bionic computer-öuoHUK KOMWomep,
communal
-
KOMMyıta.1.
Hərfılik səhvlər də doğura bilər. Texniki tərcümə sahəsində
tanınmış mütəxəssis A.L.Pumyanski göstərir ki, səhvlərin baş
verməsinə aşağıdakılar səbəb ola bilər: 1) mütər- cim beynəlmiləl
söz, yaxud qrammatik formanın monose- mantik olduğuna
inandıqda; 2) sözlər qrafik baxımından qarışdırıldıqda; 3) yanlış
analoq seçdikdə; 4) sözü malik olduğu faktik mənasından daha
konkret məna ilə tərcümə et
83
dikdə; 5) lazımi mənanı seçə bilmədikdə; 6. texniki mətnlərin
ifadə formalarına bələd olmadıqda(71).
Birinci iki səbəb mütərcimin beynəlmiləl sözlərin
xüsusiyyətlərinə yaxşı bələd olmaması ilə bağlıdır.
Beynəlmiləl sözlərin mənalarında aşağıdakı fərqləri görmək
olar.
1) məxəz dildəki söz hədəf dildəki sözə bütün mənalarda düz
gəlmir, bir-iki mənada uyğun gəlir. Məsələn, ingilis dilindəki
satellite sözü Azərbaycan dilində ancaq satellit sözünə uyğun
gəlir: satellit (oyuncaq) dövlət. Ancaq ingilis dilindəki satellite
sözünün peyk, süni peyk, svita, məiyyət (böyük bir şəxsin
müşayiətçiləri), əlaltı, həmfikir, tərəfdar, satellit ölkə, peyk şəhər,
xromosom kimi mənaları da var.
2) Məxəz sözün bir neçə mənası olduğu halda onlardan
ancaq birinin hədəf dildə qarşılığı var. Məsələn, ingilis dilindəki
auditorium sözünün: 1) a roomfor the gathering of an audience,
as in a school, library, etc. 2) a building or hall for speeches,
concerts, etc.{32) mənalan var. Azərbaycan dilində isə onun: 1)
ali məktəbdə dərs otağı; 2) mühazirə, məruzə dinləyənlər
toplusunun adı (45) mənalan var. Azərbaycan dilində oxucu
auditoriyasının ingilis dilində qarşılığı the readership, the
reading audience, the readers-6\x. Hətta Kitabın yaxşı oxucu
auditoriyası var cümləsi The book has a good market kimi
tərcümə olunur.
3) Görünüşcə oxşar olan bəzi sözlər çox vaxt əsas
mənalarına görə fərqlənir. Mütərcim belə sözlərlə ehtiyatlı
davranmalı, əks təqdirdə yanlışlıq, xəta baş verə bilər. Məsələn,
communal-kommunal yox, ictimai, aspirant, aspirant yox,
iddiaçı, fabric-fabrik yox, toxunma mal, toxuculuq məmulatı,
adequate pressure - adekvat təzyiq yox, təzyiqin düzgün seçilməsi
kimi verilməlidir.
Mütərcimin işini yaxşılaşdırmaq üçün ikidilli lüğətləri
yenidən nəzərdən keçirmək, hansı mənanın hansı şəkildə lüğətdə
öz əksini tapmasını dəqiqləşdirmək lazımdır.
84
|