müslə'i’l
məna
deyil, konnotasiya referensial mənanın do- ğurdı ^ I
assosiasiyalardır, ancaq bu o demək deyil ki, bütün referensial
mənalı sözlər konnotasiyaya malikdir. Konnotasiya doğuran,
demək olar ki, ancaq konkret predmet adları olan sözlərdir, özü də
bu hadisə bütün dillər üçün ümumi deyil, bir çox dillərdə eyni
referensial mənalı söz eyni konnotasiya yarada bilməz. Məsələn,
qaranquş bizim dilimizdə baharın golişı) baharın müjdəçisi kimi
assosiasiyalar doğurur.
1уиПу
İyul ayları İngiltərədə ən gözəl,
insanların çox sevdiyi aylardır, lakin Ərəbistanda bu aylar ilin ən
isti aylarıdır. Aslan Azərbaycan dilində mərdlik, cəsurluqla bağlı
assosiasiyalar, rus dilində küknar (ёлка), ingilis dilində holly
(pirkal-həmişəyaşıl kol bitkisi), mistletoe (bağambürc-bitki) yeni
il assosiasiyası yaradır, yeni il qabağı evlər bu bitkilərlə bəzədilir.
Sözlərin yaratdığı konnotasiyaları bilməmək çox vaxt tərcümədə
yanlışlığa səbəb olur. Məsələn, “Koroğlu” eposunda dəli sözü
güclü, cəsur, igid kimi konnotativ məna daşıyır, lakin A. Xotsko
bu sözün konnotativ mənasını başa düşmədiyindən Koroğlunun
dəlilərini the banditti of Kurrouglu kimi tərcümə etmişdir.
67
Konnotasiya həmişə emosional və obrazlı xarakter daşıyır.
Çox vaxt müxtəlif xalqlarda müxtəlif şəkildə işləndiyindən
konnotasiyanm rolu eyni şeyi müxtəlif əşyalar sinfinə aid
etməkdən ibarətdir. Məsələn, rus dilindəki бран (kəpək) əsasən
heyvan yemi {cattle-forage) mənasında işlənir, lakin İngiltərədə
bəzi adamlar belə hesab edirlər ki, kəpəyin tərkibində çoxlu
toxuma (fibre) var, ona görə də sıyığa əlavə edib yeyirlər. Yaxud
драчена milli rus xörəyidir, kənd yerlərində daha çox bişirilir,
amma ona oxşar olan custard-a sweet yellow sauce made from
milk, sugar, eggs and flour, usually served hot with cooked fruit,
puddings, etc; сметана (qaymaq) süd məhsuludur, lakin çox vaxt
ingilis dilinə onu sour cream kimi tərcümə edirlər ki, bu da ingilis
dilində əslində xarab olmuş (turşumuş) ərzaqdır. l^Sözlərin
tərcümədə uyuşqanhğı. Dillərin özündə bir-birinə uyuşan və
uyuşmayan sözlər var. Bunlardan ən çox uyuşmayam
oksimoronlardır. Sözbirləşmələri iki prinsip əsasında qurulur:
mərkəzəqaçma (centripetal) vzi mərkəzdənqaçma (centrifugal).
Birincidə sözlər maqnit kimi bir-birini çəkir {qtzd saat), ikincidə
isə sözlər bir-birini kənara itələyir {alçaq göydələn), çünki onların
mənasında bir təzad var. Buna görə də məxəz dildəki sözün
mənasını hədəf dildə verərkən həmin sözün distributiv
xüsusiyyətlərinin verilməsinə ehtiyac yoxdur, çünki məqsəd
həmin sözün distributiv xüsusiyyətlərini deyil, mənasını hədəf
dildə verməkdir. Bununla belə sözlərin uyuşması orijinalın
tərcüməyə yaxınlığına böyük təsir göstərir. Çox vaxt elə hallara
rast gəlinir ki, distributiv xüsusiyyətləri fərqli olduğundan məxəz
dildəki sözün yaxın qarşılığını tərcümədə verə bilmirik. Həm
məxəz, həm do hədəf dildə sözün özünəməxsus birləşmə əmələ
gətirmək imkanı var. Məsələn, ingilis dilindəki hopeful sözünün
Azərbaycan dilindəki mənalarına və distributiv xüsusiyyətlərinə
baxaq: hopeful - L ümidverici, ümidli, ümid verən; to he I feel
hopeful about the future-gələcəyə ümidli (ümidi) olmaq; / feel
hopeful of his successes-mən onun uğuruna ümid bəslə
68
^
|