dinamik ekvivalentlik) arasında bir sıra üst-üstə düşən, bədii
tərcümə normalarının müxtəlif cür qəbul oluna bilən cəhətləri
var. Son illərdə dinamik ekvivalentliyə əsaslanan tərcüməyə daha
çox yer və qiymət verilir. Naşir və peşəkar tərcüməçilərin
fikirlərindən tam bəlli olur ki, dinamik ekvivalentliyə doğru meyl
həddindən artıqdır.
İstər formal, istərsə do dinamik ekvivalentdən bəhs etdikdə
məlumatın ötürülməsi üçün istifadə edilən kodlar arasında dil və
mədəniyyət yaxınlığı ilə müəyyən edilən üç cür əlaqəni yadda
saxlamaq lazımdır. Çox vaxt tərcümə bir-birinə nisbətən yaxın
dillərdən və mədəniyyətlərdən edilir. Məsələn, türk dilindən
Azərbaycana, yaxud ukrayna dilindən ruscaya. Digər tərəfdən,
dillər və mədəniyyətlər bir-birindən çox uzaq ola bilər. Misal
üçün, çin dilindən Azərbaycan dilinə, yaponcadan fars dilinə olan
tərcümələr. Bu dillər müxtəlif dillər ailəsinə daxildir. Bəzi
hallarda dil fərqlərindən başqa, mədəniyyət fərqləri də tamamilə
müxtəlif olur. Məsələn, ingilis dilindən Azərbaycana, koreya
dilindən özbək dilinə tərcümələrdə bu amil özünü aydın şəkildə
büruzə verə bilər.
Məxəz və tərcümə kodları arasında dil və mədəniyyət
yaxınlığı çox olduqda tərcümədə ciddi problemlər yaranmır.
227
Lakin dillər lap yaxın olduqda oxşarlıqlar çox vaxt mütərci- mi
aldadır vo nəticədə zəif tərcümə alınır. Məsələn, pəzəvəng sözünə
düqqət yetirək: Azərbaycan dilində yekəpər, nataraz, sağlam, iri
gövdəlidirsə, ingilis dilində pimpj procurer, fancy man, bastard,
son of a bitch, scoundrel, türk dilində sutener, aradüzəldən,
zinakar, yaramaz, qəddar, itoğlu, rus dilində сводник, подлец,
мерзавец, негодяй-д\х. Ən ciddi təhlükələrdən biri mütərcimin
yalançı dostları sayılan, alınma, yaxud eyni kökdən (dil
qrupundan) olan sözlərdir. Bu sözlər çox vaxt ilk baxışda
ekvivalent təsiri bağışlayır, amma həmişə belə olmur. İngilis
dilindəki to demand (tələb etmək) sözü ilə fransız dilindəki
demander.(sormamaq, xahiş etmək), ingiliscə to ignore (etinasız
yanaşmaq, saya salmamaq) ilə ispanca ignorai', ingiliscə virtue
(yaxşılıq, comərdlik) ilə latınca virtus (kişilik), ingiliscə deacon
(aşağı dərəcəli keşiş) ilə yunanca diakonos (xidmətçi, Allaha
ibadət edən) sözləri buna misal ola bilər.
Mədəniyyətlər yaxın, dillər uzaq olduqda mütərcim çoxlu
formal dəyişikliklər edir. Bununla belə, mədəniyyətlərdəki
oxşarlıq belə məqamlarda mütərcümə mətnin məzmununda
paralellər axtarıb tapmağa imkan verir. Halbuki, dillər və
mədəniyyətlər tam fərqli olduqda bu cür paralellər aparmaq
imkanı olmur. Əslində mədəniyyətlərdəki fərqlər mütərcim üçün
dil fərqlərindən daha çox çətinlik yaradır.
Tərcümə haqqında, onun tərifi haqqında fikirlər saysız-
hesabsızdır. Müxtəlif fikirlərin olması təbiidir, çünki tərcümə
edilən materialların müxtəlifliyi, tərcümənin məqsədi, oxucunun
ehtiyacı onun özündə bu haqda müxtəlif fikirlərin yaranmasına
gətirib çıxır. Bundan əlavə, canlı dillər daim dəyişir, inkişaf edir,
üslubi qaydalarda müəyyən mo- difikasiyalar baş verir. Müəyyən
bir dövrdə məqbul sayılan tərcümə vaxt keçdikcə dəyərdən
düşür, qeyri-məqbul hesab edilir.
228
Torcümo haqqında bir sıra mühüm və nisbətən anlaşıqlı
təriflər deyilmişdir. Prokazka (37) mütərcimdən tələb edir ki, (1)
o, məxəz mətnin sözünün mənasını və üslubi məziyyətlərini
anlasın, (2) dillər arasında struktur fərqləri anlaya bilsin, (3)
üslubi priyomların tərcümədə analoqunu yarada bilsin.
Şer tərcüməsindən bəhs edən Cekson Metyuz (37) yazır: “Bir
şey aydındır ki, bir şeri bütövlükdə tərcümə etmək yeni şer
yazmaqdır. Həmin tərcümə bütövlükdə orijinalın məzmununa
sadiq, onun formasına təxminən yaxın olacaq, lakin bu şerin öz
həyatı, öz səsi olacaq ki, bu da orijinal müəllifinin yox,
mütərcimin səsi olacaq”. Riçmond Lattimer (37) də şer
tərcüməsindən bəhs edərək yunan poeziyasının ingilis dilinə
tərcüməsindən danışır. O göstərir ki, yunan şerini ingilis dilinə
tərcümə etmək ingilis dilində yeni şer yazmaq deməkdir. Əgər
onun yunan dilindən tərcümə olduğu göstərilmirsə, heç kos onun
tərcümə olduğuna inanmaz.
Tərcüməyə verilən təriflərin hamısında bu işin çətinliyinə
toxunulur. Xüsusilə şer tərcüməsində forma ilə məzmun, formal
və dinamik ekvivalentlər arasında münasibətlər həmişə mübahisə
doğurur. Bununla belə, ümumi fikir bundan ibarətdir ki, məxəz
mətnin formal cəhətinə aludəçilik onun ruhunu öldürür. Götenin
şerlərinin tərcüməsinə həsr olunmuş məqaləsində U. Kuper yazır:
“Əgər orijinalın dilində tərcümə üçün çətinlik doğuran söz və söz
birləşmələri varsa və onlar hədəf dildə anlaşılmazlıq doğurursa,
onda şerin ruhuna uyğun olaraq ona hədəf dildə anlaşılmazlıq və
namü- nasiblikdən uzaq bir don geyindirmək lazımdır. Bu cür
tərcümə bir mədəniyyətdən digər bir mədəniyyətə torcümo
adlanır” (37).
Etiraf etmək lazımdır ki, şer tərcüməsində bir sıra problemlər
var, çünki şerdəki ifadə tərzi (ritm, vəzn, assonans və s.) onun
ruhunu tərcümədə vermək üçün vacibdir. Nəzm, yaxud
nəsrliyindən asılı olmayaraq, bütün tərcümə növlərində oxucunun
onu necə qəbul edəcəyini nəzərə almaq la
229
zımdır. Çünki hər hansı bir tərcüməni qiymətləndirdikdə əsas
amil tərcümənin oxucuya bağışladığı təsirdir. Leonard Forsterin
tərcüməyə verdiyi tərifdə deyilir: “Yaxşı tərcümə o tərcümədir
ki, yeni bir dildə oxucuya orijinalın öz oxucusuna bağışladığı
təsiri bağışlayır” (37).
Şer tərcüməsində formanın olduğu kimi saxlanması getdikcə
öz yerini təsirlərin ekvivalentliyinə nail olmaq prinsipinə
verməyə başlamışdır. Bəziləri tərcüməni rəsm əsərinə bənzədir
və deyirlər ki, rəssam mənzərəni təsvir edəndə bütün detalları
vermir, ancaq Özünün xoşuna gələnləri tabloya köçürür.
Tərcüməçi də belədir, o, orijinalın təkcə mənasını yox, ruhunu da
verməyə çalışır. Bu fikri dəstəkləyənlərsə qeyd edirlər ki, oxucu
tərcümədən həqiqəti gözləyir, onun istəyi orijinalın həqiqi
duyğusunu hiss etməkdir. Personajlar, situasiyalar, düşüncələr
orijinal müəllifinin dediyi kimi yox, düşündüyü, duyduğu kimi
oxucuya çatdırılmalıdır.
İstər nəsr, istər şer tərcüməsinin ümumiləşdirilmiş tərifini
vermək bir şeydir, adekvat tərcümənin mühüm cəhətlərini
təfərrüatı ilə təsvir etmək ayrı bir işdir. T.Savori (27) altı tezis və
onların anti-tezislərini verməklə tərcümənin bir çox mühüm
məsələlərini, prinsiplərini aydınlaşdırmağa çalışır. Onun irəli
sürdüyü müddəalarda müəyyən ziddiyyətlər olsa da,
nəzəriyyərilərin əksəriyyəti onun mühakimələri ilə razılaşırlar.
Ezra Pound (37) yazır ki, tərcümədə əsas məsələ sintaksi- sin
yox, mənanın verilməsidir. Hələ 1789-cu ildə Corc Ketr- bel (37)
deyirdi ki, tərcümədə məna aydın olmalıdır. Eyni fikri E.Miliqan
(37) da dəstəkləyərək yazır ki, tərcümədə sözü yox, mənanı
vermək lazımdır. Əgər tərcümə oxucu tərəfindən anlaşılmazsa,
onda belə bir tərcümə yoxdur.
Ketrbel yazır ki, tərcümə orijinalın mənasından başqa, onun
ruhunu və ifadə tərzini əks etdirməlidir. İncil tərcüməçisi
müxtəlif həvarilər tərəfindən söylənilən variantlar- dakı fərdi
üslubu da mümkün qədər əks etdirməlidir. Rut Underhil (37)
cənubi Arizonadakı Papaqa hindularının ca
230
dularının tərcüməsindən bəhs edir və göstərir ki, tərcümə məxəz
mətnin sözlərini yox, oradakı ruhu, effekti yaratmağa
çalışmalıdır. Fransis Stor (37) daha irəli gedərək tərcüməçiləri
hərfılik və spiritialist (ruhçu) kimi qruplara bölür, həm də öz
fikrini İncil tərcümələri ilə təsdiqləməyə çalışır. Onun fikrincə
Dostları ilə paylaş: |