Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi



Yüklə 0,96 Mb.
səhifə25/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   219
beynelxalq huquq

Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi

Müasir beynəlxalq hüquq üçün müstəsna əhəmiyyətə malik olan bu prinsip öz birbaşa ifadəsini BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində tapmışdır. Burada deyilir ki, Birləşmiş Millətlər Təşkilatının bütün Üzvləri «öz beynəlxalq münasibətlə-

rində, hor hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və ya Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər». Prinsipi özündə əks etdirən sənədlər sırasında Təcavüzün tərifi haqqında BMT Baş Məclisinin 1974-cü il Qətnaməsini, Beynəlxalq münasibətlərdə güclə hədələməkdən ya onun tətbiqindən imtina edilməsi prinsipinin səmərəliliyinin artırılması haqqında 1987-ci il Bəyannaməsini xüsusilə qeyd etmək lazımdır.

«Güc» dedikdə, BMT Nizamnaməsində hərbi, silahlı güc başa düşülür. Ədəbiyyatda bəzən rast gəlinən və bu terminin məna yükünün genişləndirilməsini, xüsusən, iqtisadi və hətta ideoloji gücün də bu termin vasitəsilə əhatə olunmasını nəzərdə tutan fikirləri birmənalı qəbul etmək olmaz və demək olar ki, bu fikirlər pozitiv beynəlxalq hüquqa söykənmir.

BMT Nizamnaməsinin göstərilən müddəasının bəzən belə bir təfsiri verilir ki, dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı olmayan, hər hansı «bəraətvcrici» məqsədlə, məsələn, insan hüquqlarının kütləvi pozulması hallarının qarşısını almaq üçün birtərəfli qaydada güc tətbiq olunması (buna «humanitar müdaxi- lə» deyilir) beynəlxalq hüquqa, daha doğrusu, sözügedən prinsipə zidd deyildir. Doğrudur, BMT Təhlükəsizlik Şurası tərəfindən sank- siyalaşdınlmamış humanitar müdaxiləyə mənəvi baxımdan, humanizm nöqteyi-nəzərindən haqq qazandınuaq olar, lakin dövlətlərin müvafiq praktikası güc tətbiqinin, BMT Nizamnaməsində əks olunmuş və aşağıda şərh olunacaq iki istisnadan başqa, bütün hallarda yolverilməzliyini təsdiq edir.

Sözügedən prinsipə görə, aşağıdakı hərəkətlər hüquqa zidd hesab olunur:



    1. digər dövlətin beynəlxalq sərhədlərini pozmaq məqsədilə və ya beynəlxalq mübahisələri, o cümlədən ərazi və yaxud sərhəd mübahisələrini həll etmək üçün güc tətbiq etmək və ya güc tətbiqi ilə hədələmək;

    2. silahlı güc tətbiq etməklə əvəzçıxma təzyiq tədbirləri (burada, qadağan olunmuş əməllər sırasında bir dövlətin silahlı qüvvə-

lərinin başqa bir dövlətin limanlarını blokadaya almasını (buna «dinc blokada» deyilir) göstərmək olar);

    1. qcyri-nizami qüvvələrin və ya silahlı bandaların təşkili və ya təşkilinə dəstək verilməsi;

ç) digər dövlətin ərazisində vətəndaş müharibəsinin və yaxud terror aktlannın təşkil edilməsi, onlara yardım edilməsi və ya birbaşa iştirak;

    1. digər dövlətin ərazisinin qanunsuz güc tətbiq etməklə işğal edilməsi;

    2. güc tətbiq etməklə və ya güc tətbiqi ilə hədələməklə digər dövlətin ərazisinin ələ keçirilməsi;

ə) xalqları öz müqəddəratını təyin etmək hüququndan, azadlıq və müstəqillikdən məhrum edən zorakı hərəkətlərin törədilməsi.

Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipinin ən ağır pozuntusu silahlı təcavüz hesab olunur, 'l'əcavüzü və onun ən təhlükəli forması olan silahlı təcavüzü, əlbəttə ki, qarışdırmaq olmaz. Dövlət aktı kimi (fərdin törətdiyi beynəlxalq cinayət kimi yox) təcavüzün anlayışı barədə beynəlxalq müqavilə olmasa da, BMT Baş Məclisinin XXIX sessiyasında (14 dekabr 1974-cü il) qəbul edilmiş 3314 nömrəli Qətnamə mövcuddur. «'Təcavüzün lə- rifi» adlanan bu qətnaməyə görə, aşağıdakı aktlardan hər biri təcavüz sayılır:



  1. bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisinə soxulması və ya basqın etməsi, yaxud hər hansı hərbi işğal;

  2. bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisini bombardman etməsi və ya onun ərazisinə qarşı hər hansı silahı tətbiq etməsi;

  3. bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin liman və ya sahillərini blokadaya alması;

  4. bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin quru, dəniz və ya hava qüvvələrinə, yaxud dəniz və hava donanmasına basqın etməsi;

  5. bir dövlətin, başqa bir dövlətin ərazisində onunla razılaşma əsasında yerləşən silahlı qüvvələrinin bu razılaşmanın şərtlərini pozmaqla istifadə edilməsi və habelə həmin silahlı qüvvələrin bu

razılaşmanın xilam olunmasından sonra göstorilən ərazido qalmaqda hər hansı formada davam etməsi;

  1. dövlətin öz ərazisini, həmin ərazini üçüncü bir dövlətə qarşı təcavüz aktı törətmək üçün istifadə edən başqa bir dövlətin sərəncamına verməsi;

  2. bir dövlət tərəfindən və ya həmin dövlətin admdan başqa bir dövlətə qarşı hərbi əməliyyatlar həyata keçirən silahlı bandalann, qruplann, qeyri-nizami qüvvələrin və ya muzdlularm göndərilməsi.

Təcavüz aktının müəyyən edilməsi BMT Təhlükəsizlik Şurasının müstəsna səlahiyyətinə aiddir (bax: BMT Nizamnaməsinin 39-cu maddəsi). Təhlükəsizlik Şurasının bu preroqativi habelə «'rəcavüzün tərifi haqqında» qətnamədə və Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda ifadə olunmuşdur. Lakin, yaxşı məlum olduğu kimi, siyasi mülahizələr ucbatından çoxsaylı təcavüz aktları, birbaşa basqın faktları da daxil olmaqla, Təhlükəsizlik Şurası tərəfindən lazımi tövsifini almamışdır. Buna ən bariz misal kimi Ermənistanın Azərbaycana qarşı törətdiyi məlum hərəkətləri göstərmək olar. Bu açıq-aşkar təcavüz aktları nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizə qədəri işğal olunmuşdur. Lakin münaqişə ilə bağlı Təhlükəsizlik Şurasının çıxardığı dörd qətnamənin heç birində (822, 853, 874 və 884) təcavüz aktı barəsində, Ermənistanın təcavüzkar dövlət elan olunması barəsində heç nə deyilmir.

Yuxanda göstərdiyimiz kimi, güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipindən iki müstəsna hal mövcuddur, yəni beynəlxalq hüquq yalnız iki halda silahlı gücün tətbiqinə yol verir:



  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin