Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə50/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   111
partiyadan 
digərinə  keçmək,  to  accept  the  Chiltern 
Hundreds-parlament  üzvü  səlahiyyətini  üzərindən  götürmək, 
{Chiltern  Hundreds-the  job  of  representing  a  particular 
government area in Buckinghamshire in Britain which no longer 
exists. Members of Parliament apply for the Chiltern Hundreds 
when they want to stop working before the next general election)', 
to  fiddle  while  Rome  burns-ölkənin  ağır  günündə  xırda-xuruş 
işlərlə məşğul olmaq. 
4. Antonim (antonymic) tərcümə. Bu üsuldan istifadə zamanı 
məxəz  dildəki  inkar  hədəf  dildə  təsdiqlə  verilir  vo  əksinə, 
məsələn:  don't  count  your  chickens  before  they  are 
hatched-cücəni  payızda  sayarlar;  to  go  to  the  limit-həddini 
(ölçünü)  bilməmək;  misfortune  never  comes  alone-bədbəxtlik 
gələndə xaral ilə gələr; let sleeping dogs lie-yatmışları oyatma; 
one  can't  make  an  omelette  without  breaking  eggs-qay-  qanaq 
bişirmək üçün yumurtanı qırmaq lazımdır və s. 
Kalka  (calque)  üsulu.  Kalka  üsülundan  o  zaman  istifadə 
olunur  ki,  mütərcim  məxəz  frazeoloji  vahiddəki  obrazlılığı 
saxlamağa  çalışır,  ya  da  digər  tərcümə  üsulları  ilə  onu  vermək 
mümkün  deyil,  məsələn:  balın  sahibi  arıdır-the  owner  of  the 
honey  is  the  bee;  an  egg  today  is  better  than  a  hen  tomor- 
row-bugünkü  yumurta  sabahkı  toyuqdan  yaxşıdır-a  bird  in  the 
hand is worth two in the bush-soğan olsun, nəğd olsun; ağıl para 
ilə satılmaz-wisdom is not sold for money və s. 
Kombinə  (combined)  üsulu.  Bu  üsuldan  o  zaman  istifadə 
olunur ki, hədəf dildəki analoq məxəz dildəki frazeoloji vahidin 
mənasını tam verə bilmir, yaxud tamamilə fərqli zaman və məkan 
koloriti yaranır. Belə halda əvvəl kalka tərcümə, sonra isə təsviri 
tərcümə və müqayisə üçün hədəf dil- 
86 


doki  analoq  verilir,  mosolon:  to  carry  coal  to  Newcastle- 
Nyukasla kömür aparmaq, yəni kömürün bol olduğu yero kömür 
aparmaq. Müqayisə üçün; Naxçıvana duz aparmaq; ехать в Тулу 
со своим самоваром; needs must when the devil drives (he must 
needs 
whom 
the 
devil 
drives)-vəziyyət 
tələb  edəndə 
məcbursan-npıtxoöumcH  когда  черт  гопит-ас  özünü  qılınca 
çapar və s. 
Frazeoloji vahidin tərcüməsi zamanı ayrı-ayrı hallarda kalka 
üsulunun  tam,  yaxud  qismən  işlədilməsi  mümkündür.  Ancaq 
hərfi  tərcümə  yolverilməzdir,  çünki  hərfi  tərcümə  frazeoloji 
vahidin  mənasını  təhrif  edir,  ya  da  məxəz  dilin  normalarına 
uyğun  olmur,  məsələn:  gözüm  səndən  su  içmir  tipli  frazeoloji 
vahidləri  necə  tərcümə  etmək  olar?  Bizim  fİk-  rimizcə,  onu 
müxtəlif kontekstlərdə müxtəlif cür tərcümə etmək olar. Belə bir 
müqayisə aparaq: anq bir uşağa ağır bir yükü daşımaq tapşırılır. 
Həmin  prosesdə  iştirak  edənlərdən  biri  uşağın  çəlimsizliyini 
görüb deyir: Bundan gözüm su içmir, ba- carmaz-1 am afraid that 
he cannot do it. Yaxud kimsə danışır, qarşı tərəf ona inanmır, belə 
hesab edir ki, deyilənlər yalandır. Mütərcim yazır: / am not sure 
that he is telling the truth. 
Bu  göstərilən  üsullar  frazeoloji  vahidlərin  tərcümə 
metodlarını heç də tamamilə əhatə etmir. Onların tərcüməsində 
kontekstin rolu böyükdür, kontekst okkazional (təsadüfı)- situativ 
ekvivalent üçün şərait yaradır. Bu o deməkdir ki, eyni frazeoloji 
vahid  bir  kontekstdə  bir  cür,  digərində  isə  ayrı  cür  tərcümə 
olunur.  Məsələn,  There  is  no  use  crying  over  the  spilt  milk 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin