdırmada normativ sənədi sifarişçi təqdim
edir.
Xidmətlərin
sertifikatlaşdırmaya
yoxlamalarını
(
məhsulun
sertifikatlaşdırma sınaqları ilə eynidir) ГОСТ R sertifikatlaşdırma
sisteminin dö
vlət reyestrində qeyd olunmuş ekspert-auditorlar yerinə
yetirirlər. Yoxlamaları, bir qayda olaraq, xidmətin yerinə yetirildiyi yerdə
aparırlar. Yoxlamaların nəticələri müsbət olduqda, sertifikatlaşdırma üzrə
orqan uy
ğunluq sertifikatını tərtib edir, mənfi olduqda–sifarişçiyə rədd
edilmə haqqında qərar verilir. Sifarişçi uyğunluq nişanından istifadə üçün
lisenziya ala
bilər, onu yarlıklarda, sənədlərdə, qəbzlərdə və i.a. qoya bilər,
həmçinin sertifikatın fəaliyyət müddətində (üç ildən artıq olmamaqla)
reklam
məqsədləri üçün istifadə edə bilər.
Sertifikatlaşdırılmış
xidmətlərə
tələblərin
gö
zlənilməsinə
inspeksion
nəzarəti sertifikatlaşdırılmış orqan aparır.
Qeyri-material
xidmətlərin inspeksion nəzarətini aparmaq üçün
anketləşdirmə, şəxsi müsahibə və s. yolu ilə istehlakçıların sorğusu
aparılmalıdır. Ümumiyyətlə, bu işlərlə sosioloji mərkəzlər, marketinq
xidmətləri, yerli idarə orqanları və həmçinin xidmətlərin icraçılarının
ö
zləri məşğul olurlar. Inspeksion nəzarətin nəticələrinə görə mövcud
sertifikatlaşdırma qanunlarına uyğun olaraq qərar qəbul edilir.
İnspeksion nəzarət planlı və plansız ola bilər.
Plan
lı nəzarətin dövriliyini sertifikatlaşdırma üzrə orqan-
müəyyən edir. Plansız inspeksion nəzarət, istehlakçıların iddiaları və
nəzarət edici orqanların rəyləri olduqda sertifikatlaşdırma orqanı
tərəfindən təyin olunur.
Rusiyanın ilk, xidmətlərin məcburi sertifikatlaşdırılması
sistemləri 1994–1996-cı illərdən fəaliyyətə başlamışdır. Onlar
aşağıdakı sferaları əhatə edirlər:
• m
əişət radioelektron aparatlarının, məişət elektrik
ma
şınlarının və cihazların təmiri və texniki xidməti;
•
kimyəvi təmizləmə və rəngləmə;
• turizm
və mehmanxana xidmətləri;
•
avtonəqliyyat vasitələrinin texniki xidməti və təmiri;
506
Cədvəl 20.1.
Dostları ilə paylaş: |