6.4.2. Ö
lçmə vasitələrinin dövlət sınağı
Dö
vlət metroloji nəzarətinin fəaliyətinin təsir dairəsində ölçmə
vasitələri məcburi sınağa uğradılır və onların tipləri təsdiq edilir.
Ö
lçmə vasitələrinin sınağının və tiplərinin təsdiq edilməsi qaydaları
aşağıdakıları əhatə edir:
ö
lçmə vasitələrinin tiplərinin təsdiq edilməsi məqsədi ilə,
onların sınağının aparılması;
251
ö
lçmə vasitəsinin tipinin təsdiq edilməsi Dövlət metroloji
sisteminin hü
quqi aktıdır və onun ölkədə seriyalı istehsal üçün yararlı
olduğunu tanımaqdır;
ö
lçmə vasitəsinin tipinin təsdiq edilməsi, ona dövlət qeydiyatı
və uyğun sertifikatın verilməsi üçün qərarın qəbul edilməsi;
ö
lçmə vasitəsinin təsdiq edilmiş tipə uyğunluğunun sınağı;
Ö
lçmə vasitəsinin (ÖV) təsdiq edilmiş tipə uyğunluğu Dövlət
metroloji sisteminin hüquqi aktıdır və seriya ilə buraxılan ölçmə
vasitəsinin əvvəl təsdiq edilmiş tipə uyğun olduğunun tanınmasıdır;
xarici ö
lkələrin səlahiyətli orqanları tərəfindən ölçmə
vasitələrinin sınaqlarının nəticələrinin, yaxud təsdiq edilmiş tiplərinin
tanınması;
öl
çmə texnikası istehlakçılarının məlumatlandırılması
xidmətlərinin yerinə yetirilməsi.
Gö
stərilən sınaqlar uyğun dövlət metroloji təşkilatları
tərəfindən yerinə yetirilir.
Ö
lçmə vasitələrinin tiplərinin təsdiq edilməsi məqsədi ilə
aparılan sınaqlar aşağıdakıları əhatə edir:
texniki sənədlərə baxış;
ö
lçmə vasitələrinin eksperimental tədqiqi;
sınaqların nəticələrinin qeyd edilməsi.
Ö
lçmə vasitələrinin tipinin təsdiq edilməsi Azərbaycan
Respublikasının Metrologiya, Standartlaşdırma və Patent üzrə Dövlət
Komitəsi tərəfindən həyata keçirilir. Ölçmə vasitəsinin təsdiq edilmiş
hər bir nüsxəsinə və istismar sənədlərinə, təsdiq edilmə işarəsi
vurulur.
Ö
lçmə vasitəsinin təsdiq edilmiş tipə uyğunluğunun sınağı
aşağıdakı hallarda aparılır:
istehlakçılardan, xaricə göndərilən və yaxud istehsal olunan
ö
lçmə vasitələrinin keyfiyyətinin aşağı düşməsi barədə məlumatlar
daxil olduqda;
ö
lçmə vasitələrinin konstruksiyalarına və texnologiyalarına
dəyişikliklər edildikdə, onların metroloji xarakteristikalarının
dəyişməsində;
ö
lçmə vasitəsinin tipinin təsdiq edilməsi sertifikatının təsir
vaxtı keçdikdə.
252
Sınağın nəticələri barədə akt tərtib olunur və müvafiq təşkilata
gö
ndərilir.
6.4.3. Ö
lçmə vasitələrinin yoxlanması
Ö
lçmə vasitələrinin yoxlanması kimi, eksperimental yolla tə-
yin edilmiş metroloji xarakteristikalar əsasında Dövlət metroloji xid-
mət (digər səlahiyyətli təşkilatlar) orqanları tərəfindən ölçmə va-
sitələrinin istifadə üçün yararlığının və onların təyin edilmiş məcburi
tələblərə cavab verməsinin müəyyənləşdirilməsi başa düşülür.
Mö
vcud qanunvericiliyə görə dövlət metroloji nəzarətindən və
yoxlanmasından keçən ölçmə vasitələri istehsaldan buraxılma, təmir,
xaricdən gətirilmə və istismar zamanı yoxlanılmalıdırlar. Yoxlama,
sınağın nəticələrinə görə təsdiq edilmiş normativ sənədlərə uyğun
aparılır.
Yoxlamanın nəticələri aşağıdakılardır:
ö
lçmə vasitəsinin tətbiq üçün yararlı olduğunu sübut etmək;
Bu halda onun və texniki sənədin üzərinə yoxlama damğası vurulur
və yoxlama şəhadətnaməsi verilir.
Y
oxlama damğası-müəyyənləşdirilmiş formaya malik işarədir.
Ö
lçmə vasitəsinin üzərinə vurulur. Onların istifadəyə yararlığını
sübut edir.
ö
lçmə vasitəsinin istifadə üçün yararsız olduğunu sübut edir.
Bu halda yoxlama damğası, yoxlama Şəhadətnaməsi ləğv edilir və
yararsızlıq haqqında Şəhadətnamə verilir.
Ö
lçmə vasitələri ilkin, dövrü, növbədən kənar, müfəttiş və
ekspert yoxlamalarına uğradılır.
İlkin yoxlama, ölçmə vasitəsinin istehsaldan buraxılması za-
manı, yaxud təmirdən sonra, həmçinin ölçmə vasitəsinin xaricdən
partiyalarla gətirilməsi zamanı həyata keçirilir. Bu halda ölçmə vasi-
təsinin hər bir nüsxəsi yoxlamaya uğradılır.
Dövrü yoxlama,
təyin edilmiş vaxt müddətinə (yoxlamalar
arası interval) görə yerinə yetirilir. Bu yoxlamaya istismarda, yaxud
saxlanma yerində olan ölçmə vasitələri uğradılır. Dövrü yoxlamaya
ö
lçmə vasitəsinin hər bir nüsxəsi uğradılmalıdır. Belə yoxlamanın
birinci intervalı ölçmə vasitəsinin tipini təsdiq edərkən
253
müəyənləşdirilir. Sonrakı intervallar müəyyən meyarlar nəzərə
alınmaqla təyin edilir.
Nö
vbədənkənar yoxlama, ölçmə vasitəsinin dövrü yoxlanma
müddəti başa çatmamışdan qabaq yerinə yetirilir. Bu aşağıdakı
hallarda baş verir:
yoxlama damğasının işarəsi korlandıqda, yaxud yoxlama
Şəhadətnaməsi itirildikdə;
ö
lçmə vasitəsini uzun müddətli saxlanmasından (bir
yoxlamalar arası intervaldan artıq) sonra istismara buraxılması
zamanı;
məlum yaxud, ehtimal edilən zərbənin təsirindən və yaxud
onun qeyri qənaətbəxş işləməsindən sonra təkrar sazlamanın yerinə
yetirilməsi vaxtı;
yoxlamalararası intervalın yarısına bərabər müddət keçdikdən
son
ra realizə edilməyən ölçmə vasitəsini istehlakçıya göndərərkən;
yoxlamalararası intervalın yarısına bərabər müddət keçdikdən
sonra ö
lçmə vasitəsini komplektləşdirici kimi istifadə edərkən.
Müfəttiş yoxlaması, metroloji xidmət orqanları tərəfindən,
ö
lçmə vasitələrinin vəziyyəti və tətbiqi ilə əlaqədar dövlət nəzarətini,
yaxud sahə yoxlamasını həyata keçirmək üçün tətbiq edilir. Belə
yoxla
malar adətən tam həcmdə yerinə yetirilmir. Yoxlamanın
nəticələri aktlaşdırılır.
Ekspert yoxlamaları, metroloji xarakteristikalarla ölçmə
vasitəsinin saz olması və tətbiq etmək üçün yararlı olması ilə bağlı
mübahisəli məsələlər yarandıqda yerinə yetirilir. Bu yoxlamaları
Dö
vlət metroloji xidməti maraqlı tərəflərin yazılı tələbindən sonra
həyata keçirir. Ölçmə vasitələrinin yoxlamaya təqdim edilməsi
qaydalarını Azərbaycan Respublikası Metrologiya, Standartlaşdırma
və Patent üzrə Dövlət Komitəsi təyin edir. Ekspert yoxlaması
aşağıdakı məsələləri əhatə edir:
işlərin dövrülüyünü (yoxlamalararası intervalların təyin
edilməsi) İSO 10012, MT 2187-92, MT1872-88-ə görə təyin
edilməsi;
işlərin yerinə yetirilməsi metodikalarının işlənməsinin və
sənədləşdirilməsinin təlimatlara uyğun həyata keçirilməsi;
254
aparılan işlərin nəticələrini əks etdirən uyğun protokoların
yazılması.
Ö
lçmə vasitələrin yoxlanması ilə bağlı sənədlərin qorunması
və istifadə edilməsinin təşkili.
Yoxlama zamanı təyin edilən əsas metroloji xarakteristika
xətadır. O, yoxlanılan ölçmə vasitəsinin göstəricisi ilə daha dəqiq işçi
etalonun müqayisəsi əsasında müəyyənləşdirilir:
dəqiq yoxlama cihazının iştirakı ilə, daha dəqiq ölçü ilə
tutuşdurmaqla (qarşı-qarşıya qoyma, yaxud əvəz etmə metodları ilə);
Ö
lçmə vasitələrinin yoxlanılmasının verilmiş metodları üçün ümumi
gö
stərici, müqayisə edilən kəmiyyətlərin ölçülərinin fərqinin olması
haqqinda siqnalların yaranmasıdır. Əgər bu siqnallar nümunəvi
ö
lçülərin seçilməsi yolu ilə sıfıra gətirilirsə, onda sıfır ölçmə
metodundan i
stifadə edilir.
ö
lçü ilə əks edilən kəmiyyətlərin etalon ölçmə vasitələri ilə
ö
lçülməsi yolu ilə. Belə yoxlama çox halda dərəcələrə bölmə
adlandırılır. Dərəcələrə bölmə kimi işçi etalonun uyğun göstərici-
lərinin qeyd etmə şkalasına köçürülməsi, yaxud onun yoxlanılan
ö
lçmə vasitəsinin şkalalarına köçürülmüş işarələrə uyğun olan
kəmiyyətlərin dəqiqləşdirilmiş qiymətlərinin göstəricilərinə görə
müəyyənləşdirilməsi başa düşülür;
daha dəqiq ölçü ilə dəstdə olan yalnız bir ölçü, yaxud
çoxqiymətli ölçünün işarətlərindən biri tutuşdurulduqda və digər
ö
lçülərin həqiqi qiymətləri müxtəlif tərtiblərdə müqayisə cihazların-
da ö
lçmənin nəticələrinin sonrakı emalından sonra müəyyənləş-
dirildikdə, kalibrləmə üsulunun yerinə yetirilməsi yolu ilə.
Ö
lçmə cihazlarının yoxlanması aşağıdakı metodlarla yerinə
yetirilir:
ö
lçülən kəmiyyətlərin, uyğun dərəcəyə, yaxud dəqiqlik
sinfinə malik işçi etalonlarda əks etdirilən kəmiyyətlə birbaşa
müqayisə metodu ilə; Ölçmənin nəticələri ilə, ona uyğun gələn
etalonun ö
lçüsü arasındakı ən böyük fərq cihazın əsas xətası
adlandırılır.
eyni bir kəmiyyəti ölçərkən, yoxlanılan və etalon cihazların
gö
stəricilərinin birbaşa tutuşdurulması metodu ilə. Onların
255
gö
stəricilərinin fərqi yoxlanılan ölçmə vasitəsinin mütləq xətasına
bərabərdir.
Yoxlamada vacib məsələlərdən biri etalon və yoxlanılan ölçmə
vasitələrinin xətalarının nisbətidir. Adətən bu nisbət 1:3-ə bərabər
gö
türülür (əhəmiyyətsiz dərəcədə kiçik xətalar olduqda). Əgər
yoxlamaya düzəlişlər daxil edilmirsə, onda etalon ölçmə vasitələrini
1:5 nisbətində götürürlər.
Metroloji xidmətin akkreditasiyası aşağıdakı mərhələləri
nəzərdə tutur:
metroloji xidmət tərəfindən təqdim edilmiş sənədlərin
ekspertizası;
Azərbaycan Respublikası Metrologiya, Standartlaşdırma və
Patent üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya
tərəfindən metroloji xidmətin attestasiyası;
ekspertizanın nəticələrinə görə akkreditasiya haqqında
qərarın qəbul edilməsi;
Azərbaycan Respublikası Metrologiya, Standartlaşdırma və
Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditasiya haqqında
attestatın rəsmiləşdirilməsi, qeydiyyatı və verilməsi.
Akkreditasiya olunmuş metroloji xidmət aşağıdakılara malik
olmalıdır:
müvafiq qaydada tərtib olunmuş əsasnaməyə;
təyin edilmiş qayda üzrə yoxlayıcı kimi attestasiyadan keçmiş
ixtisasçı və təcrübəli işçilərə;
normativ sənədlərin tələblərinə cavab verən işçi sahəsinə və
ətraf mühitə;
yoxlamanı həyata keçirmək üçün vacib olan yoxlama
etalonlarına və digər köməkçi avadanlıqlara;
yoxlamanın sənədləşdirilmiş metodikasına və qaydalarına,
ö
lçmə məlumatlarının emalına və istifadəsinə, həmçinin
aktuallaşdırılmış normativ sənədlərə;
yoxlama işlərinin aparılması keyfiyyətinin menecment
sisteminə;
yoxlamaya daxil olmuş ölçmə vasitələrinin qəbul edilməsi,
saxlanması və qaytarılmasının sənədləşdirilmiş qaydalarına;
256
yoxlamanın nəticələrinin qeyd edilməsi, istifadəsi və
saxlanması sisteminə.
Akkreditasiyadan keçmiş metroloji xidmətin aşağıdakı
hüquqları vardır:
akkreditasiya attestatında müəyyənləşdirilmiş çərçivədə
yoxlamanı həyata keçirmək, yoxlama haqqında Şəhadətnamə
vermək, yoxlanılan ölçmə vasitəsinə damğa vurmaq, yaxud yoxlama
damğalarını ləğv etmək;
yoxlamalararası intervala düzəlişlər etmək üçün təkliflər
işləmək;
metroloji xidmətin məsələlərini reqlamentləşdirən normativ
sənədlərin işlənməsində və onlara düzəlişlər edilməsində iştirak
etmək.
Azərbaycan Respublikası Metrologiya, Standartlaşdırma və
Patent üzrə Dövlət Komitəsi akkreditasiya olunmuş metroloji
xidmətin fəaliyyətinə dövri müfəttiş nəzarəti həyata keçirir.
İki növ attestasiya həyata keçirilir: ilkin və dövri ( hər 5 ildən
bir). Attestasiyaya, yoxlama işlərində böyük təcrübəyə malik, xüsusi
ha
zırlığı olan şəxslər buraxılırlar. Attestasiya, yüksək ixtisaslı mütə-
xəssis-metroloqlardan təşkil olunmuş komissiya tərəfindən həyata
keçirilir.
6.4.4. Ö
lçmə vasitələrinin kalibrlənməsi
Dö
vlət metroloji nəzarəti məcburi olmadıqda ölçmə va-
sitələrinin metroloji sazlığını təmin etmək üçün kalibrləmədən
istifadə edilir. Kalibrləmə (kalibrləmə işi) dövlət metroloji
nəzarətinə və yoxlamasına aidiyyatı olmayan ölçmə vasitələrinin
həqiqi metroloji xarakteristikalarını müəyyənləşdirməsi və sübut
edilməsi, həmçinin istifadə üçün yararlığının təyin olunması üçün
yerinə yetirilən əməliyyatların məcmuudur.
Kalibrləmə fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
hüquqi şəxslərin metroloji xidmətlərinə kalibrləmə işini
yerinə yetirmək səlahiyyətini verən orqanların qeydiyyatdan
keçirilməsi;
kalibrləmə işini yerinə yetirmək hüququ vermək üçün xüsusi
şəxslərin metroloji xidmətlərinin akkreditasiyası;
257
ö
lçmə vasitələrinin kalibrlənməsi;
kalibrləmə sisteminin əsas prinsipi və qaydalarını
müəyyənləşdirmək, onun fəaliyyətinin təşkilati, metodiki və məlumat
təminatını həll etmək;
kalibrləmə işinin yerinə yetirilməsinə verilən tələblərin
gö
zlənməsinə müffətiş nəzarətini həyata keçirmək.
Kalibrləmə sisteminin mərkəzi orqanları aşağıdakı funksiyaları
yerinə yetirirlər:
kalibrləmə sisteminin əsas prinsiplərini və qaydalarını
müəyyənləşdirir;
akkreditasiya orqanlarının qeydiyyatı haqqında qərar çıxarır;
onların fəaliyyətinə nəzarəti həyata keçirir;
akkreditasiyanın nəticələrinə görə apelyasiyalara baxır;
başqa ölkələrin kalibrləmə xidmətləri və beynəlxalq
kalibirləmə ittifaqları ilə qarşılıqlı fəaliyyət göstərir.
Kalibrləmə sisteminin elmi metodiki mərkəzinin əsas
məsələləri aşağıdakılardır:
ö
lkədə kalibrləmə sisteminin fəaliyyətini reqlamentləşdirən
normativ sənədlərin işlənməsi;
kalibrləmə sisteminin reyesterini aparmaq;
akkreditasiya orqanlarının qeydiyyatı sənədlərini, mərkəzi
kalibrləmə sistemi orqanına təsdiq etmək üçün hazırlamaq və təqdim
etmək, onların yoxlanılmasında iştirak etmək;
layihələrin işlənməsinin təşkili və koordinasiyası, kalibrləmə
metodlarının ekspertizası və attestasiyası;
normativ sənədlər və kalibirləmə fəaliyyəti üçün məlumat
bazalarının yaradılması;
kalibrləmə sisteminin məsələləri ilə əlaqədar məsləhətləşmə
fəaliyyətini həyata keçirmək;
kalibrləmə işləri sahəsində kadrların ixtisaslarını artırmaq
üçün tədbirlər həyata keçirmək.
Dö
vlət metroloji xidmətlərin, akkreditasiya orqanlarının və
digər uyğun xidmətlərin rəhbərlərindən kalibrləmə sisteminin Şurası
yar
adılır. Bu Şura aşağıdakı fəaliyyətləri həyata keçirir:
kalibrləmə sisteminini əsas prinsiplərinə uyğun təkliflər
hazırlayır;
258
kalibrləmə sahəsində qanunvericilik və normativ aktların
layihələrinə baxır, onların dəyişdirilməsi üçün təkliflər hazırlayır;
kalibrləmə sahəsində elmi-tədqiqat işlərinin aparılmasının
əsas istiqamətini müəyyənləşdirir;
kalibrləmə sistemində iqtisadi və maliyyə məsələlərinə baxır.
Kalibrləmə sisteminin akkreditləşdirici orqanının əsas məsələ-
ləri aşağıdakılardır:
metroloji xidmətin akkreditasiyasının keçirilməsi;
müfəttiş nəzarətini həyata keçirmək.
Kalibrləmə sisteminin əsasını fiziki şəxslərin akkreditə
olunmuş metroloji sistemləri təşkil edir.
Kalibrləmə işini yerinə yetirən təşkilat aşağıdakılara malik
olma
lıdır:
kalibrləmədə tətbiq edilən yoxlanılmış və eyniləşdirilmiş
kalibrləmə vasitələrinə - etalonlara, quruqlara və digər ölçmə vasi-
tələrinə; Onlar vahidlərin ölçülərini, dölət etalonlarından kalibrləmə
ö
lçmə vasitələrinə ötürülməsini təmin etməlidirlər.
kalibrləmə işinin təşkilini və yerinə yetirilməsini reqla-
mentləşdirən aktuallaşdırılmış sənədlərə; Bu sənədlərə, akkreditasiya
sahəsinə, ölçmə vasitəsinə və kalibrləməyə, kalibrləmə sisteminin
normativlərinə, kalibrləmə qaydalarına, kalibrləmə məlumatlarının
istifadəsinə aid olan sənədlər daxildir.
professional səviyyədə hazırlanmış ixtisaslı personala;
normativ tələbələri ödəyən işçi sahəsinə.
Kalibrləmənin nəticələri ölçmə vasitəsinin üzərinə nəqşlənmiş
kalibrləmə nişanı ilə təsdiqlənir,yaxud kalibrləmə haqqında
şəhadətnamə verilir və istismar sənədlərinə müvafiq qeydlər edilir.
Kalibrləmə laboratoriyasına verilən tələblər İSO/BEK 17025-
2000 də göstərilmişdir.
6.4.5. Ö
lçmə vasitələrinin və sınaq avadanlıqlarının
metroloji
attestasiyası
Metroloji attestasiya, ö
lçmə (sınaq) vasitələrinin, onların
metroloji xassələrinin diqqətlə tədqiq edilməsi əsasında istifadə üçün
(onların metroloji təyinatlarını və metroloji xarakteristikalarını
gö
stərməklə) yararlı olmalarının tanınmasının qanuniləşdirilməsidir.
259
Metroloji attestasiyanı dövlət sınaqlarına uğradılmayan ölçmə
vasitələri də keçə bilər.
Ö
lçmə vasitələrinin attestasiyasının əsas vəzifələri aşağıdakı-
lardır:
metroloji xarakteristikaları müəyyənləşdirmək və onların
normati
v sənədlərin tələblərinə uyğunluğunu təyin etmək;
yoxlama zamanı nəzarətə uğradılacaq metroloji xarakteristi-
kaların sayını təyin etmək;
yoxlamanın metodikasını sınağa uğratmaq.
Metroloji attestasiya dö
vlət və sahə metroloji orqanları
tərəfindən, xüsusi olaraq işlənmiş və təsdiq olunmuş proqram
əsasında yerinə yetirilir. Nəticələr xüsusi protokol şəklində
sənədləşdirilir. Müsbət nəticələr alındıqda metroloji attestasiya
haqqında təyin edilmiş formada şəhadətnamə verilir və orada
müəyyənləşdirilmiş metroloji xarakteristikalar göstərilir.
Attestasiyanın da yoxlama kimi ilkin, dövrü və təkrar növləri
olur.
İlkin attestasiyaya istismar və lahiyə sənədlərinin ekspertizası,
sınaq avadanlığının texniki xarakteristikasının eksperimental təyini
və onun istifadə üçün yararlı olduğunu sübut etmək daxildir.
İlkin attestasiya prosesində aşağıdakılar müəyyənləşdirilir:
xarici təsir faktorlarının və sınaq obyektlərinin iş rejimlərinin
əks etdirilməsi;
sınaq
şəraitinin
parametrlərinin
normalaşdırılmış
qiymətlərdən sapması;
işçilərin təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitə
zərərli təsirin olmaması;
avadanlıqların dövrü attestasiyada yoxlanılacaq xarakteris-
tikalarının sayı, metodları, vasitələri və onların tətbiqinin dövrülüyü.
Dövrü attesta
siyanı sınaq avadanlığının istismarı zamanı,
onun xarakteristikalarının normativ sənədlərin tələblərinə uyğunlu-
ğunu sübut etmək üçün həyata keçirirlər. Attestasiyanın nəticələri
protokolla sənədləşdirilir. Müsbət nəticə alındıqda avadanlığa müəy-
yənləşdirilmiş formada attestat verilir və istismar sənədlərində
qeydlər aparılır.
260
6.4.6. Ö
lçmə vasitələrinin sertifikatlaşdırma sistemi
Sertifikatlaşdırma sistemi, uyğunluq sertifikatlaşdirması
aparılması üçün xüsusi qaydalara malik sistemdir (İSO/BEK
2,P.14.1
). Sertifikatlaşdırma aparıldıqdan sonra verilən sənədə,
uyğunluq sertifikatı deyilir. Sertifikatda məhsulun lazımi qaydada
eyniləşdirilməsi, prosesin və xidmətin konkret standarta, yaxud digər
normativ sənədə uyğunluğu göstərilir.
Ö
lçmə vasitələrinin sertifikatlaşdırma sisteminin əsas məq-
sədləri ölçmənin vahidliyini təmin etmək, eksporta kömək etmək və
ö
lçmə vasitəsinin rəqabətə davamlılığını artırmaqdır. Göstərilən
məqsədə uyğun olaraq sertifikatlaşdırma sistemi aşağıdakı
funksiyaları yerinə yetirir:
ö
lçmə vasitəsinin normativ sənədlərdə göstərilən metroloji
normalara və tələblərə uyğunluğunu yoxlamaq və təsdiq etmək;
sertifikatlaşdırılmış ölçmə vasitəsinin təsdiq edilmiş
etalonlardan ö
lçüləri ötürmək üçün metod və kalibrləmə vasitələri ilə
təmin edilməsinin yoxlanılması;
ö
lçmə vasitəsinin, sertifikatlaşdırma orqanına müraciət edən
təşkilatların, yaxud vətəndaşların əlavə tələblərinə uyğunluğunu
yoxlamaq;
Ö
lçmə vasitələrinin sertifikatlaşdırılmasının təşkili sistemi,
mərkəzi orqandan, əlaqələndirici Şuradan, apelyasiya komitəsindən,
elmi-
metodiki mərkəzdən, sertifikatlaşdırma orqanından, sınaq
laboratori
yalarından ibarətdir.
Sistemin mərkəzi orqanı aşağıdakıları həyata keçirir:
sertifikatlaşdırma üzrə işləri təşkil edir,əlaqələndirir və
me
todiki rəhbərliyi həyata keçirir;
sertifikatlaşdırmanın əsas prinsiplərini və qaydalarını təyin
edir;
sertifikatlaşdırma üzrə orqanların attestasiyasını və sınaq
laboratoriyalarının akkreditasiyasını həyata keçirir;
sertifikatlaşdırma üzrə orqan olmadıqda, onun funksiyasını
həyata keçirir;
sertifikatlaşdırma üzrə akkreditə olunmuş orqanların
fəaliyyətinə müfəttiş nəzarətini təşkil edir;
261
sertifikatlaşdırma məsələləri üzrə beynəlxalq və xarici
təşkilatlarla qarşılıqlı hərəkətlər edir;
başqa ölkələrin sertifikalaşdırma orqanlarının və sınaq
laboratoriyarının akkreditasiya sənədlərinin, xarici sertifikatlarının,
uyğunluq nişanlarının, həmçinin ölçmə vasitələrinin sınaqlarının
nəticələrinin tanınmasını həyata keçirir;
sistemin qeydiyyatı aparılır.
Elmi-
metodiki mərkəz aşağıdakıları həyata keçirir:
sistemin əsas prinsiplərini, qaydalarını və strukturunu
hazırlayır;
sertifikatlaşdırma üzrə orqanların və sınaq laboratoriyalarının
akkreditasiyası ilə əlaqədar işləri təşkil edir;
sertifikatlaşdırılmış ölçmə vasitələri, sertifikatlaşdırma
orqanları, sınaq laboratoriyaları (mərkəzləri) və normativ sənədlərlə
bağlı məlumat bankını və informasiya təminatını formalaşdırır.
Məsləhət şurası sisteminin təkmilləşməsi ilə bağlı məsələlər
üzrə tövsiyyələr hazırlayır.
Apely
asiya komitəsi ölçmə vasitəsinin sertifikatlaşdırılması,
sertifikasiya orqanlarının, akkreditasiyası sınaq laboratoriyalarının
ak
kreditasiyası, yaxud müffəttiş nəzarətinin nəticələri ilə bağlı
narazılıqlara baxır.
Sertifikatlaşdırma
üzrə
orqanın
əsas
funksiyaları
aşağıdakılardır:
ö
lçmə vasitələrinin sertifikatlaşdırılmasında istifadə edilən
normativ sənədlərin formalaşdırılması və aktuallaşdırılması;
ö
lçmə vasitələrinin sınağının keçirilməsinin təşkili;
sertifikatlaşdırma üçün verilmiş sifarişə baxmaq, onlar üçün
qərar hazırlamaq və sertifikatlaşdırma aparılarkən sifariş verənlə
birlikdə işləmək;
sinaq laboratoriyasının hər bir konkret sifarişinə görə onunla
birlikdə sınaqları təşkil etmək;
sistemin
mərkəzi orqanı ilə birlikdə lisenziya razılığı əsasında
uyğunluq sertifikatını sənədləşdirmək, sistemin reyestrində qeyd
etmək və onu sifarişçiyə vermək;
ö
lçmə vasitələrinin xarakteristikalarının stabilliyinə müfəttiş
nəzarətini təşkil etmək;
262
verilmiş sertifikatların və uyğunluq nişanlarının fəaliyyətini
ləğv etmək və dayandırmaq;
sınaq laboratoriyasının işçilərinin ixtisaslarının artırılmasını
və attestasiyasını təşkil etmək.
Sertifikatlaşdırmanın aparılması qaydaları ümumilikdə
aşağıdakıları əhatə edir:
maraqlı təşkilat tərəfindən mərkəzi orqana sertifikatlaşdır-
manın keçirilməsi üçün sifarişin təqdim edilməsi;
sifarişə baxma və ona uyğun qərar göndərilməsi;
təşkil edilmiş proqram əsasında sınağın keçirilməsi;
alınan nəticələrin analizi və onların qeyd edilmiş hesabat
şəklində sənədləşdirilməsi;
uyğunluq sertifikatının verilməsi mümkünlüyü haqqında
qərarın qəbul edilməsi;
sınaq materiallarının qeyd edilməsi və uyğunluq sertifikatının
verilməsi;
sertifikatlaşdırmanın nəticələri haqqında məlumatın
verilməsi.
Sertifikatlaşdırma mərkəzi sertifikatlaşdırma haqqında işi
sənədləşdirir, sertifikatı qeyd edir və onun reyestrə görə nömrəsini
sertifikatlaşdırma orqanına xəbər verir.
Qeydiyyat nö
mrəsi alındıqdan sonra sertifikatlaşdırma orqanı
t
əşkilata uyğunluq sertifikatı verir. Sertifikat alındıqdan sonra
s
ifarişçi nümunələrin, taraların, qabların və uyğunluq nişanının
sənədlərinin markalanmasını təmin edir.
Sertifikatlaşdırma orqanları, onlar tərəfindən verilən
sertifikatların qeydiyyatını aparır.
Dostları ilə paylaş: |