Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə106/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   111
hərfılik  tərcüməni  öldürür,  orijinalın  ruhunu  canlandırmaq 
tərcüməyə həyat verir. Bu fikrin təsdiqi kimi o, müəllif tərcüməsi 
ilə mütərcim tərcüməsini müqayisə edir və belə  qərara  gəlir ki, 
birinci orijinalın ruhunu əks etdirirsə, ikincidə bu ruh çatışmır. 
Tərcümədə  məna  ilə  birlikdə  üslub  da  xüsusi  əhəmiyyət 
daşıyır.  Tərcümədə  üslub  təbiilik  və  oxunaqlılıqdır.  Maks 
Beerbort (37) yazır ki, pyesləri ingilis dilinə tərcümə edənlərin ən 
böyük  günahı  dilin  təbiiliyinə  əhəmiyyət  verməmələridir, 
oxuduqda,  dinlədikdə  əsərin  tərcümə  olduğu  açıq-aydın  bilinir. 
Bu  mütərcimlərin  əksəriyyətinin  belə  bir  cəhəti  var:  onlar  orta 
səviyyəli  oxucunun  işlətmədiyi  sözləri  tapıb  işlədirlər.  Qudspid 
İncilin tərcümələrinə istinadən həmin fikri təsdiqləyərək bildirir 
ki,  ən  yaxşı  tərcümə  odur  ki,  onu  oxuyanda  adam  tərcümə 
oxuduğunu yadına salmır, yadına düşmür ki, orijinal əsər oxumur, 
əksinə oxucunun yadından çıxır ki, tərcümə əsəri oxuyur, oxucu 
qədim  əsər  müəllifinin  dünyasına  daxil  olur,  sanki  müasir  bir 
əsəri oxuyur. Əlbəttə, belə bir iş asan deyil, ancaq bununla belə, 
bu cür işləmək hər bir ciddi mütərcimin işidir. J.B.Filips (37) eyni 
mövqeyi dəstəkləyərək bildirir: əsl tərcümə odur ki, tərcümə kimi 
oxunmur.  Onun  bu  barədə  ikinci  mülahizəsi  əvvəlkini  daha  da 
möhkəmləndirir, onun fikrincə tərcümə mütərcimin dili yox, təbii 
dil olmalıdır. 
Etiraf  etmək  lazımdır  ki,  xüsusilə  orijinal  yaxşı  bir  bədii 
nümunədirsə,  yaxşı  bir  tərcümə  ərsəyə  gətirmək  heç  də  asan 
deyil, çünki yaxşı bədii nümunələrdə dilin bütün potensialından, 
zənginliyindən ustalıqla, yaradıcılıqla istifadə olunur. Buna görə 
də  mütərcim  həm  dilin  zənginliyi  ilə  bağlı  çətinlikləri  aradan 
qaldırmalı, həm də tərcümə dilində ona 
231 


münasib,  ekvivalent  motn  yaratmalıdır.  Castin  O’Breyn  (37) 
Raymond Tuerinə istinadən yazır ki, tərcümənin keyfiyyətinin ən 
inandırıcı meyarı onun çətinliklə tərcümə olunmasıdır. Əgər heç 
nə itirmədən əsər ayrı bir dilə asanlıqla tərcümə olunursa, onda 
həmin əsərin ya heç bir mahiyyəti yoxdur, ya da həmin mahiyyət 
o qədər də nadir bir şey deyil. 
Tərcümənin  həddindən  artıq  çətinliklərinə  baxmayaraq, 
xüsusilə  yüksək  keyfiyyətli  bədii  əsərləri  tərcümə  etdikdə  elə 
oxunaqlı və təbii tərcümə üsulu seçilməlidir ki, əsərin orijinalının 
məxəz oxucuda yaratdığı təəssüratı tərcümənin dilində do yarada 
bilsin. Bu ox^ar təəssürat prinsipinə bu və ya digər dərəcədə bir 
çox mütəxəssislər istinad edir və onu dəstəkləyirlər. Hətta Metyu 
Arnold  oxşar təəssürat  prinsipini  rədd etsə də, bu prinsipdən əl 
çəkə  bilmir  və  yazır  ki,  tərcümə  də  orijinal  kimi  oxucuya  eyni 
təsiri  bağışlamalıdır.  Başqalarının  sərbəst  tərcümələrinə  etiraz 
etməklə bərabər, M.Arnold hərfi tərcümə tərəfdarlarına da qarşı 
çıxır, o oxşar təəssürat anlayışına yaxınlaşaraq göstərir ki, ingilis 
dilinə tərcümə təkcə alimlər üçün deyil, hər bir savadlı şəxs üçün 
idiomatik və maraqlı olmalıdır. Tərcüməçi oxucusunda orijinalın 
doğurduğu  təəssürata  bərabər,  yaxud  ona  yaxın  bir  təəssürat 
yaratmağa çalışmalıdır. 
Sauter  mahiyyətcə  həmin  fikri  dəstəkləyərək  yazır; 
“Tərcümədə  bizim  idealımız  oxucuda  orijinalın  öz  oxucusunda 
yaratdığı  təəsürata,  təsirə  mümkün  olduqca  yaxın  bir  təəssürat 
yaratmaqdır”  (37).  Noks  israr  edir  ki,  tərcümə  də  orijinal  kimi 
maraqlı oxunmalı, oxucu ondan həzz almalıdır- (37). 
Tərcüməyə əsasən dilçilik baxımından yanaşan Prokazka bu 
fikrə  tərəfdar  çıxaraq  tərcümənin  də  son  nəticəsinin  oxucuda 
orijinalın bağışladığı təəssüratı doğurmaq olduğunu yazır(37). 
Əgər tərcümə dörd əsas tələbə (mənalılıq, orijinalın ruhu və 
ifadə  tərzi,  təbii  və  oxunaqlı  ifadə  forması,  oxşar,  yaxud  eyni 
təsiri doğurmaq) cavab verməli isə, onda forma ilə 
232 


mozmun (məna ilə ifadə tərzi) arasında münaqişənin həllində bu 
komponentlərdən  biri  üstünlük  qazana  bilər.  Ümumiyyətlə, 
mütərcimlər  belə  bir  məsələdə  həmrəydirlər  ki,  tərcümə 
prosesində məna güzəştindən söhbət getmirsə, əsərin üslubu ilə 
müqayisədə  mənanın  transformasiyasına  üstünlük  verilməlidir. 
Tərcümədə  məzmun  və  ifadə  tərzinin  vəhdət  təşkil  etməsi 
vacibdir,  çünki  bunlar  bir  məfhumun  ayrılmaz  hissələridir. 
Məzmuna aludəçilik, formaya etinasızlıq keyfiyyətsiz tərcümə ilə 
nəticələnir,  orijinalın  ruhundan,  cazibəsindən  heç  nə  qalmır. 
Digər tərəfdən, müəllifin üslubunu saxlamaq üçün mənanı qurban 
vermək  məlumatın  düzgün  ötürülməməsi  ilə  nəticələnə  bilər. 
Məzmunla müqayisədə forma radikal dəyişikliklərə məruz qalsa 
da,  öz  təsiri  baxımından  orijinala  ekvivalent  olaraq  qala  bilər. 
Məna  ekvi-  valentliyi,  məna  uyğunluğu  üslubi  uyğunluqdan 
üstün tutulmalıdır. Bu iki  elementdən hər hansı  birinə üstünlük 
mexaniki  şəkildə  verilməməlidir,  çünki  xüsusilə  şer 
tərcüməsində, əsərin tərcüməsi yox, yeni yaradılışı tələb olunur. 
Tərcümə ilə bağlı fikirlərin nəzərdən keçirilməsi belə bir faktı 
təsdiq  edir  ki,  tərcüməyə  verilən  təriflər  determenistik 
qaydalardan yox, nisbilik prinsiplərindən çıxış edir. Ona görə də 
bir sıra amilləri nəzərə almadan heç kəs hansı tərcümənin yaxşı, 
yaxud  pis  olmasını  deyə  bilməz.  Bu  amillər  də  müxtəlif  cür 
götür-qoy ediləcək müxtəlif cür cavablar alma bilər. Ona görə do 
Bu  yaxşı  tərcümədirmi?  sualına  çoxlü  sayda  məqbul  cavablar 
almaq mümkündür. 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin