Dərslik kimi təsdiq edilmişdir. Baki 2012 2 uot 006



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə43/45
tarix05.05.2020
ölçüsü6,92 Mb.
#31078
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45
Azf-295386


Layihələndirmə 

mərhələsində 

“Tipik 


nümunənin 

yoxlanılması”  modulu  B  təklif  olunur.  Sifarişçi  səlahiyyətli  orqana 

aşağıdakı  sənədləri  təqdim  edir:  məmulatın  (tipin)  nümunəsini, 

nümunəni şərh edən sənədləri, layihənin konsepsiyasını, çertyojları, 

komponentlərin  sxemlərini,  tam,  yaxud  qismən  tətbiq  olunan  stan-

dartla


rın  siyahısını;  hesabatların  və  ekspertizaların  nəticələrini, 

sınaqların protokollarını. 

Sınaqların  nəticələri  müsbət  olduqda  səlahiyyətli  orqan 

sifarişçiyə  “AB”  tipini  təsdiq  edən  sertifikat  verir.  Sertifikat 

ekspertizanın  nəticələrini,  onun  qanuniliyini,  təsdiq  olunmuş 

nümunənin eyniləşdirilməsi üçün verilənləri və digər məlumatları əks 

 


480 

 

etdirməlidir.  Sertifikatlaşdırma  üzrə  digər  orqanlar  təcili  olaraq 



verilmiş  tipi  təsdiq  edən  sertifikatın  verilməsi  haqqında 

məlumatlandırılır.  Əgər  sınaqların  nəticələri  mənfi  olarsa,  yaxud 

əvvəllər verilmiş “AB” sertifikatı ləğv olunarsa, onda sınaq orqanı bu 

barədə  digər  səlahiyyətli  orqanları  və  ona  bu  səlahiyyətləri  vermiş 

vlətləri məlumatlandırmağa borcludur. Edilmiş dəyişikliklər təhlü-



kəsizlik tələblərinə uyğunsuzluğa gətirə bildiyi halda, təsdiq olunmuş 

nümunənin modifikasiyaları sınaqlardan keçməlidir. 



İstehsal mərhələsi üçün dörd modul təklif olunur. 

Modul  S  “

Məhsulun  uyğunluğu  haqqında  istehsalçının 

deklarasiyası (variant 1)”. Istehsalçı bildirir ki, onların təqdim etdiyi 

məhsullar “AB” sertifikatı almış nümunəyə tam uyğundur. Istehsalçı 

məmulatı 

  uy


ğunluq  nişanı  ilə  bağlamada,  onu  müşayiət  edən 

sənədlərdə, yaxud məmulatın özündə həkk etməklə markalaya bilər. 

Istehsalçı  istehsalın  bütün  mərhələlərində  keyfiyyətin  sabitliyini 

təmin  edən  lazımi  tədbirlərin  görülməsinə  və  bütün  məmulatların 

sertifikatlaşdırılmış tipə tam uyğunluğuna görə məsuliyyət daşıyır. 

Modul  0  “

Məhsulun  uyğunluğu  haqqında  istehsalçının 

deklarasiyası  (variant  2)”.  İstehsalçı  üçün  Modul  S-də  nəzərdə 

tutulmuş  bütün  öhdəliklərə  uyğun  olaraq  bu  modulda  keyfiyyətin 

təmin edilməsi sisteminin istehsalatda təşkil edilməsi və ona AB-nin 

nəzarət  xidməti  tərəfindən  nəzarətin  vacibliyi  nəzərdə  tutulmuşdur. 

Sertifikat

laşdırma  üzrə  səlahiyyətli  orqan  keyfiyyət  sistemini  29000 

seriyalı  (İSO  9000)  Avropa  standartına  uyğunluğu  qiymətləndirir. 

Keyfiyyət  sisteminə  nəzarət  istehsalçının  sertifikatlaşdırma 

(

qiymətləndirmə) ilə bağlı öhdəlikləri yerinə yetirdiyinə arxayın olmaq 



üçün 

aparılır. 



Modul  E  “

Məhsulun  uyğunluğu  haqqında  istehsalçının 

deklarasiyası  (variant  3)”  keyfiyyətin  sabit  səviyyəsini  istehsalın 

bütün 


mərhələlərində  təmin  etməyə  və  bütün  məmulatların  “ES” 

sertifikatında  göstərilmiş  tipə  və  həmçinin  bu  məmulatların 

direktivlərin  tələblərinə  uyğunluğuna  nail  olmağa  borcludur. 

Istehsalçı səlahiyyətli orqanı seçir və o da bütün məmulatların key-

fiy

yətinin  aşağıdakı  prosedurlardan  biri  ilə  uyğunluğunu  yoxlayır. 



Yoxlamalar 

seçilmiş məmulatlar üçün aparılır. 



Birinci prosedur

məhsul statistik nəzarətə uğradılır: istehsalçı 



481 

 

məmulatlar  partiyasını  təqdim  edir  və  hər  partiyadan  bir  nümunə 



seçilmiş meyarlara uyğunluğa  yoxlanılır. Əgər məmulatlar partiyası 

qeyri kondision, 

yəni şərtlərə uyğun olmayan kimi qəbul edilmişdir-

sə, nəzarətedici orqan məhsulun təchizatının qarşısını alan tədbirlər 

görür. 

İkinci  prosedur–yerlərdə  məhsulun  dövri  yoxlamalarıdır. 

Nümunə, tələblərinə uyğun hazırlandığı standartda nəzərdə tutulmuş, 

ekspertizaya 

və  sınaqlara  uğradılır.  Qüsurlar  üzə  çıxdıqda 

nəzarətedici orqan lazımi tədbirlər görür. 

Modul F. “

Səlahiyyətli orqan tərəfindən yoxlama  (variant 1)”. 

Səlahiyyətli  orqan  yoxlamaların  nəticələrinə  görə  məmulatın  “ES” 

tipli sertifikata 

və həmçinin Direktivlərin müvafiq tələblərinə uyğun-

lu

ğunu  (yaxud  uyğunsuzluğunu)  təsdiq  edir.  Hər  məmulat 



 

uyğunluq  nişanı  ilə  markalanır,  istehsalçıya  isə  uyğunluq  sertifikatı 

verilir. 

 

nişanı onu verən orqanın rəmzi ilə müşayiət olunur. 



Layihələndirmənin  və  istehsalın  birləşdirilmiş  mərhələləri. 

Bu 


mərhələlərdə üç modul məsləhət görülür. 

Modul  A. 

Uyğunluq  haqqında  istehsalçının  deklarasiyası. 

Istehsalçı  yazılı  surətdə  rəsmi  olaraq  bildirir  ki,  onların  hazırladığı 

məmulat Direktivin tələblərini ödəyir və 

 

nişanı ilə markalanır.  



Modul G. “AB”-

də uyğunluğun yoxlanması (variant2). Ayrıca 

türülmüş məmulatın, yaxud kiçik seriyalı məhsulların yoxlanması 



üçün 

istifadə olunur. Səlahiyyətli orqan yoxlamanın nəticələrinə görə 

məmulatın  uyğunluğunu  təsdiq  edir  və 

 

nişanı  ilə  markalamaq 



hüququ 

ilə  uyğunluq  sertifikatını  verir.  Hər  bir  məmulat  standarta 

uyğun ekspertizaya və sınaqlara uğradılır. Səlahiyyətli orqana layihə 

üzrə bütün lazımi sənədlər təqdim olunur. 



Modul  N.  “

Layihənin  və  məhsulun  uyğunluğu  haqqında 

istehsalçının  deklarasiyası”.  Istehsalçı  müəyyən  tipin  layihəsinin 

Direktivin 

tələblərinə  uyğunluğunu  və  məhsulun  verilmiş  tipə 

uyğunluğunu  rəsmi  olaraq  bildirir.  Bundan  başqa  istehsalçı,  AB 

xidmətləri  tərəfindən  nəzarətə  götürülməli  və  keyfiyyətin  təmin 

edilməsi sistemi mütləq tətbiq edilməlidir. 

Bütün 

modulların  bir-birini  tamamlamasına  baxmayaraq, 



onlardan 

ayrı-ayrılıqda istifadə etmək olar. Modullu yaxınlaşma AB 



482 

 

çərçivəsində uyğunluğun təsdiq edilməsi sisteminin çevikliyini təmin 



edir. 

Belə  yaxınlaşmadan milli sistemlərdə də istifadə  etmək müm-

kündür. 

Direktivlər  müəyyən  növ  məhsullar  üçün  uyğunluğun 

qiymətləndirilməsinin  alternativ  üsullarından  istifadə  edilməsini 

mümkün 


sayır. Məsələn: 93/42/AB direktivi dərman vasitələri üçün 

keyfiyyətin təmin edilməsi üsullarını və alternativ nəzarət növlərini 

müəyyən edir. 

    



nişanı standarta uyğunluq haqqında şəhadət vermir, 

lakin  ES 

Direktivinə  uyğunluğunu  təsdiq  edir.  Beləliklə, 

 

nişanlı məhsul “əsas tələblərə” (təhlükəsizlik, ekoloji) cavab verir və 



AB-

yə  üzv  ölkələrin  bazarlarında  sərbəst  dövr  edə  bilir. “Köhnə” 

direktivlərdən fərqli olaraq “yeni” direktivlərdə Avropa standartlarına 

(Avronormalara)  istinadlar 

vardır.  Ona  görə  də 

  ni


şanlı  məhsul 

faktiki  olaraq 

tamamilə  standarta  uyğun  olur  və  bu  uyğunluğun  hər 

hansı bir sübuta ehtiyacı olmur. 

Avropalı  istehsalçıya  ixtiyari  normativ  sənədə  uyğun  məhsul 

buraxmaq 

hüququ 

verilmişdir. 



Lakin 

o, 


məhsulun 

xarakteristikalarının  AB  tərəfindən  qoyulan  tələblərə  tam  uyğun 

olduğunu sübut etməlidir. Əgər istehsalçının buraxdığı məhsulun pa-

rametrləri 

direktivdə 

stərilmiş 



standartın 

tələblərindən 

yüksəkdirsə,  onda  o,  bunu  məhsulu  könüllü  qaydada  sınaqdan 

keçirməklə sübut etməlidir. Bu zaman keyfiyyətin yüksək olduğunu 

təsdiq  edən  nişandan  istifadə  mümkündür.  Məsələn:  belə  hal  üçün 

Finlandiyada Fi 

nişanı mövcuddur. 

Konkret  olaraq  AB 

Direktivində  məhsulun  təchizatçısının, 

yaxud 


istehsalçısının  istəyi  ilə  bir  neçə  (iki-üç)  modulun  tətbiq 

edilməsinin mümkünlüyü müəyyən olunmuşdur. 

Modulların 

izahından 

görünür 

ki, 


uyğunluğun 

qiymətləndirilməsi  prosedurları  qarışıq  xarakter  daşıyır.  Onlarda 

istehsalçının və sertifikatlaşdırma üzrə səlahiyyətli orqanın fəaliyyəti 

nəzərdə  tutulur.  Buna  uyğun  olaraq  istehsalçının  ərizə-

deklarasiyasında  və  sertifikatlaşdırmanın  atributları  kimi 

sertifikatdan 

və  uyğunluq  nişanından  istifadə  edilir.  Səlahiyyətli 

orqan üçüncü 

tərəf olduqda, modullar sertifikatlaşdırma proseduruna 

yaxın  olur.  Istehsalçının  və  səlahiyyətli  orqanın  fəaliyyətinin 



483 

 

uzlaşdırılması  modullara  nəinki  qiymətləndirmə,  həmçinin  uyğun-



luğu təmin edən üsul kimi baxmağa imkan verir. 

 

uyğunluq  nişanı,  məhsulun  ona  aid  olan  yeni  qaydalı 



direktivlərin bütün tələblərinə uyğun olduğunu təsdiq edən vahid və 

yeganə  nişandır.  Direktivlər,  yaxud  standartlar  haqqında  məlumat 

sınaq protokollarında və uyğunluq sertifikatlarında verilməlidir. 

Sertifikatlaşdırılmamış  məhsuldan  təyinatına  görə  istifadə 

edildikdə, istifadə  edəndən müəyyən ehtiyat tədbirlərinin görülməsi 

tələb olunur. Direktiv belə vəziyyət üçün xüsusi xəbərdarlıq nişanı–

Istehlakçı, ehtiyatlı ol” nişanını nəzərdə tutmuşdur.  



AB ö

lkələri üçün vahid uyğunluq qiymətləndirilməsi sistemini 

tətbiq edərkən, milli sertifikatlaşdırma sistemlərinin bu sistemdə yeri, 

rolu 


və  prosedurların  qarşılıqlı  tanınması  ilə  bağlı  bir  sıra,  heç  də 

sadə olmayan problemləri meydana çıxmışdır. Bu problemlərin həlli 

yollarından  biri  xüsusi  orqanın-Sınaqlar  və  sertifikatlaşdırma  üzrə 

Avropa 


təşkilatının (SSAT-EOIS) yaradılması olmuşdur. 

Sınaqlar və sertifikatlaşdırma üzrə Avropa təşkilatı. 1990-

cı  ildə  qarşılıqlı  anlaşma  haqqında  Memoranduma  əsasən  AB 

Komissiyası,  azad  ticarət  üzrə  Avropa  assosiasiyasının  (ATAA–

EAST)  Katibliyi 

və Standartlaşdırma üzrə Avropa Komitəsi (SAK–

SEN),  Elektrotexnikada 

standartlaşdırma  üzrə  Avropa  Komitəsi 

(ESAK–SEHELEK)) 

tərəfindən  sınaqlar  və  sertifikatlaşdırma  üzrə 

Avropa 


təşkilatı (SSAT–EONS) təsis edilmişdir. 1993-cü ildə SSAT 

asılı  olmayan  qeyri-ticarət  Beynəlxalq  assosiasiyası  statusunu 

almışdır. 

SSAT-a, 


fəaliyyətləri  sertifikatlaşdırma  və  sınaqlarla  bağlı  olan 

uyğunluğun qiymətləndirilməsi üzrə 18 Avropa ölkəsinin və 8 Avropa 

təşkilatının milli komitələri daxildir. Bunlar informasiya texnikası üzrə 

Avropa 


komitəsi (ITAK–ESITC), keyfiyyət sisteminin attestasiyası və 

sertifikatlaşdırılması üzrə Avropa komitəsi (KSASAK–EQS), laborato-

ri

yaların  akkreditasiyası  üzrə  Qərbi  Avropa  təşkilatı  (LAQAT–



WELAC), 

AB 


istehsalçılarının  Məsləhətçi  Şurası,  ATAA 

istehlakçılarının  Məsləhətçi  Şurası,  laboratoriyaların  attestasiyası  üzrə 

Avropa 

təşkilatı  (LAAT–EUROLAB),  kalibrləyici  laboratoriyaların 



akkredita

siyasının  qarşılıqlı  tanınması  üzrə  Qərbi  Avropa  təşkilatıdır 

(KLAQTQAT–WECC). 


484 

 

SSAT-



ın  əsas  vəzfəsi  məhsulların  və  xidmətlərin  sərbəst 

yerdəyişməsini,  təmiz  rəqabəti  təmin  etmək  üçün  uyğunluğun 

qiymətləndirilməsi  ilə  məşğul  olan  üzv  ölkələrdə  və  Avropa 

təşkilatları  arasında  qarşılıqlı  anlaşmanın  və  qarşılıqlı  inamın 

bərqərar  edilməsidir.  SSAT-ın  məqsədi  elə  bir  mühitin 

yaradılmasıdır  ki,  burada  maraqlı  tərəflər  üçün  sınaqlardan,  yaxud 

sertifikatlaşdırmadan  keçmiş  məhsulların,  xidmətlərin  və  texnoloji 

proseslərin təkrar yoxlamalardan keçirilməsinə ehtiyac qalmasın. 

SSAT 

həm həqiqi, həm də assosiasiya olunmuş üzvlük nəzərdə 



tutur. 

Təşkilatın həqiqi üzvləri səsvermə hüququna malikdir. Həqiqi 

üzvlər milli və milli Avropa üzvlərinə bölünürlər. Milli üzv–AB-nin 

və  ATAA-nın  üzv  ölkələrinin  bütün  maraqlı  təşkilatlarını  təmsil 

etməyə  hüququ  olan  orqandır.  Avropa  üzvü–AB-nın  və  ATAA-nın 

beşdən  az  olmayaraq  üzv  ölkəsini  birləşdirən  və  həmçinin 

sahələrarası  maraqları  əks  etdirən  ixtiyari  qrupdur.  Gəlirsiz  işləyən 

ixtiyari  Avropa 

təşkilatı,  səsvermə  hüququ  olmadan,  SSAT-ın 

assosiasiya 

olunmuş üzvü ola bilər. 

SSAT  xarici 

əlaqələri  (AB-nin  üzvü  olmayan  ölkələrlə 

sınaqların  və  sertifikatlaşdırmanın  nəticələrinin  qarşılıqlı  tanınması 

haqqında  müqavilələrin  bağlanması)  yerinə  yetirir  və  sahə 

komitələrinin  qüvvələri  ilə  AB-nin  daxilində  EN  45000  seriyalı 

Avropa  standart

ları  əsasında, uyğun  müqavilələrin  bağlanmasına  kö-

mək  edir.  Məhsulu  xarici  ölkələrə  göndərənlər  (ixrac  edənlər) 

bilməlidirlər ki, Qərbi Avropa ölkələrinin bazarlarında 45000 seriyalı 

Avropa 

normalarının tələblərinə uyğun mərkəzlər tərəfindən verilmiş 



sertifikatlar ta

nınır. 


EN  45000 

seriyalı  yeddi  Avropa  standartı  sınaqlara, 

sertifikatlaşdırmaya  və  sınaq  mərkəzlərinin  akkreditasiyasına 

aiddirlər.  Onlarda  sınaq  laboratoriyalarının  fəaliyyətinin 

qiymətləndirilməsi  (EN  45000  və  EN  45002),  sınaq  laborato-

riyalarının akkreditasiyası üzrə orqanların qiymətləndirilməsi (EN 

45003) meyarla

rı saxlanılır. EN 45011, EN 45012, EN 45013, EN 

45014 

standartları  sertifikatlaşdırma  orqanlarının,  keyfiyyət 



sisteminin 

və heyətin sertifikatlaşdırılması üzrə orqanların işlərinə 

tələbləri əks etdirir. Bu standartda məhsulun standartın tələblərinə 

uy

ğunluğu haqqında təchizatçının deklarasiya forması da verilir. Bu 



485 

 

standartların  rəsmi  olaraq  milli  standartlar  kimi  qəbul  olunması, 



müxtəlif sertifikatlaşdırma və sınaq mərkəzlərinin sertifikatlaşdırma 

və  sınaqlarının  nəticələrinə  yüksək  inam  səviyyəsinin  yaranmasını 

mümkün  edir.  AB  ö

lkələrində  hökumət  səviyyəsində  ancaq  o  mər-

kəzlər  tanınır  ki,  onlar  öz  fəaliyyətlərini  45000  seriyalı  Avropa 

normalarına tam uyğun təşkil edir. 

SSAT strukturunda 

aşağıdakı qurumlar fəaliyyət göstərir: şura, 

xüsusiləşdirilmiş komitələr, sahə komitələri, müqavilələri idarə etmə 

qrupları, kömək üçün inzibati infrastruktur. 



Şura,  uyğunluğun  qiymətləndirilməsi  üzrə  fəaliyyəti 

əlaqələndirir,  qiymətləndirmə  prinsiplərinə  və  prosedurlarına 

yanaşmada  aşkarlığı  təmin  edir,  təşkilatın  fəaliyyəti  haqqında 

informasiyanı  nəşr  edir,  sınaqların  nəticələrinin  qarşılıqlı 

tanınmasında,  perspektivliliyin  təyin  edilməsində  AB  Komitəsinə 

mək edir və prosedurların düzgünlüyünə nəzarət edir. Şura aşağıda 



adı  çəkilən  14  üzvdən  ibarətdir:  bir  üzv  təşkilatda  olan  dövlətlərin 

ümumi 


maraqlarını  təmsil  edir;  üç  üzv–istehlakçı  təşkilatlardan, 

həmkarlardan və Avropa Sənayesi Təşkilatından; bir üzv–hər xüsusi 

və  sahə  komitələrindən,  AB  Komissiyasından  və  standartlaşdırma 

üzrə hər Avropa Təşkilatından. 



Xüsusiləşdirilmiş  komitələr  qaydaları  və  prosedurları 

işləyir, onların yerinə yetirilməsinə nəzarət edir, öz ekspertlərinin 

qüvvələri  ilə  texniki  ekspertizaları  təşkil  edir,  sertifikatlaşdırma, 

sınaqlar, yaxud nəzarət üzrə qarşılıqlı tanınma haqqında müqavilə-

lərin  bağlanmasına  kömək  edir,  məhsulun  keyfiyyətinin  idarə 

olunması  sahəsində  EN  29000  və  sınaqlar  sahəsində  EN  45000 

əsas Avropa standartlarının şərhi (interpretasiyası) və tətbiqi üzrə 

məsləhətlər verir və texniki kömək göstərir. 



Sahə  komitələri,  istehsalçılar,  istehlakçılar  və  digərləri  də 

daxil 


olmaqla 

üzv 


ö

lkələrdən  və  maraqlı  tərəflərin 

nümayəndələrindən  təşkil  olunurlar.  Onların  fəaliyyəti  istehsalın 

müəyyən  sahəsinin  xüsusiyyətlərinə  və  tələbatlarına  uyğun 

konkretləşdirilir.  Ümumiyyətlə,  sahə  komitələri  maraqlı  tərəfləri 

lazımi informasiya ilə təmin etməlidir; qarşılıqlı tanınma haqqında, o 

cüm

lədən  beynəlxalq  səviyyədə  müqavilələrin  bağlanması  üzrə 



sahələrdə  görülən  işləri  uzlaşdırmalıdırlar;  AB-nin  hüdudlarından 

486 

 

kənarda digər regionların və ölkələrin analoji təşkilatları ilə əlaqələr 



saxlamalıdırlar. 

Müqavilələri idarəetmə qrupları qarşılıqlı tanınma haqqında 

müqavilələrin  bağlanması  üçün  qaydalar  işləyir  və  onların  yerinə 

yetirilməsinə  nəzarət  edir,  milli  sertifikatlaşdırma  sistemlərinin 

fəaliyyətini  müşahidə  edir,  şura,  sahə  və  xüsusiləşdirilmiş 

komitələrlə  daimi  əlaqə  saxlayır,  onları  öz  işi  və  yaranmış 

ehtiyaclarla (

tələbatlarla) tanış edir. 



mək  üçün  inzibati  infrastruktura  standartlaşdırma  üzrə 

Avropa 


Komitəsinin 

(SAK–SEN) 

və 

elektrotexnikada 



standartlaşdırma  üzrə  Avropa  Komitəsinin  (ESAK–SENќLEK) 

imkanları ilə təmin olunur. Infrastrukturda əsas yeri informasiya ilə 

təmin  etmək  tutur.  Standartlaşdırma  üzrə  vahid  informasiya  sis-

temindən (SVIS–ISIS) AB-nin üzv ölkələrinin standartlaşdır-ma üzrə 

bütün 

təşkilatları istifadə edir. 



Sertifikatlaşdırma,  sınaqlar  və  sınaq  laboratoriyaları  haqqında 

informasiyanı “Promoloq-Sertifikat” sistemi təqdim edir. Bu sistemə 

müəyyən  normativ  sənədlərə  uyğunluğa  sertifikatlaşdırılmış 

məhsullar,  bu  sənədlərin  özləri,  müəyyən  növ  məmulatlar  üçün 

sertifikatlaşdırma 

sisteminin 

xüsusiy

yətləri, 



konkret 

sertifikatlaşdırma  sisteminin  qaydaları  və  prosedurları,  uyğunluq 

nişanları, konkret məmulatın analoqları, onu hazırlayanlara, təhlükə-

sizlik 


xarakteristikalarına,  keyfiyyətə  və  s.  aid  ətraflı  və  geniş 

məlumatlar  daxil  edilmişdir.  Nəzərdə  tutulur  ki,  bu  informasiya 

sisteminə, gələcəkdə, SVIS-in bir hissəsi kimi baxılacaqdır: 

Sertifikatlaşdırma  sahəsində  AB-nin  siyasəti  keyfiyyət  üzrə 

siyasətlə uzlaşdırılır ki, onun da əsas müddəaları aşağıdakılardır. 

İnsanların sağlamlığını qorumaq, onların təhlükəsizliyini təmin 

etmək,  ətraf  mühiti  qorumaq  vacib  olduğundan  məhsulun  əsas 

tələblərə  uyğunluğu  məcburi  olmalıdır.  Məcburi  uyğunluğa, 

effektivliyin 

yüksəldilməsinə, 

rəqabətə 

davamlılığa 

və 

mükəmməlliyə nail olmağa yönəlmiş, idarəetmə metodlarını tətbiq 



etmək  qeyri-məqbuldur.  AB-nin  keyfiyyət  sahəsində  siyasəti  “üfiqi 

yaxınlaşma”  prinsipi  bazasında  qurulur.  Onun  əsas  mahiyyəti 

rəqabətə davamlılığı aşağı olan sahələri irəli “çəkmək” və üstünlük 

əldə  etməklə  orada  mövqeləri  möhkəmləndirməkdir.  Bu,  sənayenin 


487 

 

hər  hansı  bir  sahəsində  bütün  qüvvələrin  cəmləşdirilməsi  ilə  bağlı 



olmamalıdır.  Bu  konsepsiyanın  əsas  məqsədi  Avropa  İttifaqı 

vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsidir. 

Keyfiyyətin  idarə  olunmasına  belə  yanaşma  strateji  idarə 

olunmaya  yeni  metodla 

yaxınlaşmanı  tələb  edir.  Bu  da  keyfiyyətin 

ümumi 


idarə  olunması  TQM  (total  dualite  manegment) 

konsepsiyasına  daha  çox  uyğundur.  Xarici  ölkələrdə  TQM-ə 

keyfiyyətin idarə olunmasının daha yüksək pilləsi kimi baxılır. 

AB 


keyfiyyət sahəsində siyasətin aşağıdakı əsas məqsədlərini 

təyin edir: 

•  Avropa 

firmalarının  daxili  və  xarici  bazarlarda  rəqabətə 

davamlılığının yüksəldilməsi; 

•  vahid 

bazarın  texniki  əsasını  təmin  edən  infrastrukturun 

inkişaf etdirilməsi; 

• 

təchizatçıların  və  istehlakçıların  partnyorluğunun  möh-



kəmləndirilməsi; 

• 

əməyin keyfiyyətinin və effektivliyinin yüksəldilməsi; 



• 

Avropanın sənaye potensialının artırılması. 

stərilən  məqsədlər  uyğunluğun  qiymətləndirilməsi  siyasəti 



ilə uzlaşır. Sertifikatlaşdırma praktikası isə öz növbəsində, keyfiyyət 

və  rəqabətə  davamlılıq  sahəsində,        AB-nin  siyasətinin  ümumi 

məqsədlərinə nail olmasına kömək edir. 

AB-


də  sertifikatlaşdırma  məhsulun  keyfiyyətinin  idarə 

olunması sferasına dərin nüfuz etmişdir. Faktiki olaraq, bütün Qərbi 

Avropa  ö

lkələri  keyfiyyət  sistemlərini  İSO  9000  standartlarının 

uyğunluğuna sertifikatlaşdırmışdır və daha yüksək pilləyə–TQM-dən 

istifadəyə  keçirmişdir.  Bu  da  öz  növbəsində  keyfiyyətin  idarə 

olunmasının strategiyası kimi qəbul edilmişdir. 

 

18.2. MDB-



də sertifikatlaşdırma 

 

MDB 



məkanında  sertifikatlaşdırma  üzrə  fəaliyyətin 

istiqamətini  təyin  edən  əsas  sənəd  1992-ci  ildə  imzalanmış 

Standartlaşdırma,  metrologiya  və  sertifikatlaşdırma  sahəsində 

razılaşdırılmış  siyasətin  aparılması  haqqında”  Müqavilədir. 

Müqavilənin  sertifikatlaşdırmaya  aid  müddəaları  əsasında  birliyin 


488 

 

ö



lkələri 

sertifikatlaşdırma 

sisteminin 

forma


laşdırılmasında, 

realizəsində  və  bu  sahədə  işlərin  təşkilində  tam  sərbəstliyə 

malikdirlər.  Onlar  İSO/BEK-in  Rəhbəredici  sənədləri  və  bu  sahədə 

yığılmış təcrübəni nəzərə almaqla milli sertifikatlaşdırma sistemlərini 

formalaşdırır. 

Rusiyanın  ГОСТ  R  Sistemi  daha  çox  beynəlxalq  qaydalarla 

uzlaşdırıldığından  MDB  ölkələri  sertifikatlaşdırma  üzrə  metodik 

sənədləri tərtib edərkən Rusiyanın qaydalarını əsas götürmüşdür. 

Müqaviləni  imzalayan  dövlətlər  sertifikatlaşdırma  üzrə 

orqanların,  sınaq  laboratoriyalarının  sınaqlarının  və  sertifikatlaşdır-

manın nəticələrinin, qarşılıqlı təchiz olunan məhsula sertifikatların və 

uyğunluq  nişanlarının  qarşılıqlı  tanınması  haqqında  razılıq  əldə 

etmişlər.  Sonrakı  qarşılıqlı  tanınma  üçün  aşağıdakı  akkreditasiya 

şərtləri  də  qəbul  edilmişdir:  milli  sertifikatlaşdırma  sistemində 

orqanların və laboratoriyaların akkreditasiyası;  sınaq laboratoriyala-

rının  sınaqları  dövlətlərarası  standartlar  əsasında  aparmaq  üçün 

praktiki 

təcrübəsinin olması; MDB ölkələrinin qoşulduğu və tanınma 

haqqında  məsələləri  həll  edən,  beynəlxalq  sertifikatlaşdırma 

sistemlərində akkreditasiya. 

Beynəlxalq  sertifikatlaşdırma  sistemlərində  tərəflər  müstəqil 

iştirak  edir.  Müqavilə,  tərəflərin  beynəlxalq  sertifikatlaşdırma 

sisteminin 

qaydalarından irəli gələn hüquq və vəzifələrinə toxunmur. 

Sertifikatlaşdırma  sınaqları  ixtiyari  ölkənin  akkreditasiya 

olunmuş laboratoriyasında aparıla bilər. 

Müqavilənin  iştirakçısı  olan  ölkələrdə  tanınmış  beynəlxalq, 

vlətlərarası, yaxud milli standartlar sertifikatlaşdırmanın normativ 



bazası kimi qəbul edilmişdir. 

Müqaviləni imzalayan ölkələr qarşılıqlı təchizolunan məhsulun 

məcburi  sertifikatlaşdırılmasının  mərhələli  tətbiq  olunma  qaydasını 

razılaşdırmaq,  sınaqların  nəticələrinin  obyektivliyini  və  məhsulun 

sertifikatlaşdırılmasının  nəticələrinin  düzgünlüyünü  təmin  etmək 

barədə razılığa gəlmişlər. 

Məhsulu  idxal  edən  ölkədə  sertifikatlaşdırmanın  tələblərinin 

zlənilmədiyi  müəyyən  olunduğu  halda  milli  sertifikatlaşdırma 



orqanı öz ölkəsində sertifikatların tanınmasını saxlama səlahiyyətinə 

malikdir,  bu 

barədə  məhsulu  ixrac  edən  ölkənin  milli  orqanına  və 


489 

 

standart



laşdırma,  metrologiya  və  sertifikatlaşdırma  üzrə  Dövlət-

lərarası Şuranın Texniki katibliyinə xəbər verməlidir. 

Sertifikatlaşdırma üzrə razılaşdırılmış siyasətin sonrakı inkişafı 

1994-cü  il  üçün 

imzalanmış  “Sertifikatlaşdırma  üzrə  işlərin 

aparılması  və  qarşılıqlı  tanınması  prinsipləri  haqqında  Müqavilə” 

sənədində  öz  əksini  tapmışdır.  Bu  Müqavilənin  əsas  müddəaları 

aşağıdakıların tanınmasını təmin edir: 

• 

təsdiq  olunmuş  siyahıya  uyğun  olan  və  məcburi 



sertifikatlaşdırılmalı  məhsullara  və  xidmətlərə  sınaq  protokollarını, 

sertifikatların  və  uyğunluq  nişanlarının  qarşılıqlı  tanınması;  milli 

sertifikat

laşdırma  sistemlərinin  və  onların  verdikləri  sertifikatların, 

müəyyən olunmuş prosedurların gözlənildiyi şərt daxilində qarşılıqlı 

tanınması; 

• 

Müqavilənin  iştirakçısı  olan  ölkələrin  ekspertlərinin 



fikirlərini (rəylərini, mülahizələrini) nəzərə almaqla standartlaşdırma, 

metrologiya 

və  sertifikatlaşdırma  üzrə  milli  orqanlar  tərəfindən 

sertifi


katlaşdırma üzrə orqanların akkreditasiyası; 

• 

Müqavilənin  iştirakçısı  olan  ölkələrin  sertifikatlaşdırılmış 



məhsula inspeksion nəzarətin yerinə yetirilməsi hüququ; 

•  MDB-


yə  üzv  ölkələrin  heç  də  hamısı  eyni  səviyyədə 

qarşılıqlı  tanınma  haqqında  çoxtərəfli  müqavilələrin  bağlanmasına 

hazır  olmadığı  üçün  qərara  alınmışdır  ki,  hələlik  ikitərəfli 

müqavilələr  bağlansın.  Belə  müqavilələr  milli  sertifikatlaşdırma 

orqanları səviyyəsində bağlanır. 

 

Sertifikatlaşdırma  sahəsində  qarşılıqlı  tanınma  haqqında 



müqavilə aşağıdakıları təyin edir: 

•  milli 

sertifikatlaşdırma sistemlərində akkreditasiya olunmuş 

sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriya-larının qarşılıqlı 

tanınması şərtlərinin və prosedurlarının konkret müddətlərini; 

• 

qarşılıqlı  tanınma  haqqında  Müqavilə  çərçivəsində  göndə-



rilən  məhsulun  təhlükəsizliyinin  təsdiq  olunması  qaydasını, 

istehsalçının  və  sertifikatı  verən  orqanın  ixrac  olunan  məhsulun 

təhlükəsizliyinə cavabdehliyini. İxrac edən ölkənin sertifikatını məh-

sulu 


qəbul  edən  tərəf,  xarici  sertifikatların  tanınması  üçün  nəzərdə 

tutulmuş qaydada tanıyır. 

MDB 

məkanında  sertifikatlaşdırmanın  inkişafı  istiqamə-tində 



490 

 

mütərəqqi  addım,  Müqavilənin  iştirakçısı  olan  ölkələr  üçün, 



standartlaşdırma,  metrologiya  və  sertifikatlaşdırma  üzrə  vahid 

tələbləri  müəyyən  edən  normativ  sənədlərin  qəbul  edilməsi 

olmuşdur.  Bunlar,  həmcins  qrup  məhsulların  sertifikatlaşdırılması 

qayda


sını və bir sıra xidmət növlərini müəyyən edən, dövlətlərarası 

normativ 

sənədlərdir. 

vlətlərarası  Şuranın  qəbul  etdiyi  qərarlar  arasında  bütün 



iştirakçı  ölkələr  üçün  laboratoriyaların  akkreditasiyası  üzrə  Avropa 

təşkilatına oxşar akkreditasiya üzrə Avropa - Asiya regional təşkilatı 

(EAL) haq

qında razılıq mühüm əhəmiyyətə malikdir. 

Sertifikatlaşdırmanın  təşkilində  Dövlətlərarası  Şura  tərəfindən 

ö

lçmə  vasitələrinin  sertifikatlaşdırılması  haqqında  Əsasnamənin 



qəbul  edilməsini  də  irəliləyiş  saymaq  olar.  Əsasnamədə  deyilir 

«

Müqavilənin  iştirakçısı  olan  ölkədən  ölçmə  vasitələrinin  idxalına 



(

ixracına) maraqlı olan təşkilat öz milli orqanı vasitəsilə ixrac (idxal) 

edən  ölkənin  milli  orqanına  sertifikat  və  yoxlama  metodikası  ilə 

birlikdə  istismar  sənədlərini  təqdim  edir».  Bu  vəziyyət  qarşılıqlı 

təchiz  olunan  məhsulun  sınaqlarının  nəticələrinin  iştirakçılar 

tərəfindən tanınması üçün prinsipial əhəmiyyətə malikdir. 

Standartlaşdırma,  metrologiya  və  sertifikatlaşdırma  üzrə 

vlətlərarası Şura daimi fəaliyyətdə olan texniki katibliyin və bir 



neçə  işçi  qrupun  işinə  rəhbərlik  edir.  Onların  arasında  aşağıdakı 

qrupları  göstərmək  olar:  standartlaşdırma,  vaxtın  və  tezliyin 

vahidliyinin 

təmini,  texniki-iqtisadi  və  sosial  informasiyanın 

sinifləşdirilməsi və kodlaşdırılması, standart nümunələr və s. üzrə 

qruplar. 

vlətlərarası  Şuranın  fəaliyyətində  aşağıdakıları  əsas 



nailiyyət saymaq olar: 

• 

keçmiş  SSRİ-nin  normativ  sənədlərinin,  bütün  fondlarının 



və  etalonlar  bazasının  saxlanılması.  Bu  MDB  çərçivəsində 

standartlaşdırmanın  və  metrologiyanın  təkmilləşdirilməsi  üzrə 

vlətlərarası  proqramların  işlənməsi  üçün  mühüm  əhəmiyyət  kəsb 



edir; 

•  MDB-


yə  üzv  ölkələrin  standartlaşdırma,  metrologiya  və 

sertifikatlaşdırma üzrə milli qanunlarının harmonikləşdirilməsi; 

• 

standartlaşdırma, 



metrologiya 

və 


sertifikat

laşdırma 



491 

 

sahələrində,  ümumi  iqtisadi  məkanın  və  istehsal  sferasında 



inteqrasiyanın möhkəmləndirilməsinə kömək edən, dövlətlərarası və 

sahələrarası müqavilələrin hazırlanması. 

Sertifikatlaşdırmada  əsas  istiqamət  qarşılıqlı  təchiz  olunan 

məhsulun  təhlükəsizliyinin  təmin  edilməsidir.  Bu  da  milli 

sertifikatlaşdırma  sistemlərinin  qarşılıqlı  tanınması  ilə  bağlıdır.  Bu 

sahədə  çətinlik  təşkilatın  inkişafının  MDB-nin  üzv  ölkələrində 

sertifikatlaşdırma  praktikasının  eyni  səviyyədə  olmamasıdır.  Bu 

problemin 

həlli həmcins məhsulun sertifikatlaşdırılmasının dövlətlər-

arası sistemlərinin yaradılmasına imkan verəcəkdir. 

Milli 

sertifikatlaşdırma  sistemləri  təşkilati  və  metodik  planda 



təkmilləşməkdə davam edir.  

492 

 


Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin