intibah dövrünün tərcüməçiləri tərcümə yox, şərh etməklə
orijinalın ideoloji istiqamətini dəyişirdilər. İlahiyyatçılar Əhdi-
Ətiqin hərfi tərcüməsinə qarşı çıxırdılar, çünki bu cür tərcümə
xristian ənənələrinə zidd idi.
Mütərcim müəyyən bir bədii əsəri çevirərkən hökmən bir
mövqe nümayiş etdirir. Çünki bədii əsər özü də kiminsə
mövqeyindən çıxış edir. Bu hal özünü özününküləşdirmə və
özgə- ninkiləşdirmə strategiyasında aydın şəkildə göstərir.
Keçmiş Sovetlər Birliyində Marks, Engels, Leninin tərcümə
haqqında
fikirləri
təbliğ
edilirdi.
A.Federov
(74),
Q.Qaçiçiladzenin (63) fikirləri, xüsusilə Q. Qaçiçiladzenin
realist
tərcümə termini və onun bu barədə düşüncələri kommunist
ideologiyasının bu sahəyə necə sirayət etməsinin nümunəsidir.
Müəyyən bir ideoloji quruluşda axına qarşı üzmək mümkün
deyil. Bu o deməkdir ki, hər quruluş öz tərcüməçisini yetişdirir və
istiqamətləndirir. Məsələn, Qahirədə İslam Araşdırmaları
Mərkəzi “Qurani-Kərim”in öyrənilməsi və tərcümə məsələləri ilə
məşğul olur. Mərkəzin fikrincə, “Qurani-Kərim”i ancaq mömin
və müsəlman olan şəxs tərcümə edə bilər. Başqa mütərcim
müqəddəs kitabın ruhunu, istiqamətini dəyişdirə bilər.
Dostları ilə paylaş: