Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə29/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   219
beynelxalq huquq

Ərazi bütövlüyü prinsipi

Bu prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində dolayı yolla əks olunmuşdur. Müstəqil prinsip kimi o, Helsinki Yekun aktında təsbit olunmuşdur. Göstərilən prinsipin başlıca məzmunu ondan ibarətdir ki, dövlətlər bir-birinin ərazi bütövlüyünə hörmət etməlidirlər. Hər bir dövlət başqa bir dövlətin ərazi bütövlüyünün pozulmasına yönəlmiş hüquqa zidd hərəkətlərdən çəkinməlidir. Dövlətin ərazisi qanunsuz güc tətbiqi nəticəsində

38

hərbi işğal obyekti ola bilməz. Ərazi bütövlüyü prinsipi özündə digər bir prinsipi - hələ XIX əsrdə Latın Amerikasında formalaşmış və 1986-eı ildə Burkina Faso/Mali işində BMT Beynəlxalq Məhkəməsi tərəfindən ümumi beynəlxalq hüquq nonuası kimi sə- eiyyələndirilmiş uti possidetis prinsipini ehtiva edir. Uti possidetis prinsipinin məğzi ondan ibarətdir ki, müstəmləkələrin və ya federasiyanın subyektlərinin əvvəlki sərhədləri yeni müstəqil dövlətlərin beynəlxalq sərhədləri olur və müvafiq razılıq olmadan dəyişilə bilməz. Azərbaycanla bağlı demək olar ki, SSRİ dövründə onun malik olduğu ərazinin bütövlüyünə istənilən iddia və ya qəsd sözü gedən prinsipə tamamilə ziddir.




  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin