Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə51/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   111
(hərfən:  süd  dağılandan  sonra  onun  üçün  ağlamağın  xeyri 
yoxdur) frazeoloji vahid ölünü diriltmək olmaz, iş-işdən keçəndən 
sonra  heyfsilənməyə  dəyməz  kimi  tərcümə  oluna  bilər. 
J.Qolsuorsinin The Forsyte Saga (The Man of Property) əsərində 
belə bir epizod var: Soums evə qayıdır, arvadı İreni evdə tapmır, 
ancaq  xəbəri  var  ki,  arvadının  sevgilisi  memar  Bosni  qəza 
nəticəsində  həlak  olub.  Soums  parka  gedir,  görür  ki,  arvadı 
kədərli halda skamyada 
87 


oturub,  ona  müraciətlə  deyir:  The  milk  is  spilt,  let*s  go  home. 
Belə  situasiyada  şübhəsiz  ki,  mütərcim  öləni  diriltmək  olmaz, 
olacağa çarə yoxdur və sair kimi variantlardan birini seçə bilər. 
Frazeoloji  vahidin  tərcüməsində  hərfi  və  məcazi  mənalar 
üst-üstə  düşə  bilər.  Belə  frazeoloji  vahidin  tərcüməsində  kalka 
üsulundan istifadə olunur, məsələn: to lay down the arms-silahı 
yerə  qoymaq,  to  hit  below  the  belt-  qurşaqdan  aşağı  zərbə 
endirmək, və s. 
Frazeoloji  vahidin  tərcüməsində  ən  mürəkkəb  hal  müəllifin 
bilərəkdən  onun  komponentlərini  lüğəti  mənada  işlətdiyi 
məqamlardır.  Məsələn,  Bayronun  “Don  Juan”  poemasında  iki 
belə hala rast gəlmişik. Bayron ruslarla türklərin savaşını təsvir 
edərkən yazır: 
The Turks, though hating the hog
Still tried to save their bacon. 
'İngilis  dilində  frazeoloji  vahid  belədir:  to  save  one*s 
bacon-qaçıb canını qurtarmaq (hərfən: özünə məxsus donuz ətini 
xilas etmək): though hating the hog ifadəsini əlavə etməklə şair 
bacon  sözünün  öz  lüğəti  mənasında  işlənməsinə,  beləliklə 
frazeoloji  vahidin  parçalanmasına,  ondakı  frazeo-  logizmin 
itirilməsinə  şərait  yaratmışdır.  Bu  sözləri  ilə  Bayron  həm  də 
türkləri təhqir etmişdir. Eyni əsərdə ayrı bir məqam: Gəmi qəzaya 
uğrayandan  sonra  dalğalar  Don  Juanı  sahilə  atır,  dəniz 
quldurunun qızı onu tapır, bir mağarada rahatlayır. Şair oxucuya 
müraciətlə yazır: 
Now, my dear reader, I leave Don Juan safe, but not sound. 
For the poor fellow was mortally wounded. 
{indi 
İSƏ, 
əziz  oxucu,  Don  Juanı  tərk  edirəm,  sağ,  amma 
salamat yox, çünki yazıq ölümcül yaralanmışdı). Frazeoloji vahid 
belədir:  safe  and  sound  -  sağ-salamat.  Burda  da  mortally 
wounded  (ölümcül  yaralanmışdı)  ifadəsini  əlavə  etməklə  şair 
həm frazeoloji vahidi parçalamış, həm də onun 
88 


komponentlərinin lüğəti mənada işlənməsinə şərait yaratmışdır. 
Frazeoloji  birləşmələrin  böyük  bir  hissəsini  atalar  sözü  və 
zərb  məsəllər  təşkil  edir.  Onlar  xalqın  zəkasının  məhsuludur. 
Bunlardan  ən  barizi  Dədə  Qorqudun  deyimləridir.  Həmin 
deyimlərdən  ancaq  “Kitabi-Dədə  Qorqudun”  proloqundakılan, 
onlann  rus  dilinə  (akademik  V.V.Bartold),  ingilis  dilinə  (Faruk 
Sümer, Ahmet Uysal, Warren Walker və Jefri Luis) tərcümələrini 
veririk. 
Dədə Qorqud soylamış: 
Allah-allah diməyincə işlər onmaz. 
Qadir tənri verməyincə ər bayımaz. 
Əzəldən yazılmasa, qul başına qəza gəlməz. 
Əcəl vədə irməyincə kimsə ölməz. 
Ölən adam dirilməz, çıxan can gerü gəlməz. 
Bir yigidin qara tağ yumrısınca malı olsa, 
Yığar-dərər; tələb eylər, nəsibindən artuğın yeyə bilməz. 
Ulaşuban sular taşsa, dəniz tolmaz. 
Təkəbbürük eyləyəni tənri sevməz. 
Könlin yuca tutan ərdə dövlət olmaz. 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin