Dövlətlərin bir-biri ilə əməkdaşlıq etmək prinsipi
Dövlətlərin bir-biri ilə əməkdaşlıq etmək prinsipi ilk dəfə olaraq BMT Nizamnaməsində təsbit olunmuşdur. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında vo iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq probemlərin həllində əməkdaşlıq etmək dövlətlərin həm hüququ, həm do vəzifəsidir. Dövlətlərin əməkdaşlığı onların siyasi, iqtisadi və sosial sistemlərindəki fərqlərdən asılı olmayaraq həyata keçirilməlidir.
Bcynolxalq öhdəlikləri vicdanla yerinə yetirmək prinsipi
Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetinnək prinsipi beynəlxalq hüququn ən qədim prinsipidir və daha çox pacta sunt ser- vanda («müqavilələr yerinə yetirilməlidir») kimi məlumdur. O, BMT Nizamnaməsinin 2-ci maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Burada deyilir ki. Birləşmiş Millətlər Təşkilatının bütün Üzvləri «Təşkilata üzvlükdən irəli gələn hüquq və üstünlükləri özlərinə təmin etmək üçün bu Nizamnaməyə uyğun olaraq öz üzərlə
rinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirirlər». Göstərilən prinsip habelə çox mühüm beynəlxalq müqavilədə - Beynəlxalq müqavilələr hüququ haqqında l969-cu il Vyana Konvensiyasında (26-cı maddə) öz əksini tapmışdır.
Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək prinsipinin bütün beynəlxalq hüquq sisteminin fəaliyyəti üçün əhəmiyyəti danılmazdır. Dövlətlər BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri bütün öhdəlikləri, o cümlədən beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalanndan, beynəlxalq müqavilələrdən və beynəlxalq hüququn digər mənbələrindən irəli gələn öhdəlikləri yerinə yetirməlidirlər. Onlar heç bir əsas olmadan özbaşına öz beynəlxalq öhdəliklərindən imtina edə bilməzlər. Beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi müvafiq dövlətin beynəlxalq məsuliyyətini doğurur. Dövlətlər elə etməlidirlər ki, onlann daxili qanunvericiliyi və inzibati praktikası üzərlərinə götürdükləri beynəlxalq öhdəliklərə uyğun olsun. Belə bir norma mövcuddur ki, beynəlxalq müqaviləni yerinə yetirmədiyinə haqq qazandırmaq üçün dövlət öz daxili hüququnun müddəalanna istinad edə bilməz (bax: Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 27-ci maddəsi).
FƏSIL
Dostları ilə paylaş: |