Yol
nəqliyyatı vasitələri avadanlıqlarının BMT-nin AİK-
nin
qaydalarına uyğunluğuna sertifikatlaşdırılması sistemi.
BMT-nin
AİK-də yol nəqliyyat vasitələrinin köməkçi
avadanlıqlarının sertifikatlaşdırılması sisteminin yaradılma-sına
keçən əsrin 50-ci illərinin ortalarından başlanmışdır. Buna səbəb
Avropa ö
lkələri arasında avtomobil daşımalarının həcminin xeyli
artması, yük və minik nəqliyyatlarının təhlükəsizlik məsələlərinin
aktuallığının artması olmuşdur. Bu sahədə beynəlxalq müqavilə
1958-ci
ildə imzalanmışdır. Müqavilə dövlətlərarası səviyyədə im-
zalan
mışdır. Sistemin əsas normativ sənədi BMT-nin AİK-nin
Qay
dalarıdır.
Nəqliyyat sahəsində elmi-texniki inkişafı nəzərə almaqla
Sistemin
Qaydalarının bir hissəsi hər il yeniləşdirilir. Bu Qaydalar
m
üqaviləyə əlavədir və AİK-in nəqliyyat üzrə Komitəsinin
ekspertləri tərəfindən işlənilir. Müqaviləyə qoşulmuş ölkələr AİK-in
Qaydala
rından yol nəqliyyat vasitələrinin sertifikatlaşdırma sınaq-
larında istifadə edirlər. Hər bir tərəf bütün qaydalardan, yaxud
onların müəyyən hissəsindən istifadə etmək hüququna malikdir.
Qəbul olunmuş qərar barədə o, BMT-nin AİK-nə, müəyyən olunmuş
prosedura
uyğun, xəbər verir və BMT-nin Baş katibinin adına bildiriş
gö
ndərir. Qaydalarda dəyişikliklərin edilməsi də həmin prosedur üzrə
gedir. Konkret qaydaya
uyğunluq sertifikatı “Nəqliyyat vasitəsi
tipinin
rəsmi təsdiqi haqqında məlumat” formasına malikdir.
İstehsalçı-müəssisə nəqliyyat vasitəsi tipinin sertifikatlaş-
dırılmasının nəticələrinə görə rəsmi təsdiq olunmuş sertifikatlaş-
dırma nişanlarından istifadə etmək hüququnu qazanır. Lakin bunun
üçün
müəyyən qaydaları gözləmək tələb olunur: birinci, məhsulun
sertifikat
laşdırılmış nümunəyə uyğunluğunu yoxlamaq şəraiti olma-
lıdır; ikinci, nümunələr sınaqlara dözməli və qoyulmuş tələblərə
cavab
verməlidir.
Müqavilədə iştirak edən bütün tərəflərin sertifikatlaşdırmanın
471
qarşılıqlı tanınması prinsipi belədir: ixtiyari razılaşan tərəfin
sahəsində hazırlanmış və bu tərəfdən rəsmi bəyənilmiş məhsul,
verilmiş qaydaları qəbul edən, digər razılaşan tərəfin qanunvericili-
yinə cavab verən sayılır. Əgər sertifikatlaşdırılmış məhsulun rəsmi
təsdiq olunmuş tipə uyğunsuzluğu yol hərəkətinə və insanlara
potensial qorxu tö
rədirsə, onda ixtiyari razılaşan tərəf öz sahəsində
uyğun növ avadanlıqların və quruluşların satışını və istifadəsini qa-
dağan etmək hüququna malikdir.
Sertifikatlaşdırmanın vahid qaydaları, AİK-in ekspertlərinin
işlədiyi vahid texniki tələblərin istifadəsini nəzərdə tutur.
Bu
tələblər maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə
işlənir və trolleybusları, avtobusları, mopedləri, motosiklləri, minik
və yük avtomobillərini və digər nəqliyyat vasitələrini əhatə edir.
Texniki
tələbləri hazırlayarkən İSO və BEK-in uyğun beynəlxalq
standartla
rının müddəalarını nəzərə alırlar. Məsələn: İSO-nun yol
nəqliyyatı üzrə Texniki komitəsi müxtəlif növ avtomobil
avadanlıqlarına 200-dən artıq standart işləmişdir. BEK-in standartları
isə işıqlandırıcı avadanlıqlara texniki tələbləri və sınaq metodlarını
müəyyən edir. Bunlara baxmayaraq, bütün normativ sənədlərin tam
harmo
niyası haqqında danışmaq hələ tezdir.
Sertifikatlaşdırmanın (omoloqasiyanın) ümumi qaydası
aşağıdakı kimidir. Hər bir iştirakçı ölkədə nəqliyyat vasitələrinin
sertifikasiyasını, 1958-ci il Cenevrə müqaviləsinə əsasən yaradılan
və BMT-də qeydiyyatdan keçmiş sertifikatlaşdırma orqanı aparır.
Sertifikat
laşdırma sisteminə BMT-nin AİK-nin qaydalarına uyğun
olaraq inzibati orqan
və texniki xidmətlər daxil edilir. Texniki
xidmətlər BMT-də qeyd olunarkən ölkənin Cenevrə müqaviləsinə
qoşulma ardıcıllığını əks etdirən nömrə alır. Sifarişçi-müəssisə
İnzibati orqana sifarişlə müraciət edir. Sifarişdə məhsul, BMT-nin
AİK-nin qaydaları və sınaqlarda istifadə ediləcək milli standartlar
haq
qında məlumatlar verilir.
Texniki
xidmətə sınaqlar üçün texniki vasitə və iki dildə-milli və
ingilis (
fransız) dillərində yazılmış texniki izahat təqdim olunur.
Sertifikatı (“Məlumatı”) inzibati orqan verir və onun surətini, bu
qaydaları tətbiq edən iştirakçı ölkələrə göndərir. Sertifikat müəssisəyə
məhsulu E uyğunluq nişanı ilə markalamaq hüququnu verir.
472
İnzibati orqan nəzarət funksiyalarını yerinə yetirir, aşkar
edilmiş çatışmamazlıqlar barədə xəbərdarlıq etmək, təkrar yoxlamanı
tələb etmək, sertifikatı ləğv etmək və uyğunluq nişanından istifadə
edilməsinə qadağa qoymaq hüquqlarına malikdir. Yol nəqliyyatı
üçün
avadanlığın sertifikatlaşdırılması sistemində iştirak etmək həm
bu qrup
məhsulların ixracatının inkişafında, həmçinin ölkənin yol
nəqliyyatı vasitələrinin texniki səviyyəsinin və təhlükəsizliyinin yük-
səldilməsində böyük əhəmiyyət kəsb edir.
17.5.
Sınaq laboratoriyalarının akkreditasiyası
üzr
ə beynəlxalq konfrans və beynəlxalq
akkreditasiya sisteml
əri
Keçən əsrin 70-ci illərinin ortalarından başlayaraq, müxtəlif
ö
lkələrdə sınaq laboratoriyalarının akkreditasiyası sistemləri
yaradılmağa başlandı. 1977-ci ildə ilk dəfə olaraq sınaq
laboratoriyalarının akkreditasiyası üzrə beynəlxalq konfrans İLAK
(International Laboratory Accreditation Conference)
çağırılmışdır. O,
təşkilat formasında olmamış və məqsədi prosedurun hüquqi və
texniki
aspektləri üzrə təcrübə mübadiləsi olmuşdur. Mahiyyətcə
İLAK təşkilat deyil, beynəlxalq forumdur.
Konfransın hər il keçirilməsi qərarının qəbul edilməsi üçün
əsas motiv TTBM/BTT-nin ticarətdə texniki maneələr üzrə müqavilə
və sertifikatlaşdırmanın, sınaqların nəticələrinin və akkreditasiya
sistem
lərinin beynəlxalq miqyasda qarşılıqlı tanınmalarının vacibliyi
ol
muşdur. İLAK-ın praktiki fəaliyyəti iki və çox tərəflilik əsasında
sınaqların nəticələrinin və akkreditasiya sistemlərinin qarşılıqlı
tanınmasının hüquqi və inzibati aspektlərinin öyrənilməsindən, sınaq
laboratoriya
larının akkreditasiyasının milli sistemlərinin və
sınaqların nəticələrinin tanınmasının milli qaydalarının beynəlxalq
məlumat kitabının hazırlanmasından, sınaq laboratoriyalarının
akkredita
siyasının milli sistemlərinin yaradılmasının effektivliyinin
ö
yrənilməsin-dən başlanmışdır. İLAK-ın ekspertləri qarşılıqlı
tanınma haqqında müqavilələrin bağlanmasına mane olan hüquqi və
inzibati
fərqləri öyrənərək və son dərəcə dəqiq analitik iş apararaq,
döv
lətlər arasında iki tip müqavilələrin mövcud olduğunu müəyyən
473
etmişlər:
•
laboratoriyaların akkreditasiyası aparılmadan sınaq pro-
tokollarının və sertifikatların qarşılıqlı tanınması üzrə müqavilə;
•
sınaq laboratoriyalarının akkreditasiyasının milli sistemləri
və sertifikatların qarşılıqlı tanınması üzrə müqavilə.
İLAK-ın və BMT-nin AİK-nin sonrakı birgə işi, qarşılıqlı
tanınma üzrə mümkün beynəlxalq müqavilələri daha dəqiq
sinifl
əşdirməyə və onları aşağıdakı dörd qrupa bölməyə imkan
yaratdı:
• milli akkreditasiya
sistemlərinin qarşılıqlı tanınması
(
məsələn: Kanadanın standartlaşdırma üzrə assosiasiyası ilə
Yaponiyanın elektrotexniki sınaq laboratoriyaları arasındakı ikitərəfli
müqavilə);
•
sınaqların nəticələrinin, bir qayda olaraq, hökumətlərarası
səviyyədə tanınması (məsələn: təsdiq olunmuş yüksək təziqli boru
nümunələrinin qarşılıqlı tanınması haqqında AB-nin üzv ölkələri ara-
sında müqavilə);
• qeyri-hö
kumət təşkilatlarının yaratdığı beynəlxalq (regional)
sertifikatlaşdırma sistemlərində iştirak (EMSBS sistemi);
•
qarşılıqlı anlaşma haqqında memorandum. Bir sıra hallarda
memorandum bir
neçə il fəaliyyət göstərir və qarşılıqlı tanınma ilə
bağlı bir sıra məsələlərin həlli üçün şərait yaradır (məsələn:
keyfiyyətə nəzarətin nəticələrinin tanınması, partnyora qarşılıqlı ra-
zılaşdırılmış məsələlər üzrə məlumatın verilməsi və s.).
İLAK-ın əsas fəaliyyət istiqaməti–sınaq laboratoriyalarının
akkreditasiya
sistemlərinin qarşılıqlı tanınması haqqında iki və
çoxtərəfli müqavilələri bağlamaq yolu ilə akkreditasiya olunmuş
laboratoriyaların apardığı sınaqların nəticələrinin tanınmasına kömək
etməkdir.
İLAK laboratoriyaların akkreditasiyası məsələləri və qarşılıqlı
tanınma haqqında müqavilələr üzrə və həmçinin öz fəaliyyəti
haqqında maraqlı tərəflərin informasiya təminatında böyük rol
oynayır. İLAK aşağıdakı materialları nəşr edir:
• milli akkreditasiya
sistemlərinin və sınaq laboratoriyalarının
sorğu kitabçasını;
• akkreditasiya
üzrə ədəbiyyatların biblioqrafik sorğu
474
kitabçasını;
•
akkreditasiyanın müxtəlif problemlərini öyrənən işçi və
xüsusi
qrupların hesabatlarını.
İLAK-ın fəaliyyəti haqqında materiallar ardıcıl olaraq
Beynəlxalq ölçülər və çəkilər təşkilatının (BÖÇT) nəşr etdiyi,
“Metrologiya”
jurnalında çap olunur. Sorğu kitabçası,
sertifikatlaşdırma üzrə mütəxəssislər üçün “Illik” nəşr edir. “Illik”-də
xüsusi informasiyadan
başqa akkreditasiya üzrə orqanların rəsmi
nümayəndələri haqqında məlumatlar verilir ki, onlara da məsləhətlər
üçün müra
ciət etmək olar. İLAK-ın üzvü olan bütün ölkələrin
fəaliyyəti haqqında ətraflı informasiya, dörd hissədən ibarət olan
Sorğu kitabçasında nəşr olunur:
• “
qoyulmuş meyarları təmin edən laboratoriyaların
akkreditasiyası üzrə orqanlar”;
• “
laboratoriyaların bəyənilməsinin digər sistemləri”;
• “
beynəlxalq sistemlər”;
• “
təklif olunan sistemlərin layihələri”.
İLAK qarşılıqlı tanınma haqqında müqavilələrin bağlanması
üzr
ə məsləhətlər və milli akkreditasiya sistemlərinin qarşılıqlı tanın-
ması haqqında tipik beynəlxalq müqaviləyə tələblərə məsləhətlər
işləyir.
Sınaq laboratoriyalarının akkreditasiyası üzrə orqanlar
s
əviyyəsində müqavilələrin bağlanmasında İLAK-ın fəaliyyəti
əhəmiyyətli rol oynayır. İLAK-ın nəşrləri aşağıdakı növ müqavilələri
mü
əyyən edir:
• “
maraqlı tərəfin” xarici laboratoriyanı tanıması;
• üçüncü
tərəfin xarici laboratoriyanı tanıması;
•
sınaqların nəticələrinin qarşılıqlı tanınması haqqında
laboratoriyalar
arasında müqavilə;
• xarici
laboratoriya
tərəfindən
sınaqlar
haqqında
informasiyanın sözsüz tanınması;
• iki ö
lkənin akkreditasiya üzrə orqanları arasında qarşılıqlı
tanınma haqqında müqavilə.
Sınaqların
nəticələrinin
qarşılıqlı
tanınması
üçün
laboratoriyaların akkreditasiya meyarlarının və akkreditasiya
475
prosedurunun
harmonizasiyası lazımdır ki, bu da İLAK-ın daha bir
mühüm
məsələsidir. Bu istiqamətdə İLAK İSO, BEK, BMT AİK,
Qanunverici
metrologiyanın beynəlxalq təşkilatı (QMBT) ilə sıx işçi
əlaqələr saxlayır. İLAK-ın fəaliyyətinin AB-nin EN 45000 Avropa
standartlarının qəbul edilməsinə xeyli təsiri olmuşdur. EN
standartları akkreditasiya olunan sınaq laboratoriyalarına,
akkreditasiya
və sertifikatlaşdırma orqanlarına tələblər qoyur.
İSO/BEK ilə birlikdə, sınaq laboratoriyalarının qiymət-
ləndirilməsinin və akkreditasiyasının müxtəlif aspektlərinə aid,
İSO/BEK-in 25, 38, 54 və 55-ci Rəhbəredici sənədlərinə yenidən
baxılmış və əlavələr edilmişdir.
Aşağıdakı komitələr İLAK-ın işçi orqanları hesab edilir:
konfransların keçirilməsi üzrə; akkreditasiya praktikası üzrə;
laboratoriyaların praktiki işi üzrə; redaksiya komitəsi.
İLAK-ın təşəbbüsü ilə İSO/BEK-in beş rəhbəredici sənədi
işlənmişdir. Bu sənədlər sınaq laboratoriyalarının akkreditasiyası
üçün
razılaşdırılmış beynəlxalq meyarların işlənməsi üçün kompleks
sorğu və metodik materialları əks etdirir.
İLAK beynəlxalq və regional akkreditasiya sistemlərini
yaratmaq üçün
aşağıdakı qaydada hərəkət etməyi məsləhət görür. İlk
nö
vbədə sınaqların nəticələrinin akkreditasiya üzrə orqanlar,
laboratoriyalar, yaxud höku
mətlər səviyyəsində tanınması üçün
ikitərəfli müqavilələrin bağlanması; milli sistemdə xarici laboratori-
ya
nın akkreditasiyası və akkreditasiya sistemlərinin ikitərəflilik və
çoxtərəflilik əsasında qarşılıqlı tanınması. Son mərhələ–beynəlxalq
akkreditasiya sistem
lərinin yaradılmasıdır.
Ən nüfuzlu beynəlxalq akkreditasiya sistemləri aşağıdakılardır:
• EMSBS-in akkreditasiya sistemi–elektron komponen
tlərin
sınaqları ilə məşğul olan laboratoriyaların akkreditasiyasını aparır.
Sınaqdan keçirilən komponentin tətbiq sahəsindən asılı olaraq
elektrik, mexaniki
və digər sınaq növlərini yerinə yetirir;
• sürtkü
yağları, toxumlar və yağlar üzrə assosiasiyaların
federasiyası (FOCFA International)–beynəlxalq ticarətin iştirakçıları
olan
təşkilatların sifarişlərinə görə verilmiş məhsulların analitik təd-
qiqat
larını yerinə yetirən laboratoriyaların attestasiyasını aparır.
Laboratoriyalar
kimyəvi, bioloji və digər sınaqlar aparır;
• toxuma yun (Interwoolls)
məmulatlar üzrə Beynəlxalq
476
təşkilat–yunu, bütün dünya üçün unifikasiyalaşdırılmış meyarlara
uyğunluğa yoxlayan laboratoriyaları akkreditasiya edir;
•
gəminin Lloyd Registri–materialların sınaqlarını və
dağıtmamaqla nəzarət aparan laboratoriyaları attestasiya edir. Sınaq
obyektləri aşağıdakılardır: polad lövhələr, yaymalar, tirlər, örtüklər,
boru
kəmərləri, borucuqlar, dəmir tökmələr, alüminium və mis
xəlitələrindən hazırlanmış məmulatlar, lövbər zəncirləri, məftilli
kanatlar
və s. Yoxlamanın əsas növü radioqrafiya metodu ilə aparılan
da
ğıdılmayan nəzarətdir.
Avropada akkreditasiya üzr
ə iki regional təşkilat fəaliyyət
göst
ərir:
•
məhsulların, keyfiyyət sistemlərinin və heyətin serti-
fikatlaşdırılması üzrə orqanların akkreditasiyası üzrə Avropa
əməkdaşlığı (MAAƏ) (EAS);
•
sınaq və kalibrləyici laboratoriyaların və həmçinin heyətin
təlimatlandırılması üzrə orqanların və nəzarətedici təşkilatların
akkreditasiyası üzrə Avropa əməkdaşlığı (LAAƏ). Bu təşkilatların
ümumi
məqsədi–akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları
tərəfindən verilən sertifikatlara bazarın etibar etməsinə kömək
etməkdir. LAAƏ və MAAƏ-in fəaliyyəti EN 45000 Avropa stan-
dartlarının qaydalarına və prosedurlarına əsaslanır. Bu da sınaqların
nəticələrinin və sertifikatlaşdırmanın qarşılıqlı tanınması üçün şə-
raitin
yaradılmasına kömək edir.
477
XVIII
FƏSİL. REGİONAL SERTİFİKATLAŞDIRMA
18.1. Avropa
Birliyində (AB) sertifikatlaşdırma
Uyğunluğun qiymətləndirilməsi üzrə AB-nin siyasəti, 1988-ci
ildə Brüsseldə sertifikatlaşdırma və sınaq məsələləri üzrə Qərbi
Avropa ö
lkələrinin simpoziumu olmuşdur. Burada AB üçün sertifi-
kat
laşdırma və sınaqların vahid prinsiplərinin yaradılması üçün
məsləhətlər işlənmişdir. Simpoziumun materiallarına əsasən, Avropa
Cəmiyyətləri Komissiyası (ACK) texniki şərtlərə, sınaqlara və
sertifikatlaşdırmaya kompleks yaxınlaşma üçün qətnamə
hazırlamışdır. Bu sənəd AB-nin sertifikatlaşdırma və məhsulun
sınaqlarına aid məsələlərə yaxınlaşmanın inkişafında yeni, daha
yüksək səviyyənin başlandığını təsdiq edir:
• AB ö
lkələrinin müəssisələrinə keyfiyyətin idarə
olunması sistemini EN 29001, EN 27002 və EN 29003
standartları əsasında tətbiq etmək təklif olunur;
•
Cəmiyyət üçün sınaq laboratoriyalarının, akkreditasiya və
sertifikatlaşdırma orqanlarının səriştəliliyinin və sərbəstliliyinin
qiymətləndirilməsinin vahid meyarlarını təsdiq edir.
AB
ö
lkələrində məmulatların təhlükəsizliyinin təsdiqi
prosedurlarında gözəçarpan fərqlər mövcud idi. Bu həm ərizə-
deklarasiya,
həmçinin üçüncü tərəfin sertifikatlaşdırılması ola bilərdi.
Lakin 1985-ci
ildə texniki harmonikləşdirmə haqqında AB-nin
Direktivi
qəbul edilmişdir. Direktivdə əsas tələblərin və standartların
mövqeyi dürüst
müəyyən edilmişdir. Əsas tələblər standartların
tələblərindən
fərqli
olaraq
məcburidir.
Əgər
standart
harmonikləşdirilibsə, onda bu standarta görə hazırlanmış məhsul,
əsas tələblərə uyğun hesab edilir. Bu halda nəzarət prosesi istehsalçı
üçün
asanlaşır. Əgər məhsul harmonikləşdirilməmiş standarta görə
deyil,
əsas tələblərə uyğun hazırlanıbsa, onda uyğunluğa üçüncü
tərəfin təsdiqi vacib hesab edilir.
Kompleks
yaxınlaşma, səriştəlilik, yüksək texniki təchizat və
şəffaflıq şəraitində, sertifikatlaşdırmanın nəticələrinin qarşılıqlı
tanınmasına keçidi yaxınlaşdırır. Şəffaflığı təmin etmək üçün bütün
maraqlı tərəflərin standartların tələbləri, sınaq metodları,
478
məmulatların təhlükəsizlik tələbləri haqqında informasiya almaq
üçün mühitin
yaradılması məsləhət görülür. AB Komissiyanın yarat-
dığı “Sertifikat” verilənlər bankı Avropada mövcud olan bütün
sertifikatlaşdırma sistemləri, sınaq metodikaları, laboratoriyalar və
sınaq mərkəzləri və s. haqqında informasiyanı saxlayır.
• AB-
yə üzv ölkələrdə sınaq laboratoriyalarının akkre-
ditasiyasına diqqət artır. Milli akkreditasiya sistemlərinin EN 45000
Avropa
standartları bazasında inkişaf tendensiyası və bu sahədə
əməkdaşlıq həvəsləndirilir.
• Kompleks
yanaşma sertifikatlaşdırmanın və sınaqların yeni
qanunverici prosedurunu
nəzərdə tutur. Belə yanaşma konkret növ
məhsul üçün bir məcburi sertifikatlaşdırma üzrə metodikadan
istifadəyə yol vermir. Təhlükəsizliyin tələb olunan parametrləri,
onların təsdiqi üçün bir neçə metod və bu metodların tətbiq olunma
şəraitləri təyin olunmalıdır. Asılı olmayan mərkəzlərin fəaliyyətinə
dö
vlət orqanlarının birbaşa müdaxiləsinə, müstəsna hallardan başqa,
məhdudiyyət qoyulur.
•
Məhsulun işlənmə (layihələndirmə, sınaq nümunəsi,
istehsal) prosesinin,
nəzarət növünün (sənədlərin yoxlanılması,
təcrübə nümunəsinin sınağı, keyfiyyət sisteminin yoxlanılması və s.),
nəzarətedici orqanın (istehsalçı, asılı olmayan təşkilat, üçüncü tərəf)
uyğunluğu qiymətləndirilir.
1989-cu
ildə AB-də uyğunluğun qiymətləndirilməsi üzrə
qaydaların harmonikləşdirilməsinin Qlobal konsepsiyası qəbul
olunmuşdur.
Direktivlərə uyğun olaraq, uyğunluq istehsalçı tərəfindən
qiymətləndirilə bilər. İstehsalçı o məhsulun direktivlərin
tələblərinə uyğunluğunu ərizə-deklarasiya vasitəsilə təsdiq edir və
məhsulu nişanla markalayır (şək.18.1.)
“Yeni”
direktivlər məhsulun həyat tsiklinin müəyyən mərhələsi
üçün (
layihələndirmə, istehsal, realizasiya, istifadə) konkretləşdiril-
miş, təhlükəsizliyə harmonikləşdirilmiş tələbləri təcəssüm edir. Di-
rek
tivləri uzun müddət dəyişdirməmək üçün onlara ümumi tələblər
daxil edilir. Daha
ətraflı və fərdi tələblər
479
Şəkil 18.1. AB-nin direktivinə uyğunluq nişanı
standartlarda verilir.
“Yeni” direktivl
ər “köhnələrdən” strukturalarına görə də
f
ərqlənirlər. Onlarda həm hüquqi, həm də texniki hissələr olmaqla,
uyğunluğun qiymətləndirilməsi sisteminin prinsipləri və standartlara
istinadlar verilir.
Beləliklə, “yeni” direktivdə adı çəkilən məcburi
xarakter
daşımayan Avropa standartı, onun tələblərinə uyğun olan
məhsulun, heç bir maneə və məhdudiyyət olmadan, bazara daxil
olmasını təmin edir.
“
Yenilərdən” fərqli olaraq “köhnə” direktivlər sahə
xarakterlidir,
yəni onların tələbləri unifikasiya olunmalıdır. Köhnə
direktivlərdə standartlara istinadlar edilmir. Bu da onların praktikada
tətbiqini çətinləşdirir.
Yeni Konsepsiya
üzrə AB Direktivləri, istehsalçıların istifadə
edə biləcəyi, uyğunluqların (modulların) təsdiq edilməsi üsullarını
təyin edir. Konkret modulun seçilməsi hüququ təchizatçıya
(
istehsalçıya) verilmişdir. Məhsulun müxtəlif həyat mərhələləri üçün
müxtəlif modullar nəzərdə tutulmuşdur.
Avropa
modullarının məzmununa baxaq.
Dostları ilə paylaş: |