Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş


Dinamik ekvivalent yönümlü tərcümə prinsipləri



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə108/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   111
Dinamik ekvivalent yönümlü tərcümə prinsipləri 
Formal ekvivalentə əsaslanan tərcümənin əksinə olaraq digər 
tərcümə növü dinamik ekvivalentə əsaslanır. Bu cür tərcümələrdə 
diqqət  o  qədər  də  məxəz  mətndəki  məlumata  yox,  onun 
reseptorda  doğurduğu  təsirə,  təəssürata  doğru  yönəldilir. 
Dinamik  ekvivalentə  əsaslanan  tərcümələri  oxuyan  ikidilli, 
ikimodəniyyətli oxucu ona bəraət qazandıraraq deyə bilər: Bax, 
biz  də  belə  deyərdik.  Ancaq  başa  düşmək  lazımdır  ki,  dinamik 
ekvivalentə əsaslanan tərcümə heç də məxəz mətndəki məlumata 
bu və ya digər dərəcədə oxşayan ayrı bir mətn deyil. Bu, sözün 
əsl  mənasında  tərcümədir,  o,  məxəz  mətnin  məzmununu  və 
məqsədini aydın şəkildə əks etdirməlidir. 
Dinamik  ekvivalentə  əsaslanan  tərcüməni  məxəz  mətndəki 
məlumatın  ən  yaxın  ekvivalenti  adlandırmaq  olar.  Dinamik 
ekvivalentli tərcümə üç əsas cəhəti özündə birləşdirir: 
236 


(1)  ekvivalenllik,  yoni  moxoz  molno  yaxınlıq;  (2)  təbiilik,  yəni 
tərcümə  dilinə  məxsus  təbiilik,  axıcılıq;  (3)  yaxınlıq,  yəni  iki 
mətnin  ən  yüksək  dərəcədə  yaxınlığı  əsasında  tərcümədə  iki 
yönüm - məxəz və hədəf mətnlərin hər ikisinə orientasiya etməklə 
onların bir-birinə bağlılığı. 
Dinamik  ekvivalentə  əsaslanan  tərcümə  məxəz  mətnin 
formasının  transformasiyasına  yox,  onun  reseptorda  doğurduğu 
təsiri, təəssüratı yaratmağa doğru yönəlmişdir. Buna görə də belə 
tərcümələrdə  təbiilik  sözünün  hansı  mənalarda  işləndiyini 
müəyyən  etmək  vacibdir.  Təbiilik  sözü  ünsiyyət  prosesinin  üç 
sahəsinə  tətbiq  oluna  bilər:  (1)  mətnin  təbii  şəkildə 
transformasiyası hədəf dilə və mədəniyyətinə uyğunlaşdırılmalı, 
(2)  məxəz  mətndəki  müəyyən  kontekstlər  hədəf  mətndəki 
müəyyən  kontekstlərə  uyğun  olmalı,  (3)  hədəf  mətn  reseptorun 
anlamına uyğun gəlməlidir. 
Məxəz  mətnin  reseptorun  dilinə  və  mədəniyyətinə  uyğun- 
laşdırılması  üslubi  cəhətdən  məqbul  sayılan  hər  bir  tərcümənin 
əsas  elementlərindən  biridir.  Əslində  bu  linqvistik  uyğunluq 
hədəf mətnlə məxəz mətn arasında uyğunluq olmaq- dıqda özünü 
büruzə  verir.  Təbii,  oxunaqlı  tərcümədə  üslubi  və  digər 
uyğunluqlar olduqda onlar dərhal qabarıq şəkildə özünü büruzə 
verir. C.H. Frer bu məsələyə toxunaraq yazır ki, tərcümənin dili 
təmiz,  asanlıqla  başa  düşülən,  kələ  kö-  türlükdən  uzaq  olmalı, 
hisslər  və  fikirlər  bir-birini  tamamlamalıdır.  Bundan  başqa 
tərcüməyə heç nə lazım deyil. Təcü- mə mənfi mənada heç nə ilə 
diqqəti  özünə  cəlb  etməməlidir,  xarici  dildən  edilən  bütün 
idxallar  dayandırılmalıdır.  Hədəf  dilə  və  mədəniyyətə  bu  cür 
yanaşılması  onunla  nəticələnə  bilər  ki,  hədəf  mətndə  əcnəbi 
mənşədən  heç  bir  iz  qalmaz.  G.A.Black  yazır  ki,  Ceyms 
Tompsonun  Heynedən  tərcümələri  məhz  bu  cürdür.  Belə 
tərcümələr  orijinalın  reproduksiyasıdır,  sanki  Heynenin  özü  bu 
şerləri gözəl ingilis dilində yazıb(37). 
237 


Təbii  tərcümə  adaptasiyanın  iki  mühüm  sahəsini  özündə 
birləşdirir: qrammatika və leksika. Tərcümə zamanı qrammatik 
modifıkasiyalar dil strukturları arasındakı fərqlərdən irəli gəlir və 
bunsuz keçinmək qeyri-mümkündür. Buna görə də məcburuq ki, 
tərcümədə söz sırasını dəyişək, fel əvəzinə isim yazaq, əvəzliyi 
isimlə əvəz edək və s.: 
1.  He bought a book yesterday. 
Mübtəda-Xəbər- Tamamlıq-Zaman zərfliyi 
O dünən bir kitab aldı. 
Mübtədä-Zaman Zərfliyi- Tamamlıq-Xəbər 
2.  To import grain from other countries is not allowed. 
Digər ölkələrdən taxıl idxalına icazə verilmir. 
3.  He gave 
her 
his book. 
Oğlan kitabını qıza verdi və s. 
Məxəz  dilin  leksik  strukturu  nisbətən  asanlıqla  hədəf  dilin 
semantik  tələblərinə  uyğunlaşır.  Müəyyən  qaydalara  riayət 
etməkdən başqa çoxlu alternativ imkanlar var. Ümumiyyətlə, üç 
leksik səviyyəni nəzərə almaq lazımdır: (1) dillərdə qarşılığı çox 
asanlıqla tapılan sözlər, məsələn, river- 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin