Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə38/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   111
showed the depth of the wound кость было обнажено, и было 
видно  насколько  глубока  рана;  5.  фото,  кино  выдержка, 
экспозиция; 6. геол. обналсение luiu выход пластов: exposure 
case  .мед.  -  пострадавший  от  атмосферных  условий:  - 
exposure  suit  аварийный  плавучий  костю.м  (для  летчика); 
exposure test спец. - испытание на действие внешней среды; - 
meter фото экспонометр. 
Bu  sözün  işlondiyi  cümlələr  konteksdən  asılı  olaraq,  leksik 
əvəzetmə  vasitəsilə  Azərbaycan  dilinə  tərcümə  olunur.  Bunun 
üçün elə burda verilən misralara müraciət etmək kifayətdir: His 
face  was  brown  from  exposure  to  weather  -  Açıq  havada 
gəzməkdən (qalmaqdan) sifəti qaralmımadı; He died of exposure 
- О, soyuqdan (günvur madan) öldü, və s. 
Neologizmhrin  tərcüməsi.  Neologizmlər  tərcüməçilər  üçün 
həmişə  problem  yaradır,  Neologizmlər  yeni  yaranmış  sözlər, 
yaxud yeni mənada işlənən köhnə və məcazi mənalı sözlər də ola 
bilər.  Mənası  qaranlıq,  anlaşılmaz  olduğundan,  qəribə 
səsləndiyindən neologizmlər diqqəti tez cəlb edir. Neologizmlərə 
daxil  olan  sözlərin  bir  qrupu  yeni  mənalı  köhnə  sözlərdir. 
Neoelogizmlərə bundan əlavə  yeni  yaranmış, törəmə, ixtisarlar, 
omonimlər,  xüsusi  isimdən,  insan  adlarından  törənmiş  sözlər, 
məcazi  mənalı  sözlər  (samizdaty  nomenklatura^  apparatçik, 
Addidas, sari, Levi, Wrangler), 
64 


akronimlər  (UNESCO,UNICEF)  və  s.  daxildir.  Kompyuter  və 
kommunikasiya texnologiyalarının son illərdə sürətli inkişafı bu 
sahələrdə termin səciyyəli neologizmlərin dilimizə axınına səbəb 
olmuşdur. 
Terminlərin tərcüməsində iki meyl var: dildə müvafiq termin 
yaratmaq,  termini  olduğu  kimi  saxlamaq.  Məsələn,  kompyuter 
çıxandan sonra biz onun adını eynilə saxladıq, türklər isə onun 
üçün öz terminlərini {bilgisayar) təqdim etdilər. 
Neologizm  tərcümə  dilinə  təqdim  edildikdə  onun  mənası 
açıqlanmalıdır, əks təqdirdə anlaşılmazlıq yarada bilər. Məsələn, 
1996-cı  ildə  Portuqaliyanın  paytaxtı  Lisabon  şəhərində  ATƏT 
üzvü  olan  ölkə  başçılannın  zirvə  toplantısı  olmuşdu  və  orda 
Qarabağ 
münaqişəsini 
nizamlamaq 
barədə 
prinsiplər 
hazırlanmışdı.  Ermənistandan  başqa  bütün  dövlətlər  bu 
prinsiplərin  qəbul  edilməsinə  səs  vermişdi.  Həmin  dövrdə  bəzi 
adamlar  bunu  böyük  qələbə  kimi  afişa  edirdi,  icra  hakimiyyəti 
başçı-  lanndan  biri  sammit  sözünü  şəhər  mənasında  başa 
düşdüyündən  çıxışında  belə  bir  cümlə  işlətmişdi:  Lisabonun 
sammit  şəhərində,,,{S%).  Sonralar  onun  bu  cümləsi  savadsızlıq 
nümunəsi kimi lağa qoyulurdu. Əvvəlki bölmədə перестройка, 
гластностъ, ускорение terminləri haqqında “The Morning Star” 
qəzetinin  açıqlamasına  toxunmuşduq.  Neologizmlər  əsasən 
aşağıdakı üsullarla tərcümə olunur. 
1. 
Analoq  üsulu.  Bu  üsulda  məxəz  söz  və  onun  hədəf 
ekvivalenti arasında təxmini yaxınlıq olur: şəhər icra hakimiyyəti 
-  mayoralty,  şəhər  icra  hakimiyyətinin  başçısı-m<3;^or,  canlıq, 
gödəkçə - vest; 
2. 
Transkripsiya, yaxud transliterasiya üsulu: sammit  - 
summit, killer - killer, manipulyasiya - manipula- tion, sanksiya - 
sanction. 
Ancaq təqdim olunmamışdan qabaq bu neologizmlərin izahı 
verilməlidir,  məsələn,  sammit  -  dövlət  başçılarının  toplantısı, 
zirvə toplantısı, killer-muzdlu qatil, pul müqabilində 
65 


kimi  isə  öldürən  şəxs,  manipulation  -manipulyasiya,  fırıldaq, 
kələk; 
3.  Kalka  üsulu:  brain-drain  -  beyin  axını,  street  people  - 
küçə adamları, paper tiger - yalançı əjdaha vo s. 
Konnotativ (emotiv, ekspressiv, üslubi-connotative, emotive, 
expressive  -stylistic)  məna.  Konnotativ  məna  müstəqil  məna 
deyil.  Sözün  mənalarından  danışarkən  qeyd  olunmuşdu  ki, 
referensial  məna  sözü  müəyyən  bir  əşya,  predmet,  hərəkət  və 
şairəyə aid edir, denotasiya onu konteksdə konkretləşdirir. 
Ümumiyyətlə danışdıqda məna haqqında üç konsepsiya var: 
Birincisi  words-things  sözlər-əşyalar  adlanır.  Bu  konsepsiyaya 
görə söz əşyanı adlandırır (names), yaxud ona aid olur (refersy). 
London,  Bili,  Braun  və  s.  adlar  buna  bariz  misaldır.  Bu  sözlər 
mağazada mala yapışdırılmış yarlıq kimidir, ancaq elə sözlər də 
var ki, nəyə aid olduğu bilinmir. Məsələn, to ask, to find felləri, 
difficult,  popular  kimi  sifətlər,  consistency,  tradition  kimi 
isimlərin nəyə aid olduğu bilinmir. Əslində, sözlərin bir çoxunu 
heç cür nəyə isə aid etmək olmur. 
İkinci konsepsiya words-concepts-things (söz-konsept- əşya) 
əlaqələri üzərində qurulur. Bu konsepsiya sözlə əşyanın birbaşa 
əlaqəsini  inkar  edir,  bu  cür  əlaqə  ancaq  bizim  beynimiz, 
şüurumuz vasitəsilə yaradıla bilər. Çünki hər bir söz əlaqəli bir 
məfhumdur.  Bu  əlaqə  semiotik  üçbucaq  (semiotic  triangle) 
adlanır və üçbucaq şəklində təsvir edilir. 
Thought 
Symbol A Referent 
Bu  modeldə  ən  çətin  şey  məfhumun  (concept)  müəyyənləş- 
dirilməsidir. Məsələn, tradition sözünün ifadə etdiyi məfhumun 
başa düşülməsi asan deyil. Şübhəsiz ki, bəzi sözlərin ifadə etdiyi 
məfhumu  təsəvvür  etmək  mümkündür,  lakin  bunun  özü  də 
müəyyən  qədər  fərdi  xarakter  daşıyır.  Məsələn,  mənim 
anlamımdakı  stol  ilə  sizin  anlammızdakı  stol  arasında  fərq  ola 
bilər. 
66 


Blumfild Language osorindo belo bir fikir irəli sürür ki, məna 
nitqin  işləndiyi  situasiyam  öyrənməkdən  əldə  edilir.  Onun 
fikrincə  stimulus  (s)  kimisə  danışdırır  (r)  və  bu  nitq  müəyyən 
cavab {response) doğurur. Onun təqdim etdiyi model belədir; S-r
 ...................................s-R 
Blumfild belə misal nümayiş etdirir: Jill is hungry^ he sees an 
apple (S) and asks Jack to get it for her (r); bu linqvistik stimul (s) 
Ceki  təhrik  edir ki,  almanı  (R) götürsün.  Blumfild iddia edir ki, 
you  can  teli  what  the  meaning  of  r.,.s  must  be  by  observing  the 
events that accompanied it{5). 
Məsələ  burasındadır  ki,  mənasını  bilmək  istədiyimiz  sözün 
referenti fiziki-maddi şəkildə mövcud olmadıqda, yaxud hadisələr 
gözlənilən  istiqamətdə  inkişaf  etmədikdə  sözün  mənasını 
müəyyənləşdirmək  çətinləşir.  Konnotaliv  məna 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin