Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə109/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   111
çay, tree-ağac, stone-daş, 
knife-bıçaq; 
(2)  mədəniyyət  baxımından  fərqli,  lakin  müəyyən 
qədər  oxşar  funksiyalı  məfhumlar,  məsələn, 
book-kitab-Kuuaa, 
lakin  Əhdi-cədiddə  kitab  (book) 
perqament, 
yaxud 
papirusdwv, 
üstü  yazılır və lülə şəklində bükülürdü); (3) sırf milli möhürlü, 
milli  mədəniyyətlə  bağlı  məflıumlar,  məsələn, 
sinaqoq,  məscid, 
kilsə, çadra 
və s. 
Birinci  qrupa  daxil  olan  məfhumlar  adətən  heç  bir  çətinlik 
doğurmur. İkinci qrupa daxil olan məfhumların tərcüməsi zamanı 
müəyyən anlaşılmazlıq yarana bilər. Tərcüməçi ya gərək elə bir 
söz  işlədə  ki,  orijinaldakı  sözün  ifadə  etdiyi  məfhumun 
ekvivalent funksiyasını ifadə etməsə də, formasını ifadə etsin, ya 
da  formal  oxşarlıq  bahasına  funksional  ekvivalenti  ifadə  etsin. 
Üçüncü qrup sözləri tərcümə etdikdə müəyyən əcnəbiləşmədən 
yaxa  qurtarmaq  mümkün  deyil.  Tərcümədə  mədəniyyətlər 
arasındakı boşluğu aradan qal 
238 


dırmağa nə qədər cəhd edilsə də, əcnəbi izlərdən yaxa qurtarmaq 
müşkül  məsələdir.  Məsələn,  İncilin  tərcüməsində  Fa-  riseylər 
(Pharisees),  Sadäusilər  (Sadducees),  Süleymanın  məqbərəsi 
(Solomon’s  temple),  sığınacaq  qəhərləri  (cities  of  refuge), 
sağaltmaq (anointing), adulterous - zinadan törəmiş nəsil, living 
sacrifice  -  canlı  qurban,  Lamb  of  God  -  Həzrəti  İsa  kimi 
ifadələrdən yayınmaq olmaz. 
Məlumdur  ki,  məxəz  və  hədəf  dillər  tam  fərqli 
mədəniyyətlərə  məxsus olduqda  tərcümə  prosesində  bu  fərqləri 
tam  neytrallaşdırmaq  mümkün  deyil.  Məsələn,  Ekvatorda 
yaşayan bir sıra hindu qəbilələri Əhdi-Codiddə müqəddəs Pave- 
lin Təbiət sizə öyrətməmişdirmi: kişi uzun saç saxlamaz, kişinin 
uzun saç saxlaması onu bişərəf edər? {Does not nature teach you 
that for a man to wear long hair is a dishonour to him?), sözlərini 
heç cür başa düşə bilmirlər, çünki ümumiyyətlə həmin hindularda 
kişilər saçlarım uzadır, həddi-bülu- ğa çatmış qızlar isə saçlarını 
qısa  kəsdirirlər.  Eynilə  qərbi  Afrikanın  bir  çox  yerlərində  belə 
hesab  edirlər  ki,  Həzrəti-  İsa  Qüdsə  daxil  olarkən  həvarilərinin 
onun  yoluna  ağac  yarpaqları  və  budaqları  səpməsi  həqarətdir, 
çünki qərbi Afrika adətlərinə görə qəbilə başçısının piyada, yaxud 
atüstə getdiyi yolu süpürür-təmizləyirlər. Kimsə bu yola budaq və 
s.  nəisə  atarsa,  onda  onu  hörmətsizlikdə,  təhqirdə 
günahlandırırlar.  Bütün  bunlara  baxmayaraq,  mədəniyyətlər 
arasındakı fərqlərin tərcümədə öhdəsindən gəlmək düşünüldüyü 
qədər də çətin deyil. Bunun üçün tərcümədə şərhdən geniş şəkildə 
istifadə  olunur  və  hər  bir  məfhumun  əsası,  mənşəyi  açıqlanır. 
Çünki  insanlar  başa  düşürlər  ki,  bütün  xalqlarda  adət,  ənənə, 
davranış tərzi və s. eyni deyil. 
Hədəf dildə təbii ifadə tərzi əsasən ekvivalentlərin bir-birinə 
hansı səviyyədə uyğunluğu, yaxud uyğunsuzluğu ilə əlaqədardır. 
Bunlardan on mühümü aşağıdakılardır: (l) söz qrupları (məsələn, 
əgər bir dildə love ismi yoxdursa, onda God is love əvəzinə God 
loves deyilə bilər); (2) qrammatik kateqoriyalar (məsələn, bir sıra 
dillərdə nominativ xəbər kə 
239 


miyyətə görə mübloda ilə üzlaşır. Belə ki, the two shall be one 
demək olmaz; the two persons shall act just as though they are 
one person deyilməlidir); (3) semantik qruplar (məsələn, dillərin 
birində söyüşlər müqəddəs adların qeyri-düzgün, yanlış işlənməsi 
nəticəsində yarana bilər. Digər birisində isə onlar əsasən nəcis və 
insan bədəninin üzvlərilə bağlıdır); (4) nitq növləri (bəzi dillərdə 
vasitəli,  bəzilərində  isə  va-  sitəsiz  nitq  daha  çox  işlənir);  (5) 
mədəniyyətlə bağlı kontekstlər onlann bir-birinə (bəzi xalqlarda 
Əhdi-Cədidi  oturub  oxuduqları  halda,  digərləri  bunu  qəbahət 
sayırlar). 
Hədəf  dilin  təbiiliyi,  dillərin  və  mədəniyyətlərin  yaxınlığı, 
uyğunlaşdırılması ilə bağlılıqdan əlavə ötürülən məlumatlardakı 
kontekstlərin oxşarlığı da böyük rol oynayır. Burada məsələ sırf 
qrammatik  və  leksik  xüsusiyyətlərlə  məhdudlaşdırıla  bilməz, 
intonasiya  və  cümlələrin  ritmini  də  nəzərə  almaq  lazımdır. 
Sözlərə bağlanıb qalmaqla mütorcim orijinalın ruhunu itirir. 
Əsl təbii səslənən tərcümədə onun nələri deyə bilməməsindən 
daha çox nələri deyə bilməsidir, çünki, uğurlu tərcümələrdə ciddi 
anomaliyalar olmur. Anomaliya mətndə tez nəzərə çarpır. 
Məsələn,  müəyyən  qədər  ədəbli,  etik,  təmiz  nitqdə  kobud, 
vulqar söz və ifadələrin işlənməsi münasib deyil, bu səbəbdən də 
məqbul və təbii görünmür. Bununla belə tərcümədə vulqar sözlər, 
jarqon, slenq və canlı danışıq dilinə məxsus elementlər digər söz 
qrupları ilə müqayisədə daha çox problem yaradır. Stenli Nyutan 
(37)  Zini  dilində  müqəddəs  və  vulqar  anlayışlarla  bağlı  sözləri 
təhlil  edərək  göstərir  ki,  ingilis  dilinin  amerikan  variantında 
işlənən  mclika  sözünü  ki-  va  dini  mərasimlərində  işlətmək 
düzgün deyil. Kiva mərasimində mclika sözünün işlədilməsi belə 
bir mərasimə radio gətirilməsi anlayışını bildirir. 
Bəzi  dillərdə  onomalopoetik  ifadələrin  işlənməsini  slenqə 
ekvivalent hesab edirlər. Yaxud bir sıra Afrika dillərində yüksək 
dərəcədə təqlidi səciyyəli sözlərin (bunlara bəzən 
240 


ideofonlar  da  deyirlər)  İncil  kimi  müqəddəs  kitabların 
tərcüməsində  işlənməsi  qeyri-mümkün  hesab  olunur.  Şübhəsiz, 
bəzi  missioner  mütərcimlərin  bu  cür  canlı,  yüksək  dərəcədə 
danışıq  dilinə  məxsus  söz  və  ifadələrin  işlənməsinə  mənfi 
münasibəti  bir  çox  afrikalıda  elə  qənaət  yaratmışdır  ki,  bu  cür 
sözlər  İncil  konteksinə  sığışmır.  Ancaq  bəzi  dillərdə 
anomatopetik ifadələr o qədər inkişaf edib ki, onlar həmin dillərin 
mühüm cəhətini təşkil edir və müxtəlif məqamlara tam  yaraşır. 
Məsələn,  Waiwa  dili  (Britaniya  Qvineyasında  işlədilir)  bu 
sözlərdən  bol-bol  istifadə  edir,  onlarsız  hissləri  ifadə  etmək 
mümkün deyil. Məhz bu sözlər vasitəsilə dinləyici danışanın nəql 
etdiyi hadisəyə münasibətini anlayır. 
Bəzi  mütərcimlor  çox  uğurla  vulqar  ifadələr  və  slenqdən 
yayınırlar,  lakin  belə  tərcümələrdə  orijinaldakı  gözəllik  və 
təbiilikdən  heç  bir  əsar-əlamət  qalmır.  Məsələn,  Selincerin  The 
Ca/cher  in  the  Rye  romanı  Azərbaycan  dilinə  tərcümə 
olunmuşdur.  Əsər  amerika  məktəblisinin  həyatından  bəhs  edir. 
Onun davranışı, həyat tərzi bizimkindən tamamilə fərqlənir. Bu 
uşağın cümləsinin əvvəli də, axırı da söyüşlərlə doludur. Ancaq 
Azərbaycan  dilinə  tərcümədəki  oğlan  isə  tam  nümunəvi  bir 
məktəblidir. 
Məlumat  və  kontekstin  biri-birinə  uyğun  gəlməsinə  mane 
olan  cəhətlərdən  biri  də  anaxronizmdir.  Məsələn,  ingilis  dilinə 
İncilin tərcüməsində rust (pas) əvəzinə iron oxiäe (dəmir oksidi) 
işlədilməsi  texniki  cəhətdən  düzdür,  lakin  anaxronik  səciyyə 
daşıyır.  Digər  tərəfdən,  əvvəlki  tərcümələrdə  heaven  and  earth 
{göy  və  yer)  sözlərinin  universe  (kainat)  ilə  əvəz  edilməsi 
orijinaldan  o  qədər  də  böyük  uzaqlaşma  deyil,  çünki  qədim 
dünyanın  insanları  heaven  and  earth  -ün  daxil  olduğu  bir 
sistemdən  xəbərdar  idilər.  Ona  görə  də  universe-m  işlənməsi  o 
qədər də qeyri-məqbul deyil. Anaxronizmlə bağlı iki cür tərcümə 
səhvləri  yaranır:  (1)  tarixi  əsərdə  müəyyən  sözlərin 
müasirləşdirilməsi tarixin müəyyən dövrünü yanlış şəkildə təsvir 
etməyə,  tarixi  saxtalaşdırmağa  aparıb  çıxarır.  Məsələn,  demon 
possessed (qəlbinə şeytan girmiş) ifadəsinin 
241 


mentally  distressed  (əqli  çatışmamazlıq,  beyni  pozulmuş)  ib 
ovozbnmosi; (2) hodof dilin tam arxaikloşdirilmosidir ki, bu da 
gerçəklik haqqında yanlış təəssürat yaradır. 
Məlumatın  kontekstə  uyğunluğu  sadəcə  olaraq  sözlərin 
referensial 
məzmununun 
uyğunluğundan 
ibarət 
deyil. 
Məlumatdakı  təəssüratın  məcmuu  təkcə  obyektlərdən, 
hadisələrdən  və  sözlər  şəklində  rəmzlərdən,  əlaqələrdən  deyil, 
eyni zamanda bu rəmzlərin üslubi baxımdan seçilməsi və düzül- 
məsindən ibarətdir. Bundan əlavə, müxtəlif mətnlər üçün məqbul 
üslubi  normalar  da  müxtəlif  dillərdə  bir-birindən  köklü  şəkildə 
fərqlənir. Məsələn, ingilis dili üçün tam məqbul sayılan bir şey 
Azərbaycan  nəsri  üçün  qeyri-məqbul  sayıla  bilər  və  əksinə. 
Aydındır ki, Azərbaycan şerinə məxsus lirizm, melodiklik ingilis 
şerində yoxdur. 
Ola  bilər  ki,  mütərcim  konteksdəki  məlumatı  yaxşı  əks 
etdirmək  üçün  müəyyən  elementləri  ümumiyyətlə  atsın,  lakin 
orijinalda  mövcud  bəzi  müsbət  üslubi  elementlərin  qarşılığını 
verməklə tərcümədə müəyyən emosional ton, ahəng yaratsın. Bu 
cür emosional ton hökmən müəllifin mövqeyini əks etdirməlidir. 
Yəni,  sarkazm,  ironiya  və  digər  bu  kimi  elementlər  dinamik 
ekvivalent  yönümlü  tərcümələrdə  öz  ifadəsini  tapmalıdır. 
Bundan əlavə, orijinaldakı iştirakçıların hər biri müvafiq qaydada 
təqdim  olunmalıdır.  Personajlar  üçün  müvafiq  söz  və  ifadələr 
seçilməklə onlar özlərinə uyğun şəkildə hədəf mətnin oxucusuna 
təqdim olunmalıdır. Elə etmək lazımdır ki, həmin personajların 
sosial  vəziyyəti,  coğrafi  dialekti  və  s.  nəzərə  çarpsm.  Bundan 
əlavə,  elə  etmək  lazımdır  ki,  orijinal  müəllifinin  yaratdığı 
personajlar  tərcümədə  öz  qiyafələrində  görünməsindən  ötəri 
bütün vasitələrdən istifadə edilməlidir.. 
Dinamik  ekvivalentli  tərcümədə  təbiiliyin  üçüncü  elementi 
məxəz  dildəki  məlumatın  hədəf  dil  oxucularının  tələblərinə  nə 
dərəcədə  cavab  verməsidir.  Bu  tələblərə  uyğunluq  oxucunun 
səviyyəsi və anlamaq qabiliyyəti ilə ölçülür. Bu 
242 


məqamda tərcümənin əsl dinamik ekvivalent üzərində qurulması 
əsas şərt sayılır. Digər tərəfdən, mütorcim həmişə əmin deyil ki, 
orijinal  öz  oxucusuna  necə  təsir  edib,  yaxud  hansı  təsiri 
bağışlayıb. Məsələn, biz bu qənaətə gəlmişik ki, Qurani-Kərimin 
dili  orta  səviyyəli  kütlənin  dilidir.  Buna  görə  də  orta  səviyyəli 
kütlənin  dilinə  tərcümə  olunmalıdır.  Ancaq  əsl  həqiqət  bundan 
ibarətdir:  Qurani-Kərim  orta  səviyyəli  kütləyə  yox,  moizələrə 
qulaq  asanlara  ünvanlanıb.  Ona  gorə  də  sözlər  elə  seçilib 
işlənməlidir ki, asanlıqla başa düşülsün. 
Dinamik  ekvivalentə  əsaslanan  tərcümədə  bir  sıra  formal 
dəyişikliklər etmək vacibdir. Bu dəyişikliklər üç mühüm sahəni 
əhatə  edir:  (1)  xüsusi  bədii  formaları,  (2)  semantik  cəhətdən 
ekzosentrik  ifadələri,  (endocentric-əsas  elementi  olan  fraza: 
Hilary could not open the window. Burda iki fraza var- biri feli 
fraza-could not open; ikincisi the window. Bunlann birində open, 
o  birində  window  əsas,  baş  elementdir,  bu  baş  element 
genişləndirilə bilər, bunun əksi exocentric-dir, burda baş element 
yoxdur,  məsələn:  people  left  early).  (3)  intraorqaniz-  mik 
mənaları. 
Şer tərcüməsində nəsrə nisbətən daha çox formal dəyişikliklər 
baş verir, çünki müxtəlif dillərdə ritmin özü, vəznlər formaca və 
estetik  cəhətdən  bir-birindən  çox  fərqlidir.  Bunun  nəticəsində 
şerdə  vəznlərin  bir-birini  əvəz  etməsi  labüddür.  Bəzən  forma 
tamamilə  dəyişir.  Məsələn,  istər  İncil,  istərsə  də  Qurani-Kərim 
şerlə  yazılmalarına  baxmayaraq,  onlar  əsasən  nəsr  ilə  tərcümə 
olunmuşlar.  Bu  da  onunla  əlaqədardır  ki,  tərcümə  mətninin 
oxucusu  və  dinləyicisi  üçün  onların  məzmunu  formalarından 
daha mühümdür. 
Hərfən  tərcümə  etdikdə  məxəz  dildəki  semantik  cəhətdən 
ekzosentrik  ifadələr  mənasız  olarsa,  yaxud  mətndə  yanlışlıq 
törədərsə,  mütərcim  dinamik  ckvivalcntli  tərcümədə  bir  sıra 
dəyişikliklər  etməyə  məcburdur.  Məsələn,  semit  mənşəli  “gird 
up the loins of your mind” ifadəsi hərfən “put a belt around the 
hips of your mind“ (fikirlərin belinə kəmər bağla) deməkdir. Belə 
hallarda tərcüməçi ifadəni ekzosentrikdən 
243 


endosentriko çevirməlidir, məsələn: "get ready in your thinking" 
(fikrini  cəmlə).  Bundan  əlavə,  idiom  ümumiyyətlə  mənasız  ola 
bilməz,  səhv,  yanlış  fikir  ifadə  edə  bilər.  Belə  hallarda  bu  cür 
idiomlarda  müəyyən  dəyişiklik  aparıla  bilər.  Məsələn, 
orijinaldakı  metafora  tərcümədə  bənzətmə  ilə  əvəzlənə  bilər: 
"Sons  of  thunder"  (İldırım  oğulları)  -men  like  thunder  (ildırım 
kimi oğullar). 
Tərcümə  prosesində  dəyişikliyə  ən  çox  intraorqanizmik 
mənalar  məruz  qalır,  çünki  onlar  işləndikləri  dilin  mədəni 
kontekstindən asılıdır. Buna  görə də onlar  asanlıqla hədəf dilin 
mədəni  kontekstinə  daxil  ola  bilmir.  Məsələn,  Əhdi-  Cədiddə 
tapeinos"sözn  ingilis  dilinə  "humble",  "lowly"  tərcümə  olunur, 
lakin  bu  sözün  yunan  dilində  geniş  emosional  konnotasiyaları 
var.  Belə  ki,  orada  bu  söz  "low",  "humila-  ted”,  "mean", 
"degraded", "base" \C\m\ mənfi mənalarda işlənilir. Məlumdur ki, 
xristianlar vaxtilə əhalinin ən aşağı təbəqəsini təşkil edirdi və bu 
söz  onlara  münasibətdə  müəyyən  qədər  təhqiramiz  səciyyə 
daşıyırdı.  Əhdi-Cədidin  müasir  dillərə  tərcümələrində,  şübhəsiz 
ki,  bu  təhqiramiz  mənanı  vermək  olmaz.  Çünki  indi  xristianlıq 
yalnız əhalinin aşağı təbəqəsini yox, bütün təbəqələrini əhatə edir. 
Bu cür emosionallıq ifadə edən sözlər təkcə ilahiyyat sahəsi ilə 
məhdudlaşmır, onlar lüğətin bütün təbəqələrinə aiddir. Məsələn, 
fransız  dilində  ingilis  dilindəki  "house  "  sözünün  əksinə  olaraq 
"home”  sözü  üçün  konkret  ekvivalent  yoxdur,  "foyer"  ingilis 
dilindəki  "home”  sözünə  müəyyən  qədər  uyğundur,  ancaq 
"hearth”,  "fireside”,  eləcə  də  "focus”,  "salon  of  a  theatre  ” 
mənalarında  da  işlənir.  Emosional  baxımdan  ingilis  dilindəki 
“home”  fransız  dilindəki  "foyer"  sözünə  yaxındır,  lakin 
referensial  mənada  "home  ”  fransız  dilindəki  "maison  ”, 
"habitation ” və "chez ” sözlərinə uyğundur. 
 
Bu dərslikdə tərcüməçi  üçün lazım olan müəyyən məlumat- 
lan  verməyə  çalışdıq.  Tərcümənin  problemləri  deyilənlərlə 
bitmir, onun hər bir kateqoriyası haqqında daha geniş və daha ət 
244 


raflı  tədqiqat  aparıla  bilər.  Azərbaycanda  tərcümənin  tarixini, 
ayn-ayn mütərcimlərin fəaliyyəti və istifadə etdikləri prinsipləri 
müəyyən etmək üçün tədqiqatlara ehtiyac var. Şübhəsiz ki, biz və 
bizdən sonra gələnlər bu işi gələcəkdə görəcəklər. 
Çəkdikləri zəhmət üçün Ə.Qubatova, N. Balacayevaya, F. 
Abdullayevaya və S. Mustafaya təşəkkürümü bildirirəm. 
245 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin